logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 14 sentyabr 2013

avatar

Adnan Oktar

Qatı dinçilər Allahın Quranda halal buyurmasına baxmayaraq bir çox yeməyi və zinəti haram etməyə meyillidirlər. Allah ayədə "bütün zinətləri Mən yaradıram, sizə kim haram etdi?" deyir. Kim edir? Xurafatçılar edir.
A9 TV; 14 sentyabr 2013
2262
avatar

Adnan Oktar

Osmanlını daxilindən yıxan qatı dinçilər idi. Hal-hazırda da qatı dinçilərin İslam aləmini məhv etdiyinə şahid oluruq. Qatı dinçilər ikrah hissi doğurduqlarına görə, cəfəngiyat danışdıqlarına görə insanlar onlara nifrət edirlər.
A9 TV; 14 sentyabr 2013
avatar

Adnan Oktar

Fitnənin mənbəyi İrandır. Bölgədə kommunizmin himayəçiliyini o edir.
A9 TV; 13 sentyabr 2013
avatar

Adnan Oktar

Allah xoşbəxtliyin açarını qısa şəkildə söyləmişdir: Mehdi və İsa Məsih. Bu qədər. Allah: "Onları başa keçirin, xoşbəxt və rahat olun. Yox əgər onlara qarşı müqavimət göstərsəniz sizləri yandırıb yaxaram, əzaba düçar edərəm, cəzalandıraram" deyir. Bəziləri: "Biz müqavimət göstərəcəyik" deyirlər. Müqavimət göstərən əzaba düçar olar. Müqavimət göstərməkdən imtina edən isə xoşbəxt olar.
A9 TV; 13 sentyabr 2013
avatar

Adnan Oktar

Peyğəmbərlərin və vəlilərin imanı çox güclü olur. Çünki çox yaxşı mühakimə etmə qabiliyyətləri olur. Allahın varlığının dəlillərini yaxşı düşünürlər, qavrayırlar. Bəzi insanların zehni dağınıq olur, beynində imanını ələ ala bilmir, imanı zəif olur.
A9 TV; 13 sentyabr 2013
avatar

Adnan Oktar

Allah yaratdığı hadisələrlə hamiyəti İslamiyyəni hərəkətə keçirərək, zülm içində olan müsəlmanların vəziyyətini görməməzliyə vuran, veclərinə almayan müsəlmanlara lənət oxuyur.
A9 TV; 13 sentyabr 2013
avatar

Adnan Oktar

Müsəlmanların böyük bir hissəsinin bəsirət və fərasətləri bağlanıb. Evlərində oturub zikr edirlər. On min zikr edərkən orada 70 uşağı qətl edirlər. Onları qoruyacaq, qurtaracaq zikr et.
A9 TV; 13 sentyabr 2013
avatar

Adnan Oktar

Quran üslubundakı dərinliyi yaxşı görmək lazımdır.
A9 TV; 13 sentyabr 2013
avatar

Adnan Oktar

Yaxşı olmayan insanlar Allahın möminlərə verdiyi nemətlərdən istifadə edirlər. Yəni əslində nemətlər onlar üçün deyil, səmimi möminlər üçün yaradılır. Onlar da bir kənardan, bir yandan istifadə edirlər. Axirətdə bu imkanlar əllərindən alınar.
A9 TV; 13 sentyabr 2013
avatar

Adnan Oktar

Allah yaxşı insanlar üçün dünyanı şəkildən-şəklə salaraq dizayn edir.
A9 TV; 13 sentyabr 2013
avatar

Adnan Oktar

Hal-hazırda dünyada sevgini müdafiə edənlər işıq saçırlar. Onsuz da Allah dünyanı onlara görə qoruyur. Yəni qiyamətin qopmamasının səbəbi budur.
A9 TV; 12 sentyabr 2013
avatar

Adnan Oktar

Türkiyədə, Amerikada sevgini müdafiə edən çox az sayda nur kimi insanlar var. Allah sırf onlara görə dünyanı qoruyub yaşadır. Getdikcə bu nurların sayı artaraq işıq hər yeri bürüyəcək. Sonra bu nurlar zaman keçdikcə azalacaq, yox olanda qiyamət qopacaq.
A9 TV; 12 sentyabr 2013
avatar

Adnan Oktar

Allah sevgisinin təcəllisi olan imanlı insanların üslub və ruhları gözəl olur. Allah dünyanı zalımlara, sevgisizlərə, mərhəmətsizlərə görə deyil, iman edənlərə görə qoruyur.
A9 TV; 12 sentyabr 2013
avatar

Adnan Oktar

Məsələn, adam var ki, dinsizdir, amma zalım deyil, heç kimə zülm etmir. Bu cür insanların cəhənnəmi ayrı olur. Yəni monoton həyat yaşayırlar. Cənnətlə müqayisə etdikləri üçün iztirab çəkirlər. Sıxıcı, durğun, sönük, mənasız bir həyat yaşayarlar. Bu da cəhənnəmin təbəqələrindən biridir. Orada sıxılar, böhrana düşərlər. Sevgisizlikdən, cənnətin gözəlliyi ilə müqayisə etməkdən böhrana düşər. Allah onlara bu şəkildə əzab verər.
A9 TV; 12 sentyabr 2013
avatar

Adnan Oktar

Allah dünyada birini yandırmış adamı cəhənnəmdə sonsuza qədər yandırar. Birini zəncirə bağlayan müsəlmanı cəhənnəmdə sonsuza qədər zəncirə bağlayar.
A9 TV; 12 sentyabr 2013
avatar

Adnan Oktar

Nə məscidlə, nə də cemeviylə qurtuluş olmaz. Məscidə, cemevinə gedən insanların təhsilinə, keyfiyyətinə əhəmiyyət vermək, sevgini yaxşı öyrətmək lazımdır.
A9 TV; 12 sentyabr 2013
avatar

Adnan Oktar

Ələvilər Mehdi (ə.s) aşiqidir, Əhli-beyt aşiqidir, hz. Əli (r.ə) aşiqidirlər. Bərabərliyi, birliyi müdafiə edərlər. Qatı dinçiliyə qarşıdırlar. Sünnilərin bəziləri çox xurafatçı və sevgisizdirlər. Aralarında yaxşıları da vardır. Əsas məsələ, Qurana bağlı mehdiyyət təhsilidir. Səhabə İslamının izah edilməsidir. Şəfqət, mərhəmət, məhəbbət anlayışının inkişaf etdirilməsidir.
A9 TV; 12 sentyabr 2013
avatar

Adnan Oktar

Dinsiz olub, amma zalım olmayanların cəhənnəmi fərqlidir. Allah can yandırmayan dinsizlərə cəhənnəmdə darıxdırıcı, sıxıcı bir həyat yaşadır. Dünyada birini yandıranı Allah da cəhənnəmdə sonsuza qədər yandırır, insanları zəncirləyəni Allah cəhənnəmdə sonsuza qədər zəncirləyər.
A9 TV; 12 sentyabr 2013
avatar

Adnan Oktar

Ateist olanların tənqiddən narahat olmaları yersizdir. Mən ateistlərin də cənnətə getməsi üçün cəhd göstərirəm. Dinc və rahat yaşamalarını istəyirəm. Əslində heç maraqlanmaya da bilərdim. Dindar olub da, ateist və kommunistlərə şəfqətlə yaxınlaşanlar tək bizik.
A9 TV; 12 sentyabr 2013
avatar

Adnan Oktar

Allah bütün elm sahələrini araşdırıb öyrənməyi fərz buyurub. Quranda nəzərdə tutulan üstüörtülü, səthi araşdırma deyil, dərin və əhatəli araşdırmadır. Allahın sənətini araşdırmaq, fərq etmək, anlamağa çalışmaq təqdirə layiq bir əmrdir.
A9 TV; 11 sentyabr 2013
avatar

Adnan Oktar

Bir müddət sonra mehdiyyət çiçəklənib inkişaf edəcək.
A9 TV; 11 sentyabr 2013
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Osmanlını daxilindən yıxan qatı dinçilər idi. Hal-hazırda da qatı dinçilərin İslam aləmini məhv etdiyinə şahid oluruq. Qatı dinçilər ikrah hissi doğurduqlarına görə, cəfəngiyat danışdıqlarına görə insanlar onlara nifrət edirlər. Sitatlar
Qatı dinçilər uydurma hədislərlə guya Peyğəmbərimiz (s.ə.v)-i hörmətdən salmağa çalışırlar, haşa. Sitatlar
Quran üslubundakı dərinliyi yaxşı görmək lazımdır. Sitatlar
Ələvilər Mehdi (ə.s) aşiqidir, Əhli-beyt aşiqidir, hz. Əli (r.ə) aşiqidirlər. Bərabərliyi, birliyi müdafiə edərlər. Qatı dinçiliyə qarşıdırlar. Sünnilərin bəziləri çox xurafatçı və sevgisizdirlər. Aralarında yaxşıları da vardır. Əsas məsələ, Qurana bağlı mehdiyyət təhsilidir. Səhabə İslamının izah edilməsidir. Şəfqət, mərhəmət, məhəbbət anlayışının inkişaf etdirilməsidir. Sitatlar
Allah bütün elm sahələrini araşdırıb öyrənməyi fərz buyurub. Quranda nəzərdə tutulan üstüörtülü, səthi araşdırma deyil, dərin və əhatəli araşdırmadır. Allahın sənətini araşdırmaq, fərq etmək, anlamağa çalışmaq təqdirə layiq bir əmrdir. Sitatlar
Allah müsəlmanlara Qurandakı elmi, yerdə-göydə olan hər şeyi araşdırmağı fərz buyurub. Sitatlar
Quran və ağıl bir-birilə çox bağlıdır. Quran saf ağıldır. Ağılın yoludur. İnsan Qurana uymaqla ağıllı olar. Quranın xaricində ağıllı olmaq mümkün deyil. Zəkalı ola bilər, amma ağıllı ola bilməz. Sitatlar
Müsəlman göz görə-görə şərabı necə içsin? Boğazına tıxanar, istəsə də içə bilməz. Mömin zina ilə iflic olar. Əli qolu bağlanar, qüdrəti çatmaz. Günaha girmə gücü olmaz, bəsirəti bağlanar, edə bilməz, inşaAllah. Sitatlar
"Yer və göy"―yerdə yerin quruluşu, heyvanlar, bitkilər, mikroblar, bakteriyalar hər şey araşdırılmalıdır. Göydə: meteoritlər daxil olmaqla hər şey araşdırılmalıdır. Allah bunu müsəlmanlara fərz buyurub. Qurandakı yüzlərlə ayədən bunların fərz olduğu aydındır. Sitatlar
Qatı dinçilik, təzyiq, kommunizm qorxunc bir şeydir. Azadlıq gözəldir. Biz insanların sevinci ilə xoşbəxt olarıq. Sitatlar
Qurana tabe olan müsəlmanlar hər şeyi xoş qarşılamalı, hər şeyə ağılla yanaşmalıdırlar. Həyəcanla baxmamalıdırlar. Sitatlar
Qatı dinçilərin gizli dünyaları tam fərqlidir. Bu səmimiyyətsizliyi gördükləri üçün öz uşaqları belə qatı dinçilikdən iyrənir. Sitatlar
Haram insanı sıxan bir şeydir. Haram mömini parçalayar. Haram olduğunu bilə-bilə harama girmək, haram iş görmək mümkün deyil. Amma imanı zəif olanlarda bədən iflic olduğu üçün, ət çürüdüyü üçün harama girməkdən təsirlənməzlər. Rahat şəkildə harama girərlər. İnsan diri olduğu halda harama girməsi qeyri-mümkündür. İnsan ancaq ölü olduğunda harama girə bilər. Dirinin gücü çatmaz, harama girmək dözülməz bir əzabdır. Möminin edə biləcəyi bir şey deyil. Sitatlar
Mömin haramdan narahat olar, haram mömini iflic edər, harama girməyə gücü çatmaz. Amma ağlı, imanı zəif olan adam üçün halal, haram fərq etmir. Sitatlar
Xurafatçılar yüzlərlə uydurma hədisi Qurandan üstün tuturlar. Sitatlar
Cəhənnəmə getməmək çox asandır; Allahı sevəcək, Allahdan qorxacaqsan. Allah "dünyanı sizə verdim" deyir. "İstədiyin kimi ye, iç, əylən, sev, oyna, rəqs et". Allahın “sənə dünyanı verdim” deməsi o mənadadır ki, dünya sizindir, hər şey edə bilərsiz". Haramlar çox azdır. Sitatlar
Allahın halal etdiyi haram qılınsa, Allah bəla verər. Sitatlar
İslamda qadağalar barmaqla sayılır. Halalları saymağa cəhd etsən ömrün çatmaz. Haramları saymaq isə barmaqla sayılacaq qədərdir. Halalların sayı-hesabı yoxdur. Sitatlar
Qədəhi küfr əlaməti olaraq onlar damğalamışdılar. Mən bu damğanı qədəhin üstündən qaldırıram. Onun halal olduğunu, onun gözəlliyini göstərirəm və bütün gözəlliklərin Müsəlmanlara aid olduğunu vurğulamış oluram. Sitatlar
Qurandan uzaq olanda insanın ağlı gedir, davranışları pozulur, halala, harama diqqət etmir, nizamsız olur. Amma Qurana uyarsa, ağıl tam oturur, işləri yolunda gedir, bərəkət gəlir, üzərinə bir rəhmət, bir xoşluq, nur gəlir. Onun üçün Qurana möhkəm sarılmaq çox vacibdir. Sitatlar
Qatı dinçilər müsəlmanların üstünə elə ağır yük yüklədilər ki, elə bil, müsəlmanları   dəliyə döndərdilər. Sağa dönə bilmir, sola dönə bilmir, gülməsi qadağandır, qadınların   danışması qadağandır. Allah sənin gülməyini istəyir, şən olmağını istəyir. Niyə boş-  boşuna özünə əzab verirsən? Özlərindən qadağalar qoyurlar. Gül, istədiyin kimi gül,   istədiyin kimi gəz, evinin divarından portret də as, heykəl də qoy, gənc qızlar istədikləri   kimi makyaj etsinlər, baxımlı olsunlar. Gənc oğlanlar rəqs etsin, əylənsin. Qurana görə   bunların hamısı halaldır. Sitatlar
Dində həyatın bütün gözəllikləri vardır. Musiqi, əyləncə, nəşə, sevinc, sevgi vardır. Din  həyatın hər anını əhatə edir və hamısını halal etmişdir. Qeyri-qanuni, haram olan çox az   şey vardır. Halal şeylərin sayı-hesabı yoxdur. Sitatlar
Kimyəvi silahların təslim edilməsi mövzusu lazımsız yerə vaxt keçirməkdən, baş qarışdırmaqdan ibarətdir. Əsas olan İslam ölkələrinin dərhal birləşməsidir. Sitatlar
Mehdi aşiqlərinin birlik üçün, sevgi üçün çoxlu cəhd göstərmələri lazımdır. Sitatlar
Massonlar Axırzamanda bütün dünyanı qurtaracaq bir insanı, Adonayı gözləyirlər. Deməli, massonlar və tampliyerlər Mehdi (ə.s)-a tələbə olacaqlar. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur