logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 4 mart 2016

avatar

Adnan Oktar

İndi görüləcək iş gəncləri maarifləndirmək, milli şüur dərsi keçməkdir. PKK mütəmadi təhsil verir. Kommunist terroristlər təhsil ilə bu hala gəlirlər. Biz də gənclərə həftədə üç saat milli şüur dərsi keçsək, olduqca faydalı olar.
A9 TV; 4 mart 2016
2015
avatar

Adnan Oktar

Dini çətinləşdirmək, içindən çıxılmaz hala gətirmək və dini yaşamayan kütlə meydana gətirib, dini yox etmək şeytani sistemdir. Halbuki, Allah bizə Quranla çox asan bir din təqdim edir. Bütün cəmiyyətlərin yaşayacağı bir din. Bunu tərk etdirib, yerinə, yaşana bilməyəcək, cəhənnəmə çevrilmiş bir din anlayışı gətirirlər.
A9 TV; 3 mart 2016
avatar

Adnan Oktar

İslamı yaşana bilməyəcək hala gətirdikdə bunu qəhrəmanlıq zənn edir. Haramların çox olmasını istəyir. Öz meydana gətirdiyi haramlara da tabe olmur. Yoxsa "hər şey halal olar" deyir. Qardaşım, hər şey halaldır, doğru. Çox az haram var. İslamda belə çətinlik yoxdur. Namazlar da olduqca asandır. Dini çətinləşdirib məhv edirlər.
A9 TV; 3 mart 2016
avatar

Adnan Oktar

Allah: “Quran barəsində sorğu-sual olunacaqsınız” deyir. Bəzi müsəlmanlar da “Allahın kitabı kafi deyildir” deməyi təqva zənn edirlər.
A9 TV; 3 mart 2016
avatar

Adnan Oktar

Allaha ibadət etmək, namaz qılmaq bizim xoşumuza gəlir. Nə gözəl, namaz, minlərlə ildir, davam edən gözəllikdir.
A9 TV; 3 mart 2016
avatar

Adnan Oktar

Qərb ölkələri, Türkiyənin mövhumatçılığa meyletməsindən qorxur. Türkiyə müasir olsa, PKK-ya verdikləri dəstəyə də son qoyarlar.
A9 TV; 3 mart 2016
avatar

Adnan Oktar

Silah tutmağı belə bacarmayan gənc qızları bomba partlatmağa yönləndirən sistem darvinist materialist təhsildir.
A9 TV; 3 mart 2016
avatar

Adnan Oktar

Din, ənənəvi İslam anlayışına sahib insanlar tərəfindən cəhənnəm kimi təqdim edilir. İnsanın ağlını, fərasətini, bəsirətini bağlayan, bütün mühüm yönlərini yox edən, incəsənəti, estetikanı və gözəlliyi məhv edən, sanki insanın xoşbəxtliyinə düşmən olan bir sistem kimi. İnsanı şizofren hala gətirən, məhv edən sistem. Ənənəvi sistemdə bir insanın ruh və bədən sağlamlığının normal qalması qeyri-mümkündür.
A9 TV; 3 mart 2016
avatar

Adnan Oktar

Dindar musəvilər çox gözəl insanlardır. Allahı çox sevirlər, çox gözəl əxlaqlıdırlar, dürüstdürlər, Allaha fövqəladə eşqlə bağlıdırlar. Nə gözəl, 3500 il hz. Musa (ə.s)-a sədaqət, Tövrata 3500 illik sədaqət.
A9 TV; 3 mart 2016
avatar

Adnan Oktar

Dindar musəvilər gözəl insanlardır. Minlərlə ildir ki, sədaqətlə hz. Musa (ə.s)-a bağlıdırlar. Lakin şeytan iman gətirənlər arasında düşmənçilik yaratmağa çalışır.
A9 TV; 3 mart 2016
avatar

Adnan Oktar

İslamda himayəçilik sistemi var. Möminlər bir-birlərini öz qardaşları kimi qorumaqla mükəlləfdirlər.
A9 TV; 3 mart 2016
avatar

Adnan Oktar

Mömin sevgidə çox ustalaşanda, Allah onu cənnətinə alır. Sevgi öz-özünə meydana gəlmir, əziyyətlə, əzabla, təhsillə meydana gəlir.
A9 TV; 2 mart 2016
avatar

Adnan Oktar

Bütün mahnılar həmişə ağlamağa həsr olunur. Çünki sədaqət yoxdur, vəfa yoxdur. Din nəyi təmin edir? Vəfa, sədaqət və səbri təmin edir.
A9 TV; 2 mart 2016
avatar

Adnan Oktar

Sevgi olmasa cənnətin köşkləri, çayları, meyvələrinin heç bir mənası olmaz. Sevgi üçün də imtahan, yəni təhsil lazımdır, əziyyət lazımdır.
A9 TV; 2 mart 2016
avatar

Adnan Oktar

Allah sevilmək istəyir. Çünki sevgi olmasa cənnətin mənası olmaz. Kainatın mənası olmaz, heç nəyin mənası olmaz. Sevgi və eşqlə məna daşıyar.
A9 TV; 2 mart 2016
avatar

Adnan Oktar

Allah Özünü səmimiyyətlə, həqiqi mənada sevdiyimizi görmək istəyir. Bu da imtahanla mümkün olur. Allaha olan sevgimizə özümüz də şahid oluruq.
A9 TV; 2 mart 2016
avatar

Adnan Oktar

"Xəbərçilik etməyin", (Hucurat surəsi, 12). Bu, xəbərçilik münafiqlərə aid ayədir. Müsəlmanları ona-buna şikayət edib çətin vəziyyətə salmağa çalışan alçaqlara qarşı Allahın Qurandakı əmridir.
A9 TV; 2 mart 2016
avatar

Adnan Oktar

Quranda, “xəbərçilik etməyin” ayəsi, casusluq etməyin mənasındadır. Xəbərçilik, casus sözündən gəlir. Casusluq etməyin, yəni müsəlmanlar barəsində məlumat toplamayın, bu məlumatı gedib başqalarına verməyin, əxlaqsızlıq, zalımlıq etməyin.
A9 TV; 2 mart 2016
avatar

Adnan Oktar

Şeytan namazdan uzaqlaşdırmaq üçün insanı təfsilatlara boğmaq istəyər. Namazı pozan minlərlə əlavələr gətirib namazı çətinləşdirirlər, halbuki namaz asandır. Buna görə də, Allah Quranda heç bir təfsilat qeyd etməmişdir; rüku, səcdə və qiyam. Qıl, çıx. Bu qədər.
A9 TV; 2 mart 2016
avatar

Adnan Oktar

Qadının olduğu yerlərdə savaşmaq olmaz, gərginlik olmaz, nəzakət olar. Qadınların olmadığı yerdə kobudluq olar ümumiyyətlə. Bir qadın belə olsa hər kəs nəzakətlə davranar. Qadın hər yerə nəciblik, nəzakət gətirər.
A9 TV; 2 mart 2016
avatar

Adnan Oktar

Hüceyrəyə daxil olan İstanbul şəhərinə girmiş kimi olur. O qədər əhatəlidir. Sırf tək bir hüceyrədən belə Allahın varlığını qəti şəkildə anlayarsan.
A9 TV; 1 mart 2016
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Gənclərə milli şüur dərsi verilərək, onlara, kommunizm, darvinizm və faşizm təhlükəsinin nə olduğu, terrorun ideologiyasının nə olduğu, zorakılığın, sevginin və mərhəmətin nə olduğu öyrədilməlidir. Milli hədəflərimizdən, məsələn, Türk-İslam Birliyindən bəhs edilməlidir. Sitatlar
Gənclər üfüqlərini genişləndirsin. Daha geniş və ağıllı düşünsünlər. İlk öncə qəlbləri sevgiyə açıq olmalıdır. Bu narahatlıq verər. Bunu görüb kəskin şəkildə buna qarşı tədbir almalıdırlar. "Mən niyə qəzəblənməyə bu qədər meyilliyəm, sevgisizliyə bu qədər meyilliyəm? Sevgiyə niyə bu qədər qapalıyam?" deməlidir. Sitatlar
Qərb ölkələri, Türkiyənin mövhumatçılığa meyletməsindən qorxur. Türkiyə müasir olsa, PKK-ya verdikləri dəstəyə də son qoyarlar. Sitatlar
Silah tutmağı belə bacarmayan gənc qızları bomba partlatmağa yönləndirən sistem darvinist materialist təhsildir. Sitatlar
“Həll prosesi” deyilən şey, Abdullah Öcalanın buraxılması, onun guya Cənub-Şərqi Anadolu bölgəsində qurulacaq kommunist Kürdüstanın başçısı kimi qəbul edilməsi, bütün PKK-lı qatillərin sərbəst buraxılması kimi ağılsız çirkin hədəflərdən ibarətdir. Qəbul etmərik, bunu unutmalıdırlar. Sitatlar
PKK-ya, İngiltərə dərin dövlətinə, çox cahil insanlara, mövhumatçılara baxmayaraq, mehdiyyət böyük gəmi donanması kimi irəliləməyə davam edir və heç kim də dayandıra bilmir. Sitatlar
Stalinizm heç vaxt dövlətsiz olmaz. Proletariat diktaturası Stalinizmin imtina edilməz xüsusiyyətidir. Yoxsa insan Stalinist olmaz. Yəni kommunist olmasının mənası qalmaz. İnsan partiyanı nə üçün qurur? Dövlət yaratmaq üçün qurur. Sitatlar
Gümrah gənclik əvəzinə ölü gənclik hədəf edilir. Ənənəvi ortodoks zehniyyətlə beyninizi, ruhunuzu çürütmək istəyirlər, fitrətinizi yox edirlər və qadın düşməni etməyə çalışırlar. Qadın gözəlliyini yox edirlər. Eləcə də, hiss etdirmədən bu yolla Yaxın Şərqi məhv etdilər. Heç kim bu oyuna düşməsin. Sitatlar
Bəzi gənclər arasında istehsaldan, texnologiyadan, elmdən tamamilə uzaq, yaradıcı olmaqdan, incəsənətdən, estetikadan tamamilə uzaq, hazır olanı yeyən, hazır olanla bəslənən və müftəxor olan ruh sistemi çox sürətlə yayılır. Məktəblərin tədris proqramına milli şüur dərsi əlavə edilərək buna qarşı tədbir alınmalıdır. Sitatlar
Gənclər televiziya kanallarındakı boş proqramlarla vaxt keçirir. Bu, zehinləri boşaldan təhlükəli mədəniyyətdir. Milli şüura sahib nəsil yetişməlidir. Sitatlar
Həm PKK-ya, həm də radikal qruplara qarşı ediləcək şey, qarşılarına fikirlə çıxmaqdır, müzakirə mühiti yaratmaqdır. İnsan intihar edəcək qədər qətiyyətlidirsə, deməli, bir fikri vardır. Fikrinin yanlışlığını dəlillərlə göstərsən məsələ həll olunar. Sitatlar
Terrorun əsasında darvinist təhsil var. Xahiş edirik hökumət bunu dayandırsın, darvinist təhsili dayandırsın. Darvinizm, Allahı inkar etmə fəlsəfəsidir. Gəncləri elmi və doğru məlumatlarla yetişdirək. Sitatlar
PKK bütün İslam aləmi üçün təhlükədir. Böyük dəccal hərəkatıdır. Bölgəni kommunist, Stalinist etdikdən sonra addım-addım irəliləməyi, hər yeri kommunist etməyi düşünürlər. Buna qarşı çox diqqətli olunmalıdır. Sitatlar
Obamanın PKK-ya, YPG-yə, PYD-yə dəstək olması Amerika tarixində görülməmiş rüsvayçılıqdır. Heç bir Amerika prezidenti kommunist Stalinistləri dəstəkləməyib. Heç bir prezident terroristləri dəstəkləməyib. Bir qeyri-adilik vardır. Obama dürüst olsun, kommunistdirsə, mən kommunistəm desin. Stalinist kommunist olduğunu bildirsin. Sitatlar
Obama kommunist düşüncəyə sahib bir ailə mühiti içində yetişmiş, kommunist partiya ilə ortaq fəaliyyətləri olmuşdur. PYD/PKK-ya dəstək verməsinin səbəbi budur. Sitatlar
YPG kommunist, Stalinist, Allahsız və Kitabsız təşkilatdır. Kürd fərqlidir, kürd alicənabdır, Allahdan qorxar, Allahı sevər. Böyük əxlaqa sahib, nəcib insanlara Kürd deyilər. YPG, PKK-nın digər adıdır. Sitatlar
Dünyəvi təhsilin olması üçün həm darvinizm, həm də onun əsassızlığını izah edən yaradılış həqiqəti eyni anda təhsilə daxil edilməlidir. Sitatlar
PKK öz tərəfdarlarını siyasiləşdirir və şüurla yetişdirir, bunun müqabilində ideologiyası, inancı və əzmi olmayan nəsil yetişsə fəlakət olar. Sitatlar
Terrora qarşı ən təsiredici çıxış yolu, Əbdülhəmid dövründən bəri tədris planına hakim vəziyyətə gətirilən birtərəfli darvinist təhsilin dayandırılmasıdır. Sitatlar
Darvinist materialist təhsil verilən gənclər səhv yola getdiyi zaman, çıxış yolu onların öldürülməsi deyil, fikirlərinin düzəlməsi üçün öyrətməkdir. Sitatlar
Cənub-Şərqi Anadolu regionunda bir çox ailə kasıbdır, evlərində Quran yoxdur, Quran payla. Darvinizmin əsassızlığından bəhs edən kitablar dərc etdir, payla. Kitablarımın müəlliflik hüququnu verirəm, onları istədiyiniz kimi dərc etdirib paylayın. PKK-nın inkişaf etmə səbəbi darvinizmdir. Məktəblərdə tək tərəfli darvinist təhsilə son verilməsi üçün nazirliyə bildiriş yazın, ərizə verin. Səsiniz çıxmır. Cənub-Şərqi Anadoludakı məzlum qardaşlarımızın mindiyi avtobusa hücum etmək əvəzinə PKK-nın zehniyyətinə qarşı elmi mübarizə aparın. Sitatlar
Dini çətinləşdirmək, içindən çıxılmaz hala gətirmək və dini yaşamayan kütlə meydana gətirib, dini yox etmək şeytani sistemdir. Halbuki, Allah bizə Quranla çox asan bir din təqdim edir. Bütün cəmiyyətlərin yaşayacağı bir din. Bunu tərk etdirib, yerinə, yaşana bilməyəcək, cəhənnəmə çevrilmiş bir din anlayışı gətirirlər. Sitatlar
Türkiyə xarici qüvvələr tərəfindən mühasirəyə alınmış vəziyyətdədir. Xüsusilə belə mühitdə mətbuat tənqidlərinə anlayış göstərməlidir. Zatən bir ovuc müsəlman var, sən onları oyunla, iftira ilə terrorist kimi göstərməyə təşəbbüs etsən, bu səhv olar. Sitatlar
İslamı yaşana bilməyəcək hala gətirdikdə bunu qəhrəmanlıq zənn edir. Haramların çox olmasını istəyir. Öz meydana gətirdiyi haramlara da tabe olmur. Yoxsa "hər şey halal olar" deyir. Qardaşım, hər şey halaldır, doğru. Çox az haram var. İslamda belə çətinlik yoxdur. Namazlar da olduqca asandır. Dini çətinləşdirib məhv edirlər. Sitatlar
İslam saf sevgidir. Həmişə insanların xeyrinə, yaxşılığına olan sistemin adıdır. İslam, insanları ən yüksək səviyyəyə çıxardacaq sistemdir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur