logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 14 sentyabr 2013

avatar

Adnan Oktar

Osmanlını daxilindən yıxan qatı dinçilər idi. Hal-hazırda da qatı dinçilərin İslam aləmini məhv etdiyinə şahid oluruq. Qatı dinçilər ikrah hissi doğurduqlarına görə, cəfəngiyat danışdıqlarına görə insanlar onlara nifrət edirlər.
A9 TV; 14 sentyabr 2013
1352
avatar

Adnan Oktar

Fitnənin mənbəyi İrandır. Bölgədə kommunizmin himayəçiliyini o edir.
A9 TV; 13 sentyabr 2013
avatar

Adnan Oktar

Allah xoşbəxtliyin açarını qısa şəkildə söyləmişdir: Mehdi və İsa Məsih. Bu qədər. Allah: "Onları başa keçirin, xoşbəxt və rahat olun. Yox əgər onlara qarşı müqavimət göstərsəniz sizləri yandırıb yaxaram, əzaba düçar edərəm, cəzalandıraram" deyir. Bəziləri: "Biz müqavimət göstərəcəyik" deyirlər. Müqavimət göstərən əzaba düçar olar. Müqavimət göstərməkdən imtina edən isə xoşbəxt olar.
A9 TV; 13 sentyabr 2013
avatar

Adnan Oktar

Peyğəmbərlərin və vəlilərin imanı çox güclü olur. Çünki çox yaxşı mühakimə etmə qabiliyyətləri olur. Allahın varlığının dəlillərini yaxşı düşünürlər, qavrayırlar. Bəzi insanların zehni dağınıq olur, beynində imanını ələ ala bilmir, imanı zəif olur.
A9 TV; 13 sentyabr 2013
avatar

Adnan Oktar

Allah yaratdığı hadisələrlə hamiyəti İslamiyyəni hərəkətə keçirərək, zülm içində olan müsəlmanların vəziyyətini görməməzliyə vuran, veclərinə almayan müsəlmanlara lənət oxuyur.
A9 TV; 13 sentyabr 2013
avatar

Adnan Oktar

Müsəlmanların böyük bir hissəsinin bəsirət və fərasətləri bağlanıb. Evlərində oturub zikr edirlər. On min zikr edərkən orada 70 uşağı qətl edirlər. Onları qoruyacaq, qurtaracaq zikr et.
A9 TV; 13 sentyabr 2013
avatar

Adnan Oktar

Quran üslubundakı dərinliyi yaxşı görmək lazımdır.
A9 TV; 13 sentyabr 2013
avatar

Adnan Oktar

Yaxşı olmayan insanlar Allahın möminlərə verdiyi nemətlərdən istifadə edirlər. Yəni əslində nemətlər onlar üçün deyil, səmimi möminlər üçün yaradılır. Onlar da bir kənardan, bir yandan istifadə edirlər. Axirətdə bu imkanlar əllərindən alınar.
A9 TV; 13 sentyabr 2013
avatar

Adnan Oktar

Allah yaxşı insanlar üçün dünyanı şəkildən-şəklə salaraq dizayn edir.
A9 TV; 13 sentyabr 2013
avatar

Adnan Oktar

Hal-hazırda dünyada sevgini müdafiə edənlər işıq saçırlar. Onsuz da Allah dünyanı onlara görə qoruyur. Yəni qiyamətin qopmamasının səbəbi budur.
A9 TV; 12 sentyabr 2013
avatar

Adnan Oktar

Türkiyədə, Amerikada sevgini müdafiə edən çox az sayda nur kimi insanlar var. Allah sırf onlara görə dünyanı qoruyub yaşadır. Getdikcə bu nurların sayı artaraq işıq hər yeri bürüyəcək. Sonra bu nurlar zaman keçdikcə azalacaq, yox olanda qiyamət qopacaq.
A9 TV; 12 sentyabr 2013
avatar

Adnan Oktar

Allah sevgisinin təcəllisi olan imanlı insanların üslub və ruhları gözəl olur. Allah dünyanı zalımlara, sevgisizlərə, mərhəmətsizlərə görə deyil, iman edənlərə görə qoruyur.
A9 TV; 12 sentyabr 2013
avatar

Adnan Oktar

Məsələn, adam var ki, dinsizdir, amma zalım deyil, heç kimə zülm etmir. Bu cür insanların cəhənnəmi ayrı olur. Yəni monoton həyat yaşayırlar. Cənnətlə müqayisə etdikləri üçün iztirab çəkirlər. Sıxıcı, durğun, sönük, mənasız bir həyat yaşayarlar. Bu da cəhənnəmin təbəqələrindən biridir. Orada sıxılar, böhrana düşərlər. Sevgisizlikdən, cənnətin gözəlliyi ilə müqayisə etməkdən böhrana düşər. Allah onlara bu şəkildə əzab verər.
A9 TV; 12 sentyabr 2013
avatar

Adnan Oktar

Allah dünyada birini yandırmış adamı cəhənnəmdə sonsuza qədər yandırar. Birini zəncirə bağlayan müsəlmanı cəhənnəmdə sonsuza qədər zəncirə bağlayar.
A9 TV; 12 sentyabr 2013
avatar

Adnan Oktar

Nə məscidlə, nə də cemeviylə qurtuluş olmaz. Məscidə, cemevinə gedən insanların təhsilinə, keyfiyyətinə əhəmiyyət vermək, sevgini yaxşı öyrətmək lazımdır.
A9 TV; 12 sentyabr 2013
avatar

Adnan Oktar

Ələvilər Mehdi (ə.s) aşiqidir, Əhli-beyt aşiqidir, hz. Əli (r.ə) aşiqidirlər. Bərabərliyi, birliyi müdafiə edərlər. Qatı dinçiliyə qarşıdırlar. Sünnilərin bəziləri çox xurafatçı və sevgisizdirlər. Aralarında yaxşıları da vardır. Əsas məsələ, Qurana bağlı mehdiyyət təhsilidir. Səhabə İslamının izah edilməsidir. Şəfqət, mərhəmət, məhəbbət anlayışının inkişaf etdirilməsidir.
A9 TV; 12 sentyabr 2013
avatar

Adnan Oktar

Dinsiz olub, amma zalım olmayanların cəhənnəmi fərqlidir. Allah can yandırmayan dinsizlərə cəhənnəmdə darıxdırıcı, sıxıcı bir həyat yaşadır. Dünyada birini yandıranı Allah da cəhənnəmdə sonsuza qədər yandırır, insanları zəncirləyəni Allah cəhənnəmdə sonsuza qədər zəncirləyər.
A9 TV; 12 sentyabr 2013
avatar

Adnan Oktar

Ateist olanların tənqiddən narahat olmaları yersizdir. Mən ateistlərin də cənnətə getməsi üçün cəhd göstərirəm. Dinc və rahat yaşamalarını istəyirəm. Əslində heç maraqlanmaya da bilərdim. Dindar olub da, ateist və kommunistlərə şəfqətlə yaxınlaşanlar tək bizik.
A9 TV; 12 sentyabr 2013
avatar

Adnan Oktar

Allah bütün elm sahələrini araşdırıb öyrənməyi fərz buyurub. Quranda nəzərdə tutulan üstüörtülü, səthi araşdırma deyil, dərin və əhatəli araşdırmadır. Allahın sənətini araşdırmaq, fərq etmək, anlamağa çalışmaq təqdirə layiq bir əmrdir.
A9 TV; 11 sentyabr 2013
avatar

Adnan Oktar

Bir müddət sonra mehdiyyət çiçəklənib inkişaf edəcək.
A9 TV; 11 sentyabr 2013
avatar

Adnan Oktar

Allah müsəlmanlara Qurandakı elmi, yerdə-göydə olan hər şeyi araşdırmağı fərz buyurub.
A9 TV; 11 sentyabr 2013
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Qatı dinçilər Allahın Quranda halal buyurmasına baxmayaraq bir çox yeməyi və zinəti haram etməyə meyillidirlər. Allah ayədə "bütün zinətləri Mən yaradıram, sizə kim haram etdi?" deyir. Kim edir? Xurafatçılar edir. Sitatlar
Qatı dinçilər uydurma hədislərlə guya Peyğəmbərimiz (s.ə.v)-i hörmətdən salmağa çalışırlar, haşa. Sitatlar
Əsas məsələ odur ki, İslam aləminin birləşib, onlar üçün lider seçib dünyanı cənnətə çevirmələri, hər fikirə mənsub insanlara hörmət edib, dünyanı birlikdə xoşbəxt yaşanacaq şəkildə idarə etmələri, dünyanı xoşbəxtlik dənizi halına gətirmələridir. Sitatlar
Ələvilər Mehdi (ə.s) aşiqidir, Əhli-beyt aşiqidir, hz. Əli (r.ə) aşiqidirlər. Bərabərliyi, birliyi müdafiə edərlər. Qatı dinçiliyə qarşıdırlar. Sünnilərin bəziləri çox xurafatçı və sevgisizdirlər. Aralarında yaxşıları da vardır. Əsas məsələ, Qurana bağlı mehdiyyət təhsilidir. Səhabə İslamının izah edilməsidir. Şəfqət, mərhəmət, məhəbbət anlayışının inkişaf etdirilməsidir. Sitatlar
Qatı dinçilik, təzyiq, kommunizm qorxunc bir şeydir. Azadlıq gözəldir. Biz insanların sevinci ilə xoşbəxt olarıq. Sitatlar
Qatı dinçilərin gizli dünyaları tam fərqlidir. Bu səmimiyyətsizliyi gördükləri üçün öz uşaqları belə qatı dinçilikdən iyrənir. Sitatlar
Xurafatçılar yüzlərlə uydurma hədisi Qurandan üstün tuturlar. Sitatlar
Mühafizəkar, xurafata əsaslanan İslam anlayışını dünyanın heç bir yeri qəbul etməz. Nə Avropa, nə Amerika, nə də müsəlmanlar qəbul etməz. Mehdiyyətə, Qurana əsaslanan, səhabə İslamı isə bütün dünya qəbul edər. Bizim təsvir etdiyimiz, göstərdiyimiz İslam anlayışı bütün dünya tərəfindən qəbul edilir. Sitatlar
Avropa İslam ölkələrini işğal etmə marağında deyil, sadəcə qatı dinçilərə nifrət edirlər. Sitatlar
İslam aləmində ilk dəfədir ki, bu qədər mərhəmətsiz və dəlicəsinə məzhəb fanatizmi görülür. Bunun həlli mehdiyyətdir. Sitatlar
Dünyada baş verən bəlaların, qarşıdurmaların, zülmün bitməsinin tək bir həll yolu İslam aləminin birləşməsidir. Sitatlar
Təkcə "Misir xilas olsun! Fələstin xilas olsun!" demək doğru deyil. "Müsəlmanlar birləşsin" demək lazımdır. Bütün İslam aləminin qurtuluşunu, bütün insanlığın qurtuluşunu, müsəlmanların liderliyi ilə bütün insanların qurtuluşunu istəmək lazımdır. Rusiya, Çin, hamısı xilas olsun. Biz eqoist dünyagörüşünü inkişaf etdirə bilmərik. Sitatlar
İslam aləminin bu an başına gələn bəlanın ən fundamental səbəbi nədir? Qurandan çıxmaları, uydurma hədislərə görə hərəkət etmələridir. Sitatlar
İslam aləmində demokratiya Mehdi dövründə olacaq. Çünki Ortodoks İslam inancı demokratiyaya icazə vermir. Sitatlar
Müsəlmanların bir liderinin olmasının nə qədər vacib olduğu göz qabağındadır. Amma bəzilərinin bəsirəti bağlandığı üçün anlamırlar. Rəbbimiz qarşıdakı günlərdə insanların bəsirətini açacaq. Müsəlmanların üzərində bir pərdə var, Allah bu pərdəni açacaq və birlik olmağın, mehdiyyətin əhəmiyyətini görəcəklər, inşaAllah. Sitatlar
İslam aləmi bir liderləri olmadığı üçün bədbəxtdir. İslam Birliyi olmasa bu qarışıqlıq davam edər. Sitatlar
Türkiyənin çox ağıllı, məqbul bir siyasəti var. Yəni Türk hökuməti heç vaxt tarixi ləkələyəcək, ağılsız bir rəftar etməz. Çünki Türkiyədə Osmanlıdan qalan bir dövlət tərbiyəsi vardır. İş məsləhətləşərək edilir. Türkiyə dəlilik etməz. Sitatlar
Heç vaxt Osmanlıya geri qayıtmarıq. Yəni yeni Osmanlı siyasəti yoxdur. Mehdiyyət siyasəti vardır. İslam aləminin birləşməsinin adı mehdiyətdir, mehdilikdir. Onun başına keçən şəxsə də Mehdi deyilir. Bu, İsa Məsihin dəstəyi ilə olacaq Sitatlar
Bizim ölkəmiz bəzi Orta Şərq ölkələri kimi asanlıqla təxribatlara uyan, idarəetməni itirən bir millət deyildir. Osmanlı dövründən etibarən qərarlı və məqbuldur, heç dəyişməyib. Sitatlar
Yunanıstanla Türkiyə birləşərək əvvəlki―Osmanlı dövründəki kimi olacaq. Onda siz bərəkətə, bolluğa baxarsınız. On iki ada, Krit hamısı birləşəcək. Problem təkcə sərhəddə pasportun soruşulmasıdır. Yunanıstan pasportu, vizanı qaldırsa, zənginləşər . Sitatlar
Osmanlı dövrünün çox daha gözəlini, mükəmməlini barış, sevgi və coşğu ilə yaşayacağıq, inşaAllah. Tamamilə ədalət, güvən, hüzur mühiti olacaq. Sitatlar
İranda şagirdlərin üslubunda belə kommunistlik hakimdir, hiss edilir. Metodlar, üsullar, üslub, stil tam klassik kommunist üslubudur. Osmanlıda öyrəşdiyimiz, Əhli Sünnədə alışdığımız isti, mehriban, munis üslub yerinə, təcavüzkar və qan tökülməsini istəyən kommunist üslub hakimdir. Sitatlar
İslamı aclıqdan sürünmək, tör-töküntülü paltarla gəzmək kimi göstərməyə çalışırlar. Osmanlını yıxan zehniyyəti bura gətirməyə çalışırlar. Həm Darvinizmi, həm də xurafatlılığı ön plana çıxararaq bunu etməyə çalışırlar. Buna görə də harada bir fırıldaq xurafatçı varsa onu ön plana çıxarırlar. Onun da ətrafında bir münafiq halqası vardır. BİZ ƏLLƏRİNİ ELMLƏ, SAVADLA QIRACAĞIQ, ZATƏN ALLAH QIRIR ƏLLƏRİNİ. ƏSLA BÖLÜNMƏYƏ, DAĞILMAĞA İCAZƏ VERMƏRİK. Sitatlar
Türk-Osmanlı ənənəsində bir insan bir dövləti dağıtmağa çalışsa, bir birlik; dövlət ehtimal edilə bilməyəcək qədər vəhşiləşər. Bir çox şeyə səs çıxarmaz, amma dövləti dağıtma məsələsində çox vəhşi çalamağı, dağıtmağı heç kim ağlının ucundan belə keçirməyəcək. Sitatlar
Kimyəvi silahların təslim edilməsi mövzusu lazımsız yerə vaxt keçirməkdən, baş qarışdırmaqdan ibarətdir. Əsas olan İslam ölkələrinin dərhal birləşməsidir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur