logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 13 may 2017

avatar

Adnan Oktar

Bəyənilməyi, gözəl olmağı cinayət halına gətirdikdə insanların bir çoxu özünə diqqət yetirməkdən imtina edir. Bu zaman da gözəlliklər aradan qalxır.
A9 TV; 13 may 2017
1114
avatar

Adnan Oktar

Türkiyə dünya incəsənətinin mərkəzi olsun. Böyük sərgilər açılsın, incəsənət yarışları olsun, yaradıcılıq gecələri təşkil edilsin. İncəsənətin yox olması fəlakətdir.
A9 TV; 13 may 2017
avatar

Adnan Oktar

İstanbuldakı struktur, şəhərin estetikasını tamamilə aradan qaldırır. Şəhəri kənara tərəf inkişaf etdirib mərkəzi və Bosfor boğazını yamyaşıl etmək lazımdır.
A9 TV; 13 may 2017
avatar

Adnan Oktar

Türkiyənin etməsi lazım olan şeylərdən biri, darvinizmi elmi olaraq aradan qaldırmaq, ikincisi də ultramüasir keyfiyyətli ölkə olmaqdır.
A9 TV; 13 may 2017
avatar

Adnan Oktar

Amerika və Rusiyanın PKK-nı dəstəkləməsinə qarşı ən təsirli cavab PKK-nın beyninin, yəni darvinizmin aradan qaldırılması olacaq.
A9 TV; 13 may 2017
avatar

Adnan Oktar

Ədalətli rejim, mehdiyyət, İslam Birliyi və Qurana tam tabe olunduqda mümkün olar. Xurafatlar olmadan Qurana tabe olmaq dünyanı cənnətə döndərər.
A9 TV; 13 may 2017
avatar

Adnan Oktar

PKK-nın beyninin dağıdılması darvinizmin çökdürülməsi ilə mümkün olar. Darvinizmin çökdürülməsi dünyadakı bütün ateist sistemə elmi zərbə olar.
A9 TV; 13 may 2017
avatar

Adnan Oktar

Quranda təkamül vardır deyənlərdən qardaşlarımız cinlər, mələklər, cənnət köşkləri, cənnət qılmanlarının necə yaradıldığını soruşsunlar. Mələklər, cinlər, cənnət necə təkamüllə yaradılmadıysa insanlar da təkamüllə yaradılmamışdır. Hz. İsa necə ki, palçıqdan quş formasında bir şey düzəldir və o bir anda canlı quşa dönürsə, insan da Allahın ruh verməsi ilə insan olmuşdur. Təkamül yoxdur. Hz. Musa əlindəki əsanı atdığı zaman əsa tam canlı ilana necə dönürsə, insan da bir anda insan olaraq yaradılır, mərhələ-mərhələ deyil.
A9 TV; 13 may 2017
avatar

Adnan Oktar

Darvinizmi elmi dəlillərlə yox etmiş olmağımız təkamülçülərin xoşuna gəlmədi. İndi əbəs yerə Quranla təkamülü uyğunlaşdırmağa çalışırlar.
A9 TV; 13 may 2017
avatar

Adnan Oktar

Quran ilə təkamülü uyğunlaşdırmağa çalışanlar çox məntiqsiz açıqlamalar verirlər. Quranda təkamülə dair heç bir ayə yoxdur. Zər aləmində bütün insanlar bütün bədən üzvləri ilə tam olaraq yaradılıblar. Sonra dünyaya göndəriliblər. Təkamüllə mərhələ-mərhələ yaradılma yoxdur.
A9 TV; 13 may 2017
avatar

Adnan Oktar

Çobanyastığında Allahın ruhu var dediyimiz zaman, hamısının Allahın əmrinə tabe olduğunu ifadə edirik. Allahın ruhu hər yerdədir, bütün kainatı əhatə etmişdir.
A9 TV; 13 may 2017
avatar

Adnan Oktar

Mənzil camaatı təmiz, sevgi dolu gözəl insanlardan ibarətdir.
A9 TV; 13 may 2017
avatar

Adnan Oktar

Cənab Kamal Kılıcdaroğlu dəyərli insandır. Müxalifət lideri olaraq vətən, bayraq, dövlət üçün səmimiyyətlə səy göstərir. Lider olmaq çətin vəzifədir.
A9 TV; 13 may 2017
avatar

Adnan Oktar

Qadın geyəcəyi paltarı adət-ənənəyə və vəziyyətə görə öz vicdanı ilə seçər. Allah özlərini qorumaları lazım gəldikdə qadınların çarşab geyməsini söyləmişdir.
A9 TV; 13 may 2017
avatar

Adnan Oktar

İslamın şərti 5-dir, demək doğru deyil. İslamın şərti Quranın bütün ayələrinə tam tabe olmaqdır.
A9 TV; 13 may 2017
avatar

Adnan Oktar

Lazımsız şübhələrlə müsəlmanlara sui-zənn bəsləmək Allah qorusun fitnəyə səbəb olar. Müsəlman xeyir gözü ilə sadə düşünməlidir.
A9 TV; 13 may 2017
avatar

Adnan Oktar

Uşaqlara 2-3 yaşlarından etibarən Allah sevgisini, cənnətin varlığını izah etmək, imanın sevincini yaşamasını təmin etmək lazımdır.
A9 TV; 12 may 2017
avatar

Adnan Oktar

Qadağalar, Allahdan qorxulduğu zaman, Allah səmimi sevildiyi zaman dağılar. Quran insanları sıxan bütün qorxuları, bütləri dağıdıb insanı azad edər.
A9 TV; 12 may 2017
avatar

Adnan Oktar

Nəfsi üçün yaşayan səmimi ola bilməz. Başqasının yaxşılığı üçün yaşayan səmimidir.
A9 TV; 12 may 2017
avatar

Adnan Oktar

Bəyənmək, bəyənilmək insanları maraqlandırmaz hala gəlibsə insanların yaşama sevinci qalmamış deməkdir. İncəsənətin, gözəlliyin təşviq edilməsi əhəmiyyətlidir.
A9 TV; 12 may 2017
avatar

Adnan Oktar

Azadlıq, incəsənət, qadın hüquqları hakim olduqda dünya İslama və Türkiyəyə yönələcəyi üçün İngiltərə dərin dövləti bu təşəbbüsün qarşısını almaq istəyir.
A9 TV; 12 may 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Zövqsüzlük ürküdücü şeydir. İncəsənət və Keyfiyyət Nazirliyi yaradılıb çox güclü nəzarət həyata keçirilməlidir ki, zövqsüzlüyə imkan verilməsin. İncəsənəti, gözəlliyi aradan qaldırıb təkcə təməl ehtiyacları ödəyib yaşamaq mədəniyyəti hakim olduqda dünya sanki cəhənnəmə dönür. Sitatlar
Bəyənmək, bəyənilmək insanları maraqlandırmaz hala gəlibsə insanların yaşama sevinci qalmamış deməkdir. İncəsənətin, gözəlliyin təşviq edilməsi əhəmiyyətlidir. Sitatlar
İncəsənət yox olduqda, sevgi də yox olur. Sevgi yox olduqda gözəllik və mərhəmət də yox olur, yerinə mərhəmətsiz, eqoist, keyfiyyətsiz həyat yayılır. Sitatlar
İman təbliğində gözəllik, incəsənət və keyfiyyət çox əhəmiyyətlidir. Hz. Süleymanın sarayının ehtişamı təbliğdə çox müsbət təsir edirdi. Sitatlar
Bəzək və gözəlliyin hamısı Allahın sənətidir. Bütün çiçəklər bəzəklidir və göz oxşayır. Kəpənəklər, quşlar hamısı cazibədardır, göz oxşayandır. Sitatlar
Bir çox yerdə gözəllik təltif edilmir, hətta tam əksinə onu ittiham edirlər. Bu da gənc qızları baxımsızlığa və özünə qarşı diqqətsizliyə yönəldir. Sitatlar
Hər evin önü çiçəkli, baxımlı olmalıdır. Evlər, paltarlar və hətta insanların bütün həyatları təkcə funksional olur. Tək məqsəd həyatda qalmaq olur. İncəsənət, gözəllik, estetika, keyfiyyət istəyən və həsrət çəkən bir həyat olmadıqda həyatın sevinci və zövqü də olmur. Sitatlar
Sevgi gözəlliyin ruhudur. Allah sonsuz gözəldir. Təcəlliləri də sonsuz gözəldir. Müsəlman hər şeyi gözəlləşdirməklə məsuldur. Sitatlar
Bəziləri qadının baxımlı olmasını, özünə diqqət göstərməsini, gözəl olmasını səhv kimi görür. Halbuki bu qadının ən təbii haqqıdır. Avropada qadının baxımlı olması ilə fəxr edirlər. Burada isə baxımlı olan qadın əzilir. Sitatlar
İnsanlara əvvəlcə gözəlliyə qarşı meyli öyrətmək, gözəlliyin, sevginin bir tələbi olduğunu izah etmək lazımdır. Gözəllik sevginin libasıdır. Sitatlar
İman olmadan sevginin, keyfiyyətin və gözəlliyin mənası olmaz. İman da iman həqiqətlərinin izah edilməsi, darvinizmin yox edilməsi ilə yaranar. Sitatlar
Bütün gənclərin canının yandığı məsələ sevgisizlikdir. Gözəlliyi görə bilməmələri, axtardıqları keyfiyyəti tapa bilməmələri çox canlarını yandırır. Sitatlar
Gözəllik sevginin istədiyi bədəndir. Yarpaqlar, çiçəklər, pişiklər, dovşanlar, insanlar Allahın bizə sevdirdiyi gözəlliklərdir. Gözəllik və sevgi birlikdədir. Allah həm gözəl yaradar, həm də sevdirər. Allah sevgini verməsə gözəlliyin mənası olmazdı. Sitatlar
Əzab, əziyyətlər və səbir insanları gözəlləşdirər. Əziyyət çəkən insanlarda kəskin gözəllik olar. Əziyyət çəkməyənlərdə isə kütlük meydana gələr. Sitatlar
Quran çərçivəsində ruhən və bədən cəhətdən özümüzü mükəmməlləşdirməklə məsuluq. Quran ruhu gözəlliyi artırmağı tələb edir. Sitatlar
İncəsənət, gözəllik, estetika axtarmadan paltarın, evin, mebelin təkcə funksional olmasına əhəmiyyət vermək çox böyük çatışmazlıqdır, keyfiyyət yoxluğudur. Sitatlar
Gözəlliyin ən gözəlini əldə etməyə keyfiyyət deyilər. Keyfiyyətli insan da sevməkdən və sevilməkdən xoşlanan, gözəlliyə aşiq olan varlığa deyilər. Sitatlar
Qadınların səbri, mərhəməti, vəfası, ağlı, gözəlliyə olan meyli, incəliyi Allah tərəfindən onlara verilmiş ciddi üstünlükdür. Sitatlar
Gənc qızların həyat dolu olması, gözəlliklərinə diqqət göstərməsi gözəllikdir. Hər yerdə azadlığın vacib olduğuna inanıram. Sitatlar
Küfr əxlaqındakı vicdansızlıq onlara o qədər böyük əzab çəkdirir ki, sanki cəhənnəm oduna düşmüş kimi yaşayırlar. Buna görə belə qəzəblidirlər. Özləri sevgini, gözəlliyi, dostluğu, səmimiyyəti yaşaya bilmədikləri üçün iman gətirənlərin təmiz, nurlu, keyfiyyətli həyatı onların içinə dərd olur. Sitatlar
Türkiyə çox müasir olmaq məcburiyyətindədir. Həm dindarları çox yaxşı qoruyan, həm də ultramüasir, mümkün qədər azadlıq təmin edən ölkə olacağıq. Tayyib hocam müasir sağın lideridir. Həm dindarları qoruyur, həm də müasir anlayışa sahibdir. Türkiyəni daha da müasirləşdirəcəyik. Millətimiz incəsənətə, gözəlliyə, keyfiyyətə, müasirliyə, dekolteyə qarşı olan bir qrup insanın zehniyyəti ilə deyil, parlaq anlayışla yaşamaq istəyir. Sitatlar
Hər şeyin gözəl tərəfini görmək, gözəl danışmaq lazımdır. Həmişə qüsur tapan, səhv axtaran məntiq ən çox insanın özünü narahat edər. Sitatlar
Mövhumatçı, sevgisiz, keyfiyyətsiz, hər şeyə düşmən, insanların sevincini əlindən alacaq bir zehniyyətin Türkiyəni qaraltmasına əsla icazə vermərik. Türkiyəni tərtəmiz parlaq gələcək gözləyir. İncəsənət, gözəllik, elm, keyfiyyət düşmənləri boşuna həvəslənməsinlər. Sitatlar
Tayyib hocamın müasir Türkiyəni hədəfləməsi, keyfiyyəti, incəsənəti, gözəlliyi ön plana alması çox gözəl olar. Bəzi reaksiyalar onu heç usandırmasın. Sitatlar
Allah həm gözəllik yaradır, həm də gözəlliyi sevdirir. Allahın qəlbimizə sevgi yerləşdirməsi çox böyük nemətdir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur