-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Sevgisiz, eqoist, davakar, qorxuducu dünya meydana gətiriblər. Mən bunu istəmirəm. Dünya gözəl olsun, insanlar bir-birini sevsin istəyirəm. Nəzakət, yüksək keyfiyyət, incəsənət, bağışlayıcılıq, mərhəmət təkcə Türkiyədə deyil, hər yerdə hakim olsun istəyirəm. Bu bizim haqqımızdır. Bu bəladan xilas olmaq çox asandır, şeytan axmaqca bir oyun oynayıb insanları bir-birinə düşmən etdi. Əl birliyi ilə bu mənəvi çirkabı təmizləyib atacağıq, Türkiyənin rəhbərliyi altında sevgi dolu dünya yaradacağıq.
Adnan Oktar
Mən gənclərin Quranın meyarı çərçivəsində azad yaşamasını istəyirəm. Dinin azadlığından sonuna qədər istifadə edərək hər kəs rahat yaşasın istəyirəm. İnsanların üzərində onsuz da çoxlu yük var, daha çox yük qoymaq lüzumsuzdur. İnsanların azadlığını əlindən almaq, insanların sevincini, həyatını əlindən almaqdır. Rəsm yoxdur, keyfiyyət yoxdur, qadın yoxdur, əyləncə yoxdur, musiqi yoxdur, gülmək yoxdur, deyilən model şizofreniyalı quruluş yaranmasına səbəb olar. Gənclərin belə həyat yaşamasına imkan yoxdur. Biz dinin azadlıq olduğunu, bütün təzyiqləri aradan qaldırdığını insanlara yaşayaraq göstəririk.
Adnan Oktar
Allahın dünyada çox sayda qadın yaratması Allahın möminlərə rəhməti, bərəkəti, lütfüdür. İnsanların yarısının qadın olması Allahdan çox böyük nemətdir. Qadın Allahın ən görkəmli, ən həyəcan verici nemətidir. Allahın ən gözəl təcəllisidir. Allahın Rəhman, Rəhim, Nur və Cəlal adlarının təcəllisidir. Qadın quzu kimi tərtəmizdir. Çox nəzakətli, nazənin varlıqdır. Qadını hər zaman şəfqətlə, mərhəmətlə, hörmətlə dəyərləndirmək lazımdır. Qadın eşqin, ehtirasın qapısıdır. Eşqi ən mükəmməl şəkildə yaşayacağımız, Allahın verdiyi mükəmməl nemətdir. Qadın Allahın təcəllisi olaraq sevilər. Qadını sevmək, qadına heyran olmaq Allahı sevmək, Allaha heyran olmaqdır.
Adnan Oktar
Baqqalda, küçədə, avtomobildə, mikro-avtobusda, avtobusda "Allaha şükür" demək, "Allah nə gözəl yaratdı" demək insanlara təbliğ olar. İnsanlar Allahın adını hər yerdə tez-tez eşitsinlər. O unuda bilməz, çox xoşuna gələr, yaddından çıxarmaz. Çünki insan sənətdən, digər işlərindən bəhs edir, başqaları isə dedi-qodu ilə məşğuldur, bir də baxır ki, oradakı insan Allahdan sevgi ilə bəhs edir. Qibtə edər, çox xoşuna gələr. Ona nümunə olar, o da etmək istəyər.
Adnan Oktar