HARUN YƏHYA
Ana Səhifə
Bütün Əsərlər
Kitablar
Məqalələr
Videolar
Üfüqi
Şaquli
Səslər
Şəkillər
Sitatlar
Digər
AZ
AZ
Turkish / Türkçe
Azerbaijani / Azərbaycanca
English
Russian / Русский
German / Deutsch
Serbian / Srpski / Српски
Portuguese / Português
Spanish / Español
Malay / Bahasa Melayu
Dutch / Nederlands
Italian / Italiano
Persian / فارسی
Uighur / ئۇيغۇرچە
Polish / Polski
French / Français
Urdu /اردو
Albanian / Shqip
Arabic / العربية
Bulgarian / Български
Chinese / 古文
Indonesian / Bahasa Indonesia
Bosnian / Bosanski
Danish / Dansk
Hausa / هَوُسَا
Hungarian / Magyar
Bengali / বাংলা
Thai / ภาษาไทย
Czech / Čeština
Finnish / Suomi
Swedish / Svenska
Hebrew / עברית
Uzbek / O'zbekcha
Burmese
Malayalam / മലയാളം
Swahili / Kiswahili
Japanese / 日本語
Tamil / தமிழ்
Georgian / ქართული
Amharic / አማርኛ
Romanian / Română
Greek / Ελληνικά
Kazakh / Қазақша
Hindi / हिन्दी
Dhivehi / ދިވެހި
Croatian / Hrvatski
Igbo
Macedonian / Македонски
Pushto / پښتو
Sindhi / سنڌي ، सिन्ध
Sinhala / සිංහල
Telugu / తెలుగు
Tamazight / Berberi
Tagalog / Pilipinas
Norwegian / Norsk (Bokmål)
Kyrghyz / Кыргызча
Tatar / Татарча
Maranao
Yorùbá
Crimean Tatar / Qırımtatarca
Balochi
Kurdí
Somali
ESC
HARUN YƏHYA
Axtar
AZ
AZ
Turkish / Türkçe
Azerbaijani / Azərbaycanca
English
Russian / Русский
German / Deutsch
Serbian / Srpski / Српски
Portuguese / Português
Spanish / Español
Malay / Bahasa Melayu
Dutch / Nederlands
Italian / Italiano
Persian / فارسی
Uighur / ئۇيغۇرچە
Polish / Polski
French / Français
Urdu /اردو
Albanian / Shqip
Arabic / العربية
Bulgarian / Български
Chinese / 古文
Indonesian / Bahasa Indonesia
Bosnian / Bosanski
Danish / Dansk
Hausa / هَوُسَا
Hungarian / Magyar
Bengali / বাংলা
Thai / ภาษาไทย
Czech / Čeština
Finnish / Suomi
Swedish / Svenska
Hebrew / עברית
Uzbek / O'zbekcha
Burmese
Malayalam / മലയാളം
Swahili / Kiswahili
Japanese / 日本語
Tamil / தமிழ்
Georgian / ქართული
Amharic / አማርኛ
Romanian / Română
Greek / Ελληνικά
Kazakh / Қазақша
Hindi / हिन्दी
Dhivehi / ދިވެހި
Croatian / Hrvatski
Igbo
Macedonian / Македонски
Pushto / پښتو
Sindhi / سنڌي ، सिन्ध
Sinhala / සිංහල
Telugu / తెలుగు
Tamazight / Berberi
Tagalog / Pilipinas
Norwegian / Norsk (Bokmål)
Kyrghyz / Кыргызча
Tatar / Татарча
Maranao
Yorùbá
Crimean Tatar / Qırımtatarca
Balochi
Kurdí
Somali
ƏSƏRLƏR
Bütün Əsərlər
Kitablar
Məqalələr
Videolar — Üfüqi
Videolar — Şaquli
Səslər
Şəkillər
Sitatlar
Digər
KATEQORİYALAR
Sənədli Filmlər
Axırzaman Və Qiyamət
Təkamül Nəzəriyyəsinin Süqutu
İman Həqiqətləri Və Yaradılış Möcüzələri
Peyğəmbərlər Tarixi
Türk-İslam Birliyi
İslam Və Başqa Dinlər
Maddənin Ardındakı Sirr
Dünyadan Əks-Səda
Beynəlxalq Konfranslar
Alimlər Yaradılış Haqqında Danışırlar
Təkamül Üçün Nə Dedilər?
Həqiqi Atatürkçülük
Ədalətli Mühakimə
A9 Üçün Nə Dedilər?
Sual və Cavab
Gözəl Mövzular
Tarix, Siyasət Və Strategiya
Quran Əxlaqı Və Təfəkkür
Əvvəldən axıra
Axırdan əvvələ
A-dan Z-yə
Z-dən A-ya
İxtiyari
Sıralamadan çıxın
Sitatlar
Bütün Əsərlər
Kitablar
Məqalələr
Videolar
Şaquli Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
KATEQORİYA SEÇİN
Axırzaman Və Qiyamət
Təkamül Nəzəriyyəsinin Süqutu
İman Həqiqətləri Və Yaradılış Möcüzələri
Peyğəmbərlər Tarixi
Türk-i̇slam Birliyi
İslam Və Başqa Dinlər
Maddənin Ardındakı Sirr
Dünyadan Əks-səda
Uşaqlar Üçün
Həqiqi Atatürkçülük
Tarix, Siyasət Və Strategiya
Quran Əxlaqı Və Təfəkkür
Sevgi
Bütün Əsərlər
Sitatlar
Sitat
Müsəlmanlar rəhbərsiz olsun deyənlər Arakanda, Suriyada, Yəməndə baş verənlərin davam etməsini istəyirlər deməkdir. Müsəlmanlar mənəvi lider ətrafında birləşsə, Quran əxlaqı tam yaşansa, heç bir yerdə zülm, haqsızlıq və ədalətsizlik qalmaz.
Adnan Oktar
Sitat
Münafiq müsəlmanların arasında sanki turist kimi yaşayar. İslam üçün fikri mübarizə aparmaq onu maraqlandırmaz, təkcə öz rahatlığını düşünər.
Adnan Oktar
Digər dillər
English
Turkish / Türkçe
Sitat
Allah çox sevilmək, təqdir edilmək istəyir. Allahı çox sevib təqdir edəcəyik. Cənabı Allaha güvənəcəyik.
Adnan Oktar
Sitat
Mehdiyyətin iki əsas mövzusu var: İctimai ədalət və sevgi. Dünyadakı bütün problemləri sevgi ilə aradan qaldıracaq olan mehdiyyətdir.
Adnan Oktar
Sitat
Atom bombalarını yox etmək Mehdi (ə.s)-ın vəzifəsidir.
Adnan Oktar
Sitat
Millətimizin sağlam bəslənməsi dövlətin bir siyasəti kimi nəzərə alınmalıdır.
Adnan Oktar
Sitat
Yaxşı insanla qarşılaşmaq, səhrada susuzluqdan ölmək üzrə olan insanın buz kimi limonadla qarşılaşması kimidir. İnsan dərhal şükür edər, o insanın ən yaxınında olmaq istəyər. Yaxşı insanın mövcudluğu Allahdan çox böyük nemətdir.
Adnan Oktar
Sitat
Allah İslam yolunda xidmət edən bütün bacı-qardaşlarımıza addımlarının sayı qədər, nəfəslərinin sayı qədər savab nəsib etsin.
Adnan Oktar
Sitat
Əzablar, əziyyətlər, çətinliklər, bərabərsizliklər imtahanın əsas şərtidir. Bunlar olmasa imtahan olmaz, həyat dümdüz olar, o zaman məna və sevgi yaranmaz.
Adnan Oktar
Sitat
Mövhumatçılıq və Qurandan uzaqlaşma olmasaydı, nə radikal təşkilatlar olardı, nə də Əfqanıstan, İraq, Suriya bu vəziyyətdə olardı. Əksinə hər yer gözəl olardı.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
Ağıllı və gözəl əxlaqlı olan qadın çirkin olmaz. Bu ilahi sirdir: Hər ağıllı qadın mütləq gözəl olar.
Adnan Oktar
Sitat
Hz. İsa Məsih (ə.s) Darvinizm, materializm mövzularına girmir, imani mövzularda da bir fəaliyyət etmir. Allahualəm hər halda fərqinə varılmaq istəmir. Amma siyasətə girir. Siyasət cəhətdən dünyanı istiqamətləndirir. Allah elə ilham etmiş demək ki, elə vəhy etmişdir.
Adnan Oktar
Sitat
Hər gün sevgini xatırlatmağımız, şeytanın hər gün etdiyi düşmənçilik hərəkətinə qarşı ən gözəl cavabdır.
Adnan Oktar
Digər dillər
English
Turkish / Türkçe
Sitat
Qızlar daha dərin və incə düşünərlər. Bir çox cəhətdən kişilərdən daha irəlidədirlər. İncəsənət cəhətləri daha güclüdür. İncə düşünmə cəhətləri və diaqnoz qoyma qabiliyyətləri daha yaxşıdır. Gözdəki ən kiçik ifadədən, səsdəki dəyişiklikdən dərhal vəziyyəti anlayarlar. Buna görə kişilər adətən çətin vəziyyətdə qalarlar. Qısaca qadınlar özlərinə çox yaxşı nəzarət edərlər. Kişilər belə deyil. Hislərini daha tez büruzə verərlər. Qadınlar lovğalanmaq istəməzlər, lakin kişilərin lovğa rəftarına qarşı təkcə bu yolla özlərini qoruya biləcəklərini düşünərlər. Qadınlar kişilər tərəfindən kəşf edilməmiş metafizik varlıqdırlar, fövqəladə təsir edən, valehedici nemətdirlər. Lakin kişilərin böyük hissəsi bu neməti görmürlər. Adi gördükləri üçün də Allah qadınların gözəl cəhətlərini onlardan gizlədir.
Adnan Oktar
Sitat
İslamın izah edilməsində, yaşanmasında dünyəvilik son dərəcə vacib mövzudur.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
Sitat
MEHDİYYƏT DÖVRÜNDƏ XURAFAT ZƏNCİRLƏRİ PARÇA-PARÇA OLACAQ. Hz. Mehdi (ə.s) dini asanlaşdırıb (yüngülləşdirib) özünə çevirəcək.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
Sitat
Hz. Xızır dövlətlərin yaradılması və dağıdılması dövrlərində vəzifə başında olur.
Adnan Oktar
Sitat
Sevgisiz, ədəbsiz və kobud bir nəslin yetişməsi bir növ mənəvi fəlakətdir. Keyfiyyətli nəsil yetişdirilməsi üçün xüsusi səfərbərlik lazımdır. Sevgisiz və kobud danışan gəncləri də həmişə xəbərdar etmək lazımdır. Belə etmə, sevgini öyrən demək müsbət təsir göstərər. "Gözəl qardaşım belə demək əvəzinə, gözəl şəkildə de" deyə həmişə xəbərdar edin. Bir müddət sonra bunun müsbət təsiri görüləcək. Sevgini bilməyənlərə sərt üslubla cavab vermək heç vaxt doğru olmaz. Sevgini öyrətmək lazımdır.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
Sitat
Darvinistlərin və kommunistlərin artıq fosillərdən, paleontologiyadan, elmdən qorxmaları onların elmlə əlaqələrinin olmadığını, yalnız "Darvin dini" üçün kor-koranə şəkildə ideoloji cəhətdən çalışdıqlarını göstərir.
Adnan Oktar
Sitat
Dini dolaşıq salınmış mərasimlər, dindarlığı da çox çətin olduğunu izah edirlər. Din səmimiyyətdir. Tam açıqürəkliliklə səmimi olacaq və zamana qarşı da səbirli olacaqsan. Səmimi olanda həyatında birdən birə şimşəklər çaxaraq hər şey dəyişməz. Amma zaman içində həmişə müsbət nailiyyətlər olduğunu görərsən.
Adnan Oktar
Sitat
Elmdə, mədəniyyətdə limit olarmı? Bütün Türkiyədə internet sərbəst olsun, ödənişsiz olsun.
Adnan Oktar
Sitat
Qadın əvvəlcə qarşısındakı insanın etibarlı olmasını istəyər. Normalda qadın ilk bir-iki dəqiqə ərzində o insanın etibarlı olub-olmadığını anlayar. Əksəriyyətlə danışığı deyil, üzdəki ifadəni əsas götürərlər. Gözdəki ifadə, səs tonundakı səmimiyyət və üzün ümumi ifadəsi qadınlar üçün ən mühüm dəlillərdir.
Adnan Oktar
Sitat
Osmanlının yox edilməsi qərarı İngiltərə dərin dövləti tərəfindən alındı. Bu qərarla Əbdülhəmid dövründə darvinzm, içki, siqaret Osmanlının hər yerinə yayıldı. Ziyalılara Allahın yaratdığını inkar edib darvinizm qəbul etdirildi. Heyrətamiz dərəcədə pozulma başladı. Osmanlının ilk rəsmi fahişəxanaları açıldı. Osmanlı donanması və bir çox qurum ingilis paşalara verilib. Nəticədə Osmanlı parça-parça oldu.
Adnan Oktar
Sitat
Allah Quranda münafiqlərin əxlaqsızlığından, oyunlarından çox ətraflı bəhs etmişdir. Münafiq şeytani, marjinal, qəribə məxluqdur. Münafiqin məntiqləri ilə şeytanın məntiqləri tamamilə eynidir.
Adnan Oktar
Digər dillər
English
Turkish / Türkçe
Sitat
Münafiq həm Quranla danışar, həm özünü dindar kimi göstərməyə çalışar, həm də dinlə, ayə ilə, hədislə haşa lağ edər. Şeytanın lağlağı xüsusiyyəti münafiqlərdə var. Münafiqlər də, şeytan da yalançıdır, münafiqlər də, şeytan da təkəbbürlüdür. Münafiqlərin üzünə sanki tənəkə vurulmuş kimidir. Şeytan da eyni ləyaqətsizliyə sahibdir.
Adnan Oktar
Sitat
Heç bir şəhidin, heç bir aslanımın yola salındığı yerə ağlayanlar gəlməsin. Onsuz da PKK-nın istədiyi budur. Heç istəməsələr də, bu PKK təbliğatı olur. Başı uca, qoçu, dəliqanlı olanlar gəlsin. Ağlayanlar ayrı yerdə olsunlar.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
Sitat
Kəhf surəsində başdan sona qədər mehdiyyət izah edilir. Hər ayənin sirli mənaları var.
Adnan Oktar
Digər dillər
English
Turkish / Türkçe
Sitat
Bütün Türkiyə təkbir səsləriylə, Allahın zikriylə inildəyir. Mehdiyyət addım-addım irəliləyir maşaAllah.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
Dünyanın ən ağıllı, ən mükəmməl, ən nəzakətli, ən yaxşı insanı necə olunsa Allah elə olmağımızı istəyir. Müsəlman dedikdə, insanların ağlına müəyyən görünüşdəki hacı ana və hacı atalar gəlir. Halbuki Allahın Quranda bildirdiyi müsəlman modeli ziyalı, incəsənətdən və keyfiyyətdən zövq alan, ağıllı düşünən, üfüqü geniş, həyatdan zövq alan, dərin və nəzakətli insandır.
Adnan Oktar
Sitat
Mükəmməlləşmək üçün neqativ olana ehtiyac var. Ruh və ağlın inkişafı üçün neqativ olanlar zəruridir. Hər kəs pozitiv, hər kəs yaxşı, hamı gözəl olsa, ruh dünyamızda inkişaf olmaz. Anormal və tərs kimi görünən vəziyyətlər ruhun daha diqqətli, daha nəzakətli, daha sabit olmasını təmin edər.
Adnan Oktar
Sitat
Bütün züppələr (züppə, snop-Görkəmli görünmək üçün, bəzi ətraflardakı düşüncələri mənimsəyən, heyranlıq duyan və onlar kimi davranmağa etina edən) pərişan olacaq, xəcalət çəkəcəklər. Dünyanın züppəliklə idarə ediləcəyini zənn edirlər, Allah dünyanı idarə edir. Allah təvazökar, günahsız və gözəl insanlara dünya hakimiyyətini bəxş edəcək. Züppələr rəzil, rüsvay olacaqlar. Züppələrin aqibəti iki metrlik torpaqdır.
Adnan Oktar
Digər dillər
Hungarian / Magyar
Turkish / Türkçe
English
Sitat
Peyğəmbərimiz (s.ə.v) heç vaxt qadınların döyülməsini söyləməmişdir. Bunu iddia edənlər doğru danışmırlar.
Adnan Oktar
Sitat
Allah təkcə Qurandan sorğu-sual ediləcəyimizi bildirir. Quran aydın və qətidir. Allah bizi səhifələrlə fiqh kitablarından məsul tutmayacaq.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
Allah münafiqə ən böyük cəzanı gəncliyini əlindən alaraq verər. Peyğəmbərimiz (s.ə.v) dövründə 20 yaşlarında müsəlmanların yanına gəlir, 40 yaşlarına qədər xidmət edirdilər. Allah münafiqlərin əlindən həyatlarını və gəncliyini alıb Peyğəmbərimiz (s.ə.v)-ə verdi. Müsəlmanların üstünə gələcək nə çətinlik varsa, münafiqlərin üzərinə göndərdi. Münafiq həyatını müsəlmanlara verib gedər. Bu, münafiqə ən böyük cəzadır.
Adnan Oktar
Sitat
Biri istədiyi ideologiyaya inana bilər. Lakin bu ideologiyaya əsaslanaraq məzlumlara, inananlara zülm edirsə, məscidlərə, ibadətgahlara hörmətsizlik edirsə, məzlum xalqın üzərində terror həyata keçirirsə, bunu heç kim qəbul etməz və buna qarşı hər cür hüquqi tədbir alınar.
Adnan Oktar
Sitat
Böyüklərimizi sevmək çox əhəmiyyətlidir. Birdə böyüklərdən, Allah əsirgəsin,xüsusilə, narahatlıqlarından bezmək çox böyük əxlaqsızlıqdır. Bezmək çox böyük tərbiyəsizlik, vicdansızlıqdır. Bir il, iki il, on il nə qədər uzun olsa, o qədər çox savab alınar.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
Sitat
Münafiqin xüsusiyyətidir, ətrafındakıları pisləyər, özünü ucaldar. Hər kəsi pisləmə xüsusiyyəti var.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
Sitat
Amerika Türkiyəyə qarşı münasibəti ilə səhv edir. Bütün türk dövlətlərini və İslam ölkələrini qarşısına almış olar, tək qalar.
Adnan Oktar
Sitat
Atatürk bütün Türklük və İslam aləminin birləşməsini, Turanı müdafiə etmişdir.
Adnan Oktar
Sitat
Möminlər hər zaman ölümə hazırdır. Mömin üçün ölüm vüslətdir, yəni qovuşmadır. Allahdan gəlirik, Allaha qayıdacağıq. Hər an Allah ilə iç-içəyik. Ölüm dediyimiz şey Allahın ruhunun yenə Allaha qayıtmasıdır.
Adnan Oktar
Sitat
Biz dünyada yayılmış xurafat nifrətinə də qarşıyıq. Doğru olanları xurafatçılara şəfqətlə təlqin edəcəyik.
Adnan Oktar
Sitat
Kürd bacı-qardaşlarımız ımızdır.
Adnan Oktar
Sitat
Təvazökar insan eqoistlikdən xilas olmuşdur. Özü üçün deyil, başqaları üçün yaşayan insana təvazökar deyilər. Təvazökar insan təkcə Allahın rizasını axtarar. Sevgini axtarar.
Adnan Oktar
Sitat
İnsanların müharibəsiz, döyüşsüz, xoşbəxt yaşamaları ən asan şeydir. İslam Birliyinin yaranması da asandır. İnsanlar bunları boşuna çətin hesab edir. Bütün məsələ sevginin yaşanmasındadır. Sevgisizliklə, lovğalıqla, təkəbbürlük yarışı ilə İslam Birliyi yaranmaz. Səmimi sevgi ilə hər şey asan olar.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
AB-nə daxil olmamağımızın əsl səbəbi az saylı fanatiklərdir. Avropa Birliyi müsəlmanlardan deyil, fanatizmdən çox çəkinir.
Adnan Oktar
Sitat
İngiltərə dərin dövləti mehdiyyət və məsihiyyət məsələlərinin izah edilməsindən çox narahat olur və öz aləmində bu həqiqətləri gizlətməyə çalışır.
Adnan Oktar
Sitat
Peyğəmbərimiz (s.ə.v) bir hədisində; "Dəccalı bu qədər böyüdən və ucaldan əsgərlərinin ona olan bağlılığı olacaq" (el-Müstedrek, 4/507) deyə bildirmişdir. Başqa hədisində isə; "Dəccalın qərargahı günəşin batma tərəfindəki bir adada olacaq". (Suyuti, Dibac alel-Müslim, 6/261; Müslim, hədis: 2942; Avnul-Mabud, 11/317; Əs-Sünən əl-Varide Fil-Fitən, 6/1149.) demişdir. Peyğəmbərimiz (s.ə.v) bu sözləri ilə açıqca İngiltərə dərin dövlətinə diqqət çəkmişdir.
Adnan Oktar
Sitat
Darvinizmə qarşı anti-Darvinizm, materializmə qarşı anti-materializm, ateistliyə qarşı dindarlıq, xurafatçılığa qarşı müasir dindarlıq təbliğ edilməlidir. Atatürkün fikirləri mükəmməldir, çox ağıllı bir insan olub.
Adnan Oktar
Sitat
Münafiqi müsəlmanların arasında ikən uzaqlaşdırmağa çalışmaq, koma vəziyyətindəki bir insanı öldürməyə bənzəyir. Koma vəziyyətindəki insandan heç vaxt ümid kəsilməz. Ölümə tərk etmək olmaz. Komadan çıxana qədər gözləmək lazımdır. Lakin bəzən heç komadan çıxmır, komada ikən ölür. Münafiq də belədir.
Adnan Oktar
Digər dillər
English
Turkish / Türkçe
Sitat
Müsəlmanın şəfqəti, mərhəməti, səbri, gözəl əxlaqı açıq olar. İbadəti açıq olar. İbadət gizli olan yanlış fəlsəfədir. Müsəlman namazı, orucu, zəkatı, gözəl əxlaqı, sevgisi, mərhəməti, şəfqəti ilə nümunə olmalıdır. İbadəti açıq yerinə yetirmək hal ilə təbliğdir. İnsanlıq deyə ayrı bir din yoxdur. Allahın endirdiyi haqq din var.
Adnan Oktar
Sitat
Bəzi insanlar guya şirin dillə millətimizi bölünməyə razı salmağa çalışırdılar. Biz onlara lazım olan cavabı verəndə susdular.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
Səbirlə yaxınlaşıb hər dəfə sakitliklə, gözəlliklə cavab vermək sevgisiz insanların müqavimətinin yox olmasını təmin edər. Şəfqətlə yanaşmaq əsas şərtdir.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
Sitat
Mehdi (ə.s), Cəbrayıl, Mikayıl və İsrafil tərəfindən üç cəbhədən qorunar və 3000 mələk də Mehdini, hər müxalif edənə qarşı qoruyar.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
Sitat
Dövləti gücsüz göstərmək üçün İmralıya hücum edilə bilər. İmralı da çox yaxşı qorunmalıdır.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
Sitat
Hər məzhəbin haram və halalları bir-birindən fərqli olur. Dörd məzhəb də haqdır deyən insanın, bu dörd məzhəbin hökmlərinə tabe olması lazımdır. Birini tətbiq edib digərini tətbiq etməyən səmimi davranmamış olar. Təkcə bu məsələ belə ənənəçi sistemin necə çıxılmaz vəziyyətdə olduğunu göstərir. Quran kafidir, təkcə Qurana tabe olmaq kafidir.
Adnan Oktar
Sitat
Şeytan itaətsizlik, qarşıdurma və anarxiya istəyər. Mütləq qarışıqlıq çıxartmaq istəyər. (Əraf surəsi, 12-13: (Allah) dedi: "Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?" (İblis) dedi: "Mən ondan daha xeyirliyəm məni oddan, onu isə palçıqdan yaratdın". (Allah:) "O zaman oradan en, orda təkəbbürlənmək sənin (haqqın) olmaz. Dərhal çıx. Həqiqətən sən alçaqlardansan".
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
Sevgi Allahdan gələn nurdur. Hər mömin, Allahdan möminlərin sevgisini istəməlidir.
Adnan Oktar
Sitat
Allah Türk-İslam Birliyini yaradarkən bunu şəhidsiz nəsib etməz. Hər zaman belə olub. Osmanlı da ilk dəfə qurulanda xeyli şəhid verdi. Böyük hadisələr böyük qurban tələb edər, inşAllah.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
Mehdiyyət siyasətə qarışmaz. Mehdiyyət ağıl, məna, dostluq, qardaşlıq ruhudur. Mehdinin siyasi hakimiyyət məsələsi yoxdur.
Adnan Oktar
Digər dillər
English
Turkish / Türkçe
Sitat
Hadisələr elə bir hala gələcək ki, insanlar özləri Mehdi (ə.s)-ı axtaracaqlar.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
Allah yolunda səmimi cəhd edildikdə Allah yolları açar. Allahın bir planı var və biz o planı nə sürətləndirə, nə də gecikdirə bilərik. Dünyanın bütün imkanları bir yerə gətirilsə Allahın istədiyindən başqa heç nə reallaşmaz.
Adnan Oktar
Sitat
Tayyib hocam əleyhinə ağlasığmaz çirkin paylaşım edən insanlar AKP-yə, hökumətə canıyanan insanlarmış kimi davranırlar. Bu tiplərin məqsədi hökumət ilə dindar cəmiyyətlərin arasını vurmaqdır. Bunun üçün fitnə törədirlər.
Adnan Oktar
Sitat
Müsəlman cinnət halına qarşı daima ayıq-sayıq olmalıdır. Bu şeytanın bir hiyləsidir. Şeytan götürüb cəhənnəmə aparmaq istəyir. Yanına aparmaq istəyir, iddialıdır axı. Müsəlman qəbul etməyəcək. Haram olduğunu bildiyi üçün Allaha sığınmalı, “hasbiyallahu və nimel vəkil” deməli və haramdan uzaq durmalıdır.
Adnan Oktar
Digər dillər
English
Turkish / Türkçe
Hungarian / Magyar
Sitat
Masona nifrət etsən, Qurana uyğun davranmamış olarsan. Əgər səhv yoldadırsa, şəfqətlə İslama dəvət etməlisən. Doğru hərəkət edirsə, onsuz da müttəfiqindir. Birlikdə hərəkət edərsən. Əksik məlumatı vardırsa, SƏN ƏMRİ BİLMARUF və NƏHYİ ANİLMÜNKƏRLƏ MÜKƏLLƏFSƏN. NİFRƏT ETMƏKLƏ DEYİL.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
Sitat
DÜNYADAKI ÇIXIŞ YOLU QURANIN YETƏRLİ OLDUĞUNUN QƏBUL EDİLMƏSİDİR. Quranın yetərli olduğu qəbul edilmədiyi üçün dünyada bu qədər qarışıqlıq, məzhəb, icma, əzab, döyüşlər var. Əgər Quranın yetərli olduğu qəbul edilsə, Quranın dili səmimi başa düşülsə, heç bir problem qalmaz.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
Sitat
Peşmanlıq insanın təhsili üçün vəsilədir. Lakin möminin peşmanlığı məhvedici peşmanlıq deyil.
Adnan Oktar
Sitat
Uşaq olarkən belə sevginin, dostluğun, qardaşlığın arxasındaydım. Heç kimin yorulmasını, kədərlənməsini, narahat olmasını istəməzdim.
Adnan Oktar
Sitat
Kommunist PKK-nın mürşidi, onların yol göstəriciləri Stalin və Lenindir. Stalinin və Leninin kitabları onlar üçün din, fiqh kitabı, elmihalları olur. Təşkilat Leninin, Stalinin sünnəsini tətbiq edir, Stalinin yazdığı fiqh kitabına görə davranır. Dövlət rəhbərlərinin nə dediyi onları maraqlandırmaz.
Adnan Oktar
Sitat
Demokratiyadan başqa yolla hökuməti devirməyə təşəbbüs edən, siyasi cəhətdən özü yox olar.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
Sitat
Mehdi (ə.s) malı və əşyaları insanlara bol paylayacaq.
Adnan Oktar
Sitat
Qadınlar çox həyəcan verici, möhtəşəm gözəl nemətdirlər. Dünyanın bu neməti görməməsinə təəccüblənirəm. Sevgi anlayışları, vəfa duyğuları, sədaqətləri, gözəlliyi bilmələri, təfərrüatları görə bilmələri, incəsənət anlayışları, mərhəmətləri və daha bir çox cəhətləri ilə çox-çox dəyərlidirlər.
Adnan Oktar
Sitat
Bu dövlət çevrilişi hadisəsiylə Allah bütün dünyaya millətimizin xarakterinin ucalığını, nə qədər cəsur və igid olduqlarını göstərdi.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
Sitat
AK Partiyanın iqtidara gəlişində fəlsəfi təməlini biz hazırladıq. Fəlsəfi təməl hazırlanmadan bir hökumətin iqtidar olması mümkün deyil. Buna görə ən vacib nöqtədən hökuməti dəstəkləmiş oluruq. Baxın, fəlsəfəsini güclü hazırladığımız üçün fəlsəfi istiqamətdən hökumətə kimsə yaxınlaşa bilmir.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
Münafiqlərin ortaq xüsusiyyətləri ləyaqətsiz olmalarıdır. Şübhəci olmaları da dinin əleyhinə olan şübhəcilikdir.
Adnan Oktar
Sitat
İngiltərə dərin dövləti Yaxın Şərqdə öz aləmində müsəlmanları əzmək üçün YPG/PKK-dan istifadə etmək istəyir. İstifadə etdikdən sonra onları da əzəcəkdir.
Adnan Oktar
Digər dillər
English
Turkish / Türkçe
Sitat
Heç bir münafiq rahat yaşaya bilməz. Xüsusilə hücuma keçmə mərhələsindən sonra münafiqlərin həyatı çox dözülməz və xoşagəlməz olar.
Adnan Oktar
Sitat
İmtahanın olması, bu cür təhsildən keçmək, cənnətin məna qazanması üçün vacibdir. Əziyyət çəkməyən dərinlik qazana bilməz. Dərinliyin, ehtirasın və sevginin yaranması üçün səbir, sədaqət, vəfa lazımdır, bunları da ən gözəl imtahanla qazanarıq.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
Sitat
QAN TÖKMƏKDƏN ALLAHA SIĞINAQ, ALLAH BİR DAMLA QANI BELƏ İSTƏMİR. İdeal olan dünyanın cənnət kimi olmasıdır. Qan, irin cəhənnəmə xas pisliklərdir. Peyğəmbərimiz (s.ə.v) həmişə sakitləşdirici olmuşdur. Peyğəmbərimiz (s.ə.v) yalnız düşməndən xilas olmaq və müdafiə edilmək məqsədi ilə hərəkət etmişdir. MÜSƏLMAN QƏTLDƏN UZAQ OLMALIDIR. FİTNƏKARLIQ TƏQVALI OLMAQ DEYİL. FİTNƏ ADAM ÖLDÜRMƏKDƏN DAHA PİSDİR.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
Sitat
Çiçəyi, ananı, pişiyi, qadını Allahın təcəllisi olaraq sevərsən. Gözəl qoxunu, atları hər şeyi, bütün heyvanları Allahın təcəllisi olaraq sevərsən. Əgər cisim olaraq sevsən, ət sevgisinə çevrilər, ətin də seviləcək yönü olmaz. Allah bunun tədbirini alaraq yaratmışdır.
Adnan Oktar
Digər dillər
English
Turkish / Türkçe
Sitat
Quran bizə dünyadan necə istifadə ediləcəyini öyrədir. Qurana inanmasaq dünya məhv olar.
Adnan Oktar
Sitat
Mehdi (ə.s) dövründə Allahın “Hadi” adı hakim olacaq. Mehdi (ə.s)-ın vəfatından sonra Allahın artıq “Hadi” adı deyil, dəlalətə salan adı təcəlli edəcək. Onsuz da İsa Məsih qısa müddət yaşayacaq, insanlar onun vəfatından sonra manyak olacaq. Dünya tam cəhənnəmə dönəcək.
Adnan Oktar
Digər dillər
English
Turkish / Türkçe
Sitat
Qurana görə səbir etmək istiqrardır. Gözəl əxlaqda istiqrarlı olmaqdır səbir. Yaxşı niyyətli olmaq, dürüst danışmaq, səmimi olmaq mövzusunda enişli-yoxuşlu olmamaq, əlavə etmək amma azaltmamaqdır.
Adnan Oktar
Sitat
Amerikanın mehdiyyəti dəstəkləməsi, İsa Məsihin nüzulunu Allahdan istəməsi lazımdır.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
Dünyada iki fikir daima mübarizə halındadır. Qəzetə baxın, mətbuatı izləyin, televiziyada seyr edin, HƏR GÜN DƏCCALİYYƏT İLƏ MEHDİYYƏTin MÜBARİZƏSİ GEDİR. DƏCCALİYYƏT 150 ildən bəri dırmaşmaya keçmişdir, ƏN AZĞIN DÖVRÜNƏ GİRMİŞDİR. Bu azğın dövründə də, məğlubiyyətə doğru gedir.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
Sitat
Gənc qızlar gəncliyini, cavanlar cavanlığını yaşayacaq. Mehdi (ə.s) qrupu insanları sanki məzardan çıxaracaq. Hədisdə Mehdi (ə.s) üçün "məhv olmuş dünyanı yenidən canlandıracaq" deyir.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
İslam aləmində peyğəmbərimiz (s.ə.v)-in jiletinin Mehdi (ə.s)-ın uğurlu olması üçün, sevgi ifadəsi ilə, Mehdi (ə.s)-ın jileti öpməsi və üzünə toxundurması ilə ümmətdə bir rahatlıq, coşğu olacaq, inşaAllah.
Adnan Oktar
Sitat
Bədiüzzamanın insanların hidayətinə vəsilə olan istiqanlı üslubu var. Din texniki olanlar isə təkcə qəlblərin sərtləşməsinə səbəb olur.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
Sitat
Bütün dünyaya qadınlara hörmət etməyi, dəyər verməyi öyrədəcəyik. Qadınların azad yaşamasının təbii olduğunu öyrənəcəklər.
Adnan Oktar
Sitat
Atatürkün vəsiyyəti; aydın olmaq, qabaqcıl olmaq, sülhsevər olmaq, sevgi dolu olmaq, Qurana sarılmaq, İslam Birliyini istəmək, Türk-İslam Birliyini istəməkdir.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
İran Kommunist Partiyası ən güclü kommunist partiyalardan biridir.
Adnan Oktar
Sitat
DÜNYA çox keyfiyyətli yuxudur. ŞÜURU AÇIQ ŞƏKİLDƏ YUXU GÖRÜRÜK. Diqqətlə baxsanız, başa düşərsiniz: beynimizin içindəki görüntünü seyr edirik.
Adnan Oktar
Digər dillər
Kurdí
Turkish / Türkçe
Sitat
Dünyaya Marksist gözü ilə baxanlar hər şeyi o gözlə qiymətləndirirlər və əsl həlli görə bilmirlər. Məsələnin həlli birlik olmaqdadır.
Adnan Oktar
Sitat
Müsəlman ziyalı, müasir, hər düşüncədən olan insana hörmət göstərən, şəfqətlə yanaşan, hər kəslə dost olan rəftar göstərməlidir.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
Sitat
Keçmiş və gələcək deyilən anlayış insanın beynindəki inancdır. Sonsuz uzun zaman, sonsuz qısa zaman içində olub bitmişdir.
Adnan Oktar
Sitat
Təbliğ etdiyin insan iman etmədikdə sənin mövqeyin daha da yüksəlir. O az, sənsə çox həyəcanlısansa, sənin mövqeyin daha da yüksəlir. Sən heç nə itirməzsən.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
Mehdiyyət, İsa Məsih qəbul edilməzsə dünya məhv olar. Buna görə də əleyhinə olmaq, müqavimət göstərmək mənasızdır.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
Sitat
Quranda bildirilən əxlaqda mülkiyyət hərisliyi yoxdur. Hər şey hər kəsin olur. Qardaşlıq ön plana çıxır. Hər kəs malını-mülkünü qardaşıyla paylaşır. Yediyini, içdiyini, paltarını, əşyasını, hər şeyini. Bir yerdə bir şey yığıb toplamaq, hərislik etmək, belə şeylər olmaz. Sonradan uydurublar: “Qızılın qırx da bir (1/40) hissəsini verməlisən” deyə. "Belə şey yoxdur. Quran, ehtiyacdan artıq qalanı verin” deyir.
Adnan Oktar
Digər dillər
English
Turkish / Türkçe
Sitat
Hökumətimizə qarşı həmişə qoruyucu tərzdə yanaşırıq .
Adnan Oktar
Sitat
Din, müasirliyi, keyfiyyəti aradan qaldırar, dindarlar da cahil insandırlar deyə geniş yayılan yanlış qənaət var. Ənənəçi ortodoks sistemin ortaya qoyduğu modeldən ötrü dindarlıqla keyfiyyətsizliyin iç-içə olduğu düşünülür. Çünki bu sistemin hansı yerinə baxılsa təmizlikdən, incəsənətdən, gözəllikdən uzaqlıq var. İnsanlar da buna görə İslamdan uzaq dayanırlar. Bu şeytanın çirkli oyunu, çirkli müvəffəqiyyətidir. Bu oyunu da dəccaliyyət dəstəkləyir. İngiltərə dərin dövləti ənənəçi ortodoks İslamı bütün gücü ilə qoruyur. Allahın icazəsi ilə biz bu düşüncəni yox edirik. İslam dini hər şeyin ən keyfiyyətli, ən gözəli deməkdir, hər şeyin ən gözəli birləşdikdə ona din deyilər.
Adnan Oktar
Sitat
Yaradan da, öldürən də Allahdır. Bədən və ruh Allaha məxsusdur. Mömin sevdiyinin vəfatından kədərlənməz. Allaha qovuşduğu üçün sevinər.
Adnan Oktar
18381
«
1
...
174
175
176
177
178
179
180
...
184
»
/ 184
«
1
..
176
177
178
..
184
»
18381
/ 184
100
20
50
100
Telif Hakkı © 2026
Gizlilik Politikası
Kullanım Koşulları
Əlaqə