-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
İçkisiz, harama girmədən, tərtəmiz olaraq yeni ilin necə qeyd ediləcəyini bütün dünyaya göstərdik. Müsəlmanın incəsənət, keyfiyyət, sevgi, dostluq, təmizlik, nizam anlayışını bütün dünya gördü. Müsəlman olaraq dünyaya İŞİD-i, Əl-Qaidəni göstərirdilər. Bizim həyatımızla dünyaya İslamın gülən, şən, parlaq, müasir, keyfiyyətli, həyat dolu üzü göstərildi.
Adnan Oktar
Şiəlikdə insan sevgisi çox əhəmiyyətlidir. ƏLƏVİLİK XURAFATÇILIĞA QARŞI MÖHKƏM BİR SİSTEMDİR. Xurafatçının ruhunda sevgisizlik, anlayışsızlıq, kobudluq, münafiqlik, kələkbazlıq, yalançılıq vardır, dərinlik yoxdur. Şiəlikdə sevgi, dərinlik, ehtiras, incəlik gözəllik, xoşluq vardır.
Adnan Oktar
Münafiq dünyada da yanar, axirətdə də yanar, dünyada da biabır olar, axirətdə də. Münafiq yalnızlığa məhkumdur. Bütün cəmiyyət onlardan uzaqlaşar, insanlar nifrət edər, çünki küfr belə münafiqlərin əxlaqsızlıqlarını, pislik xarakterlərini dərhal anlayar. Münafiqlər müsəlmanlara qarşı hücum etdikcə, müsəlmanların üfüqü genişlənər, mübarizə əzmləri və qabiliyyətləri, şövqləri artar, gözəlləşər, sevinərlər. Münafiqlərin də bir o qədər çökmə sürəti və alçaqlıqları artar.
Adnan Oktar
Müsəlmanların birlik olması yaxşı insanların birlik olması mənasındadır. Döyüşlərin, gərginliyin bitməsi, gözəlliyin, keyfiyyətin, düzgünlüyün hakim olmasıdır. Gecə küçəyə çıxmaqdan narahat olmayacaqsan, qapını döyəcəksən xoş gəldin deyəcəklər söhbət yaradılacaq. Hal-hazırda dünyada belə güvən yoxdur. Cənnət güvən və sevgi üzərində qurulmuşdur. Dünyada da bu sevginin, dostluğun, hüzurun təcəlli etdiyi gözəllik olmasını istəyirik. İslam Birliyi olduğu zaman sevgi dünyaya hakim olacaq. Hər gün dava, hər gün cinayət, hər gün həyat bahalılığı, hər gün ağrı, əzab, rəzalət xəbərləri dərc olunur. Artıq nə incəsənət, nə də gözəllik xəbəri olur. Çünki dəccaliyyət dünyaya uzun müddətdir hakimdir. Mehdiyyətin əks elmi həmləsi yeni başlayıb və ildırım sürəti ilə dünyaya hakim olacaq inşaAllah.
Adnan Oktar
Uşağın əsas ehtiyacı sevgi, şəfqət, Allah sevgisi, mərhəmətdir. Məktəblərdə uşaqlara çayların adları, keçmişdə yaşamış insanların doğum tarixini, ölüm tarixini əzbərlədirlər amma şəfqətin, keyfiyyətli olmanın, nəzakətin, ədəb qaydalarını, mədəniyyətin, sevginin əhəmiyyətini demək olar ki, heç öyrətmirlər. Uşaqlara o dərsləri niyə keçdiklərini izah etmək lazımdır. Bilikli olmalarının onlara nə qazandıracağını, nə qədər seviləcək hala gələcəklərini izah etsələr uşaqlar məktəbə qaçaraq gedərlər.
Adnan Oktar