logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 10 dekabr 2012

avatar

Adnan Oktar

Keyfiyyətsizlik və sevgisizlik İslam aləminin ən böyük düşməni, ən böyük əleyhdarıdır. Keyfiyyətsizlik, sevgisizlik düşmənçilik, nifrət dolu insanları öldürmək istəyən, yaralamaq istəyən, təcavüzkar, terrorist ruhlu insanların inkişafına vəsilə olur və o zaman Allah əsirgəsin məhəllələrdə gettolar meydana gələr. Nifrət gettoları meydana gələr. Nifrət edən insanlar yaranar. Bu çox təhlükəlidir.
A9 TV; 10 dekabr 2012
2251
avatar

Adnan Oktar

Quranla Tövrat ziddiyyət təşkil etməz. Ziddiyyət təşkil edən yerlər onsuz da təhrif olan tərəfləridir. Amma Quranla Tövrat əsas mövzularda bir-birini təsdiq edər. Tövratda keçən hökmlər eynisi ilə Quranda da keçir.
A9 TV; 10 dekabr 2012
avatar

Adnan Oktar

Niyyət etmək çox əhəmiyyətlidir. Mehdi (ə.s)-ı axtarmaq, Mehdi (ə.s)-ı sevmək, onun yaşadığını bilirsə əgər ona təslim olduğunu və ona canı könüldən bir məhəbbətlə sevgi bəsləyirsə ruhunda yaşamaqdır. Peyğəmbərimiz (s.ə.v) belə olsa eyni Mehdi (ə.s) ordusunda ömür boyu mübarizə etmiş kimi savab qazanar deyir.
A9 TV; 8 dekabr 2012
avatar

Adnan Oktar

Müsəlmanlarda Mehdi (ə.s)-a qarşı bir heyranlıq və dərin bir məhəbbət vardır. O bizim İslama xidmətimizə maneə törədən bir xüsusiyyət deyil. Əksinə bizi coşduran, həyəcanımızı artıran bir xüsusiyyətdir.
A9 TV; 8 dekabr 2012
avatar

Adnan Oktar

Namaz qılırsan bir ibadətdir. Mehdiyyət də ibadətdir. Mehdi (ə.s)-a dəstək olmağın, Mehdi (ə.s)-ı müjdələməyin, Mehdiyyət həyəcanını yaşamağın ibadətdir. İsa Məsih üçün darıxmağın, onun tələbəsi olmağı istəməyin ibadətdir. İsa Məsihi qarşılamağa hazırlanmaq ibadətdir.
A9 TV; 8 dekabr 2012
avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s) bütün canlı varlıqların imamıdır: həm cinlərin həm insanların. Mələklər də Mehdi (ə.s)-ı çox sevirlər, dəstəkləyirlər. Allahın əmri ilə, mələklər eyni vəzifəni İsa Məsihlə də, Mehdi (ə.s)-la da yerinə yetirirlər.
A9 TV; 8 dekabr 2012
avatar

Adnan Oktar

Cəbrayıl və Mikayıl dayanmadan Mehdi (ə.s)-ın yanındadırlar, amma Mehdi (ə.s) görməz onları. Peyğəmbərimiz (s.ə.v), "Üç min mələklə kömək edir" deyir. Bundan əlavə hara gedərsə yanındadırlar. Cəbrayıl, Mikayıl heç yanından ayrılmırlar. Amma Mehdi (ə.s) bunları görə bilməz. O zaman ağlın ixtiyarı qalxar. İmtahan qalxar.
A9 TV; 8 dekabr 2012
avatar

Adnan Oktar

Yaşadığımız axırzamanda bir tüstü peyda oldu. Bütün dünyanı bir duman bürüdü. Mehdiyyətin əlamətlərindən biri də budur. O dumana görə bu iqtisadi böhran var, döyüşlər və terror var. Bu duman Mehdiyyətin zühuru ilə ortadan qalxacaq. O dumanı paylayan Mehdi (ə.s)-dır.
A9 TV; 8 dekabr 2012
avatar

Adnan Oktar

Sülh üçün hicri 1400-cü ildən sonra Mehdiyyət dövrəyə girdi. Çünki Kral Məsihi, yəni Mehdi (ə.s)-ı 1980-ci illərdə dünyaya Cənab Allah vəzifəli olaraq göndərdi. Və İsa Məsih də 2002-ci ildə dünya sülhü üçün vəzifəyə başlamış oldu.
A9 TV; 8 dekabr 2012
avatar

Adnan Oktar

İdealist gəncliyi də çox yaxşı dəstəkləmək lazımdır. Onlar səssiz vətənpərvərlərdir.
A9 TV; 8 dekabr 2012
avatar

Adnan Oktar

İnsanın fitrətində vardır keyfiyyət axtarışı. QURANDA ƏMR EDİLƏN, KEYFİYYƏTDİR. Məsələn, cənnət çox keyfiyyətli bir yerdir. Hər yerdə keyfiyyət hakimiyyəti vardır. Paltarlar, yataqlar keyfiyyətlidir, evlər, küçələr keyfiyyətli, insanlar keyfiyyətli, hər yer keyfiyyətlidir.
A9 TV; 8 dekabr 2012
avatar

Adnan Oktar

Keyfiyyətli bir cəmiyyət, keyfiyyətli bir həyat olmadıqdan sonra dünya İslamı qəbul etməz.
A9 TV; 8 dekabr 2012
avatar

Adnan Oktar

Möminlər cənnətə, kafirlər isə cəhənnəmə gedəcəklər. Amma heç kim cəhənnəmə ya cənnətə gedəcəyindən əmin olmayacaq. Ümid və qorxu arasında olmalıdırlar. Allah elə istəyir. Belə olduqda insan mükəmməl, dəqiq olur, inşaAllah.
A9 TV; 9 dekabr 2012
avatar

Adnan Oktar

Şeytan sizi Qurandan uzaq tutmaq istəyir. Qadınların ömrünün az qala yarısını Qurandan uzaq tuturlar. "Aman Qurana əl vurma! Qurana əl vura bilməzsən." Onsuz da müsəlmanın əli təmizdir, götürər Quranı oxuyar. Təmizsə əlin, gedər Quranı oxuyarsan. Qız olsun, kişi olsun istədiyi kimi oxuya bilər. Tərcümədən də oxuya bilərsən, rahat oxuyarsan.
A9 TV; 9 dekabr 2012
avatar

Adnan Oktar

Quran çörək kimi başınızda dayanacaq. Yastığınızın üzərində dayanacaq. Axşam yatarkən oxuyacaqsınız, qalxıb oxuyacaqsınız. Masanızda olacaq.
A9 TV; 9 dekabr 2012
avatar

Adnan Oktar

Müsəlman Allah yolunda çox səmimi xərcləyir, boş yerə xərcləmir, israf etmir, amma xəsislik də etmir. Müsəlmana, İslam yoluna gedəcək pulu zibil kimi xərcləyir, xəsislik etmir. Boş işlərə xərcləmir.
A9 TV; 9 dekabr 2012
avatar

Adnan Oktar

Böhtan atacaqlar, mane olmağa çalışacaqlar, çirkin sözlər söyləyəcəklər, təhqir edəcəklər, müsəlman nə deyəcək? "Salam sizə" deyib uzaqlaşır, həmsöhbət olmur.
A9 TV; 9 dekabr 2012
avatar

Adnan Oktar

Həqiqi müsəlmanlar təvazökardırlar, rahatdırlar, artistlik, qürur etməzlər, ağır müəllim, molla roluna girməzlər. Övliya roluna girməzlər. Xırıltılı səsli, xüsusi adam rolu verməzlər. Rəftarları normaldır, mehribandırlar.
A9 TV; 9 dekabr 2012
avatar

Adnan Oktar

Şiddət, terror, mərhəmətsizlik şiddətlə çəkinilən xüsusiyyətlər, yəni sırf cəhənnəm xüsusiyyətləridir. Müsəlman elə şeylərdən iyrənəcək. Şiddətlə çəkinəcək.
A9 TV; 9 dekabr 2012
avatar

Adnan Oktar

SEVGİSİZLİK KEYFİYYƏTSİZLİYİ, KEYFİYYƏTSİZLİK SEVGİSİZLİYİ GƏTİRƏR. Keyfiyyətsiz mühitdə sevgisizlik tez inkişaf edər. Sevgisiz mühitdə də keyfiyyətsizlik inkişaf edər. SEVGİ İLƏ KEYFİYYƏT İÇ-İÇƏDİR. Qardaşlarımızın çox keyfiyyətli müsəlmanlar olması üçün cəhd göstərəcəyik. Sevginin olduqca inkişafı üçün cəhd göstərəcəyik.
A9 TV; 9 dekabr 2012
avatar

Adnan Oktar

Bir çox insanın ürəyinə nifrət sahib olmuşdur. Nifrət əhli çox çirkindir. Özləri də cəhənnəm həyatı kimi həyat yaşayırlar, çox böyük ağılsızlıq edirlər.
A9 TV; 9 dekabr 2012
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
İnsanın fitrətində vardır keyfiyyət axtarışı. QURANDA ƏMR EDİLƏN, KEYFİYYƏTDİR. Məsələn, cənnət çox keyfiyyətli bir yerdir. Hər yerdə keyfiyyət hakimiyyəti vardır. Paltarlar, yataqlar keyfiyyətlidir, evlər, küçələr keyfiyyətli, insanlar keyfiyyətli, hər yer keyfiyyətlidir. Sitatlar
Möminlər cənnətə, kafirlər isə cəhənnəmə gedəcəklər. Amma heç kim cəhənnəmə ya cənnətə gedəcəyindən əmin olmayacaq. Ümid və qorxu arasında olmalıdırlar. Allah elə istəyir. Belə olduqda insan mükəmməl, dəqiq olur, inşaAllah. Sitatlar
Gözəl olan Cənab Allah bizləri hələlik dünya görünüşü olaraq belə göstərir. Əsli axirətdədir. İnşaAllah axirətə birdən-birə belə aynanın içindən keçər kimi keçəcəyik. Yuxudan oyanar kimi. "Allah Allah" deyəcəyik, "Necə bir həyat idi o, çox maraqlı" deyəcəyik. Yəni "Açıq şəkildə yuxudaymışıq" deyəcəyik. Sitatlar
Cənnətdə fizika qanunlarını qaldırır Allah, yeni qanunlar var. Daxili orqanlar yoxdur. Hüceyrə ölümlü deyil. Normalda hüceyrə ölür, axirətdə heç bir şəkildə ölmür. Sitatlar
Mehdiyyət gəlsə dəccaliyyət gedər. Batil mütləq, yəni Darvinizm, materializm mütləq yıxılar. Yüz il müqavimət göstərməsi, yüz əlli il müqavimət göstərməsi əhəmiyyətli deyil. Mütləq yox olur. Sitatlar
İnsanlar hiss edər Mehdi (ə.s)-ı amma adını qoya bilməz. Dəccalı da hiss edər, adını qoya bilməz, möminin içində ondan uzaqlaşdıran bir hiss olar. Sitatlar
Allah heç bir zaman üçün buraxılmaz. Heç bir zaman üçün Cənab Allaha qarşı hüsnü-zənndən imtina edilməz. Sitatlar
Zənginlikdə insanların əksəriyyətində həm eqoizm, həm qürur, həm təkəbbür meydana gəlir. Kasıblıqda da təvazökarlıq, mehribanlıq, Allaha yaxınlıq, istilik, az bir şeydə xoşbəxt olma inkişaf edir. Ancaq cənnətdə zənginliyi qaldıra biləcək ruhda olur insanlar. Sitatlar
İqtisadi böhran dövrlərində insanlar həmişə dindar olmuş, yığışmış, daha məqbul hərəkət edər hala gəlmişdir. Onun üçün dünyanın hər yerində həmişə iqtisadi çətinlik vardır. Allaha dönsünlər deyə Allah bunu xüsusi olaraq belə edir. Sitatlar
Əsgərlərə mənəvi dəstək verəcək, imani danışıqlar aparacaq, söhbət edən insanlar olsun. Diyanət İşləri Nazirliyi belə bir vəzifə götürsün. Onlara mənəvi dəstək verəcək, onları həyata bağlayacaq, onlara həyatı sevdirəcək, onlara mənəvi gözəl söhbətlər belə Allahı sevdirəcək, axirəti sevdirəcək, Quranı sevdirən söhbətlər edib onları mütləq intihar fikrindən daşındırmaq lazımdır. Sitatlar
Dəccaliyyətin insanların üzərindəki mənfi elektriki qalxacaq, bitir. Artıq dolça bürcünün, Mehdiyyətin ruhani sahəsi dünyaya hakim olacaq. Sitatlar
Dəccal insanları psixoloji istiqamətdən, ruh cəhətdən xəstə edir və insanları ümidsiz, çarəsiz, qəmgin, sevincsiz, şövqsüz və ən əsası sevgisiz edir. Sitatlar
Narkotik, depressiya əleyhinə yemək, içmək kimi istifadə edilir. Niyə? Çünki Mehdiyyətin o gözəl, isti iqlimi meydana gəlmədi. Sevgi hakim olmadı dünyaya, mərhəmət, dostluq hakim olmadı. O elə olunca anti-depressiya qida halına gəlir. Sitatlar
İslam Birliyinin meydana gəlməsi üçün Allah dünyaya ömür verdi. Hal-hazırki ömrün səbəbi budur. Qiyamətin vaxtı gəldi. Qiyamət Mehdi (ə.s)-ın çıxması üçün uzadılır, İslam Birliyinin meydana gəlməsi üçün. Sitatlar
Quran nə gözəldir. Heç bir yerində ziddiyyət yoxdur. Hər izah mükəmməl, hər izah vicdanı rahatlaşdıracaq şəkildə ağıla uyğundur. Tətbiq olunduğunda dünyada hüzur meydana gəlir. Şəxs özü tətbiq etdiyində özündə mükəmməllik meydana gəlir. Sitatlar
Mehdiyyətdən bəhs etməsən, yalnız İslam Birliyindən bəhs etsən çox böyük əksiklik olar. Çünki lidersiz birlikdən bəhs edirsən. Başsız bədəndən bəhs edirsən. Əvvəl baş olacaq, başdan bədən meydana gələcək. Sitatlar
İslam olacaq, Türk-İslam Birliyi olacaq. Bunu Amerika da istəyir, İsrail də istəyir. Başqa cür onsuz da dünya rahat olmaz. Dünyanın hüzuru üçün bu şərtdir. Sitatlar
Fələstində meydana gələn partlayışlar, bombalar, İsraildə meydana gələn partlayışlar, bombalar hər ikisi də Allah tərəfindən yaradılır. Hər ikisində də Allah tərəfindən Mehdiyyətə, Məsihiyyətə dəvət var. Sitatlar
Biz Kürd qardaş və bacılarımızın xoşbəxt olmasını, sevinc içində yaşamalarını ürəkdən istəyirik. Lakin bu təkcə İslam Birliyi ilə mümkündür. Bütün müsəlman aləminin sevinc içində yaşaması ilə olar. Sitatlar
Türkiyə Avropa Birliyinə ancaq Türk-İslam Birliyinin lideri olaraq girərsə bu, çox gözəl olar. Sitatlar
BDP-dən gələn ən gözəl davranış İslam Birliyini müdafiə etmək olardı. Əgər səmimi olaraq Kürd bacı-qardaşlarımızı, türk millətini,  bütün bölgədəki ərəbləri, israilliləri, xristianları hamısını sevirlərsə, müasir İslam anlayışını, İslam Birliyini, Mehdiyyəti istəsinlər. Bu, məsələnin kökündən həllidir . Sitatlar
İslam Birliyi olmasa adam orqan ticarəti də edər, müsəlmanları da kəsib doğrayar. Döyüb-söyərlər də, alçaldarlar da, məmləkəti bölməyə də çalışarlar, amma İslam Birliyi olanda hər şey süd liman olar, düzələr. Onun üçün İslam Birliyinə müqavimət göstərmək bu hadisələri qəbul etmək mənasını verər. Sitatlar
Həm keyfiyyətin, həm də sevginin inkişafı üçün bir dövlət siyasəti kimi hökumətin iş görməsi lazımdır. Sitatlar
Quranla Tövrat ziddiyyət təşkil etməz. Ziddiyyət təşkil edən yerlər onsuz da təhrif olan tərəfləridir. Amma Quranla Tövrat əsas mövzularda bir-birini təsdiq edər. Tövratda keçən hökmlər eynisi ilə Quranda da keçir. Sitatlar
Keyfiyyət çox əhəmiyyətli bir şeydir. Keyfiyyətsiz olduqdan sonra həyat çox xarab olar. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur