-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Mən nə MHP-li, nə də AK Partiyalı deyiləm amma Türkiyənin gələcəyi üçün, vətən, dövlət, bayraq üçün dostlarım da, mən də var gücümüzlə bu ittifaqı dəstəkləyirik. MHP, Türkiyənin təməl daşıdır. MHP əleyhinə heç bir hərəkətə, rəhmətlik başbuğ Türkeşin adını unutdurmağa çalışanlara elm və irfanla heç vaxt icazə verməyəcəyik. Tayyib hocam və AK Partiyadan də istəyimiz müasir, həyat dolu, sənətin və qadın azadlığının öndə olduğu anlayışı qat-qat gücləndirtməsidir. Tayyib hocam çox müasir dəliqanlıdır, mövhumatçı kütlənin təzyiqinə diqqətə almadan müasirliyi həmişə təşviq etsin. Seçkilərdə tam müvəffəqiyyət yaranması üçün dekolteli, müasir, sənətçi kütləni qucaqlayan anlayış əhəmiyyətlidir. Ancaq sözdə qalan deyil, feili olaraq bunu göstərmək lazımdır. Yığıncaqlarda dekolteli, açıq, hicablı, çarşablı qadınlar bir yerdə olsun. Gənclər tam əylənsinlər. Gənclər, qadınlar fərah və rahat olduqlarını görsünlər. Aydın, gümrah və dindar Avropa ölkəsi olduğumuzu həqiqətən göstərək. Seçkilərdən sonra Allahın izni ilə Tayyib hocam yenidən cumhurun başı olacaq, ancaq bu xüsuslara diqqət göstərilsə ən az 10% səs artımı olar.
Adnan Oktar
Məni çox sevsəniz, məndən qorxsanız, Qurana uysanız, səmimi olsanız, davamlı ağlınız, ürəyiniz Məndə olsa və tövbə etsəniz, Allaha həmd etsəniz, Allahın böyüklüyünü söyləsəniz ‘Allahu əkbər', Məni tənzih etsəniz deyir Cənab Allah ‘SubhanAllah', "Əksik, nöqsan sifətlərdən münəzzəhsən Ya Rəbbim, mükəmməlsən" şəklində Məni tərifləsəniz deyir Cənab Allah, Mənim şanımı təqdir etməyə var gücünüzlə cəhd göstərsəniz sizə müsibət üz etməz deyir Allah. Rahatlayarsınız, deyir. Burada bir sirr var.
Adnan Oktar
Mənim heç vaxt mehdilik iddiam olmadı, olmaz. Belə iddiam olsa cübbə ilə, sarıqla efirə çıxar, qadınlarla heç görüşməz, mason olmaz, bütün dünyaya hakim olan ənənəçi İslam anlayışını tənqid etməzdim. Mehdilik iddia edən bir insan olmamışam, olmayacağam. Bənzəmək mehdiyyət üçün sübut deyil. Mehdini belə anlayarıq: İslam hakim olar, müsəlmanların başında mənəvi lider olar, İslam Birliyi tam təmin edilər, hz. İsa namazda o şəxsi önə keçirər, o zaman "Allahualəm bu şəxs Mehdidir" deyərik.
Adnan Oktar