logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 1 noyabr 2017

avatar

Adnan Oktar

Suriyadan gələn bacı-qardaşlarımız ölmək və ya yaşamaq arasında qalmış insandırlar. Canlarını qurtarmaq üçün Türkiyəyə sığınırlar. Şəfqətlə və anlayışla baxmaq lazımdır. Şəfqətsiz üslub bizim millətimizə yaraşmaz.
A9 TV; 1 noyabr 2017
1191
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Ağıl, ehtiras və dərinlik kimdədirsə qadın ona yönələr. Eşqin sonsuz dərinliyinə özünü çəkə bilən kişi üçün qadın dəli-divanə olar. Sitatlar
Ağıl gücünü inkişaf etdirmək üçün beynini yormağa ehtiyac yoxdur, sadəcə çox-çox dürüst olmaq və Allaha heç vaxt xəyanət etməmək lazımdır. Gün ərzində Allaha xəyanət etmə məsələləri yarana bilər. Məsələn, başın ağrıyar, yorularsan, gücün çatmaz, birindən pis söz eşidərsən, ayağına bir şey ilişər, müvəffəqiyyətsizliyə uğrayarsan, min cür tərsliklə qarşılaşarsan. İnsan həmişə haşa Allahın bunu niyə etdiyini düşünməsinə vadar edəcək hadisələr yaşayar. Bu imtahan üçün məcburi olan, Allahın bizim sevgimizi çoxaltması üçün yaratdığı nemətlərdir. Əsla nankorluq, tərslik, mənfi düşünmə, bir sözlə, çox böyük ağılsızlıq olar. Əbəs yerə kütləvi nemət itkisinə səbəb olar. Həm dünyada, həm də axirətdə insana çox böyük zərər verər. Allahı heç vaxt tərk etməmək lazımdır. Həmişə müsbət düşünmək lazımdır, çünki Allahın gördüyü hər şey müsbətdir. Sitatlar
Ağıllı, dürüst, vicdanlı yaşadıqsa öldüyümüz zaman bizi həyəcanla gözləyən izdihamla qarşılaşacağıq. O andan etibarən hər mərhələsi mömin üçün cənnətdir. Möminin ölümlə birlikdə keçdiyi hər mərhələ cənnətdir. Möminin narahat olduğu, qorxduğu, narahatçılıq yaşayacağı heç nə olmaz. Mömin ölüm anında heyrətamiz, çox güclü əmin-amanlıq duyğusu hiss edər. Bu, Allahın möminlərə nemət olaraq verdiyi sakitlikdir. Mömində ölümlə birlikdə çox kəskin və aydın fikir aydınlığı və hüzur yaranar. Mömin üçün axirətə keçdiyi andan etibarən hər dəqiqə cənnətdir. Möminin sorğusu da ucalığını, yaxşılığını, gözəlliyini ona vurğulamaq üçündür, mömini ən kiçik şəkildə belə narahat edən his olmaz. Sitatlar
Ağıllı insan hər yaşda sevgi, dostluq, qardaşlıq əlaqəsini yarada bilər. Yaş, zəif ağıllı insanlar üçün maneə olar. Sitatlar
Ağıllı, səmimi insanın tənqidi qiymətlidir. Səmimi sevən dostun insanın yaxşı olması üçün göstərdiyi səyi təqdir etmək lazımdır. Necə də gözəl, sənin lehinə olub sənin görə bilmədiyini görən bir göz sənə faydalı olur. Al o tənqidi başının üstünə qoy. Lakin sırf əxlaqsızlıq olsun deyə, qarşısındakını pərt etmək üçün tənqid edən olduğu zaman onun cavabını gözəl şəkildə vermək lazımdır. Sitatlar
Allahın rizasının ən çoxu vicdana həmişə vəhy edilər. Vicdana fasiləsiz vəhy olması möcüzədir. İnsan tək buraxılmayıb. Allah nə istədiyini insana həmişə hiss etdirər. Sitatlar
Cəhənnəmin mövcudluğu insanın təhsili üçün lazımdır. Cəhənnəmin mövcudluğu eyni zamanda cənnət əhlini motivasiya edər. Gözəllik müqayisə ilə olar. Hər kəsin gözəl olduğu mühitdə gözəlliyin dəyəri o qədər bilinməz. Cəhənnəm müqayisə olması üçün xüsusi olaraq yaradılıb. Sitatlar
Dünyanın 5-dən böyük olması üçün mütləq İslam Birliyinin olması əsas şərtdir. Buna görə də, Tayyib hocamın israrla İslam Birliyi çağırışı etməsi doğru və gözəldir. Sitatlar
Elçilərin ətrafında onları çox sevən insanlar olması tarix boyu bütün münafiqlərə çox təsir etmişdir. Firon kitabələrində belə Musanın ətrafında onu çox sevən insanların olması qeyd olunmuşdur. Allahın elçiləri insanlara çox sevdirməsinə münafiqlər həmişə həsəd aparmışdır. Sitatlar
Fələstin və İsraili barışdırıb normal yaşamalarını təmin etmək lazımdır. Bu torpaqların sülh yurdu halına gəlməsi lazımdır. O divarlar, polislər, əsgərlər olmadan yaşanılan torpaqlar olması üçün səy göstərməyimiz lazımdır. Sərt, davakar üslubdan həmişə qaçmaq lazımdır. Münaqişədən bir nəticə çıxmaz. Sevgi və qardaşlıqla həll yolu tapmaq lazımdır. Sitatlar
Fələstinə; "İsrail ilə masaya oturmasanız maddi kömək etmərəm" demək, vicdana uyğun deyil. Fələstin xalqı bir qrup insandır, imkanları məhduddur, xarici yardımla həyatlarını davam etdirirlər. İnsanlara qarşı belə üslub işlətmək ayıbdır. İnsan özünə edilməsini istəmədiyini heç kimə etməməlidir. Heç bir ölkənin Fələstinə qarşı üslubu bu olmamalıdır. Sitatlar
Gəncləri darvinizm və ənənəçi ortodoks İslam arasında, yəni iki atəş arasında seçim etməyə məcbur edirlər, belə olduqda insan ateizmə üz tutur. Ağılla, elmlə, incəsənətlə İslam izah edildiyi zaman, hamı sevə-sevə İslamı qəbul edər. Bizim elmi işlərimiz ateizmi böyük dərəcədə zəiflətdi. Gənclər ağıllı, real və səmimi izahata qapalı deyildirlər. Sitatlar
Həmişə müsbət, səmimi, müjdələyici danışmaq lazımdır. İnsanları qorxudan, narahat edən və ya çoxbilmişliklə ifadə edilən üslublardan çəkinmək lazımdır. Sitatlar
İmam Hatiplilər nur kimi insandırlar. Lağlağı, lovğa üslub işlədənlərə qardaşlarımız fikir verməsinlər. Bu cür sevgisiz insanların sevdiyi heç kim olmur və öz sevgisizlikləri içində boğulurlar. Qardaşlarımız bunlarla heç vaxt ünsiyyətdə olmasınlar. Sitatlar
İnsanların televiziya proqramlarında fərqli ruh halına girmələri səmimimiyyətsizliklərini vurğulayan, utanmaları lazım olan rəftardır. İnsan hər yerdə eyni üslub, eyni səmimiyyətdə olmalıdır. Sitatlar
Mağazalarda işləyən insanlara lovğalıq etmək çox böyük əxlaqsızlıqdır. O insanlar onsuz da səhərdən-axşama qədər ayaqüstü dayanır, gələn insana yardım etmək üçün gününü keçirdir. O insana çətinlik yaratmaq, tərs üslub işlətmək çox böyük vicdansızlıq və mərhəmətsizlikdir. Sitatlar
Mərhəmətli insan yardımçı, səxavətli və bağışlayan olar. Gözəl danışar, acı sözlər deməz. Üslubu firavanlıq, həmişə rahatlıq verməyə çalışar. Təmizdir, keyfiyyətə, gözəlliyə önəm verər. Gözəllik təqdim etmək də mərhəmətdir. Sitatlar
Mömin özünə həmişə nəzarət etməlidir. Səmimi olub-olmadığını, yaxşı niyyətli olub-olmadığını, dürüst olub-olmadığını həmişə yoxlamalıdır. Allah səmimi mömini heç vaxt cəhənnəmə qoymaz, lakin mömin həmişə özünə nəzarət edərək ümid və qorxu arasında yaşamalıdır. Sitatlar
Münafiq, müsəlmanların arasında 20 il namərd, alçaq, xəbərçi, xain olduğunu bilərək yaşayar. Heyvan olsa belə qorxunc həyata dözə bilməz. Lakin Allah bunları müsəlmanlara xidmət etməsi üçün xüsusi yaradır. Sitatlar
Münafiqlərin möminlərin arasında 10-20 illik kürtlük dövrləri vardır. Sonra bir anda şeytanın ilhamı ilə ölü hüceyrələr kimi canlanarlar və həmləyə keçərlər. Münafiqin həmləsi küfr əhlininki kimi deyildir. Münafiq müsəlmanlardan daha müsəlman kimi görünməyə çalışaraq həmləyə keçər. Şeytanlıqlarını gücləndirmək üçün bunu ayələrdən istifadə edərək edərlər. Halbuki özlərinin nə qədər alçaq olduğunu çox yaxşı bilərlər və tam xain vəziyyətinə düşməmək üçün "islah edirik" iddiası ilə çıxarlar. Quranda da münafiqlər üçün onlar barədə: ““Yer üzündə fəsad törətməyin” deyildiyi zaman: “Biz təkcə islah edənlərik”” dedikləri bildirilir (Bəqərə surəsi, 11). PKK, homoseksuallar, rumilik, mövhumatçılıq, İngiltərə dərin dövləti ilə elmi mübarizə onları heç maraqlandırmaz. Onlar var gücləri ilə müsəlmanlara hücum edərlər. Müsəlmanların arasında da (şeytanın yönləndirməsi ilə) ən təsirli, ən xeyirli olanlarını seçərlər. Sitatlar
Sağ təbəqədəki bəzi qardaşlarımız içlərinə qapalı yaşadıqları üçün bizim uzlaşdıran rəftarımızın nə qədər əhəmiyyətli olduğunu dərk edə bilmirlər. Əvvəllər Atatürkçü dünyəvi təbəqə ilə mühafizəkar təbəqə arasında çox böyük məsafə vardı. Atatürkün səmimi dindar olduğundan, dünyəviliyin Quranda olduğundan dəlilləri ilə bəhs etdik. Dindarlığın həyat dolu yaşayış olduğunu göstərdik. Bu iki təbəqə arasındakı məsafənin qapanmasını təmin etdik. Bir çox ölkədə hərbi çevrilişlər, cəmiyyətin bu iki təbəqəsi arasında məsafədən istifadə edilərək təşkil olunur. Belə fitnənin də qarşısının alınmasına vəsilə olduq. Sitatlar
Münafiq mənfəətini itirəcəyini və ya kifayət qədər mənfəət əldə edə bilməyəcəyini düşünəndə müsəlmanların yanından ayrılar. Münafiqin davranışı əsasən mənfəət dərəcəsinə görədir. Hamısının müəyyən mənfəət dərəcəsi vardır. Sitatlar
Sevgisiz, məlumatsız insanlar bilərəkdən və ya bilməyərəkdən insanları İslamdan uzaqlaşdırırlar. Sitatlar
Darvinizmin, kommunizmin təməli olduğunu, kommunist liderlərin özü söyləyir. Darvinist təbliğat aparan bilərəkdən və ya bilməyərəkdən kommunizmə zəmin hazırlamış olar. Sitatlar
Qanun qarşısında bütün vətəndaşlar bərabərdir, kiminsə təhqir etmək hüququ və ya toxunulmazlığı yoxdur. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur