HARUN YƏHYA
Ana Səhifə
Bütün Əsərlər
Kitablar
Məqalələr
Videolar
Üfüqi
Şaquli
Səslər
Şəkillər
Sitatlar
Digər
AZ
AZ
Turkish / Türkçe
Azerbaijani / Azərbaycanca
Russian / Русский
English
Portuguese / Português
Malay / Bahasa Melayu
Dutch / Nederlands
Italian / Italiano
Spanish / Español
German / Deutsch
Persian / فارسی
Uighur / ئۇيغۇرچە
Polish / Polski
French / Français
Urdu /اردو
Albanian / Shqip
Arabic / العربية
Serbian / Srpski / Српски
Bulgarian / Български
Chinese / 古文
Indonesian / Bahasa Indonesia
Bosnian / Bosanski
Danish / Dansk
Hausa / هَوُسَا
Hungarian / Magyar
Bengali / বাংলা
Thai / ภาษาไทย
Czech / Čeština
Finnish / Suomi
Swedish / Svenska
Hebrew / עברית
Uzbek / O'zbekcha
Burmese
Malayalam / മലയാളം
Swahili / Kiswahili
Japanese / 日本語
Tamil / தமிழ்
Georgian / ქართული
Amharic / አማርኛ
Romanian / Română
Greek / Ελληνικά
Kazakh / Қазақша
Hindi / हिन्दी
Dhivehi / ދިވެހި
Croatian / Hrvatski
Igbo
Macedonian / Македонски
Pushto / پښتو
Sindhi / سنڌي ، सिन्ध
Sinhala / සිංහල
Telugu / తెలుగు
Tamazight / Berberi
Tagalog / Pilipinas
Norwegian / Norsk (Bokmål)
Kyrghyz / Кыргызча
Tatar / Татарча
Maranao
Yorùbá
Crimean Tatar / Qırımtatarca
Balochi
Kurdí
Somali
ESC
HARUN YƏHYA
Axtar
AZ
AZ
Turkish / Türkçe
Azerbaijani / Azərbaycanca
Russian / Русский
English
Portuguese / Português
Malay / Bahasa Melayu
Dutch / Nederlands
Italian / Italiano
Spanish / Español
German / Deutsch
Persian / فارسی
Uighur / ئۇيغۇرچە
Polish / Polski
French / Français
Urdu /اردو
Albanian / Shqip
Arabic / العربية
Serbian / Srpski / Српски
Bulgarian / Български
Chinese / 古文
Indonesian / Bahasa Indonesia
Bosnian / Bosanski
Danish / Dansk
Hausa / هَوُسَا
Hungarian / Magyar
Bengali / বাংলা
Thai / ภาษาไทย
Czech / Čeština
Finnish / Suomi
Swedish / Svenska
Hebrew / עברית
Uzbek / O'zbekcha
Burmese
Malayalam / മലയാളം
Swahili / Kiswahili
Japanese / 日本語
Tamil / தமிழ்
Georgian / ქართული
Amharic / አማርኛ
Romanian / Română
Greek / Ελληνικά
Kazakh / Қазақша
Hindi / हिन्दी
Dhivehi / ދިވެހި
Croatian / Hrvatski
Igbo
Macedonian / Македонски
Pushto / پښتو
Sindhi / سنڌي ، सिन्ध
Sinhala / සිංහල
Telugu / తెలుగు
Tamazight / Berberi
Tagalog / Pilipinas
Norwegian / Norsk (Bokmål)
Kyrghyz / Кыргызча
Tatar / Татарча
Maranao
Yorùbá
Crimean Tatar / Qırımtatarca
Balochi
Kurdí
Somali
ƏSƏRLƏR
Bütün Əsərlər
Kitablar
Məqalələr
Videolar — Üfüqi
Videolar — Şaquli
Səslər
Şəkillər
Sitatlar
Digər
KATEQORİYALAR
Sənədli Filmlər
Axırzaman Və Qiyamət
Təkamül Nəzəriyyəsinin Süqutu
İman Həqiqətləri Və Yaradılış Möcüzələri
Peyğəmbərlər Tarixi
Türk-İslam Birliyi
İslam Və Başqa Dinlər
Maddənin Ardındakı Sirr
Dünyadan Əks-Səda
Beynəlxalq Konfranslar
Alimlər Yaradılış Haqqında Danışırlar
Təkamül Üçün Nə Dedilər?
Həqiqi Atatürkçülük
Ədalətli Mühakimə
A9 Üçün Nə Dedilər?
Sual və Cavab
Gözəl Mövzular
Tarix, Siyasət Və Strategiya
Quran Əxlaqı Və Təfəkkür
Sitatlar
Əvvəldən axıra
Axırdan əvvələ
A-dan Z-yə
Z-dən A-ya
İxtiyari
Sıralamadan çıxın
KATEQORİYA SEÇİN
Axırzaman Və Qiyamət
Təkamül Nəzəriyyəsinin Süqutu
İman Həqiqətləri Və Yaradılış Möcüzələri
Peyğəmbərlər Tarixi
Türk-i̇slam Birliyi
İslam Və Başqa Dinlər
Maddənin Ardındakı Sirr
Dünyadan Əks-səda
Uşaqlar Üçün
Həqiqi Atatürkçülük
Tarix, Siyasət Və Strategiya
Quran Əxlaqı Və Təfəkkür
Sevgi
Bütün Əsərlər
Sitatlar
Sitat
Cənub-şərqdə çox kasıbdır mənim canlarım, çox çətin vəziyyətdədirlər. Xüsusilə qışda, indi xeyriyyəçi qardaşlarımız oraya, məsələn, 100 cüt ayaqqabı göndərsələr, 100 cüt palto göndərsələr çox böyük savab qazanarlar. Mənim canlarım tənəzzül edib ehtiyaclarını söyləməz. Qürurludur onlar, çox şərəflidirlər. Üsulu ilə, ədəbi ilə, qürurlarına zərər vermədən o canlarımıza o imkanları təqdim etmək çox savab olar.
Adnan Oktar
Sitat
Cənub-şərq xalqı igiddir, cavandır. Haqq, həqiqət tərəfdarıdır, Allah, Kitab, peyğəmbər (s.ə.v)-in tərəfdarıdır. Buna görə də, kommunist, Allahsız, Kitabsız, din, iman düşmənlərinin tərəfdarı olmaz; PKK tərəfdarı olmaz.
Adnan Oktar
Sitat
Cənub-şərq, İslam Birliyi ilə Londondan, Parisdən çox daha gözəl hala gələcək inşaAllah. Kürd qardaşlarımız, Mehdi (ə.s) vəsiləsi ilə cənnət kimi bir həyat yaşayacaqlar.
Adnan Oktar
Sitat
Cənub-Şərq getdikdən sonra şəhid verməməklə öyünməyin bir mənası yoxdur. Təki şəhid verək, hamımız şəhid olaq, amma bu vətən bölünməsin. Şəhidlik böyük bir mərtəbədir, nemətdir.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
Cənub-şərq canlarımızın çətin vəziyyətdə olduğu bir bölgədir. Allah savablarını qat-qat artırsın.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
Cənub-Şərq bölgəsindəki vətəndaşlarımız səbirli olsunlar, yerlərindən tərpənməsinlər, heç vaxt bölgəni tərk etməsinlər. Əksinə çıxıb gedənlər varsa geri qayıtsınlar. Cəsur olsunlar, Allaha təvəkkül etsinlər. Dövlətimiz 48 saat ərzində işğal edilən hər yeri geri qaytarar. Bir əmri gözləyir. Bu alçaqları çıxartmağımız 5 dəqiqə çəkər.
Adnan Oktar
Digər dillər
English
Turkish / Türkçe
Sitat
Cənub-Şərq bölgəsində xalqın HDP-yə dəstək verməsinin səbəbi PKK-dan qorxmalarıdır. Başqa bir şey deyil.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
Cənub-Şərq bölgəsində vətəndaşın 24 saat qorunması vacibdir. O yerlər təhlükəlidir. Polis o yerlərdə kiçik polis idarələri qura bilər. Təhlükəsizlik nöqtələri yaratmalıdır. Bir çox zirehli vasitə vardır, bunlarla orada keşik çəkə bilərlər.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
Cənub-Şərq bölgəsində PKK-lıları demokratiya naminə, azadlıq naminə özbaşına buraxmaq torpaq itkisinə səbəb olar və bölgədə vətəndaşın əzilməsinə gətirib çıxarar. Vətəndaş kommunist olmadığı halda "kommunistəm" deyir. PKK tərəfdarı olmadığı halda "PKK"lıyam deyir, bu çox böyük bir əziyyətdir.
Adnan Oktar
Digər dillər
English
Turkish / Türkçe
Sitat
Cənub-Şərq bölgəsində mövcud olan bu şərtlər altında seçki keçirilə bilməz. PKK o əraziyə hakim olmuşdur, hər yerə silah yerləşdirmiş, xalqı təhdid etmiş və qorxutmuşdur. Hal-hazırda xalqın başqa seçim şansı yoxdur. Alnına silah dayanmışdır. Orada verəcəyi səs etibarlı olmaz. Əvvəlcə xalqın təhlükəsizliyi təmin edilməli, ondan sonra seçki keçirilməlidir.
Adnan Oktar
Digər dillər
English
Turkish / Türkçe
Sitat
Cənub-Şərq bölgəsində kürd qardaşlarımıza cənnət həyatı quracağıq. Diyarbakr, Mardin, Siirti Paris, London kimi edəcəyik. PKK-nı elmlə, qanunla, hüquqla məğlub edəcəyik. Orada PKK-ın təhdidi, PKK xainlərinin azğınlığı qalmayacaq. Xalqa PKK qorxusu yaşatmayacağıq, inşaAllah.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
Kurdí
English
Sitat
Cənub-Şərq bölgəsində heç kim PKK-nı dəstəkləmir, PKK-lını adam yerinə belə qoymurlar. Adam iyrənir, amma silahına hörmət qoyur. Yalnız silahına hörmət bəsləyir, silahından qorxur, silahı qarşısında əyilir, məsələ budur.
Adnan Oktar
Digər dillər
Kurdí
Turkish / Türkçe
English
Sitat
Cənub-Şərq bölgəsində ən vacib, ən əhəmiyyətli şeylərdən biri mühafizəçilərə sahib çıxmaqdır. Mühafizəçilərə polis statusu verilsin. Şəhərdə də silah gəzdirmələrinə imkan verilsin. Sayları artırılsın.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
Cənub-Şərq bölgəsində can təhlükəsizliyi təmin edilməmişdir ki, sərbəst seçki də keçirilsin. HDP-nin qazanması qeyri-qanuni olar. PKK-nın dəstəklədiyi bir partiya necə qanuni bir partiya ola bilər? Belə seçki olarmı? Seçki dayandırılmalıdır. Əvvəlcə PKK- nın dəstəyi aradan qaldırılmalı və PKK ləğv edilməlidir.
Adnan Oktar
Digər dillər
English
Turkish / Türkçe
Sitat
Cənub-Şərq bölgəsi almaz mədəni kimidir. Kürdlərin hər yönləri çox qiymətlidir. Kürdlərin adət-ənənəsi, şəfqəti, mərhəməti, sədaqəti, vəfası, təvazökarlığı çox gözəldir. Anadolu həmişə belə gözəlliklərlə doludur. Hamısının qiymətini çox yaxşı bilmək lazımdır.
Adnan Oktar
Sitat
Cənub-qərbdə Marksist təbliğata cavab olaraq anti -darvinist, anti- Marksist elmi təbliğat aparılmalıdır.
Adnan Oktar
Sitat
Cənnətliklər cənnətə keçəcəklər―səfa və gözəllik yurduna, nə gözəldir. Sevgidən, məhəbbətdən, yaxşılıqdan, gözəl sözdən xoşlananlar dayanmadan gözəllik görəcəklər. Cənnət nur kimidir, sevinc, gözəllik yurdudur.
Adnan Oktar
Sitat
Cənnətlər arasındakı dərəcə fərqini möminlər anlamazlar. Hər kəs imanına görə zövq alar, lakin biri digərinin daha çox zövq aldığını bilməz.
Adnan Oktar
Sitat
Cənnətin xüsusiyyəti hər yerin canlı olmasıdır. Dünyada da hər şey canlıdır, lakin Allahın qanunun tələbi olaraq Allah bu canlılığı bizə göstərməz. Cənnətdə stəkanların, kresloların, quşların, çiçəklərin, hər yerin canlı olduğunu istədiyimiz zaman bizlə danışdığını görəcəyik. Dünyada da məsələn, hz. Musanın əsası canlıdır, lakin Allah istədiyi zaman o canlılığı görürük. Cənnətdə isə canlılıq həmişə hakimdir.
Adnan Oktar
Sitat
Cənnətin taxtları təkamüllə qurulmadı, Allah yaradır. Hər mebeli, hər paltarı Allah yaradar.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
Sitat
Cənnətin qarşısında hal-hazırda incə bir pərdə var, zər kimi bir pərdədir. Əzrail (ə.s) qolundan çəkəndə içəri girərsən.
Adnan Oktar
Sitat
Cənnətin məqsədi sevgidir. Cənnətə getdiyini fərz edək. Çaylar var, meyvə ağacları var, saraylar var, bağlar, bağçalar var, insanlar var, amma sevgi yoxdur. Ora necə bir yer olar? Allah qorusun Cəhənnəm olar. Ora sevgi sayəsində Cənnət olur.
Adnan Oktar
Digər dillər
English
Turkish / Türkçe
Sitat
Cənnətin əsas xüsusiyyətlərindən biri sevdiklərimizlə birlikdə olmağımızdır. Dünyada sevdiklərimizi cənnətdə doya-doya sevəcəyik inşaAllah.
Adnan Oktar
Sitat
Cənnətin ən mühüm xüsusiyyətlərindən biri çox təmiz olmasıdır. İnstinkt olaraq təmizlikdən zövq almaq Allahın bizə hədiyyəsidir. Təmizlik eyni zamanda sənətdir. Bir yerə təmizlik gəldikdə keyfiyyət və gözəllik gələr. Təmizlik cənnətə həsrətimizin təcəllisidir.
Adnan Oktar
Sitat
Cənnətin ən gözəl zövqlərindən biri, dünyada göstərdiyimiz gözəl əxlaqı yada salmaq olacaq. Gözəl əxlaq nümunələrinin hər biri şərəf duyulacaq gözəl xatirələrdir.
Adnan Oktar
Sitat
Cənnətin ən gözəl xüsusiyyəti ehtirasın dəli kimi yaşanmasıdır. Cənnətdə hər yerdə sevgi hakimdir.
Adnan Oktar
Sitat
Cənnətin ən gözəl varlıqları qadınlardır.
Adnan Oktar
Sitat
Cənnətin ən gözəl neməti möminlərin Allahın Zatının təcəllisini görəcək olmasıdır.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
Cənnətin dünyaya bənzər cəhətləri var, lakin görmə daha itidir. Cənnətin əsas gözəlliklərindən biri bu dünyada göstərdiyimiz gözəl əxlaqın izah edilməsi, xatırladılmasıdır.
Adnan Oktar
Sitat
Cənnətin bağçaları var, bağları var, meyvələri var, çayları var, cənnətdə hər şey var, lakin sevgi olmasa insanlar üçün də bir mənası qalmaz, Allah üçün də mənası olmaz. Cənnət sevgiylə gözəl olar.
Adnan Oktar
Digər dillər
English
Turkish / Türkçe
Hungarian / Magyar
Sitat
Cənnəti mömin üçün gözəl edən ən əhəmiyyətli nemətlərdən biri sevdiklərinin orada olmasıdır. Mömin hz. Musanı, hz. İsanı, Peyğəmbərimiz (s.ə.v) və onların tələbələrini görmək, onlarla söhbət etmək, dost olmaq istəyər.
Adnan Oktar
Sitat
Cənnəti düşünmək cənnəti istəməyin əlamətidir. Dünyada aldığımız bütün təhsil cənnət üçündür. Dünyada hər şey üçün bir səbəb lazımdır, elektrik olmadan cihazlar işləmir. Lakin cənnətdə dünyada bildiyimiz mənada səbəblər yoxdur. İnsanın istədiyi hər şey istədiyi anda olar.
Adnan Oktar
Sitat
Cənnəti cənnət edən dərinlik, Allahı olduqca ən dərin şəkildə sevməkdir. Cənnətin zənginliyi üçün Allahı dəli kimi sevmək lazımdır. Dünyada qəhr edici əziyyətlər içində Allahı coşğuyla sevmək, cənnətin gözəlliyini və zənginliyini artırar. Dünyadakı əziyyət insanın özünü sevməsinin də əhəmiyyətli vəsiləsidir.
Adnan Oktar
Sitat
Cənnətə zəngin getmək istəyərik. Bu zənginlik dünyada hər an Allah rizası üçün savab qazanmaqla əldə edilər. Uzun ömür buna görə istənilər. Savabı zaman içində qazandığımız üçün, zamanın uzun olması çox savab almamıza, cənnətə çox zəngin getməyimizə vəsilə olar.
Adnan Oktar
Sitat
Cənnətə yaxşı hazırlaşmaq lazımdır, onu yaxşı qavramaq lazımdır. İmanı yaxşı gücləndirmək lazımdır. Müsəlman bu məlumatı beyninə tam həkk etməlidir. Anlaşılmaz məlumat kimi qalmamalıdır. Müsəlman Quranda cənnətlə əlaqədar bütün deyilənləri, ayələrin hamısını bilməlidir.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
Cənnətə mütləq dünyadakı təhsili alıb getmək əhəmiyyətlidir. Bu təhsil olmadan məkanın gözəlliyi insan üçün heç nə ifadə etməz. Ruh olmaz, dərinlik olmaz. İnsanların bir-birilərini sevə bilmələri və sevgini yaşaya bilmələri üçün mütləq dünyadakı imtahan, təhsil lazımdır.
Adnan Oktar
Sitat
Cənnətə keçid bir yuxudan başqa yuxuya keçid kimidir. Lakin dünyadan daha dəqiq, daha kəskin yuxudur. Cənnət dünyadan ən az yüz misli qədər geniş sahədir. Günəş, Ay və Yer birləşərək yeni sahə yaranacaqdır. Bu əhəmiyyətlidir: Cənnət sonradan yaranmayacaq. Hal-hazırda cənnət var. Möminlər hal-hazırda cənnətdədir. Çünki Allah dərgahında tək bir an var. Sonsuz əvvəl, sonsuz sonra o bircə anın içində yaşanıb bitmişdir.
Adnan Oktar
Sitat
Cənnətə hazırlıq üçün maddənin əsli həqiqətini düşünmək əhəmiyyətlidir. Telefonun zəngini açırıq sevdiyimiz telefonun içində yaradılır. Əslində bu, çox böyük möcüzədir. Lakin insanlar səbəblərə o qədər qapılmış vəziyyətdədir ki, bu tərəfini elə də düşünmürlər. Allah istəsə o insanı həmin anda qarşında da yaradar. Ekranda yazılar olur, qarşıda biri yazır deyə düşünürlər. Hər hərfi Allah yazır. Dünyada bu təsvir sistemini yaxşı dərk edən insan cənnətdə yaradılışın necə olacağını daha yaxşı anlayar.
Adnan Oktar
Sitat
Cənnətə dünyada təhsil alan bu ruhla gedirik. İncə hadisələri görmə gücümüzü burada qazanırıq. Cənnətdə əsəb və qəzəb bizdən alınar.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
Sitat
Cənnətə bu ruhla gedirik. Axirətdə tanımadığımız ruhla qarşılaşmırıq. "Bu şəxsiyyət necə şəxsiyyətdir, yeni şəxsiyyətdir" demirik. Eynidir bu şəxsiyyət. Nə əlavə var, nə də əskilmə. Sadəcə əsəbiləşmə və qəzəblənmə gücümüzü itirmiş oluruq.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
Sitat
Cənnətdən zövq almağımızın sirri dünyada aldığımız təhsildir. Bu təhsillə və imtahanla özümüzü tanıyır, yüksək ruha sahib oluruq.
Adnan Oktar
Sitat
Cənnətdəki yaşıl rəng bilinməyən bir rəngdir. Gördüyümüz yaşıl rəng deyil. Necə olduğunu cənnətdə görəcəyik.
Adnan Oktar
Sitat
Cənnətdəki sevgiyə inanmağın üçün, bir fədakarlıq, igidlik, cəsarət, səbir, təmizlik, təqva göstərməyin lazımdır. Mömin o əxlaqı göstərdiyi üçün özündən əmin olur, sevildiyindən əmin olur. Sevənlər də onu, o xüsusiyyətinə görə sevirlər onsuz da.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
Cənnətdəki hurilər mükəmməl gözəllikdə həmişə təmiz, gözəl, xoş xanımlardır.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
Cənnətdəki ən gözəl varlıq, ən gözəl nemət Allahın Zatının təcəllisidir.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
Sitat
Cənnətdəki ən gözəl nemət Allahın təcəllisi və Allahın təcəllisi olan insan sevgisidir. Cənnətdə hər şey var, gözəl yeməklər, gözəl geyimlər, gözəl qoxular, lakin ən gözəl nemətlərdən biri mütləq insan sevgisidir. Allah təcəlli edərkən də insan formasında təcəlli edir cənnətdə. Allah cənnətdəki insanların hamısından gözəl olaraq təcəlli edəcək, heç kəsdə olmayan gözəllik və o gözəlliyə sahib olmaq olmur.
Adnan Oktar
Sitat
Cənnətdə toz və çirk yoxdur. Toz xüsusi olaraq yaradılmışdır. Tozun mövcudluğu tək başına möcüzədir. Hər toz nəhəng aləmdir. Hər tozun hara gedəcəyi məlumdur. Tozun içinə girdiyin zaman böyük aləmin içinə girərsən.
Adnan Oktar
Sitat
Cənnətdə tərs insan yoxdur, tərslik edən, nəzakətsizlik edən, tamahkar bir insan yoxdur. Qəzəb, qorxu bunların heç biri yoxdur.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
Hungarian / Magyar
English
Sitat
Cənnətdə tək bir ruhumuz, lakin hamısı bir-birindən gözəl olan minlərlə bədənimiz olacaq. Yuxuda necə fərqli bədənlər olur, lakin daxili bilgi olaraq bu mənimdir deyiriksə, cənnətdə də buna bənzər olacaq. Yuxunun öyrədici çox cəhəti var.
Adnan Oktar
Sitat
Cənnətdə şüur kəskinliyi var, görmə itidir, dünya isə yuxu aləmi kimidir.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
Cənnətdə su altında insan balıq kimi oksigensiz üzər. Göydə istədiyi kimi uçar, yüksəklik qorxusu olmaz. Cənnətin xüsusiyyəti hər şeyin səbəbsiz olmasıdır. Dünyada istəyib etməkdə çətinlik çəkdiyimiz hər şey ən mükəmməl halı ilə Cənnətdədir. Burada heyvan sevgisi çətindir. Cənnətdə isə hər yer seviləcək heyvanlarla doludur. Cənnət, insanlar, mələklər, qılmanlar, heyvanlar, çiçəklər, ağaclarla hər yer hərəkətlidir. Dünyada təhlükəli olan, lakin çox sevdiyin idman növləri ilə cənnətdə ən gözəl şəkildə heç risk olmadan məşğul olarsan. Dünyada olan ağlımıza gələn hər şeyin yaradılış məqsədi cənnətdə mükəmməl halı olacağı üçündür. Dünyada imtahanın tələbi olaraq hər şey zərərli və zərərsiz olaraq iç-içə keçibdir. Cənnətdə isə hər şey tamamilə gözəllikdir və zərərsizdir. Dünyadakı kiçik nöqtənin, tək iynənin belə cənnətdə əsli var.
Adnan Oktar
Sitat
Cənnətdə seksuallıq var. Cinsi əlaqənin çirkin tərəfi yoxdur. Qeyri-məşru olsa çirkindir, məşru olaraq sevgini ifadə edir. Cənnət də sevgi yurdu olduğuna görə, çirkin olan bir şey yoxdur.
Adnan Oktar
Sitat
Cənnətdə səbir yoxdur, cəsarət yoxdur, cəsarətə ehtiyac yoxdur. Səbir, cəsarət, igidlik edə bilməzsən. Təvəkkül göstərməli bir şey yoxdur. Təmizlik, fədakarlıq bunların heç biri yoxdur. Yalnız əyləncə yurdudur. Əlbəttə ki, həmd etmə, şükür etmə ibadəti vardır, Allahın təcəllisini görüb sevmək vardır.
Adnan Oktar
Digər dillər
Hungarian / Magyar
English
Turkish / Türkçe
Sitat
Cənnətdə sadə sevgi, eşq vardır.
Adnan Oktar
Sitat
Cənnətdə qədəhlər, ən gözəl süfrələr, ən gözəl musiqi, ən nəfis incəsənət var. Bu gözəlliklərin hamısı dünyada da müsəlmanlar üçün nemətdir. Rəsm əsərini, heykəli, musiqini, elmi, zənginliyi, ehtişamı, sevinci müsəlmanlar sahiblənməlidir. Bu nemətləri tərk etmələrinə dini cəhətdən heç bir ehtiyac yoxdur.
Adnan Oktar
Digər dillər
English
Turkish / Türkçe
Sitat
Cənnətdə qadın da, kişi də qüsursuz olacaq. Cənnətdə insanların fiziki quruluşu da, xasiyyəti də mükəmməl olacaq.
Adnan Oktar
Sitat
Cənnətdə peyğəmbərlərlə, vəlilərlə, gözəl əxlaqı yaşayanlarla xoş münasibətdə olacağıq, inşaAllah. Cənnət aşiq yurdudur, eşqin sıx yaşandığı yerdir.
Adnan Oktar
Sitat
Cənnətdə peyğəmbərlərlə birlikdə olacağıq, eyni süfrələrdə, eyni məkanlarda olacağıq. Dünyada əziyyət çəkirlər, lakin cənnətdə əbədiyyən etibarlı, əbədiyyən çox sevilən olacaqlar maşaAllah. İmam Mehdi də cənnətdə çox seviləcəkdir. Peyğəmbərimiz (s.ə.v) Mehdi üçün; "cənnətin tovuz quşudur O" deyir.
Adnan Oktar
Sitat
Cənnətdə musiqinin lap yaxşısı vardır. Cənnətin musiqisi, mahnıları insanı məst edər.
Adnan Oktar
Sitat
Cənnətdə musiqinin ən yüksək forması, ən möhtəşəm halı var. Cənnət musiqisini dünyada dinləmə imkanı olsa heç kim dünyadakı musiqini dinləmək istəməz.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
Cənnətdə musiqi var, rəqs vardır. Cənnətdə olan burda da vardır. Cənnətdə Allah gözəl görürsə, burada da gözəl görür.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
Cənnətdə musiqi var. Allah bunu ürəyimizə bir məmnuniyyət olaraq verir. Bütün millətimiz əylənər, oynayar, gülər, musiqi dinləyərlər. Qatı dinçiliklərə görə bu doğru deyildir. Musiqi nemətdir, tərtəmiz bir şeydir. Ruhu cilalayan, ürəyi açan möhtəşəm gözəllikdir. Quşlar, şəlalələr belə―hər yerdə musiqi vardır.
Adnan Oktar
Digər dillər
English
Turkish / Türkçe
Sitat
Cənnətdə müqəddəs kitablar, Quran, Tövrat, İncil və Zəbur orijinal və həqiqi halları ilə, ən çox sevdiyimiz nemətlər olaraq əbədiyyən yanımızda olacaqlar.
Adnan Oktar
Sitat
Cənnətdə möminlər gözəl insanlar arasındadır. Müsəlmanlar orada da yenə Allahın məhdudiyyətlərinə diqqət edir. Cənnət əxlaqı, tərbiyəni alıb. Bütün qadınlar gözəl cənnətdədir, amma hər kəs öz halalına sevgi və yaxınlıq duyur. Amma hər kəs bir-birini təqdir edir və bəyənir.
Adnan Oktar
Sitat
Cənnətdə möminlər bir-birini sevər. Bağçalarda söhbət edərlər. Rəsulullahı (s.ə.v) hər dəfə görəndə ona sarılarlar. Rəsulullah (s.ə.v) hər söhbətdə iştirak edər. Rəsulullah (s.ə.v)-in milyonlarla bədəni olacaq. Rəsulullah (s.ə.v) hər yerdə, hər süfrədə olacaq.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
Sitat
CƏNNƏTDƏ, MADDƏNİN HƏR BİRİ CANLIDIR. İstədiyin şey olar . Məsələn, qaşığa "quş ol" desən, göz qırpımında quş olar, "yenə qaşıq ol" desən qaşıq olar. Bədiüzzaman "Xəyal sürəti ən yüksək işıq sürətindən də üstündür " deyir
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
Cənnətdə maddə ağıllıdır və hamısı insanın lehinə hərəkət edər. Məsələn, ağac yoldadırsa müsəlman keçərkən kənara çəkilər. Cəhənnəmdə də hər maddə oradakıların əleyhinədir. İnsan keçərkən ağac budağını boynuna dolayar, daş gəlib ayağına dəyər.
Adnan Oktar
Sitat
Cənnətdə kompüter kimi hər cür texnoloji cihaz vardır. İnsan cənnətdə ən mükəmməl rəssamdan daha gözəl şəkil çəkər. Qitaranı əlinə aldığında möhtəşəm çalar. İnsan istədiyi dildə çox axıcı danışa bilər cənnətdə.
Adnan Oktar
Sitat
Cənnətdə insanlar təkamüllə yaradılmır. Dünyaya gəlmədən əvvəl də insanlar Qalu Bəlada vardı. Sonradan təkamüllə yaranmadılar.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
Cənnətdə insanın istədiyi bir şeyi ağılına gətirməsi ilə onun meydana gəlməsi eyni anda olar. Məsələn, Porsche avtomobil ağılına gələr, xəyal edər o anda da meydana gələr. Allah onu dərk etmək üçün xəyal etmək xüsusiyyəti vermişdir . Allah cənnətdə tutqunluğu, dumanlığı qaldıracaq, hər şey gerçək hala gələcək.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
Sitat
Cənnətdə insanın çox sayda bədəni olacaq. Tək ruh, lakin çox bədəni olacaq, necə ki, iki qolumuza da eyni ruh hakimdirsə, tək ruh hamısına hakim olacaq.
Adnan Oktar
Sitat
Cənnətdə insan bir əşyanı necə təxəyyül etsə dərhal o şəkildə yaradılar. Qiymətli monolit daşdan yaranmış, sürətlə hərəkət edən, idarə edilməsi asan olan, suyun üstündə və altında gedən nəqliyyat vasitələri olacaq cənnətdə.
Adnan Oktar
Sitat
Cənnətdə ibadət etmək yoxdur. Yalnız həmd etmək var. Əlhəmdülillah demək var, salam var. Yeyəcəksən, içəcəksən, gəzəcəksən, söhbət edəcəksən, əylənəcəksən. Oradakı insanlar həyat yoldaşları ilə sevişəcək. Xoşlandığı, xoşuna gələn hər şeyi edəcək. Nədən zövq alırsa, məmnun olursa, onları edəcək.
Adnan Oktar
Sitat
Cənnətdə hurilər ən gözəl səsləri ilə mahnı oxuyurlar. Eşidən məst olar deyir peyğəmbərimiz (s.ə.v). Özünü itirir o hurilərin gözəl səsindən. Buradakı ən gözəl sənətçidən milyon dəfə daha gözəl səsləri, müqayisə etmək olmaz.
Adnan Oktar
Sitat
Cənnətdə heyvan çoxdur, hər cür heyvan var. Hamısı danışar, ağıllıdırlar. Orada heyvan sevgisinə doyacağıq. Doyunca sevəcəyik. Bütün sevdiyimiz heyvanlar orada olacaq. Darıxdığımız heyvanlar, uşaqlığınızdan, ağlınızda qalan heyvanlar, hamısı oradadır, inşaAllah.
Adnan Oktar
Sitat
Cənnətdə hər şey sevgi üçündür, Allaha şükür etməyimiz üçündür, cənnətdəkiləri də Allahı sevdiyimiz üçün sevərik.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
Cənnətdə hər şey istədiyi zaman rəqs edər. Dünyadakı rəqs ilə bu rəqsin bənzərliyi yoxdur, cənnətdəki rəqslər ən mükəmməldir, valehedicidir.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
Cənnətdə hər şey gözəldir, Allah oraya aşiqləri göndərir. İnsanlar gözəl, bitkilər gözəl, çiçəklər gözəldir. Bütün məqsəd sevgidir, Allahın tək məqsədi sevgidir.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
Cənnətdə hər şey çox yüksək dərəcədədir, Rəsulullah (s.ə.v) çox keyfiyyətli idi, Səhabə dövrü çox yüksək dərəcəli idi. QURAN BİZDƏN KEYFİYYƏT TƏLƏB EDİR. Müsəlman keyfiyyət tərəfdarıdır. Keyfiyyətə çox əhəmiyyət verməliyik. Geyimdə, üslubda, hərəkətdə hər şey yüksək dərəcədədir.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
Cənnətdə hər şey bizim ruhumuzu və zövq duyğumuzu tam qane edəcək şəkildədir. Cənnətdəki dostluqlar və sevgi, Allaha olan sevgi, Allahın təcəllilərinə olan sevgi çox qaneedicidir. Cənnət hal-hazırda hazırdır.
Adnan Oktar
Sitat
Cənnətdə hər şey bir tərəflidir. Məsələn, qaranlıq yoxdur, həmişə işıqlıqdır. Pislik yoxdur, yaxşılıq vardır. Məsələn, mənfi enerji yoxdur, müsbət enerji vardır. Hər şey təkdir, inşaAllah.
Adnan Oktar
Sitat
Cənnətdə hər kəs gözəl əxlaqlıdır. Kin, qəzəb qətiyyən yoxdur. Qorxu yoxdur. Narahatlıq yoxdur, kədərlənmə yoxdur. Bunlar dünyada xüsusi olaraq verilib.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
Sitat
Cənnətdə həmişə yeni nemətlər, yeni gözəlliklər olar. Ən mükəmməl musiqini dinlədiyini zənn edərsən, daha mükəmməli gələr. Çox gözəl təsvir görər, bəyənər, nə qədər gözəl deyə içindən keçirərkən, özü də o gözəllikdə olar. Cənnətdə fasiləsiz inkişaf vardır, hər nemət həmişə inkişaf edər və genişlənər.
Adnan Oktar
Sitat
Cənnətdə həmişə hərəkət və canlılıq var. Meyvə qopardarsan dərhal yenisi olar, çiçəkləri həmişə açar, ağaclar həmişə hərəkətlidir. Bahar hakimiyyəti vardır. Lakin bu dünyadakı kimi səbəb və prosesdən asılı bahar deyil. Cənnətdə ağaclar yarpaq tökməz, meyvələr yox olmaz. Cənnətdə fasiləsizlik, davamlılıq hakimdir.
Adnan Oktar
Sitat
Cənnətdə həmişə gözəl sözlər var, sıxılma olmaz cənnətdə.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
Cənnətdə heç görmədiyimiz rənglərlə, heç dadmadığımız dadlarla qarşılaşacağıq, inşaAllah.
Adnan Oktar
Sitat
Cənnətdə heç bilmədiyimiz gözəllikdə rənglər, heç bilmədiyimiz möhtəşəmlikdə səslər var.
Adnan Oktar
Digər dillər
English
Turkish / Türkçe
Sitat
Cənnətdə fizika qanunlarını qaldırır Allah, yeni qanunlar var. Daxili orqanlar yoxdur. Hüceyrə ölümlü deyil. Normalda hüceyrə ölür, axirətdə heç bir şəkildə ölmür.
Adnan Oktar
Sitat
Cənnətdə ən böyük nemət Allahın Camalının təcəllisini görməkdir.
Adnan Oktar
Sitat
Cənnətdə ehtiras və sevgi əbədiyyətə açılan ən yüksək həzdir, lakin hər insan imanına və ağlına görə ehtirası yaşayar. Peyğəmbərlərin və övliya insanların yaşadığı zövq çox yüksək olar.
Adnan Oktar
Sitat
Cənnətdə ehtiras necə bir ehtirasdır bilirsinizmi? Dağı daşı yuyar, o qədər dərin bir ehtirasdır. Heç görülməmiş bir ehtiras var cənnətdə, inşaAllah. Yəni insanı əridər, o qədər mükəmməldir.
Adnan Oktar
Sitat
Cənnətdə dünyaya dair xoşumuza gəlməyən heç bir şeyi, heç bir anı xatırlamarıq. O hissələrdə atlamalar olar, biz atlamalar olduğunu bilmərik. Axirətdə möminlər üçün yalnız nəşə, sevinc, sevgi, xoşbəxtlik vardır.
Adnan Oktar
Sitat
Cənnətdə dünyadakı kimi səbəb-nəticə əlaqəsi yoxdur. Musiqi dinləmək üçün musiqi alətinin olması şərt deyil. Bir fincan da mahnı söyləyə bilər, ağaclar da. İnsan bir şeyi istədiyi zaman həmin anda olar. Dünyada ayaqqabı insanın ayağını qorumaq üçün mövcuddur, cənnətdə isə təkcə bəzək olaraq ayaqqabı geyinilər.
Adnan Oktar
Sitat
Cənnətdə dünyadakı fizika qanunlarından tam fərqli yeni yaradılış var. Havada dayanan çox ehtişamlı qəsrlər var, yuxuya ehtiyac yoxdur, yorğunluq yoxdur. Kölgə bir aləm olan bu dünyada təəccüblü olan insanın xəstə olması, yuxuya ehtiyacının olması, çirklənmənin olmasıdır. Cənnətdə bunlar yoxdur.
Adnan Oktar
Sitat
Cənnətdə, dünyadakı dostlarımızın səbrini, gözəl əxlaqını bildiyimiz üçün onları daha çox sevəcəyik inşaAllah.
Adnan Oktar
Sitat
Cənnətdə dünyadakı bütün texniki cihazların ən təkmilləşmişi, ən mükəmməli var. Allah bunları da eyni sistemlə yaradır. Avtomobil, qayıq, təyyarə, hamısı var. İstəyən avtomobil yarışı keçirər, istəyən qayıq yarışı keçirər. Yəni insanların xoşladığı hər şey cənnətdə var.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
Sitat
Cənnətdə də qadın və kişi bir-birinin halalı olduğu üçün Allah beş hiss orqanı ilə bir yerdə olmalarını təmin edəcək . İnsanlar beş hiss orqanı ilə yoldaşına olan sevgisini yaşayacaq.
Adnan Oktar
Sitat
Cənnətdə cinsi əlaqə vardır. Həm Quran ayələri, həmdə hədislərlə sabitdir. Cinsi əlaqə qeyri-məşru olsa pisdir. Məşru olsa, cinsi əlaqə nə deməkdir? Sevginin ən yüksək, ən keyfiyyətli ifadə şəklidir.
Adnan Oktar
Sitat
Cənnətdə çiçək qopardıldığı an, həmin anda yenə budağında yaradılar, cənnətdə çiçəklər danışa bilər.
Adnan Oktar
Digər dillər
English
Turkish / Türkçe
Sitat
Cənnətdə Allah cənnət xalqına görünmədən əvvəl, bütün cənnət varlıqlarında sevinc əlaməti olaraq böyük canlılıq olacaq. Quşlar da həyəcanlarını göstərəcəklər, cənnət varlıqlarında əsaslı hərəkətə gəlmə olacaq. Allah cənnət xalqına salam verəcək, tək-tək insanlarla danışacaq.
Adnan Oktar
18381
«
1
...
145
146
147
148
149
150
151
...
184
»
/ 184
«
1
..
147
148
149
..
184
»
18381
/ 184
100
20
50
100
Telif Hakkı © 2026
Gizlilik Politikası
Kullanım Koşulları
Əlaqə