logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 18 may 2016

avatar

Adnan Oktar

İslam aləmi dəhşət içində yaşayarkən, əsgərimiz, polisimiz Cənub-Şərqi Anadolu bölgəsində terrorla mübarizə apararkən bir çox insan öz dərdində olur. Halbuki özünü unudub müsəlmanları əsas götürməlidir. Öz dərdində olmaq eqoistlik olar. Bəziləri evlənmək dərdində, bəziləri futbol, bəziləri yarışma proqramının dərdində, bəziləri də televole mədəniyyəti ilə məşğul olur. Belə olmaz.
A9 TV; 18 may 2016
1656
avatar

Adnan Oktar

Quran anlaşılmaz, mürəkkəb Kitab deyil. Olduqca sadədir, Allahın hökmləri də çox açıqdır.
A9 TV; 17 may 2016
avatar

Adnan Oktar

Birləşmək xoşbəxtlik gətirər, bölünmək xoşbəxtlik gətirməz. Bölünmək, asanlıqla yox edilmək üçün bir oyundur. İngiltərə dərin dövləti balaca tikə olduqda asanlıqla udacağını düşünür. Müsəlmanlar heç bir yerdə bu tələyə düşməməlidir.
A9 TV; 16 may 2016
avatar

Adnan Oktar

Dəccaliyyətin yaratdığı təxribatın aradan qalxmasının yolu, ifşa olmasıdır. İslam aləmi bu mövzuda səy göstərməli və elmlə, irfanla İngiltərə dərin dövlətinin üstünə getməlidir.
A9 TV; 16 may 2016
avatar

Adnan Oktar

İngiltərə dərin dövləti rusların və Amerika xalqının da üzərinə kabus kimi çökmüş vəziyyətdədir. Bu cəmiyyətləri öz məqsədləri istiqamətində istədikləri kimi yönləndirmək istəyirlər.
A9 TV; 16 may 2016
avatar

Adnan Oktar

Dərin dövlətlərin xüsusiyyəti; xalqa həmişə yuxarıdan aşağı baxarlar, öz aləmlərində adam yerinə qoymazlar, əzərlər, öldürməyə cəhd edərlər. Həmçinin təməl fəlsəfələri darvinizm, homoseksuallıq və rumilikdir.
A9 TV; 16 may 2016
avatar

Adnan Oktar

Dünyada axan bu qanlar, İslam aləminin parça-parça olması, müsəlmanların bir-birini qırıb keçməsi, çəkilən əzablar, homoseksuallığın belə yayılması, ateizmin bu qədər yayılması, darvinizmin bu qədər güclü olmasının tək səbəbi, İngiltərə dərin dövlətidir. İngiltərə dərin dövlətini bütün dövlətlər ifşa etsin.
A9 TV; 16 may 2016
avatar

Adnan Oktar

Allah üçün olana sevgi deyilər. Allahın rizasının ən çoxunu axtarırsansa sevgi çıxar. Yoxsa sevgi olmaz. O, texniki əməkdaşlıq olar.
A9 TV; 15 may 2016
avatar

Adnan Oktar

Bir çox evlilik şirkət razılaşması kimi olur. Qadın kişinin gəlirini, kişi də qadının təmizlik etmə bacarığını soruşur, burada sevgi olmadığı aydındır.
A9 TV; 15 may 2016
avatar

Adnan Oktar

Mehdi (ə.s) qorxusu tarixdə fironların görünməmiş qırğınlar törətmələrinə səbəb olmuşdur. Məsələn, Fironun oğlan uşaqlarına qarşı törətdiyi qırğının səbəbi, Tövratda Moşiyahın dünyaya hakim olacağıyla əlaqədar hökmdür. Bu gün də hz. Mehdi (ə.s)-ın oradan çıxacağından şübhələndikləri üçün, Suriyanı, İraqı yerlə-yeksan edirlər.
A9 TV; 15 may 2016
avatar

Adnan Oktar

Fironun, İsrailoğullarının oğlan uşaqlarını qətlə yetirməsinin səbəbi Tövratda izah edilən mehdiyyətdir. Firon Mehdinin dünyaya hakim olmasını istəməmişdir.
A9 TV; 15 may 2016
avatar

Adnan Oktar

İngiltərə dərin dövlətini İslam aləminə və bütün Avropaya hər yerə ifşa edək və öyrədək. Çünki dəccalın ən böyük silahı gizlənməsidir.
A9 TV; 15 may 2016
avatar

Adnan Oktar

İngiltərə dərin dövləti dəccaliyyətin mərkəzidir. Dünyaya İslamdan uzaq durmağı, müsəlmanlıqdan uzaqlaşmağı öyrədən bir sistemdir.
A9 TV; 15 may 2016
avatar

Adnan Oktar

Şiddət tərkibli filmlər ruhlarda çox təxribat törədər. Sinirləri də gərginləşdirər. İnsan çox zəif varlıqdır, sıxılar. Filmi seyr edərkən belə əli-ayağı, hər yeri sıxılar. Xəstə olar. Heç kim bunu etməsin.
A9 TV; 13 may 2016
avatar

Adnan Oktar

Darvinizmin yıxılması AKP üçün çox güclü fikri dayaq təmin etdi. Bu sayədə hökumət asanlıqla irəliləyə bilir.
A9 TV; 13 may 2016
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v) münafiqlərə heç vaxt toxunmamışdı. Üç yüzə yaxın münafiq vardı; toxunmurdu. Onların yollarını kəsirdi, yollarını bağlayaraq zərərsizləşdirirdi. Əks halda müsəlmanların başına çox böyük bəla olardılar. Lakin çox məharətlə onları idarə etdi, İslama faydalı hala gətirdi.
A9 TV; 12 may 2016
avatar

Adnan Oktar

Münafiqə nəsə söyləmək mümkün deyil. Yaxşılığı əmr etmək, pislikdən çəkindirmək də mümkün deyil. Məsələn; "bu pis əməli etmə" deyə bilməzsən münafiqə. Lovğalıq edər, hiyləgərlik edər, o anarxist azğın ruhunu ortaya çıxardar. Lakin çox məharətlə izah edilə bilər, dolayı yol ilə izah edilə bilər.
A9 TV; 12 may 2016
avatar

Adnan Oktar

Münafiq eyni zamanda ov iti kimidir. Yəni küfrün ən murdar adamlarını o tapacağı üçün, onun tapdığını müsəlman tutub elmlə, irfanla təsirsiz hala gətirər. Müsəlman onları haradan tapsın ki? O, şeytani güclə, o qoxunu hiss edər.
A9 TV; 12 may 2016
avatar

Adnan Oktar

Müsəlmanlar homoseksuallığa qarşıdır, darvinizmə qarşıdır, lakin münafiq onları vəli və dost tutar. Harada dərin dövlət mənsubu vardırsa və ya harada bir hiyləbaz vardırsa, harada həyasız bir ədabaz vardırsa, harada İslama pislik etmək istəyən murdar insanlar vardırsa gedib onları tapar münafiq.
A9 TV; 12 may 2016
avatar

Adnan Oktar

Mömin mutmain olar, səbirli olar, qənaətcil olur. Fitnədən qaçar, xaosdan qaçar. Gərginlik olmasın, ortalıq dinc olsun məntiqində olar. Münafiq belə deyil, həyasızdır, dəli xasiyyətlidir, nə olacağı onu maraqlandırmaz, dəlisov mənfəəti üçün təcavüzkarlaşar, həyasızlaşar, azğınlaşar. Şeytan kimi anarxistdir ruhu.
A9 TV; 12 may 2016
avatar

Adnan Oktar

Münafiq yaxşılıqdan anlamaz. Müsəlmanlara olan qəzəbi heç vaxt dinməz. Kini həmişə içindədir, gizlədə bilməz. Balaca səbəb gördüyü zaman dərhal psixopatlığını, o anarxist ruhunu, azğın və dəli ruhunu dərhal göstərər. Lakin müsəlman belə deyil. Müsəlman məmnundur, əmin-amanlığa nail olmuşdur.
A9 TV; 12 may 2016
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Şəxsi dərdlərlə Peyğəmbər (s.ə.v)-in yanına getmək, onu kədərləndirməyə çalışmaq, şəxsi vəsvəsələrinin verdiyi narahat ruh halını ona əks etdirməyə cəhd etmək günah olar, çox çirkin olar. Bu münafiqlərdə çox mərhəmətsiz və əxlaqsızca olar, lakin bəzi müsəlmanlarda da məlumatsızlıqdan qaynaqlanar. Sitatlar
İnadla, sinə gərə-gərə İslamı yaşamaq lazımdır. Çünki küfr həzm etməyə çalışar, sən həzm olunduqda daha da həzm etməyə, səni küfrə qaytarmağa çalışar. Öldürənə qədər də üstünə gələr. Sən üstünə getsən o səndən qaçar. Sitatlar
Müsəlmanın canı şirin olmamalıdır. Canı şirindirsə, müsəlman ola bilməz. Sitatlar
PKK-nın təməl inancı olan darvinizm elmi cəhətdən yox edildiyi zaman, PKK bitər, nəfəsi tükənər. Sitatlar
Müsəlman əgər; "münafiqlərlə əlaqəli ayələr mənə xitab etmir" desə, harama girər. Oradakı ayələr bütün müsəlmanlara xitab edər. Münafiq onsuz da buna inanmır ki, ona təsir etsin. Mömin bundan təsirlənməlidir. Buna görə də, çoxsaylı münafiq ayələrini oxuyarkən müsəlman öz üstünə götürərək oxumalıdır. Sitatlar
Sən PKK-nı bir yerdən sürüyüb atdığın zaman, PKK təhlükəsi aradan qalxmır. Bir ay sonra yenə doluşur oraya. Çünki fikirlə mübarizə aparılmır. Darvinizm, materializm əzilmədikdən sonra, bu həmişə yerin altından qaynayacaq. Kökü qurudulmalıdır. Kökü darvinizmdir. Sitatlar
İngiltərə dərin dövləti nə edirsə etsin məğlub olacaq. Dəccaliyyət olaraq ortaya çıxdı, məhv etdi insanları. İndi bu PKK-lı pislik, oğru, qəsbkar, alçaq qatillərlə birlikdə olmağa başladılar. Cənub-Şərqi Anadolu bölgəsində PKK-lılardan bir homoseksual qruplaşma yaradıldı. Nə qədər avropalı pozğun varsa, oraya göndərir. Allah başlarına keçirəcək. Sitatlar
Şəhidlərimizə yas tutmağı təşviq edənlər bilmədən PKK-nın istəyini reallaşdırmış olurlar. Halbuki, PKK-nın hədəfini yox etməlisiniz. Tam tərsini etməlisən. Ağlayın deyirsə, gülməlisən. Musiqi dinləməyin deyirsə, dinləməlisən. Sevinməyin deyirsə, sevinməlisən. Həyat dayansın deyirsə, həyatı canlandırmalısan. Sitatlar
Heç bir şəhidin, heç bir aslanımın yola salındığı yerə ağlayanlar gəlməsin. Onsuz da PKK-nın istədiyi budur. Heç istəməsələr də, bu PKK təbliğatı olur. Başı uca, qoçu, dəliqanlı olanlar gəlsin. Ağlayanlar ayrı yerdə olsunlar. Sitatlar
Hazırda Cənub-Şərqi Anadolu bölgəsindəki tikililər strateji cəhətdən PKK-nın girməsinə çox əlverişlidir. Bir-birinə bitişik, hamısı bir-birinə bağlı və dar küçələr var. Lakin geniş prospektlər, rahat evlər bir-birindən ayrı-ayrı inşa edilsə, PKK ora necə girə bilər? Hamısı tutularlar. Sitatlar
PKK-nın, Birləşmiş Millətlər Təşkilatının terrorist siyahısında olmaması qalmaqaldır. Hökumət bu mövzuya əl atsın. Bu siyahıda Əl-Qaidə var. Əl-Qaidə 4-5 min insanın ölümünə səbəb olub, PKK on minlərlə insanın şəhid olmasına səbəb olub, siyahıda yoxdur. Məhz bu İngiltərə dərin dövlətinin bir oyunudur. Buna son qoyulmalıdır. Sitatlar
Obama kommunist düşüncəyə sahib bir ailə mühiti içində yetişmiş, kommunist partiya ilə ortaq fəaliyyətləri olmuşdur. PYD/PKK-ya dəstək verməsinin səbəbi budur. Sitatlar
Çanaqqalada 200 min şəhid verdik. Cənub-Şərqi Anadolu bölgəsində də lazım gəlsə 400 min şəhid verərik, lakin Cənub-Şərqi Anadolu bölgəsini qətiyyən vermərik. İngiltərə dərin dövlətini elmlə, irfanla səmərəli hala gətirəcəyik. Sitatlar
Qarşıdurma bölgələrində əsgərlər və polislərin keçid yollarına tez-tez məlumat verə biləcək insanlar yerləşdirilsin ki, yol üzərində ola biləcək təhlükəyə qarşı tədbir alına bilsin. Sitatlar
Müsəlman sıxılmaz. Boş vaxtı olmaz. Etməyə heç nə yoxdursa gedib gül əkər. Etməyə heç nə yoxdursa ətrafı təmizləyər, gözəlləşdirər. Kitab oxuyar, təbliğ edər, yazı yazar. İnternetdə birinə İslam barəsində, Quran barəsində bir şey öyrədər. Bomboş gəzmək müsəlmana yaraşmaz. Sitatlar
“Həll prosesi” deyilən şey, Abdullah Öcalanın buraxılması, onun guya Cənub-Şərqi Anadolu bölgəsində qurulacaq kommunist Kürdüstanın başçısı kimi qəbul edilməsi, bütün PKK-lı qatillərin sərbəst buraxılması kimi ağılsız çirkin hədəflərdən ibarətdir. Qəbul etmərik, bunu unutmalıdırlar. Sitatlar
Çəkingən, ürkək olmaq müsəlmanın igidliyinə yaraşmaz. Taledə nə varsa o olar. Taledən qaçmaqla heç nə dəyişməz. Sitatlar
Müsəlman səhv edə bilər, səhv etməkdən qorxmamaq lazımdır. Çox böyük səhv də edə bilər, müsəlman qardaşını xəbərdar edər, lakin xəbərdarlığa dəlicəsinə reaksiya vermək çox anormaldır. "Yaxşı düşünərəm" deyərsən, "Allah razı olsun etməyə çalışaram" deyərsən olub bitər. Həddindən artıq reaksiya vermək anormal hərəkətdir. Sitatlar
"Hər halda o münafiqdir" deyir. Yaxşı, belə olduğunu fərz edək; öyrət, təbliğ et, ayə söylə, səbir et, danış, elə deyil? O zaman heç kim heç kimlə görüşə bilməz ki, heç bir müsəlman başqa müsəlmanla görüşə bilməz. Ona münafiq de, buna kafir de, o birisinə xəstə de, axırda insan qalmaz. Sitatlar
PKK-nın silahlı mübarizə ilə yox olmayacağını uzun illərdir deyən mənəm. Lakin heç kim həll yolunun darvinist-materialist birtərəfli təhsilin dayanması olduğunu söyləmir. Ortaya qoya bildikləri tək fikir PKK-nın silahla, təzyiqlə hakimiyyəti ələ almaqla qazandığı danışıq prosesinə qayıtmaqdır. Danışıq prosesinin son hədəfi isə Cənub-Şərqi Anadolu bölgəsinin Marksist-Leninist PKK-ya verilməsi və yaradılacaq kommunist dövlətin başına Öcalanın gətirilməsidir. Buna icazə vermərik. Sitatlar
Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsini ayırmaq, İstanbulu və İzmiri ayrı bölgələr etmək, Anadoluda kiçik bir sahə saxlamaq və camaatları ləğv edib rumilik fəlsəfəni hakim etmək, İngiltərə dərin dövlətinin çox köhnə planıdır. Sitatlar
PKK-nın həll yolundan anladığı Cənub-Şərqi Anadolu bölgəsində kommunist dövlət qurulması, Öcalanın əfv edilib qatillərin sərbəst buraxılmasıdır. Bunu əsla qəbul etmərik. Sitatlar
İslama, Qurana faydalı olan hər kəsə mənəvi cəhətdən dəstək vermək lazımdır. Sitatlar
Quran anlaşılmaz, mürəkkəb Kitab deyil. Olduqca sadədir, Allahın hökmləri də çox açıqdır. Sitatlar
Sərt müxalifət demokratiyanın sağlam işlədiyini göstərər. Müxalifətin də elə canlı, aktiv olması yenə sağlam funksiya yerinə yetirdiyini göstərər. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur