HARUN YƏHYA
Ana Səhifə
Bütün Əsərlər
Kitablar
Məqalələr
Videolar
Üfüqi
Şaquli
Səslər
Şəkillər
Sitatlar
Digər
AZ
AZ
Turkish / Türkçe
Azerbaijani / Azərbaycanca
Russian / Русский
English
Portuguese / Português
Malay / Bahasa Melayu
Dutch / Nederlands
Italian / Italiano
Spanish / Español
German / Deutsch
Persian / فارسی
Uighur / ئۇيغۇرچە
Polish / Polski
French / Français
Urdu /اردو
Albanian / Shqip
Arabic / العربية
Serbian / Srpski / Српски
Bulgarian / Български
Chinese / 古文
Indonesian / Bahasa Indonesia
Bosnian / Bosanski
Danish / Dansk
Hausa / هَوُسَا
Hungarian / Magyar
Bengali / বাংলা
Thai / ภาษาไทย
Czech / Čeština
Finnish / Suomi
Swedish / Svenska
Hebrew / עברית
Uzbek / O'zbekcha
Burmese
Malayalam / മലയാളം
Swahili / Kiswahili
Japanese / 日本語
Tamil / தமிழ்
Georgian / ქართული
Amharic / አማርኛ
Romanian / Română
Greek / Ελληνικά
Kazakh / Қазақша
Hindi / हिन्दी
Dhivehi / ދިވެހި
Croatian / Hrvatski
Igbo
Macedonian / Македонски
Pushto / پښتو
Sindhi / سنڌي ، सिन्ध
Sinhala / සිංහල
Telugu / తెలుగు
Tamazight / Berberi
Tagalog / Pilipinas
Norwegian / Norsk (Bokmål)
Kyrghyz / Кыргызча
Tatar / Татарча
Maranao
Yorùbá
Crimean Tatar / Qırımtatarca
Balochi
Kurdí
Somali
ESC
HARUN YƏHYA
Axtar
AZ
AZ
Turkish / Türkçe
Azerbaijani / Azərbaycanca
Russian / Русский
English
Portuguese / Português
Malay / Bahasa Melayu
Dutch / Nederlands
Italian / Italiano
Spanish / Español
German / Deutsch
Persian / فارسی
Uighur / ئۇيغۇرچە
Polish / Polski
French / Français
Urdu /اردو
Albanian / Shqip
Arabic / العربية
Serbian / Srpski / Српски
Bulgarian / Български
Chinese / 古文
Indonesian / Bahasa Indonesia
Bosnian / Bosanski
Danish / Dansk
Hausa / هَوُسَا
Hungarian / Magyar
Bengali / বাংলা
Thai / ภาษาไทย
Czech / Čeština
Finnish / Suomi
Swedish / Svenska
Hebrew / עברית
Uzbek / O'zbekcha
Burmese
Malayalam / മലയാളം
Swahili / Kiswahili
Japanese / 日本語
Tamil / தமிழ்
Georgian / ქართული
Amharic / አማርኛ
Romanian / Română
Greek / Ελληνικά
Kazakh / Қазақша
Hindi / हिन्दी
Dhivehi / ދިވެހި
Croatian / Hrvatski
Igbo
Macedonian / Македонски
Pushto / پښتو
Sindhi / سنڌي ، सिन्ध
Sinhala / සිංහල
Telugu / తెలుగు
Tamazight / Berberi
Tagalog / Pilipinas
Norwegian / Norsk (Bokmål)
Kyrghyz / Кыргызча
Tatar / Татарча
Maranao
Yorùbá
Crimean Tatar / Qırımtatarca
Balochi
Kurdí
Somali
ƏSƏRLƏR
Bütün Əsərlər
Kitablar
Məqalələr
Videolar — Üfüqi
Videolar — Şaquli
Səslər
Şəkillər
Sitatlar
Digər
KATEQORİYALAR
Sənədli Filmlər
Axırzaman Və Qiyamət
Təkamül Nəzəriyyəsinin Süqutu
İman Həqiqətləri Və Yaradılış Möcüzələri
Peyğəmbərlər Tarixi
Türk-İslam Birliyi
İslam Və Başqa Dinlər
Maddənin Ardındakı Sirr
Dünyadan Əks-Səda
Beynəlxalq Konfranslar
Alimlər Yaradılış Haqqında Danışırlar
Təkamül Üçün Nə Dedilər?
Həqiqi Atatürkçülük
Ədalətli Mühakimə
A9 Üçün Nə Dedilər?
Sual və Cavab
Gözəl Mövzular
Tarix, Siyasət Və Strategiya
Quran Əxlaqı Və Təfəkkür
Sitatlar
Əvvəldən axıra
Axırdan əvvələ
A-dan Z-yə
Z-dən A-ya
İxtiyari
Sıralamadan çıxın
KATEQORİYA SEÇİN
Axırzaman Və Qiyamət
Təkamül Nəzəriyyəsinin Süqutu
İman Həqiqətləri Və Yaradılış Möcüzələri
Peyğəmbərlər Tarixi
Türk-i̇slam Birliyi
İslam Və Başqa Dinlər
Maddənin Ardındakı Sirr
Dünyadan Əks-səda
Uşaqlar Üçün
Həqiqi Atatürkçülük
Tarix, Siyasət Və Strategiya
Quran Əxlaqı Və Təfəkkür
Sevgi
Bütün Əsərlər
Sitatlar
Sitat
Sevgi Allah tərəfindən yaradılmış ən güclü instinktdir. Allah ən böyük nemət olaraq, kainatın yeganə məqsədi kimi sevgi deyilən nur yaratmışdır və bu nur bütün kainatı, bütün kosmosu, bütün hüceyrələri, atomları, insanları, heyvanları, bitkiləri, bütün canlıları əhatə etmişdir və yeganə məqsəd halına gəlmişdir. İnsanı ən çox xoşbəxt edən, insana ən yüksək həzzi verən, ən nəcib duyğu sevgidir. İnsanların bu qədər gözəl yaradılmasının, atomlardakı cazibə qüvvəsinin, hüceyrənin daxili quruluşundakı möhtəşəm quruluşun, kainatdakı möhtəşəm həndəsənin məqsədi də sevgidir. Sevgi heyrətamiz həzzdir, heyrətamiz gözəllikdir.
Adnan Oktar
Sitat
Sevgi, ağıldan istifadə etdikcə əhatə dairəsi genişlənən bir quruluşdur. Ağılla mütənasib şəkildə inkişaf edər. Məsələn, vəfa göstərsən, sevgisi artar. Şəfqət göstərsən, sevgisi artar. Səbir göstərsən, artar. Qoruyub himayə etsən, artar. İncə, dərin düşünsən, artar. Gözəl danışsan, artar. Yalan danışmasan, artar. Daim dürüst davransan, artar. Daim yaxşı niyyətlə, mehribanlıqla yanaşsan, artar. İnsan əksini görsə nifrət edər.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
Sevənlər bir araya gələndə, ürəkdə bir fərahlıq olar. İnsan sevdiyini görəndə içi açılar. Qəlbinə qüvvə gəlir, məna gücü qazanar, hal alar.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
Sevəni olmayan insanlar təkcə nifrət və qısqanclıq içində qovrulur, iztirab içində həyat sürürlər. İslam tərbiyəsi almayanlar Allahın möminlərə verdiyi nemətləri qısqanarlar. Onlar qısqanclıqla əzab çəkdikcə möminlərin bərəkəti artar.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
Sevəni də, seviləni də Allah yaradar, ikisi təkdir. Allah ikisini mütləq birləşdirər, mütləq qovuşdurar. Lakin biri şeytan digəri insandırsa, qovuşa bilmirsənsə nə gözəl, Allah səni xilas etmiş deməkdir.
Adnan Oktar
Sitat
Sevən sevdiyi üçün hər cür fədakarlığı etməlidir. Lazım gəlsə Allah üçün canını da verər, qoruyub himayə edər. Aman heysiyyətinə zərər gəlməsin, şərəfinə, namusuna zərər gəlməsin, ağlına, bədəninə zərər gəlməsin deyə çox diqqət göstərər. Yeməsinə, içməsinə, yuxusuna, hər şeyinə diqqət göstərər. Aşiqin əlaməti budur. Sevdiyini ölümünə qoruyar.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
Sevən qəlb sağlam olan qəlbdir, nifrət edən qəlb isə xəstədir.
Adnan Oktar
Sitat
Sevən qadının üzündə çox heybətli, təsiredici ifadə yaranar. Göz eyni göz, dəri eyni dəridir, lakin qadın sevgini yaşadığı zaman tam fərqli gözəllik olur.
Adnan Oktar
Sitat
Sevən insan eqoist olmaz. Eqoistlik çox qorxuncdur, insanı insan olmaqdan çıxardar. Səmimi olmaq çox əhəmiyyətlidir. Səmimi olan insan eqoist ola bilməz.
Adnan Oktar
Sitat
Sevən, Allah rizası üçün ölümü gözə almalı və bunun üçün də ölümü arzulamalıdır. Allaha qurban olmalıdır. Boynunu qoymalıdır. Bəzilərinin canı şirindir, ən kiçik mənfəətlərinə belə zərər gəlməsini istəmir, tükünə belə zərər gəlməsini istəmir, "əvvəlcə özüm" deyir. Əvvəlcə sevdiyin olmalıdır. Yəni heç bir şeyini vermək istəmir, heç bir şeyini ona təqdim etmək istəmir. Daim özünü qurtarmağa çalışır.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
Sevən adam necə xəsis olsun? Səxavətli olur, hesabını getmədən malını paylayır. iİnsan sevdiysə Allah eşqindən sanki Allahın dəlisi olur. Gözü başqa şey görməz. "Malı nə edim mən?" deyər. Sevgi axtarar, Allah eşqi ilə divanə olar.
Adnan Oktar
Digər dillər
English
Turkish / Türkçe
Sitat
Sevdiyinə əgər imanla, Quranla yaxınlaşsan, Allah eşqini əsas alsan, Yaradanın məhəbbəti ilə ona yaxınlaşsan, onu Yaradanın təcəllisi olaraq görsən, Yaradan o təcəllini səndən qaldırmaz.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
Sevdiyin insanı da, sevmə hissini də yaradan Allahdır. Allah sevgi duyğusunu alsa insan heç nə edə bilməz. Buna görə də, həqiqi sevgi Allaha olmalıdır.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
Sevdiyin adamı əgər bütləşdirsən, Allaha şirk qoşsan, ayrı müstəqil bir varlıq zənn etsən, Allah səndən ayırar. Amma Allahın təcəllisi olaraq görsən, Allah təcəlliləri səndən uzaqlaşdırmaz. Bütləşdirmənin cəzasıdır bu.
Adnan Oktar
Digər dillər
English
Turkish / Türkçe
Sitat
Sevdiyimiz insanla qədərimizdə olduğu üçün qarşılaşarıq. İnsanın həyatının heç bir anında təsadüf yoxdur.
Adnan Oktar
Sitat
Sevdiyimiz heç bir heyvan, heç bir canlı öldükdən sonra yoxa çıxmaz, cənnətdə çağırsaq, dərhal yanımıza gələcəklər, inşaAllah.
Adnan Oktar
Sitat
Sevdiyimiz birini sonsuz əvvəldə və sonsuz sonrada da sevmiş oluruq. Allah ilə birbaşa əlaqədə, Allahın böyüklüyünün yaxşı bilinməsi vəziyyətində sonsuz sevgi başlamış olar. Yetər ki, səmimi olunsun, yetər ki, Allahın böyüklüyü unudulmasın.
Adnan Oktar
Sitat
Sevdiyi insana nəsə olmasından narahat olarkən yaranan hissə qısqanclıq deyilir. Üşüməməsinə görə, pis söz eşitməməsinə, qüruruna zərər gəlməməsinə görə edilən hər bir hərəkət qısqanclıqdır. Məsələn, ac qalmaması, yorulmaması üçün qısqanıla bilər.
Adnan Oktar
Sitat
Sevdiklərini sənə verən Allahdır. Allahı unudaraq sevmək olmaz. Allaha olan sevgisini itirmiş kimsənin yaşamağının mənası qalmamışdır. Haşa sənin üçün Allahın əhəmiyyəti yoxdursa, sənin Allah üçün niyə əhəmiyyətin olsun? Allahı coşğu ilə sevməyənə Allah fərqli bəlalar yaşadar.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
Sitat
Səudiyyə Ərəbistanının ziyalıları, orda da ağıllı, səmimi Müsəlmanlar vardır, daha sonra İranda rəhbərlikdə olan, ancaq gizli qalmış, bilinməyən nüfuzlu insanlar, İordaniya kralı və mühiti, Livanda müsəlmanların irəli gələnləri, Misirdə müsəlmanların qabaqcılları da iştirak edəcəklər. Pakistanda və Türkiyədə də eynilə olacaqdır. Çox gözəl məclis qurulacaq. İttifaqla Mehdi (ə.s)-a tabe olacaqlar. Bundan sonra artıq təkcə ALLAH xatırlanacaq . Savaş deyil, sülh, sevgi, olacaq.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
Sitat
Səudiyyə Ərəbistanında dinsizlik daha da sürətlə yayılır. Çünki insan fitrətinə zidd şəkildə yaşayırlar. Xanımlar tək gözlə baxır, min bir cür xurafat var.
Adnan Oktar
Sitat
Səudiyyə Ərəbistanın mötədil İslama üz tutması mehdiyyətin böyük müvəffəqiyyətidir.
Adnan Oktar
Sitat
Səudiyyə Ərəbistanı tərtəmiz müsəlman ölkədir, bütün müsəlmanlar onları sevib hörmət göstərir. Qardaşlığı gücləndirmək onlara yaraşar.
Adnan Oktar
Sitat
Səudiyyə Ərəbistanı BM-dəki kürsüsünü rədd etmək əvəzinə İslam Birliyini yaratsın. Digərindən heç bir nəticə çıxmaz.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
Səthi olmaq bəzi insanlara asan gələr. Ruh sahibi insan isə səthi olmaqdan çəkinər. Ruh sahibi olan Allaha tabe olmasa, Allaha bağlanmasa dəli olar. Ruh sahibi insanın dərin düşünməməkdən söhbət gedə bilməz.
Adnan Oktar
Sitat
Səthi eqoistlik təhsillə aradan qalxar. Eqoist olmaq insanı ən çox alçaldan haldır. Eqoist insana hər şey qapanar. Nə sevgi, nə mərhəmət, nə ağıl, nə də nur qalar. Eqoistlik insanı məhv edən bəla olduğu üçün dinlərin ən mühüm məqsədi eqoistliyi aradan qaldırmaqdır.
Adnan Oktar
Sitat
Səthi düşünən insanlar, Allahın hikmətlə imtahanımız üçün yaratdığı iç-içə heyrətamiz ağıl və hikmət daşıyan məsələləri qavraya bilməzlər.
Adnan Oktar
Sitat
Səthi dua ilə dərinləşdirilən dua çox fərqlidir. Dərin dua, filmlərdə göründüyü kimi, duyğusal görünüş vermək və ya uşaq kimi hərəkətlər deyil, səmimi və yüksək ağılla Allah ilə əlaqə yaratmaqdır. Dərin dua zavallı təqlidi edərək olmaz. Səmimi, dürüst ağılla olar.
Adnan Oktar
Sitat
Sərt təbiətli insanı sakitləşdirmək müsəlman üçün asandır. İnsanlar adətən özlərini əmin-amanlıqda hiss etmədikləri üçün gərgin olarlar və özlərini qorumaq məqsədi ilə sərt xarakter formalaşdırarlar. Danışaraq, gərgin olmasını tələb edən vəziyyət olmadığını göstərərək o insanı mülayimləşdirmək mümkündür.
Adnan Oktar
Sitat
Sərt müxalifət demokratiyanın sağlam işlədiyini göstərər. Müxalifətin də elə canlı, aktiv olması yenə sağlam funksiya yerinə yetirdiyini göstərər.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
Sitat
Şərqi Qutadaki qaz hücumu başdan sona qədər İngilis dərin dövlətinin işidir. Savaşın sona çatmaması, daha da qızışması, Suriyanın tamamilə parçalanması və daha çox qan axması üçün edilmiş hadisədir. İslam aləminin bir an əvvəl birlik olmasının nə qədər təcili olduğunu görürük.
Adnan Oktar
Sitat
Şərqi Qutada körpələr aclıqdan ölür. Prioritet Şərqi Qutaya qida, dərman və əsas insani vəsait üçün yardım dəhlizi açılması olsun. Tayyib hocamdan da xahiş edirik. Şərqi Qutaya yardım üçün Türkiyə öncülük etsin.
Adnan Oktar
Sitat
Şərqdəki bacı-qardaşlarımızı kommunistlərin əlinə vermək çox böyük əzabdır. Çox böyük bir ağrıdır. Onları o bəladan qurtaraq.
Adnan Oktar
Sitat
Şərqdə muxtariyyət üçün referendum istəyənlər millətimizi təhqir edə bilməzlər. Şərqdəki qardaşlarımızın zorla kommunist edilməsinə icazə vermərik.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
Sitat
Şərqdə çox gözəl əxlaq hakimiyyəti var. Kürdlərin dindarlığı, şərəfi, təvazökarlığı, dəliqanlılığı, fədakarlığı, sadəliyi çox mükəmməldir. Ənənə olaraq kamilləşmiş gözəl əxlaqları var. PKK bu gözəl əxlaqı və adəti korlamağa çox çalışdı, lakin bacara bilmədi. Peyğəmbərlər yurdunun mübarək insanlarının üzərinə Dəccalı saldılar. Biz də bu dəccaliyyəti elmlə, irfanla zərərsizləşdirəcəyik inşaAllah.
Adnan Oktar
Sitat
Sərhədimizdə terrorist heç bir quruluş istəmirik. Allah ordumuzu müzəffər etsin. Allah əsgərimizi namərd güllələrdən qorusun.
Adnan Oktar
Sitat
Serblər, yunanlar bizim Osmanlıdan qalan övladlarımızdır. Hamısı bizim bacı-qardaşımızdır.
Adnan Oktar
Sitat
Sərbəst yaşamağın mümkün ola bilməyəcəyini vurğulamağa çalışanlar boşuna çalışırlar. Türkiyə azad, müasir ölkədir, daha da azad olacaq.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
Şərab və fahişəlik İncil və Tövrata görə də haramdır. Əbdülhəmid dövründə qeyri-müsəlmanlar üçün içki vardı demək, yanlış məntiqdir.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
Sitat
Şərab, rakı, viski içib zəhərlənib məhv olmaq, əylənmək deyil. Yanlış alkoqol mədəniyyəti var, bu çox böyük səhvdir. Alkoqol qətiyyən əyləndirici vasitə deyil. Çox zərərli, narahatedici bir maddədir.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
Şərab insan beynini məhv edər. Osmanlının məhv olmasının bir səbəbi də içkinin, qumarın Əbdülhəmid dövründə təşviq edilməsidir.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
Sitat
Şərab İncilə görə də haramdır. Dolayısilə Əbdülhəmid dövründə qeyri müsəlmanlara içki satılırdı demək çox yanlış məntiqdir.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
Sitat
Şər xüsusi olaraq yaradılar. Allahın yaratdığı vəziyyəti ağılla dəyərləndirib səbir və Quranla həmişə izah edəcəyik.
Adnan Oktar
Sitat
Sənin sevdiyim dediyin kəs, beynindəki təsvirdir. Ən incə nöqtəsinə qədər kim yaradır? Kim sevdirir, kim danışdırır? Bütün bunları edən Allahdır. Yəni qarşındakı şəxsə aid heç nə yoxdur. Əgər sən Allahı deyil, əksinə xəyali bir bütü sevsən bu aldatma olar, özü də çox pis aldatma. Özünü çox pis aldatmış olarsan.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
Sənin Moşiyahla, yəni Mehdi (ə.s)-la heç bir əlaqən yoxdur, amma bütün Yaxın Şərq bu mövzunun ətrafında fırlanır. Sən istəsən də, istəməsən də belədir. ABŞ-ın xarici siyasəti Moşiyah Mehdi (ə.s)-a görədir. Eləcə də, Səudiyyə Ərəbistan və İraq dövlətlərinin yürütdüyü xarici siyasət də ona görədir.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
Sənin mədəniyyətin, məlumatın çərçivəsində, xoşladığın, etməyi arzuladığın nə varsa, nədən xoşun gəlirsə cənnətdə vardır. Məsələn, bəziləri avtomobil yarışını xoşlayar, bəziləri gəmi yarışını xoşlayar, bəziləri üzməyi xoşlayar, bəziləri də şəkil çəkməyi xoşlayar.
Adnan Oktar
Digər dillər
Hungarian / Magyar
Turkish / Türkçe
English
Sitat
Sənin ağlın, vicdanın gözəldirsə, onsuz da Allah taleyində qarşına gözəl bir insan çıxardar. Allah hz. Süleyman (ə.s)-ın qarşısına niyə o qədər gözəl şeylər çıxartdı? Hz. Süleyman (ə.s) o gözəl şeyləri səy göstərərək, çalışaraq əldə etmədi. Sadəcə təqvasından ötrü Allah ona verdi.
Adnan Oktar
Digər dillər
English
Turkish / Türkçe
Sitat
Sənətkarlıq Allah eşqindən irəli gəəlicəsinə aşiq olmaqla yaranar. Allah eşqiylə yanaraq, bunun sənətkarı olmaq lazımdır. Yəni Allah eşqindən qaynaqlanar. Sənətkar Quranın ruhunda olanı tətbiq etmiş olar. Quran zatən bizdən sənətə sevgi istər, gözəllik tələb edər, zövq tələb edər.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
Sitat
"Sənətkaram" deyən insan yalnız vəsilədir. Tək sənətkar var, o da Allahdır.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
Sitat
Sənətkara dəyər verməmək o insanın ədəbsizliyini, sevgisizliyini və zalımlığını göstərir. İncəsənət müqəddəsdir. Kiminsə sənətkar insana hörməti yoxdursa, o adam insani xüsusiyyətlərini itirmişdir.
Adnan Oktar
Sitat
Sənətçiyə hər yerdə hörmət göstərilməlidir. Restorana gedəndə restoranda, küçədə, hər yerdə hörmətlə yanaşmaq lazımdır. Diqqətsizlik, yersiz hərəkətlərə yol vermək olmaz. Sənətçinin dəyərini bilməmək onun sənətinə hörmət etməməkdir. Həm dövlətimiz, həm də xalqımız sənətçiləri qorumalı, hörmət etməlidirlər.
Adnan Oktar
Sitat
Sənətçiyə çox dəyər verilmədiyi üçün, dünyada sənətçi sayı hazırda çox azdır. Halbuki rəssamlara, heykəltəraşlara çox əhəmiyyət verilməlidir, seçilən bir peşə kimi bilinməlidir. Hər yerdə təqdir toplamalıdır.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
Sənətçilərimizin əsgərlərimizə verdiyi dəstək çox gözəl olmuş. Millət olaraq Prezidentimizin ətrafında bağlanmağın dəlili olan hər şey İngilis dərin dövlətinə elmi yumruq olur inşaAllah.
Adnan Oktar
Sitat
Sənətçilərə sahib çıxılması çox vacib mövzudur. Sənətçilərin hamısına mütləq dövlət medalı və sabit maaş təmin edilməsi lazımdır. Sənətçi çalışıb pul qazanmaq məcburiyyətində olmamalıdır. Həyatları zəmanət altında olmalıdır. Sənətçi bir yerə gəldiyi zaman ondan ödəniş alınmaz.
Adnan Oktar
Sitat
Sənətçilərə hər kəsin dəstək olması lazımdır, hər kəsin şəfqətlə yaxınlaşması lazımdır. Sənətçi bütün dünyaya aiddir.
Adnan Oktar
Sitat
Sənət, sevgi olmayan bir yerdə dəhşət, acı, ümidsizlik varsa orada nə sənaye, nə zənginlik, nə də sevinc olar. Heç bir şey olmaz. İstədiyin qədər kömək et. Yəni ölüyə təzə qan verirsən, istəsən min litr qan ver, ölü dirilməz. Ölünün dirilməsi üçün Mehdi (ə.s), İsa Məsih (ə.s), İslam Birliyi olmalıdır. Bundan başqa yol yoxdur.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
Sənət, keyfiyyət ən yüksək inkişaf nöqtəsinə çatmalıdır. O zaman dünya texniki olaraq gözəl olar.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
Sənət adamına çox yaxşı sahib çıxmaq lazımdır. Sənət adamı asanlıqla yetişmir. Sənət adamı insanlara gözəllik təqdim etməyə çalışan, gözəl insan deməkdir. Sənət adamının dərdi, günü gözəllikdir. Onlara da, ona görə gözəl rəftar göstərmək, qorumaq, sahib çıxmaq lazımdır.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
Sənə aid olan mal yoxdur. Sən gözətçisən. Bütün bunlar Allahın malı-mülküdür. Mal Allahındır, insana aid mal yoxdur.
Adnan Oktar
Sitat
Sənə aid olan heç nə yoxdur, hər şey Allaha aiddir. Gözəllik də, sevdirmək də, bəyəndirmək də hamısı Allaha aiddir. Sonsuz gözəllik Allahın Özüdür. Biz bunu təcəllilərindən anlayırıq. Allahın gözəlliyindən bir parça təcəlli edir və bizim nəfəsimiz kəsilir.
Adnan Oktar
Digər dillər
Kurdí
Turkish / Türkçe
English
Sitat
Sənayenin olması, inşaat işlərinin çoxalması keyfiyyət ölçüsü deyil. Çin də istehsal edir, lakin keyfiyyəti tam olmur. Keyfiyyət əsas ölçü olmalıdır.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
Sən zülmü öyrətsən, adam da zülmü tətbiq edər. Mərhəməti, ağılı, danışmağı, razı salma metodlarını, elmi dəlilləri öyrət. Hamısından da çox Allah sevgisini, Allah qorxusunu öyrət.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Kurdí
Sitat
Şən, xoş söhbət, azadlığı ön plana salan üslub hər zaman tələb olunar. "Azadlığı ola bildiyi qədər təşviq edirəm, azadlıq İslamın ruhunda vardır. İstər dekolte olsun, istər hicablı olsun hamısı başımızın tacıdır. Kimsə kimsəyə paltarına görə qarışa bilməz" açıqlamaları güvən verici olaraq çox əhəmiyyətlidir. Qatı, sevgisiz, təzyiq göstərən bir ovuc insanın səsinin çox çıxmasına görə xalqın bəzi kütləsində narahatlıq olur. Bu narahatlığı aradan qaldırmaq üçün güvən verən açıqlamalar və fəaliyyətlər etmək çox əhəmiyyətlidir.
Adnan Oktar
Sitat
Sən ümid edərək səbir göstərə bilməmisən, sədaqət göstərə bilməmisənsə imtahanını itirmisən. Kim səbir və sədaqət göstərmiş? (ə.s) və tələbələri. Bunun üçün də o səbir və sədaqətlərinə görə axirətdə də, dünyada da sevilirlər.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
Sitat
Sən şüura tabesən, şüur sənə tabe olmaz. Şüur səni istiqamətləndirir, sən təkcə bacarmazsan. Laboratoriyada hər hansı bir şey tədqiq ediləndə şüurunda nəticə çıxarırsan. Şüur sənə nəzarət edir, sən şüuru idarə edə bilmirsən. Bundan əlavə şüur görmə, eşitmə, hiss etmə , toxunma, qoxulamadan ibarət ruhdur.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
Sitat
Sən səmimiyyəti buraxsan əksiklik, çatışmazlıq da səni buraxmaz. Dürüst, səmimi olsan, əksiklik, çatışmamazlıq kimi görünən şeylərin doğru olduğunu, hər şeydə xeyir olduğunu görməyə başlayarsan.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
Sən sarayın kərpiclərini, pəncərəsini, qapısını qoysan içinə əşyalarını yığsan, saray tam hazır vəziyyətə gələr. QURAN SEVGİNİN SARAYINI QURAR. O,insan psixologiyasını çox mükəmməl formalaşdırır. Quran insanın qeyri-normal istiqamətlərini mükəmməl nümayiş etdirər və insanların boyun qaçıracaqları heç bir xüsus qalmaz. Yəni Quranı mənimsədikdən sonra fırıldaqlıq edən, artıq edə bilməz, münafiqlik edən edə bilməz, Quran hər tərəfli qarşısını alar . Quranın Tövrat və İncildən fərqi budur.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
Sitat
Sən ruhunun əsirisən, başqa cür heçnə edə bilməzsən. Mismar kimi mıxlanmış vəziyyətdəsən. Ruhun "yaz" deyir yazırsan.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
Sitat
Sən Qurana tam əməl etsən, Allahı tam sevsən, ürəyini Allaha tam təslim etsən, aşiq olsan, Allah eşqiylə yansan Allah sənə təcəllisini zəbt edər. O təcəlli səndən getməz. Onu səndən alan Allah. O zənn edir ki öz başına qərar aldı, getdi. Sənə gətirən də Allah, aparan də Allah.
Adnan Oktar
Digər dillər
English
Turkish / Türkçe
Sitat
Sən Qurana tabe olursansa, musiqiyə haram deyə bilməzsən, şəklə, heykələ, gülməyə, əylənməyə haram deyə bilməzsən, amma qatı dinçi ənənəvi sistem içindəsənsə musiqi haramdır, şəkil haramdır, heykəl haramdır.
Adnan Oktar
Digər dillər
Hungarian / Magyar
French / Français
Turkish / Türkçe
English
Sitat
Sən PKK-nı bir yerdən sürüyüb atdığın zaman, PKK təhlükəsi aradan qalxmır. Bir ay sonra yenə doluşur oraya. Çünki fikirlə mübarizə aparılmır. Darvinizm, materializm əzilmədikdən sonra, bu həmişə yerin altından qaynayacaq. Kökü qurudulmalıdır. Kökü darvinizmdir.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
Sitat
"Sən onları qorxutsan da, qorxutmasan da, onlar üçün eynidir, iman gətirməyəcəklər." (Yasin Surəsi, 10) deyir Allah. Yəni "nə qədər dəlil göstərsən də nə qədər elmi fakt göstərsəndə, izah etsənsə də, bir çoxunun başı daş kimidir qəbul etməzlər. Nə edirsən et, mən onları qavramayacaq tərzdə yaratdım" deyir Allah.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
Sitat
Sən müvəqqəti dünyanı istəsən, Allah dünyanı səndən həmişə uzaqlaşdırar, dünya bu dəfə başına bəla olar. Halbuki, fədakar insanlarla dünya gözəl olar. Məsələn, Peyğəmbərimiz (s.ə.v) fədakar idi. Səhabələr də fədakar idi. Heç biri mənfəətpərəst deyildi. Mənfəətpərəst insanların olduğu cəmiyyətlər çökür.
Adnan Oktar
Digər dillər
English
Turkish / Türkçe
Sitat
Sən müsəlman olmaqla rahatlıq tapacaqsan. Müsəlmanlıq sənə daxili rahatlıq verər, sənə yoldaşlar, dostlar bəxş edər, zənginlik, bərəkət, bolluq gətirər. Hamı ilə sülh içində yaşaya bilərsən. Küfr olduqca acıdır, iztirabdır, əzabdır. Küfr etdiyin təqdirdə sürünərsən.
Adnan Oktar
Digər dillər
English
Turkish / Türkçe
Sitat
SƏN MƏZLUM, TƏRBİYƏLİ, HÖRMƏTLİ MÜSƏLMANLARA PİSLİK ETMƏYƏ ÇALIŞSAN, ALLAH BƏLANI VERƏR. AĞLINI BAŞINA YIĞ, ALLAHI SINAMAĞA ÇALIŞMA. Allahın dəfələrlə bəla verdiyinin şahidi ol. Bəlanı saymamazlıqdan gəlmə.
Adnan Oktar
Sitat
Sən kasıbı qorusan kasıb nə edər? Səni sevər. İlk hiss edəcəyi duyğu hansıdır? Sevgidir. Məsələn, bir hədiyyə alırsan, təşəkkür edir. Təşəkkür nədir? Gözləri parıldayır. Niyə? Sevgidən. Onda bir anda sənə qarşı sevgi yaranır. Peyğəmbərimiz (s.ə.v): "Hədiyyələr, qarşılıqlı sevgini artırır" deyir. Məqsəd nədir? Sevgidir.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
Sən kasıba mal paylayırsansa, kilo ilə niyə verirsən? Gücünün çatdığı qədər ver, göndər. Geyim, yemək insana daşıya bildiyi qədər ver. Niyə çəkirsən? Niyə qramla ölçürsən? Paylayarkən qramla ölçmək, tərəziyə qoymaq İslam əxlaqına yaraşmaz. Ovuc-ovuc paylamalısan. Bol-bol paylamalısan.
Adnan Oktar
Digər dillər
English
Turkish / Türkçe
Sitat
Sən gəncləri darvinist-materialist kimsələr olaraq yetişdirdiyin təqdirdə, onlar da Allahdan qorxmaz. "Allah yoxdur" deyirsən, o da "yoxdur" deyir. Abdullah Öcalanın özü də: "Mən iman etmişdim, lakin biologiya kitabını oxuduqdan sonra dinsiz, imansız oldum" deyir.
Adnan Oktar
Digər dillər
English
Turkish / Türkçe
Sitat
Sən gecə-gündüz darvinist təhsil versən kommunizm qar uçqunu kimi inkişaf edər. Yanğına benzin tökürsən. Darvinizm yanğına benzindir. Sən kommunizmin təməl fəlsəfəsini bütün gəncliyə öyrətsən orta məktəbdə, liseydə, universitetdə; sənin ulu babaların bataqlıqda yaranmış mikrobdur desən; adam da məhz kommunist olar.
Adnan Oktar
Digər dillər
English
Turkish / Türkçe
Sitat
Sən ətdən, sümükdən meydana gəlmiş zavallı bir varlıqsan. Üstəlik də onun görüntüsüsən, kölgə varlıqsan. Bütün gücün Allaha aiddir. Bizi danışdıran da Allahdır. Allah belə buyurur "Allah istəməsə, siz istəyə bilməzsiniz". Nitqi verib danışdıran Allahdır, ayə vardır. Ayədə deyir "Nitqi verən Allahdır".
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
Sitat
Sən əmr-i bil maruf və nəhy-i anil münkər ilə məsuliyyət daşıyırsan. Təsiri Allah yaradar.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
French / Français
English
Sitat
Sən elə fikirləşirsən ki, kürdləri birləşdirəndən sonra xoşbəxt olacaqlar. Belə bir şey olmayacaq. Ən böyük kürd qırğını həyata keçirməyi düşünürlər. Bölgədə Kommunist Kürdüstan nə deməkdir? Belə olduqda bütün Avropanın, Amerikanın hədəfi olacaqdır. Yun pambığı kimi atarlar.
Adnan Oktar
Digər dillər
English
Kurdí
Turkish / Türkçe
Sitat
Sən də Qurana təslim ol, sən də Allahı sev, sən də eşqi yaşa Allah səni də gözəlləşdirər. Həsəd çəkməyi, kini, nifrəti, qısqanclığı yaşasan nə olar? Hüceyrə xərçəng xəstəsi olar. Burnu, ağızı, əli çirkinləşir, bədəni çirkinləşir.
Adnan Oktar
Digər dillər
English
French / Français
Turkish / Türkçe
Sitat
Sən də beyninin içindəsən, kainat da beyninin içindədir. Biri var görür, səni gördüm deyir, biri var portağalın dadını alır və bilir, biri var gülü iyləyir qoxusunu bilir. Bunların hamısı beynin içində mərcimək qədər yerdə olur. Bu mərcimək qədər yer haradadır deyə baxdığımız zaman ruhun içində olduğunu görürük. İnsan özünün içində, kainat insanın içindədir. Sadəcə bu mövzu Allahın mövcud olmasını başa düşmək üçün kifayətdir.
Adnan Oktar
Sitat
Sən darvinist olanda Allaha; "sevmirəm səni" deyirsən (haşa), "varlığına belə inanmıram" deyirsən. Allaha meydan oxumuş olursan. Allahı tənzih edirəm.
Adnan Oktar
Digər dillər
French / Français
Turkish / Türkçe
English
Sitat
Sən daha əvvəl məntiqinlə hərəkət edirdin, müsəlman olduqdan sonra artıq vicdanınla hərəkət etməlisən. Allah hər an vicdanına vəhy edəcək və sən də vicdanına tabe olmalısan. Məntiq bitməli və küfr əhlinin heç nəyinə heyran olmamalısan.
Adnan Oktar
Digər dillər
Hungarian / Magyar
Turkish / Türkçe
Sitat
Sən bu ölkəni bölərək millətin şərəfini, namusunu ayaqlar altına alacaq, sonra da rahat oturub yaşayacaqsan eləmi? Elə bir şey olmaz.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
Sən bir ateistə, darvinistə təbliğ etməsən, bu necə İslam anlayışı olar? Kimlərə yaxşı iş görmək buyurular? Cəhd kimlərə qarşı edilər? Kitab əhlinə, müşriklərə, ateistlərə, hamısına anlayacaqları dildə İslamı izah etmək, müsəlmanın boynuna düşən bir vəzifədir, Allahın əmridir. Yoldaş kimi, dost kimi izah etməlisən. Düşmən üslubu ilə izah edilməz. Sevgiylə izah edilər.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Hungarian / Magyar
Sitat
Sən axirətə lağ etməklə axirətdən xilas olacağını və yaxud axirət qorxusundan azad olacağını zənn edirsənsə yanılırsan. Daha da günahkar olarsan, işgəncən artar, əzab çəkərsən.
Adnan Oktar
Digər dillər
English
Turkish / Türkçe
Sitat
Sən Allahı sevsən, sevdiyin görüntü də sonsuza qədər yox olmaz. Heç bir varlıq yox olmaz. Mövcud olan bir şey bir dəfə yarandısa, artıq bir daha yox olmaz. Mümkün deyil, texniki baxımdan da mümkün deyil.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
Sən Allahdan qorxmayandan çəkinəcəksən. İmanla, Quranla hərəkət etməyəndən çəkinməlisən. Çünki onun bir qanunu yoxdur. Adamın nə düşünəcəyini bilməzsən. Hər şey edə bilər. Amma möminin qanunu var, qaydalara bağlıdır.
Adnan Oktar
Digər dillər
English
Turkish / Türkçe
Sitat
Sən Allaha etibar etmirsənsə, Allah da sənin qarşına etibar edəcəyin insan çıxartmaz. Hamısını başına bəla edər. Sən Allaha qarşı mübarizə aparsan, bu zaman Allah da səninlə mübarizə aparar. Sən Allahı gücsüz hesab etsən, Allah da bu zaman sənin qarşına da gücsüz insanlar çıxardar.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Dutch / Nederlands
Sitat
Sən adamı zorla döyərək söyərək inancından imtina etdirə bilərsənmi? Cəhalətindən şikayət edirsənsə, öyrət, müəllim göndər, məktəb aç. Sevgi ilə həll et. Bunu edə biləcək insanlar yenə də hz. Mehdi və İsa Məsihdir.
Adnan Oktar
Sitat
Səmimiyyətsizlik insanların canını çox yandırır. Səmimiyyətsizlik hakim olduğu üçün həyatları sanki teatr kimi, səmimi sevgini bilmirlər.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
English
Sitat
Səmimiyyətsizlik insanı boğar. İnsan səmimiyyətsiz olanda tarazlığını qoruyamaz, üzərinə çətinlik, kədər gəlir. Səmimi olan insanda fərahlama və açılma olur. Səmimi olmayan insanda çirkinləşmə meydana gəlir.
Adnan Oktar
Sitat
Səmimiyyətsizlik dəhşətlidir, çünki səmimiyyətsiz insanın Allah ilə bağı qopar. İnsan Allah ilə əlaqəsini qopardığında eqoistləşməyə və vəhşiləşməyə başlayar. Allah ilə bağı qopan tarazlığını itirər, qəribə məxluqa çevrilər. Kişi olsun qadın olsun mütləq səmimiyyət əsas şərtdir.
Adnan Oktar
Sitat
Səmimiyyətsizlik də sevgisizliklə birlikdə dünyanı bürüyüb. ÇÜNKİ SEVGİ OLMAYANDA SƏMİMİYYƏT DƏ OLMUR.
Adnan Oktar
Sitat
Səmimiyyətsiz din anlayışı insanların ağlını pozar.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
Sitat
Səmimiyyətin yeganə məqsədi sevgidir. Gözəl gördüyümüz hər şeyin məqsədi sevgidir. Şeytan bunu öldürməyə çabalayır. Darvinist təbəqədə də, ənənəçi təbəqədə də sevgini aradan qaldırma istəyi var. Bütün gücümüzlə buna elmlə, irfanla mane oluruq.
Adnan Oktar
Sitat
Səmimiyyətin tək yolu Allahı çox sevmək, Allahdan qorxmaqdır. Küfr anlayışında səmimiyyət ən böyük saflıq kimi görünür halbuki tam əksidir. Səmimi olduğu zaman əziləcəyini zənn edir, halbuki səbir etsə və səmimi olsa hər insan həm dünyada, həm də axirətdə çox gözəl yaşayar.
Adnan Oktar
Digər dillər
Turkish / Türkçe
18381
«
1
...
24
25
26
27
28
29
30
...
184
»
/ 184
«
1
..
26
27
28
..
184
»
18381
/ 184
100
20
50
100
Telif Hakkı © 2026
Gizlilik Politikası
Kullanım Koşulları
Əlaqə