logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 13 iyun 2018

avatar

Adnan Oktar

Müsəlmanlar bu cür qan ağlayarkən İslam əxlaqının dünyaya hakim olmasını istəməmək, İslam Birliyini istəməmək çox böyük alçaqlıqdır.
A9 TV; 13 iyun 2018
2290
avatar

Adnan Oktar

İnsan ağlı maqnit kimi hər şeyi çəkər. Allah ilə əlaqə güclü olanda gərəksiz heç bir şeyə narahat olmazlar. Qorumanın Allahdan olduğunu biləndə, həmin narahat edici mövzular ona heç vaxt zərər verməz. Fikir etməmək üçün mövzulara çox yuxarıdan baxmaq və böyük ağılla olmaq lazımdır. "Müsəlmanlar əzilir, şəhid edilirkən mənim balaca işlərim əhəmiyyətlidir yoxsa o insanların qurtuluşu daha əhəmiyyətlidir" deyə düşünüb əhəmiyyətsiz mövzulardan xilas olmaq mümkündür.
A9 TV; 22 iyun 2018
avatar

Adnan Oktar

Allaha güvənmək əhəmiyyətlidir. Əgər insan Allaha güvən mövzusunda özünü zəif görürsə, özünə əsəbiləşərək bu mövzunun üstünə getməlidir. İnsanlar təvəkkül edə bilmədikləri üçün çətin yaşayırlar. Allah insanlara zülm etməz, təvəkkül etmədikləri üçün insanlar özləri özlərinə zülm edirdilər.
A9 TV; 22 iyun 2018
avatar

Adnan Oktar

Namaz Allaha sevgidir, Allaha iltifatdır. İbadət Allaha sevgimizi göstərmə şəklimizdir. Bütün ibadətlər Allaha olan sevgini ifadə edər.
A9 TV; 22 iyun 2018
avatar

Adnan Oktar

Sənətçilərə sahib çıxılması çox vacib mövzudur. Sənətçilərin hamısına mütləq dövlət medalı və sabit maaş təmin edilməsi lazımdır. Sənətçi çalışıb pul qazanmaq məcburiyyətində olmamalıdır. Həyatları zəmanət altında olmalıdır. Sənətçi bir yerə gəldiyi zaman ondan ödəniş alınmaz.
A9 TV; 22 iyun 2018
avatar

Adnan Oktar

İmanın dərinləşməsi çətin deyil. Amma çox səmimi olmaq lazımdır. İnsan səmimi olduqda iman dərinliyi öz-özünə inkişaf edən nemət olaraq möminə verilər.
A9 TV; 21 iyun 2018
avatar

Adnan Oktar

Hər kəsin hər kəsə salam verdiyi, dost olduğu dünya istəyirik. İnsanlar həmişə bir-birinə məsafəli və uzaqdır. Yalnız öz ailəsini sevir. Hər kəsin bir-birinə ailə olduğu dünya olması üçün məşğul oluruq.
A9 TV; 19 iyun 2018
avatar

Adnan Oktar

İman zəifliyi və darvinist təhsil bir arada olanda gənclər məhv olur. Sənin atan soxulcan, bakteriyadan təsadüflər nəticəsində olmusan deyəndə uşaq dəhşətə qapılar. Bu cür təhsillə yetişən uşağın xoşbəxt olması, hüzur tapması mümkün olmaz.
A9 TV; 22 iyun 2018
avatar

Adnan Oktar

Hər an Allah ilə birlikdə hərəkət etmək lazımdır. İnsanların ən böyük bəlası Allaha güvənməkdə şübhəyə düşmələridir. İnsanların bəzisi mənfəətlərinə zidd düşəndə Allahı buraxmaq meylində olar. Əksinə bəla, dərd gələndə Allaha daha güclü sarılmaq lazımdır. Allah onsuz da o hikmətlə bəlanı verər. O zaman bütün yollar o insana açılar.
A9 TV; 18 iyun 2018
avatar

Adnan Oktar

Din dərsində əsas sevgi və mərhəmət öyrədilməlidir. Allah niyə sevilir, Allahın sənəti nədir, Allahın böyüklüyü necə aydın olar, iman həqiqətləri nələrdir, Quran möcüzələri nələrdir bunların gənclərə izah edilməsi lazım.
A9 TV; 18 iyun 2018
avatar

Adnan Oktar

Allahı candan sevən və böyüklüyünü qavrayan, dünyanın ən təsirli, ən böyük gücü halına gələr. Heç kim, o insanı məğlub edə bilməz.
A9 TV; 27 iyun 2018
avatar

Adnan Oktar

İnsanlar ən çox imanı güclü olan kəslərdən təsirlənər. Mömin gözəl təbliğ etmək istəyirsə imanının çox güclü, Allah sevgisinin çox dərin, Allaha güvənin tam olması lazımdır. O zaman bu insanın etdiyi təbliğ müdhiş təsirli olar, Allahın izni ilə.
A9 TV; 21 iyun 2018
avatar

Adnan Oktar

İnsanlardakı ən vəhşi instinkt gələcək qorxusudur. Bir çox insanın çəkdiyi acının təməlində gələcəkdən duyduqları qorxu vardır. Heç vaxt gələcəklərini zəmanət altına aldıqlarını düşünüb rahatlamırlar. Rahatlığı təmin edəcək yalnız Quranda izah edilən vəlayət sistemidir. Çünki vəlayət sistemində hər kəs hamının anası, atası, qardaşı, qoruyucusu olmaqla məsuldur.
A9 TV; 19 iyun 2018
avatar

Adnan Oktar

Bezmək, Allahın imtahanını istəməmək deməkdir. Sevgidən bezmək deməkdir. Belə bir şey möminin qədərində yoxdur. Mömində bezginlik olmaz. Bezginlik ölü olaraq yaradılmış varlıqlarda olar. Onlar yeməkdən, əylənməkdən, gəzməkdən hər şeydən bezərlər. Möminin isə hər anı həyəcan, hər anı yenilik, hər anı sevincdir. Mömin hara dönsə yaxşılıq, hara dönsə xeyirdir.
A9 TV; 18 iyun 2018
avatar

Adnan Oktar

Bu əsrdə insanlar heç bir dövrdə nəsib olmamış böyük möcüzələr görəcəklər. İslamın hakimiyyətini, Mehdini, iki min il sonra İsa Məsihi, Tabut-u Səkinəyi, Hz. Süleyman dövründən gələn müqəddəs əmanətləri görəcəklər inşaAllah.
A9 TV; 19 iyun 2018
avatar

Adnan Oktar

Türkiyə, kin və nifrət ölkəsi olmamalıdır. Yaxşı olan hər hərəkətə yaxşılıqla cavab verilər. İnsanın düşməni belə olsa yaxşı rəftar edəndə, o yaxşılıq təqdir edilər. Biz millət olaraq qardaşıq, birik. Yaxşı olan, gözəl olan hər rəftarı yaxşılıqla cavab vermək gözəllikdir.
A9 TV; 21 iyun 2018
avatar

Adnan Oktar

Şəhidlərimizin hamısı cənnət quzusudur. Necə nəsiblilər ki, Allah onlara ən gözəl məqamı vermiş. Allah bizlərə də yataq ölümü verməsin. Şəhidlik çox şərəfli, çox böyük nemətdir. Allah ailələrinə də xeyirli, gözəl ömür versin, onları razılıq içində yaşatsın.
A9 TV; 19 iyun 2018
avatar

Adnan Oktar

İnsanların sevinci, xoşbəxtliyi və azadlığı çox vacibdir. Tayyib hocam və hökumətimizdən xahiş edirik, "insanların xoşbəxt olmasını istəyirik, sevincə azadlığa üstünlük verəcəyik. Gənclərin, qadınların azad olmasını istəyirik. Həyatın yaxşı olmasını istəyirik" açıqlamalarına üstünlük versələr çox gözəl olar.
A9 TV; 18 iyun 2018
avatar

Adnan Oktar

Ehtiras olması üçün eqoist olmamaq lazımdır. Eqoist olmaq dünyadakı ən böyük faciədir. Eqoist insan məhv olmuş deməkdir. Səmimi insan Allah üçün və sevdikləri üçün yaşayar. Eqoistlik insanı adiləşdirər və bəsitləşdirər.
A9 TV; 18 iyun 2018
avatar

Adnan Oktar

Sərhədimizdə terrorist heç bir quruluş istəmirik. Allah ordumuzu müzəffər etsin. Allah əsgərimizi namərd güllələrdən qorusun.
A9 TV; 18 iyun 2018
avatar

Adnan Oktar

Qadınları dürüst sevmək, hörmət göstərmək lazımdır. Qadına dəyər veriləndə qadın olar. Qadın hörmətlə, dəyər verərək gözəldir. Axirətə niyyət yoxsa sevgi olmaz. Yox olacaq varlıq seviləməz. Özünün də qiyməti qalmaz, qarşısındakının də qiyməti qalmaz. Sonsuza niyyətlə sevilər.
A9 TV; 22 iyun 2018
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Bütün həyatımıza hakim tək güc Allahdır. İnsanların böyük hissəsinin iman etməməsi möminlərin təhsili üçün xüsusi yaradılmış vəziyyətdir. Sitatlar
Quranda müdhiş azadlıq vardır. Quranda bildirilən haramlar çox azdır. Quran əxlaqı dünyaya hakim olduğunda insanlar çox azad və gözəl yaşayar. Sitatlar
Azadlıq, demokratiya, incəsənət, keyfiyyət ən az yemək içmək qədər insanların ehtiyacıdır. Əleyhinə olanların ən çox istifadə etdikləri vəsait bu dəyərlərin azalması olduğuna görə, daha çox azadlıq, daha çox demokratiya, daha çox incəsənət üçün ediləcək hər şey qurulan oyunları pozar. İnsanların sevincini əlindən alan mühafizəkar, katolik, qatı İslam anlayışının deyil, Quran müsəlmanlığının incəsənət, keyfiyyət, sevinc, demokratiya, azadlıq anlayışını təşviq etmək lazımdır. Bu edilsə bütün dünyanın İslamı qəbul etməsinə də Türkiyə qabaqcıl olar. Katolik, ənənəçi İslam anlayışı ilə İslam daxildən çökür, gizli-gizli ateizm, deizm inkişaf edir. Bunu dayandırmaq üçün katolik sistemin təzyiqinin qaldırılması, darvinist, materialist təhsilin dayandırılması, iman həqiqətlərinin və elmi gerçəklərin izah edilməsi, insanlara sevginin, dostluğun, sülhün təhsilinin verilməsi lazımdır. Sitatlar
İslam birliyinin məqsədi sülhdür. Bu birlik müharibələri, acıları, döyüşü, terroru aradan qaldırmaq üçün qurulacaq. Əslində sülh və dostluq asan olandır. İnsanların savaşı bu qədər adi hal kimi görməsində anormallıq vardır. Sitatlar
Azadlıq anlayışı cəmiyyət tərəfindən qəbul edilsə həqiqi azadlıq meydana gələr. Gözəl olan təhsillə, İslam əxlaqının hakimiyyəti ilə büt inancları ortadan qaldırmaqdır. İslam, Hz. Musanın əsası kimidir harada qırxayaq, ilan varsa hamısını udar. İnsanlara acı verən hər cür təzyiqi, yanlış ənənə və qadağanı udar, ləğv edər. Onun üçün həqiqi azadlıq ancaq İslamla təmin edilər. Sitatlar
İslam aləminin birləşib sevgini, qardaşlığı, sülhü dünyaya hakim etməsi çox asandır. Müsəlman liderlər bir araya gələcəklər, sarılıb qardaş olaq deyəcəklər. İsrail, Rusiya, Yunanıstan bütün bölgə ölkələrini də bu Birliyin içinə alacaqlar. O zaman Yaxın Şərq tam fərqli, çox gözəl, çox keyfiyyətli bölgə olar. Sitatlar
Münafiq çox həyasızdır. Ən alçaq insanda belə həya olar amma münafiqdə olmaz. İslam olduğu müddət boyu münafiq alçaq mövqedə olduğu üçün havalanmış kimi İslama saldırar. Bunu edərkən də özünü dindar kimi göstərməyə diqqət göstərər. Şeytani və hiyləgərcə üsullarla dinin əsas quruluşunu zəiflətmək və öz içində boğmaq istəyər. Müsəlmanların birlik olmasına ehtiyac olmadığını iddia edər, vəlayət sistemini qəbul etməz, İslam Birliyini istəməz. Sitatlar
Başsız olması İslam aləminin can çəkişməsinə səbəb olur. Beyni olmayan cəmiyyət yaşamaz. İslam aləmi də buna görə məhv olur. Yaxın zamanda zamanın sahibi Mehdi zahir olacaq və fəlakət ortadan qalxacaq, inşaAllah. Sitatlar
İraqda, Suriyada, Liviyada, Yəməndə hər gün onlarla məzlum şəhid edilərkən, dünyanın başında bu qədər hadisə varkən, münafiq yalnız öz əyləncəsini düşünər. Bombalanan, sürgün edilən, aç buraxılan müsəlmanlar onu maraqlandırmaz. O, kinoya gedək, teatra gedək, gəzək əylənək məntiqindədir. Bu çox böyük vicdansızlıqdır. Müsəlman isə bütün həyatını İslam üçün, məzlumları qorumaq üçün həsr edər. Sitatlar
Tayyib hocamdan xahiş edirik İslam Birliyi çağırışını həmişə gündəmdə saxlasın. Hal-hazırda İslam ümməti ümumi olaraq sahibsiz vəziyyətdədir. Demək olar ki, hər ölkə yalnız öz dərdindədir. Türkiyə bütün müsəlmanlara sahib çıxacaq tək ölkədir. İslam Birliyini həmişə gündəmdə saxlasaq ilk başda reaksiya verməmiş kimi görünsələr belə mütləq sonunda gözəl hadisələr olacaqdır. Sitatlar
Önümüzdəki günlərdə dünya miqyasında çox böyük hadisələrlə qarşılaşa bilərik. Narahat olmaq müsəlmanlara yaraşmaz. Sonunda İslam Günəşi mütləq doğulacaq, İslam əxlaqı dünyaya hakim olacaq. Sitatlar
Nur surəsinin 55-ci ayəsi İslam əxlaqının hakimiyyətini və Mehdiyyəti birbaşa izah edən ayədir. Allah ayədə, daha əvvəl Hz. Süleymana, Zülqərneynə necə dünya hakimiyyəti verdisə, bənzər şəkildə İslam əxlaqını da dünyaya hakim edəcəyini bildirmişdir. İslam bütün dünyaya hakim olduğunda müsəlmanların mənəvi lideri olan adam da Mehdidir. Bu səbəbdən Nur surəsi 55-ci ayəsi Mehdiyyəti izah edən ayədir. Sitatlar
İslam ölkələrində ən böyük təhlükələrdən biri münafiqlərdir. Münafiq özünü namuslu, ağlı başında, İslamı yaşayan biri kimi göstərir. Amma əməl etdiyi İslam deyil öz başına görə yaratdığı şəriətdir. Münafiqin dinində Quranın 99%-i yoxdur. Sitatlar
Türkiyənin çox çətin dövrdən keçdiyini bilirik. Axırzamandayıq, fitnələr çox olacaq. Bu coğrafiya Yaxın Şərq, Peyğəmbərlərin çıxdığı yer. Dəccaliyyətlə Mehdiyyətin elmi mübarizəsinin yaşandığı yerdir. Təbii ki, çətinliklər, əziyyətlər, ağrılar olacaqdır. Bu çətinliklərin ardından çox böyük gözəllik meydana gələcəkdir. Peyğəmbərimiz də çətin coğrafiyada yaşadı, oradan İslam günəşi doğdu. Türkiyədən də Allahın izni ilə çox böyük gözəlliklər doğulacaq. Sitatlar
Allah Türkiyəni İslam aləminin lideri etsin, Türklük aləmini, İslam aləmini birləşdirsin. Allah bütün dünyaya sevgini hakim etsin. Bizə də bu nemətini göstərsin inşaAllah. Sitatlar
40 ildir davamdan bir millim belə kənara çıxmadım. Eyni şövq, eyni həyəcanla və heç bir maneəni qəbul etmədən. Həbsxanalar, ağıl xəstəxanası, silahlı hücum, təzyiq, qorxutma, böhtan heç bir şeyə ilişib Sitatlar
Acılar olmadan insan inkişaf etməz və hər şey çox dəyərsiz olar. Cənnətin gözəlliyini belə, acı çəkməyən insan anlamaz. Sitatlar
Allah insanlardan zəif sevgi istəmir. Bu insanı da doyurmaz, Allah da belə sevgi istəməz. Üsulu ilə sevgi əsla olmaz. Allahı, Allahın istədiyi kimi tam haqqıyla sevənlərin isə sayı çox azdır. Allahı ən çətin şərtlərdə sevmək əsasdır. Peyğəmbərlər çox çətin şərtlər altında sevgilərini davam etdirmişlər. Sitatlar
Allah İslam ümmətinə birlik olmağı fərz etmişdir. Bölünmə haramdır. Müsəlmanlar arasında anlaşılmazlıq varsa barışdırmaq fərzdir. Allah bir çox ayədə İttihadı İslamın fərz olduğunu bildirmişdir. Sitatlar
Allah monotonluğu istəməz. Fərqli mədəniyyətlər, fərqli dillər, fərqli insanlar bir gözəllikdir və nemətdir. Allah istəsəydi bütün insanları eyni yaradardı, amma özümüzü inkişaf etdirməmiz və zövq almağımız üçün fərqli-fərqli yaradır. Sitatlar
Allah münafiqləri maddi və mənəvi hər yöndən çökdürər. Daxilən yandırar. Peyğəmbərimiz münafiqlərin həlak olması üçün dua etmişdir. Münafiqlərin həlakı üçün dua etmək sünnədir. PEYĞƏMBƏRİMİZ (S.Ə.V) BU CÜR DUA EDİR: “ALLAHIM, O MÜNAFİQLƏRİN HAMISINI QƏHR ET, ONLARIN BİRLİKLƏRİNİ DAĞIT, PƏRİŞAN ET! ONLARIN BİR-BİR CANLARINI AL VƏ ONLARIN HEÇ BİRİNİ SAĞ BURAXMA!” (Mənbə: Asim Köksal, İslam tarixi, XI, 14-30) Sitatlar
Allah Özünü sevməyən insanların əsla xoşbəxt olmayacaqları şəkildə dünyanı yaratmışdır. Qəlblər ancaq Allah sevgisiylə, Allaha dostluqla rahat edə bilər. Dünya əksinə kilidlənmişdir. Allah sevgisi olmadan kimsə xoşbəxt ola bilməz. Sitatlar
Allah Qəhrəmanmaraş şəhidlərimizin şəhadətini mübarək etsin. Allah bizlərə də o igidlərin gözəl mövqeyini nəsib etsin. Sitatlar
Allah, ruh gözəlliyini də, pisliyini də insanın üzünə əks etdirər. Bu, Allahın insanları qoruması üçün yaratdığı möcüzədir. İnsanın üzündən ruh forması dərhal aydın olar. Məsələn münafiqlərin üzündəki qanqster ifadəsindən əxlaqsız və alçaq olduqları dərhal aydın olar. Sitatlar
Allah sevgisində dərinləşmək istəyən əziyyətə və acıya talib olacaq. Sevginin kökündə əziyyət, acı və hər zaman müsbət düşünmək vardır. İnsan necə sevdiyinin ona həmişə hüsnü-zənlə baxmasını istəyirsə, Allah da insanın ona həmişə müsbət baxmasını istəyir. Əziyyətlərin, acıların içində mömin həmişə Allah haqqında müsbət düşünəcək. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur