logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 9 may 2016

avatar

Adnan Oktar

Evlənmələrin 99%-i sevgi evliliyi rolunu oynayan məntiq evliliyi olur. Sevgi evliliyi olması üçün, Allahı sevmək lazımdır, divanə olmaq lazımdır, Allah sevgisiylə alışıb-yanmaq lazımdır. Bu zaman Allah sevgi evliliyi meydana gətirər. Yoxsa əziyyət evliliyi olar, iztirab və əzab evliliyi olar.
A9 TV; 9 may 2016
1916
avatar

Adnan Oktar

Allah İslamı bizim fitrətimizə uyğun yaratmışdır. Mövhumatçılar İslamı dəyişdirmiş, başqa bir din halına gətirmişlər. Şirk dini halına gətirmişlər. O gördükləri din İslam deyil, bizim izah etdiyimiz din İslamdır; çünki tamamilə Qurana əsaslanır.
A9 TV; 9 may 2016
avatar

Adnan Oktar

Biz, İslam aləminin son qalasıyıq, türklük aləminin son qalasıyıq. Kiçilə-kiçilə onsuz da balaca bir torpaq qaldı əlimizdə. Bunu da parçalamaq istəyirlər. Bunu qəbul etmərik.
A9 TV; 8 may 2016
avatar

Adnan Oktar

Hökumət məscidləri abadlaşdırsın, hz. Mehdi (ə.s) içini doldurar. Onların vəzifəsi abadlaşdırmaqdır; hz. Mehdi (ə.s)-ın vəzifəsi də sevgiylə, imanla, təqvalı möminlərlə doldurmaqdır. Çünki dövr hz. Mehdi (ə.s) dövrüdür.
A9 TV; 8 may 2016
avatar

Adnan Oktar

Quran sənin həyatının hər yerində olmalıdır. Avtomobilində də olsun. Yastığının altında da olsun, bazarda da yanında olsun. Qorxma, heç nə olmaz. Quran səni sevər. Guya hörmət üçün əksini etsən Qurandan uzaqlaşmış olarsan. Bu tələyə düşmə.
A9 TV; 8 may 2016
avatar

Adnan Oktar

"Quranın olduğu otaqda mən uzana bilmərəm" deyir, "həyat yaşanmaz" deyir. Belə şey olarmı? Quranın yanında musiqiyə də qulaq asarsan, ayağını uzadıb yatarsan da. Yataqda uzandığın yerdə Quranı oxuyarsan, heç nə olmaz. Şortla da oxuyarsan, maykada da oxuyarsan. Şeytan insanları Qurandan uzaqlaşdırmaq üçün bir oyun oynayır.
A9 TV; 8 may 2016
avatar

Adnan Oktar

Şortla, maykada, dəstəmazsız olaraq da Quranı açıb oxuya bilərsən. O zaman Quran həmişə yanında olar. Sarılıb öpərsən. Eləcə də, Quran sənin həyatın, parçan olar.
A9 TV; 8 may 2016
avatar

Adnan Oktar

Allah rizası üçün sevməyin öyrədilməsi lazımdır. Allah rizası üçün sevmək öyrədilməsə “daha zəngini”, “daha gözəli” axtarışı olur. Qətiyyən əbədi sevgi yaranmır.
A9 TV; 8 may 2016
avatar

Adnan Oktar

Sevgi, dostluq yayılsa insanlar çox rahat olacaqlar. İnsanlar bir-birləriylə dost olmaq istəyir, lakin reaksiyalarının nə olacağını bilmirlər. Dostluğu başladan olmur. Məhz bu Mehdi (ə.s) ilə olacaq.
A9 TV; 8 may 2016
avatar

Adnan Oktar

Qız uşaqlarına lüzumsuz yerə təzyiq göstərirlər, bəzi gənc qızlar da bu təzyiqi dəf etmək üçün, hiyləgərlik edirlər. Halbuki qız uşaqlarına həmişə sevgi göstərilsə, hər yerdə hörmət görsələr çox gözəl və keyfiyyətli olarlar.
A9 TV; 8 may 2016
avatar

Adnan Oktar

Allah, möcüzələrini, sənətini yaddaşımızda saxlamağı və onlara heyrət etməyi nəsib etsin. Hər biri, yeri-yerindən oynatmağa kifayət edəcək yaradılış möcüzələridir. Normalda bu möcüzələr qarşısında dünya ayağa qalxmalıdır.
A9 TV; 8 may 2016
avatar

Adnan Oktar

Yeni konstitusiyada muxtariyyət və federasiya mövzusu tamamilə dayandırılmalıdır və yerli rəhbərliklərin səlahiyyətlərini artırma mövzusu da tamamilə dayandırılmalıdır.
A9 TV; 7 may 2016
avatar

Adnan Oktar

Sən PKK-nı bir yerdən sürüyüb atdığın zaman, PKK təhlükəsi aradan qalxmır. Bir ay sonra yenə doluşur oraya. Çünki fikirlə mübarizə aparılmır. Darvinizm, materializm əzilmədikdən sonra, bu həmişə yerin altından qaynayacaq. Kökü qurudulmalıdır. Kökü darvinizmdir.
A9 TV; 7 may 2016
avatar

Adnan Oktar

Şok edici, heyrət verici məlumat qarşısında diqqət və təqdir gücünün zəif qalması insan beyninin, ruhunun acizliyidir. Bunu iradə toplaya bilmir. Yoxsa normalda nəfəsi kəsilməli, çox təəccüblənməlidir. Bu acizliyin üstəsindən gəlmək üçün dua edilməlidir.
A9 TV; 6 may 2016
avatar

Adnan Oktar

Allah həmişə sadə üslubdan istifadə edər, insanlarla həmişə nəzakətlə rəftar edər, bunun üçün heç bir peyğəmbərin də qəlbini qırmamışdır. Allah, nə dedilərsə uyğun dillə, sadə dillə cavablandırmışdır.
A9 TV; 6 may 2016
avatar

Adnan Oktar

İmansız, dinlə lağ edən, İslama qarşı olan insanlar olmazsa sən imtahan oluna bilməzsən. Olmasa belə Allah bunu yaradar. Bu olacaq, sən bununla müqayisə olunacaqsan, bu yolla dəyər qazanacaqsan, bu olmadan mümkün deyil.
A9 TV; 6 may 2016
avatar

Adnan Oktar

İnsan imanla gözəl olar, qadın da, kişi də imanla gözəlləşər. Bir insanı ağlından, imanından, təmizliyindən, dərinliyindən ötrü çox sevərsən.
A9 TV; 6 may 2016
avatar

Adnan Oktar

Əsas təqvadır. Möminin gözəl olduğuna dair, imanından qaynaqlanan bir mühakimə meydana gəlir, buna görə onu çox sevirsən. Allah onu sənə bundan ötrü o qədər gözəl göstərir.
A9 TV; 6 may 2016
avatar

Adnan Oktar

İman olmazsa nə olar? Heç nəyin dəyəri qalmaz. İman insana heybət və gözəllik verər. Allah sevgini imanla meydana gətirir.
A9 TV; 6 may 2016
avatar

Adnan Oktar

Nə AKP parçalanar, nə də MHP. Boşuna çırpınmasınlar. İkisi də dağ kimi ayaqdadır. İkisinə də heç nə olmaz. AKP də, MHP də iman əhli olan insanlardan təşəkkül edir. İngiltərə dərin dövlətinin bəzi tərəfdarları ağızlarından sellər axaraq həyəcanla partiyaların parçalanmasını gözləyirlər. Boşuna gözləyirlər.
A9 TV; 6 may 2016
avatar

Adnan Oktar

İnsan sanki ülfətin içində üzür. Bu ülfətin aradan qalxması üçün Allaha dua etməlidir. "Ey Rəbbim ağlımı aydınlaşdır, bu möcüzəni görüm. Beynim bunu hazırda mənə, mənim istədiyim kimi hiss etdirmir" deməlidir. Məsələn, yazı var, oxuya bilmir; bunun kimi. Mömin; "bəsirətim açılsın, bu möcüzənin həyəcanını yaşayım, Səni layiqincə təqdir edim ey Rəbbim" deməlidir.
A9 TV; 6 may 2016
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Bir çox evlilik şirkət razılaşması kimi olur. Qadın kişinin gəlirini, kişi də qadının təmizlik etmə bacarığını soruşur, burada sevgi olmadığı aydındır. Sitatlar
İman həm dünyada, həm də axirətdə nemətə nail edən gözəllikdir. Lakin biz Allaha dünyada və axirətdə nemət versin deyə iman gətirmirik; varlığı açıq həqiqət olduğu üçün qəti olaraq, haqqəl-yakin iman gətiririk, aşiq olduğumuz, çox sevdiyimiz üçün iman gətiririk. Allahın rizası üçün yaşayırıq. Sitatlar
Sevgi olmasa cənnətin köşkləri, çayları, meyvələrinin heç bir mənası olmaz. Sevgi üçün də imtahan, yəni təhsil lazımdır, əziyyət lazımdır. Sitatlar
Allah sevgisinin əldə edilməsi üçün, mütləq əziyyət olmalıdır. Əziyyətin olması üçün də, şeytan olmalıdır. Şeytan da əsasən münafiqlərdən istifadə edər, küfr əhlindən istifadə edər. Sitatlar
Cənnətin bağçaları var, bağları var, meyvələri var, çayları var, cənnətdə hər şey var, lakin sevgi olmasa insanlar üçün də bir mənası qalmaz, Allah üçün də mənası olmaz. Cənnət sevgiylə gözəl olar. Sitatlar
Allah səmimi sevgi istəyir, səmimi olaraq sevilmək istəyir, çox sevilmək istəyir. Yoxsa Allah üçün, kainatın bir mənası yoxdur. Yəni Allah, sevgi olarsa bəyənir. Sitatlar
Allah səmimi olaraq sevilmək istəyir. Həqiqi sevginin əldə edilə bilməsi üçün də, əziyyət və şeytan olmalıdır. Sitatlar
Allah sevgisi, məşəqqət, səbir, ruhu çox gözəlləşdirdiyi zaman, insan cənnətdə Allahın təcəllisini gördüyü üçün, Allahı sevdiyi üçün çox güclü zövq alır. Buna görə də, dünyadakı hər 5-10 dəqiqə belə təhsil baxımından çox əhəmiyyətlidir. Sitatlar
Bəziləri mənfəətləri üçün ağlamağı silah kimi istifadə edər. Bunlar özünü acındırmaq, nəsə əldə etmək, bir şeyə qarşı çıxmaq və qarşı tərəfi qorxutmaq üçün, şeytani hay-küy çıxarma üsuludur. Müsəlman Allah eşqiylə ağlayar. Bir insanı narahat etmək, qorxutmaq üçün ağlamaq olmaz. Bu əxlaqsızlıqdır, zülmdür. Sitatlar
Allah şəhidliyi çox sevir, qaziliyi sevir. Gecə yarısına qədər təbliğ edilməsini bəyənir. Səylə Allah eşqinin axtarılması, Allahın çox sevdiyi şeydir. Bu zaman həmin eşqi və ehtirası Allah layiq olana verər. Sitatlar
Allah eşqi çox sevər, ehtirası çox sevər. Mələklər də sevir, lakin bunu Allah kafi görmür. Çünki mələk sevməyə məcburdur. Lakin əzab və əziyyət içində olan insanın Allahı sevməsi, Allahın ən bəyəndiyi şeydir. Sitatlar
Allah eşqdir, Allah sevgidir. Allah sevilmək istəyir, sevmək istəyir, lakin əsil sevgi istəyir, robot kimi bir sevgi deyil. Yəni məcbur olduğu üçün deyil, qəlbən sevməlidir. Bunun üçün Allah ehtirası, eşqi yaratmışdır. Allah onsuz da qullarında yaşayar; məsələn, biz ehtirası yaşayırıq, bunun eynisini Allah yaşayar. Sitatlar
Ətlə, sümüklə məhəbbət olmaz, sevgi olmaz. Ətə, sümüyə görə baxmağa çalışsan, ət sümük səni boğar, ondan heç nə çıxmaz. Qarşındakı insanda Allahın ruhunu, Allahın təcəllisini sevməlisən. Sitatlar
Münafiq evliliyi mühüm silah kimi görər, evlilik müsəlman üçün xoşbəxtlik mənbəyidir, münafiq üçünsə qala kimidir. Sitatlar
Mömin Allaha güvənər, "Ailəm məni xilas edər" deməz, "Allah məni xilas edər" deyər, Allah üçün bütün müsəlmanlara güvənər. Münafiq təkcə ailəsinə güvənər, buna görə də evlilik onlar üçün dəlisov instinkt kimidir. Sitatlar
Münafiqlərdə daralmış eqoistlik var, əvvəlcə özünü, sonra mənfəətləri üçün zövcəsini, uşaqlarını düşünər, buna güvənərək yaşayar. Münafiqlərdə evlilik anormallıq dərəcəsindədir. Mömində ailə məscid olduğu halda, münafiqdə Dirar məscidi kimidir, fəlakətlərin mənbəyidir. Sitatlar
Tənha qalmaq qorxusu, sonsuzluq qazanmaq arzusu ilə münafiqlər evliliyi iztiraba döndərərlər. Sitatlar
İman gətirən bir insan Allah rizası üçün evlənər, münafiq isə yox olmaq instinktini aradan qaldırmaq üçün evlənər. Sitatlar
Peyğəmbərimiz (s.ə.v) dövründə münafiq qadınlar Peyğəmbərimiz (s.ə.v)-ə əziyyət vermək və ayrılarkən yüksək miqdarda mehr almaq üçün onunla evlənmək istəyirdilər. Münafiq maddi imkan təmin etmək üçün evlənmək istəyər. Zəngin birini tapar, onunla evlənər, sonra aliment adı altında o insanı soymaq istəyər. Münafiqlərin evliliklərində məqsəd qarşıdakı insanın malını qəsb edə bilməkdir. Bu qəsbin hər təfərrüatını incəliklə hesablayarlar. Sitatlar
Münafiqin evlilik anlayışının talan etmək məntiqində olması nə qədər alçaq olduğunu göstərər. Sitatlar
Evlənməməyimin səbəbi, bütün vaxtımdan, bütün ömrümdən Allah üçün, İslam üçün, təbliğ üçün istifadə edə bilməkdir. Sitatlar
Homoseksuallıq Allahın haram etdiyi iyrənclikdir. İnsanların inancının tələbi olaraq iyrəndiyi bir şeyi zorla qəbul etdirmək çox böyük zülmdür. Bu səbəbdən, kilsələrdə rahiblərə təzyiq göstərərək homoseksualları evləndirin demək, rahiblərin inancına zidd olan bir şeyi zorla qəbul etdirmək qəddarlıqdır. Homoseksuallığa qarşı olanları cəzalandırmaq zülmdür. Bir insanı inancına zidd bir şeyə sürükləmək ən təməl insan hüquqlarına ziddir. Sitatlar
Gənc qızların bir hissəsi evlilik məsələsində maddiyyata görə düşünüb sanki dəliyə dönürlər. Evliliyə verdikləri əhəmiyyəti, haşa Allaha vermirlər. Sitatlar
İnsan çoxalmaq üçün evlənirsə heyvan kimi olar. Məktəbə mənfəəti üçün gedirsə eqoist, adi bir insan olar. Amma hər yerdə Allah üçün yaşasa çox ülvi, çox böyük bir məqsədi olar. Onda Allah zehin açıqlığı verər, bərəkət verər, asanlıq verər, gözəllik verər. Sitatlar
Allah İslamı bizim fitrətimizə uyğun yaratmışdır. Mövhumatçılar İslamı dəyişdirmiş, başqa bir din halına gətirmişlər. Şirk dini halına gətirmişlər. O gördükləri din İslam deyil, bizim izah etdiyimiz din İslamdır; çünki tamamilə Qurana əsaslanır. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur