-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
İslama xidmətdən söz gedərkən min bəhanə gətirərlər. Məsələn, "anam icazə vermir, atam icazə vermir, məktəbim uyğun deyil, ətrafım imkan verməz". Məsələ küfr, əxlaqsızlıq, dəlaləti olsa nə ananı, nə atanı, nə də başqa birini düşünərlər. Bu yolda ağlasığmaz cəsarət göstərərlər. Dəlicəsinə cəhd edər, tərəddüd etməz, bütün bacarıqlarını sərf edərlər.
Adnan Oktar
İslamda Allaha, Kitaba, Peyğəmbərə hüsnü-zənn var. Bilavasitə onların yaxşılığı, gözəlliyi və mükəmməlliyini qəbul edərək hərəkət etmək vardır. Münafiqlərdə isə Allaha, Kitaba, Peyğəmbərə həmişə tənqid gözüylə baxmaq vardır. Bunu da ağlasığmaz çirkin üslubla edər və müstəqil düşündüklərini iddia edərlər. Allaha çirkin məntiqlə baxarlar. Quranda bir çox ayə münafiqlərin alçaqlığına və namərdliyinə cavab olaraq endirilmişdir. Bir çox ayə münafiqlərin alçaq sözlərinə tədbir olaraq endirilmişdir. Məsələn, Peyğəmbər əzilən qadınları, uşaqları düşünərək səhər tezdən döyüşə çıxacağıq deyir. Münafiqlər məntiqlə baxaraq: "Bu istidə döyüşə çıxılar? aramızda çətin vəziyyətdə olanlar var, Peyğəmbər bunu belə görə bilmir" deyirlər. Qəlbində xəstəlik olanlar da: "Bax bunu heç düşünə bilmədik, həqiqətən Peyğəmbər səhv edir" deyə, onlara tabe olurlar. Müsəlman Allaha, Qurana, Peyğəmbərə tənqid gözüylə baxmaz. Etdiyi hər şeyin xeyir olduğunu bilərək baxar və hərəkət edər.
Adnan Oktar