-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Bacı-qardaşlarımız həqiqi İslama, Quran müsəlmanlığına alışmadıqları üçün həqiqi İslamı gördükləri zaman təəccüblənirlər. Dəhşət, nəzakətsizlik, incəsənətsizlik, keyfiyyətsizlik, təzyiq, əziyyət, şirk İslamında var. Quran müsəlmanlığında isə fərəhlik, sevinc, aydınlıq, keyfiyyət, nur, gözəllik, rahatlıq, azadlıq var. Haqq gəldi batil yox oldu. Quran İslamı, şirk İslamının əsassızlığını ortaya qoydu.
Adnan Oktar
Bəzi gənc qızlar evlənəcəkləri zaman o insanın əxlaqını deyil, qarşısındakı insanı necə istifadə edə biləcəyini nəzərə alırlar. Evi varmı, maşını varmı, ata-anasına baxarmı, yaxşı imkanlar təmin edərmi, alış-veriş edərmi, bunları ölçüb biçirlər. Bunları əllərindən qaçırdıqları zaman isə, "aşiqdim, itirdim, eşq əzabı çəkirəm" deyirlər. Halbuki bu eşq əzabı deyil, mənfəətləri itirməyin əzabıdır.
Adnan Oktar
İslama sadiq olan insan müsəlmanların yanında olar və İslamın yayılması üçün müsəlmanlarla birlikdə səy göstərər. Münafiq müsəlmanların yanından ayrılar, dindən tamamilə uzaqlaşar, lakin bir tərəfdən də kiçik beyni ilə müsəlmanlara ağıl verər. İnsan müsəlmanların etdiyini səhv hesab edirsə; "elə deyil doğrusu budur" deyərək çox güclü təbliğat aparar, darvinizmin əsassızlığını bütün dünyada bildirər, dinsizliyə qarşı elmi mübarizə aparar, kitablar çap etdirər, payladar. Lakin münafiq həm İslam lehinə heç nə etməz, həm də dini tamamilə tərk edər, namaz qılmaz, içki içər əxlaqsız insanlarla birlikdə olar. Müsəlmanların əleyhinə fəaliyyətlər göstərər. Bu halına baxmayaraq da, müsəlmanları öz aləmində tənqid edib ağıl verər.
Adnan Oktar