-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
İngiltərə dərin dövləti bir ölkəni dağıtmaq və ya parçalamaq istədiyi zaman, əvvəlcə o ölkədə incəsənətin, elmin, mədəniyyətin olmadığı, zövqsüz, çirkli, davakar, sevgi və nəzakəti bilməyən insanlardan ibarət olan mühit yaradır. Bu zaman belə ölkələri dağıtmaq çox asan olur. "Baxın, İslamı yaşayan bu ölkələr belə fəlakətin içinə sürüklənirlər, bu ölkələri dağıdıb yenidən quraq" deyirlər. Suriyada və İraqda həmişə eyni taktikanı tətbiq etdilər. İndi də Türkiyəyə eyni şeyi tətbiq etmək istəyirlər. İncəsənətin, gözəlliyin, qadın azadlığının, sevincin, elmin olmadığı, insanların yaşama sevincinin qalmadığı, içinə qapanıq bir ölkə yaratmaq istəyirlər. Biz buna elmlə, irfanla imkan vermədik və verməyəcəyik. Quranın parlaq, müasir, keyfiyyətli, nəzakətli, sevgi və həyat dolu ruhunu həyatımızla göstəririk və bütün Türkiyəyə, dünyaya bu gözəl Quran əxlaqının hakim olmasını istəyirik.
Adnan Oktar
Qurana tam tabe olunduğu zaman cəmiyyət təzyiqi, məhəllə təzyiqi, ailə təzyiqi tamamilə aradan qalxar. Gənclərin, qadınların, insanların üzərindəki bütün təzyiqlər aradan qalxar, beyinləri çox rahat olar. Hal-hazırda gənclərin bildikləri rahatlama, əyləncə yerinə getmək formasındadır. Quranla yaşadıqları zaman o əyləncə yerində, min dəfə artıq rahat olacaqlar, daha fərəhli olacaqlar. Çünki beyinləri rahat olacaq, güvən olacaq, sevgi olacaq.
Adnan Oktar
Əyləncə, musiqi, rəqs bəzilərinə görə müsəlmanlara qadağan edilməli olan nemətlər kimi göstərildi. Bütün dünya nemətləri müsəlmanlarındır. Müsəlmanlara öz aləmlərində hər şeyin pisinə layiq gördülər, yeməklərin, paltarların ən pisi müsəlmanların olsun istədilər, bu oyunu puç etdik. "Müsəlman musiqi dinləməz, rəsm çəkməz, qəzet oxumaz", "müsəlman qadınlar dekolte geyinə bilməz, gülə bilməz" dedilər, bunu da dəyişdirdik.
Adnan Oktar