-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
QƏRBDƏN, ŞƏRQDƏN, CƏNUBDAN DA ELM VƏ BİLİK, GÖZƏLLİK HARADA VARSA QƏBUL EDƏRSƏN. Avtomobili, təyyarəni biri kəşf edər alarsan. Biri teatrı, musiqi alətini tapar, onları da alarsan. Xeyir, faydalı işlərin, elmin qərbi, şimalı, cənubu olmaz.
Adnan Oktar
Münafiqlər axmaqca Allaha tələ qururlar, Allah bu tələlərini tam təpələrinə keçirdir. Mal və mülk hərisliyi edir, eşşək kimi çalışırlar. Ömrü, gəncliyi eşşək kimi çalışaraq keçir. Malını yığır, yığır, yığır, lakin yeməyə vaxtı qalmır. Gəncliyi müsəlmanlara xidmət edərək keçmiş, geridə qalmışdır. Bir tərəfdən addım-addım ölümə gedir, ölümü də dəhşətli əzabla olur. Süfrə açan bir insan düşünün. Çox zəhmətlə süfrəni hazırlayır, hər təfərrüatı yerinə yetirir, tam əlini uzadıb yeməyi yeyərkən biri gəlib odunla başına vuraraq süfrədən uzaqlaşdırır. Məhz bu möminlərə heyrətamiz sevinc vəsiləsi olan, Allahın münafiqlərə qurduğu gözəl tələdir. (Tövbə surəsi, 55: Bu halda onların malları və övladlarına qibtə etmə; Allah bunlarla təkcə onlara dünya həyatında əzab vermək və canlarının inkar içində olarkən çətinliklə çıxmasını istəyər.)
Adnan Oktar
Lideri tənha qoymaq taktikası Osmanlıdan indiyə qədər gələn çirkin oyundur. Eyni oyunu bir müddətdir Tayyib hocama qarşı da tətbiq etmək istəyirlər. Tayyib hocamı və hökuməti, içəridə və çöldə ən təsirli olaraq müdafiə edənlərə müəyyən yolla mane olmağa çalışırlar. Eyni üsul Əbdülhəmid, Əbdüləziz, Menderesə də tətbiq olunmuşdu. İndi də; "baxın Ərdoğanı müdafiə edən heç kəs zəmanət altında deyil, siz də diqqətli olun" imici vermək istəyirlər. Digər tərəfdən də Tayyib hocamı hər kəsi nəzarətə aldıran, haşa haqq, hüquq tanımayan, qatı biri kimi göstərməyi hədəf seçirlər. Bu, İngiltərə dərin dövlətinin və piyadalarının ən əsas üsuludur. Xüsusən son dövrlərdə bu oyunu təşkil edən xüsusi struktur olduğu görünür. Bunların ortaq xüsusiyyəti İngiltərə dərin dövlətinə tərəfdar olmaları, qibtə edən xarakterə sahib olmaları, xalqın dəyərlərini bəyənməmələri və xalqa yuxarıdan-aşağı baxmaları, bütün bunlara baxmayaraq, xalq üçün ortaya çıxdıqlarını iddia etmələridir. Bunların bütün oyunlarını millət olaraq görürük və heç vaxt məqsədlərinə nail olmalarına qanunla, hüquqla icazə vermərik. Tayyib hocamın yanındayıq, heç vaxt tək qoymarıq.
Adnan Oktar
Gənclər üçün etibarlı əyləncə yerləri olmalıdır. Gənclər hara addım atsalar qorxu və narahatlıq yaşayırlar. Xüsusilə gənc qızların hüzur, güvən içində gedə biləcəyi yerlər olması əhəmiyyətlidir. Gənc qız; "ata mən bu yerə əylənməyə gedirəm" dediyi zaman, o yerdə namusunun, ləyaqətinin, şərəfinin, sağlamlığının güvəndə olduğuna əmin olunacaq yerlər olmalıdır. Sanki əmisinin, babasının evinə getmiş kimi güvənlə əylənə biləcəyi yerlər olmalıdır. Keyfiyyətli musiqi, sağlam qidalar, şən mühit və böyük təhlükəsizlik təmin olunmalıdır. Gənclər güvən içində bir-biri ilə tanış olar, söhbət edər, fikir mübadiləsi apararlar. Hazırda gənclər əyləncə məkanına getdiyi zaman insanlar cəsarətlərinə təəccüblənib; "gecə filan yerə gedib" deyirlər. Çünki əyləncə məkanlarının çoxu qapısında silahla insan vurulan, içəridə qadınların narahat edildiyi yerlər halına gəlib.
Adnan Oktar