logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 23 avqust 2017

avatar

Adnan Oktar

Bərzani sevdiyimiz, dəyər verdiyimiz bir insandır. Referendum işinə girməsin. Burada bir oyun var, onu devirmək üçün planlaşdırılan bir oyundur bu. PKK-ya qarşı gördükləri ən böyük maneələrdən biri Bərzanidir. Bərzanini əzmək istədikləri üçün referendum işinə daxil edirlər. Çox diqqətli olsun. Bərzani sülhsevən, ağıllı siyasətini davam etdirsin. Referendum kimi riskli işlərə heç girməsin.
A9 TV; 23 avqust 2017
2485
avatar

Adnan Oktar

Diqqət itiliyi ani bir vəziyyətə qarşı hazır olmağı təmin edər və təvəkkülün bir parçasıdır. Narahat olmaqda isə təvəkkül yoxdur.
A9 TV; 6 sentyabr 2017
avatar

Adnan Oktar

Prezident Türkiyə Respublikasının rəhbəridir, dövlətin rəhbərinə hörmət göstərmək ən təbii və olması lazım olan hörmət əlamətidir.
A9 TV; 6 sentyabr 2017
avatar

Adnan Oktar

Həyatdakı ən mühüm prioritetimiz Allahın rizasının ən çoxunu qazanmaqdır. Bəzi insanlar hərdənbir Allaha güvənər, ona görə də çox əzab çəkər. Allaha hər zaman, hər vəziyyətdə tam güvənmək lazımdır. Allahın hər etdiyinin xeyir olduğunu bilmək lazımdır.
A9 TV; 6 sentyabr 2017
avatar

Adnan Oktar

Məktəblərdə təkcə sünnilik deyil, şiəlik, ələvilik, bəktaşilik və digər bütün inancların öyrədilməsi, iman həqiqətlərinin izah edilməsi lazımdır.
A9 TV; 5 sentyabr 2017
avatar

Adnan Oktar

İslam Quranın bütünüdür və asandır. Allah dini asan etdiyini bildirmişdir.
A9 TV; 5 sentyabr 2017
avatar

Adnan Oktar

Müsəlmanlığın doğru yaşandığı yerdə keyfiyyət, incəsənət, gözəllik, fərəh, sevinc vardır. Ənənəçi sistemdə isə keyfiyyətsizlik hakimdir.
A9 TV; 5 sentyabr 2017
avatar

Adnan Oktar

Müsəlmanları nəzakətsiz və keyfiyyətsiz edib, əzib yox etmək istəyirdilər. Quran müsəlmanlığının “həyat dolu” olduğunu dünyaya göstərdik.
A9 TV; 5 sentyabr 2017
avatar

Adnan Oktar

Din dərsinin ən mühüm mövzusu Allahın mövcudluğunun dəlillərinin izah edilməsi və bütpərəst darvinist anlayışının əsassızlığının öyrədilməsidir.
A9 TV; 5 sentyabr 2017
avatar

Adnan Oktar

Bütün peyğəmbərlər həyatı boyu vicdanla hərəkət ediblər, bir an belə vicdanla hərəkət etməkdən imtina etməyiblər.
A9 TV; 5 sentyabr 2017
avatar

Adnan Oktar

Nəfs vicdanı təzyiq altına alar, vicdanın et dediyinə "məntiqi irəli sürərək" mane olmaq istəyər. Vicdanla hərəkət etməkdən heç vaxt ayrılmamaq lazımdır.
A9 TV; 5 sentyabr 2017
avatar

Adnan Oktar

Hər insan dünyada bədənində həbs olunmuş vəziyyətdədir. İmtahan bitdikdə bu bədəndə həbs bitər və cənnətə layiqdirsə oradakı əsas həyat başlayar.
A9 TV; 5 sentyabr 2017
avatar

Adnan Oktar

Prezidentə hörmət göstərilməsini yanlış hadisə kimi göstərmək səmimi deyil. Türkiyə Respublikasının Prezidentinə hörmət göstərmək təbii haldır.
A9 TV; 5 sentyabr 2017
avatar

Adnan Oktar

Cəhənnəmin mövcudluğu insanların daha tutarlı, tarazlı və ağıllı olmasını təmin edər. Müsəlman cəhənnəmin mövcudluğunu düşünərək ağıllı olar.
A9 TV; 5 sentyabr 2017
avatar

Adnan Oktar

Bir tərəfdən ənənəçi İslam anlayışı, digər tərəfdən darvinizmlə insanların incəsənət üfüqünü, mühakiməsini, düşüncə gücünü sındırdılar. İnsanların ruhlarında böyük boşluq yarandı. Bu boşluğu seriallar, lazımsız internet söhbətləri kimi boşluqlarla doldurmağa çalışırlar.
A9 TV; 5 sentyabr 2017
avatar

Adnan Oktar

Xeyriyyəçilərin ildə bir dəfə deyil, hərdən ehtiyac içində olanlara ət paylamasında böyük xeyir olar. Zülal ehtiyacı əhəmiyyətlidir.
A9 TV; 5 sentyabr 2017
avatar

Adnan Oktar

Möminin axirətdəki sorğu-sualı çox asan və sürətlidir. Kafirlərin sorğu-sualı isə çətin və uzundur, hər şeyin haqq-hesabını tək-tək verəcəklər.
A9 TV; 5 sentyabr 2017
avatar

Adnan Oktar

Quran İslamı yaşanmadığı zaman hər yerdən çöküş başlayar. İncəsənətin, elmin çökməsi bu həqiqətin konkret sübutudur. Ənənəçi İslam anlayışının səbəb olduğu keyfiyyətsizlik oturmaq, ayağa qalxmaq, danışmaq, hər şeydə acınacaqlı şəkildə ortaya çıxır. Bu model həyat gətirməz. Həyat Quran İslamı ilə canlanar. Dünyaya hakim olacaq şey Quran müsəlmanlığıdır.
A9 TV; 5 sentyabr 2017
avatar

Adnan Oktar

İnsanlar dünyanın sahibini unudub dünyanı düzəltməyə çalışdıqları üçün çözüm olmur. Dünyanın sahibi Allahdır. Dünyanın sahibinə üz tutub düzəltməyi tələb etmək lazımdır. “Ey Rəbb, dünyanın sahibi Sənsən, bizə xeyir nəsib et” demək lazımdır.
A9 TV; 5 sentyabr 2017
avatar

Adnan Oktar

İslam əxlaqı hakim olanda sadəcə xoşniyyət, sülh, mehribanlıq və dostluq dünyaya hakim olacaq.
A9 TV; 5 sentyabr 2017
avatar

Adnan Oktar

Doğru yol vicdana tabe olmaqdır, vicdana tabe olan ağıllı olar. Romantizmə və "məntiqə" tabe olan isə ağıldan tamamilə uzaqlaşar.
A9 TV; 6 sentyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Allah heyvanları sevməyimiz üçün hamısını ayrı-ayrılıqda gözəl və sevimli yaradır. Sitatlar
Allah insanları bacı-qardaş olmaları üçün fərqli ümmətlər olaraq yaratmışdır. Xristian və musəvi düşmənçiliyi Qurana uyğun deyil. Sitatlar
Allah sevdiyi bəndəsinə, sevgisini çox yaxşı görməsi üçün çətinliklər verər. Çünki sevginin dərəcəsi çətinliklər, problemlər, xəstəliklərlə artıb dərinləşər. Sitatlar
Allah sevgisi, Allaha aşiq olan üçün sirdir. İmanda səmimi olanlara verilən xüsusi elmdir. Bu elmi bilən böyük güc qazanar. Sitatlar
Allah zamandan asılı deyil. Zaman insan üçün keçərli olan məfhumdur. Əvvəl və sonra insan üçün keçərlidir. Allah dərgahında əvvəl-sonra yoxdur. Sitatlar
Allahın peyğəmbərlərə verdiyi möcüzələrin heç biri ağlın ixtiyarını aradan qaldıracaq şəkildə olmaz. O zaman imtahan mühiti bitər. Sitatlar
Ateist və ya dinə inanmayan biri öyrənmək məqsədi ilə din haqqında istədiyi sualı soruşa bilər. Nə üçün bunu soruşursan deyilməz. Sitatlar
Axırzamanın ən böyük bəlalarından biri rəsmi, yuxarıdan aşağı baxan, özü kimi olmayan, sevgisiz insanların çoxalmasıdır. Bu, insanın təbii xarakterinə ziddir. Sitatlar
Axırzamanın ən mühüm əlamətlərindən biri zəlzələlərin çoxalmasıdır. 1980-ci illərdən etibarən zəlzələlərdə görünməmiş artım oldu. Sitatlar
Ayələrdə dəccaliyyətin 2017-ci ildə mühüm zərbə alacağına, böyüklü-kiçikli dəccalların bir-bir kökünün kəsiləcəyinə işarə edilir. Sitatlar
Bədiüzzaman Səid Nursi yay ayında qış kimi böyük bir hadisə baş verəcəyini, bunun da mehdiyyətin əlamətlərindən biri olduğunu söyləyir. Şeyx Nazim həzrətləri də illərlə əvvəl etdiyi bir çıxışında İstanbulda şiddətli dolu yağacağını, bunun Axırzaman əlaməti olduğunu izah edir. Sitatlar
Bir mömin, kafirin və ya münafiqin ruh halını əbədiyyən bilə bilməz. Bu, möminin heç bilmədiyi bir aləm və həyat tərzidir. Sitatlar
Cənnətin dünyaya bənzər cəhətləri var, lakin görmə daha itidir. Cənnətin əsas gözəlliklərindən biri bu dünyada göstərdiyimiz gözəl əxlaqın izah edilməsi, xatırladılmasıdır. Sitatlar
İraq, İran, Türkiyə və beynəlxalq qurumların hamısının qarşı olmasına baxmayaraq, Bərzaninin referendumda israr etməsi doğru yol deyil. Bərzani bu hadisənin arxasındakı İngiltərə dərin dövlətinin məqsədinin əslində onu devirmək və sünniləri əzmək oyunu olduğunu görməlidir. Bölgədə kütləvi qırğın istəyən bir oyun var. Qarşıdurmaya səbəb olacaq bir yola girmək ağıllı rəftar deyil. İngiltərə dərin dövləti Bərzanini əvvəlcə müstəqillik üçün dəstəkləyib, sonra sui-qəsd və ya münaqişədə sarayını bombalayaraq aradan götürməyi, bölgədə su kimi qan axmasını istəyir. Kürdləri mərhəmətsiz bir müharibənin içinə sürükləyib sünniləri tamamilə yox etmək istəyirlər, geridə qalan bir qrup kürdü də Marksist Leninist PKK-nın nəzarətinə verib müsəlmanları əzməyi planlaşdırırlar. Bərzani bu oyuna düşməsin. Sitatlar
Münafiq şeytani məntiqlə müsəlmanın tək bir cümləsini götürüb bundan müsəlman əleyhinə istifadə edər. Hər dəfə yeni böhtanla ortaya çıxar. Peyğəmbərimiz (s.ə.v) dövründə də, Peyğəmbərimiz (s.ə.v)-ə söz deyə bilməyən münafiqlər müsəlmanlara hücum edərək, iftira ataraq zərər verməyə çalışırdılar. Sitatlar
Münafiq hər gün özü üçün, yeni din yaradar. Münafiqin bir həftə əvvəl müdafiə etdiyi dinlə, bir həftə sonra müdafiə etdiyi din tam fərqli olar. Sitatlar
Bəzi bacı-qardaşlarımız İngiltərə dərin dövlətini hələ yeni-yeni anlayır və Türkiyənin nə qədər fövqəladə dövrdən keçdiyini qavraya bilmirlər. İngiltərə dərin dövlətinə açıq-açıq qarşı çıxan bir lider var, o da Tayyib hocamdır. Buna görə də, millət olaraq milli liderin ətrafında bir-birimizə möhkəm bağlanaq. Sitatlar
Bir kəpənəyin və ya quşun qanadlarındakı simmetriyanın heyvana heç bir faydası yoxdur. Təkamül simmetriyanı heç vaxt izah edə bilməz. Sitatlar
Mahnıların bir çoxunda həmişə qadınlara dair sevgiyə, hörmətə uyğun olmayan, təhqir tərzində üslublar işlədilir. Qadınları (guya) alçaltma və onların dəyərini az göstərmə mənası daşıyan və ya bilavasitə olaraq bu mənaya gələn heç bir bəstənin yazılmasına icazə verilməməsi lazımdır. Bütün incəsənət xadimlərimizin bu mövzuda çox həssas olmalarını xahiş edirik. Sitatlar
Münafiqlərin tək mübarizəsi təkcə çox faydalı gördükləri müsəlmanlarladır. Münafiq PKK-ya qarşı, darvinizmə qarşı, rumiliyə qarşı, dinsizliyə qarşı bir söz deməz. Təkcə müsəlmanları hədəf alar, müsəlmanlar arasından da ən faydalı gördüyü insanları hədəf alar. Sitatlar
Bir çox insan nifrətdən utanmır. Sevgisizlikdən də incimir. Bir çox internet saytının başlıqları ya öz aləmlərində lağ ya da kin doludur. Bir insanın bu qədər nifrətlə yaşaması mümkün deyil. Sevgi çox gözəl və zövqlüdür. Sevginin gözəlliyinə baxmayaraq sevgiyə müqavimət göstərmək anormallıqdır. Bunlar gözəl bir yerə getdiklərində o gözəlliyin nemətini belə başa düşmürlər, getdikləri hər yerdə çirkin dilləriylə narahatlıq verirlər. Gəmi gəzintisinə çıxır orada kapitanı danlayır, restorana gedir ofisiantı danlayır, mağazaya gedir buz kimi baxışlarla ətrafa baxır. Bunun adı yaşamaq deyil, sürünməkdir. Kin dolu insan ən yaxşı şərtlər daxilində olsa belə yaşamır, sürünür. Sitatlar
1400 il ərzində tale həmişə Peyğəmbərimiz (s.ə.v)-in dediyi kimi inkişaf etdi, bundan sonra da belə inkişaf edəcək. Bu əzabların sonunda gözəl günlər var. Sitatlar
17 avqust zəlzələsində həyatını itirən qardaşlarımız şəhid mövqeyindədir. Allah bütün sevənlərinə xeyirli uzun ömür nəsib etsin. Sitatlar
2021-ci ilə kimi hz. Mehdinin kim olduğu açıqca bəlli olmağa başlayacaq. Sitatlar
2022-ci ilə qədər böyük hadisələr davam edəcək. Allahın icazəsi ilə 2022-ci ildə, baş verən problemlərin demək olar ki, hamısı bitmiş olacaq. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur