İslamın təbliğində məqsəd Allahın buyurduğu sevgi ruhunu yaymaq və insanlara qurtuluşun məhz sevginin inşası ilə mümkün olduğunu göstərə bilməkdir. Qurana əsaslanan həqiqi İslamı təbliğ etməyin, Həzrəti Mehdinin və Həzrəti İsanın gəlişini müjdələməyin ən mühüm səbəbi dünyada iman dolu bir sevgi mühiti yaratmaqdır. İnsanları xurafatlardan uzaqlaşdırmaq, fanatik düşüncə tərzinin gətirdiyi qadağalardan, qorxulardan, qəzəbdən, zövqsüzlükdən və monotonluqdan xilas etmək, onları Allah sevgisinə əsaslanan bir din anlayışı ilə, Quranın bildirdiyi həqiqi dinlə tanış etmək lazımdır.
Sevgi və gözəlliyin ayrılmazlığı
Sevgi bütün ruhları sakitləşdirən, insana gözəllik qatan, həyata canlılıq və sevinc bəxş edən, bütün sıxıntıları unutduran, əskiklikləri görünməz edən, getdiyi yolu gözəlləşdirən, insanın daha sağlam olmasına səbəb olan, qəlbə xoşbəxtlik gətirən, insana güc və qüvvət verən möhtəşəm bir nemətdir. Məhz buna görə Allah sevgini bir sirr olaraq bildirmiş və bütün həyatın bu sirrə bağlı olduğunu xəbər vermişdir. Elə buna görə də bütün kainatı sevgi üzərində yaratmışdır. Öz yaratdıqlarını insanlara bəxş edərək onların içində Yaradanı görmələrini və sevmələrini istəmişdir.
Yaradılışdaki gözəlliyi görmək
Bir kəpənəyin heyrətamiz gözəlliklərlə yaradılması heç də adi bir hadisə deyil. Onun hər bir detalında ayrı bir gözəllik, ayrı bir incəlik var.
.jpg)
Bir sənət əsəri qədər gözəl olan balıq da təsadüfən bu qədər rəngarəng, simmetrik, estetik və mükəmməl bir quruluşa sahib olmayıb.
.jpg)
Ağacların əzəməti, dağların möhtəşəmliyi, dənizin ucsuz-bucaqsız maviliyi, axan şəlalələrin valehedici görünüşü, rəngarəng quşların gözəlliyi, sevimli bir dovşanın məsumluğu, gözəl bir üz, gözəl bir göz, hətta gözəl bir rəng belə… Bunların heç biri öz-özünə meydana gəlməyib.

Gündəlik həyatımızda bizə bəxş edilən nemətlərə nəzər salaq: ləziz süfrələr, gözəl evlər, heyrətamiz avtomobillər, ucalan göydələnlər, şəhərlərdə bizim üçün yaradılan bütün rahatlıqlar, ailəmiz, dostlarımız, evimizdə bəslədiyimiz sevimli heyvanlar… Həyatımızı gözəlləşdirən bütün bu nemətlərin heç biri öz-özünə yaranmayıb.

Bütün bunları yaradan Allahdır. Allah hər şeyi əvvəldən yoxdan yaratmış və hər şeyi təkrar-təkrar ən gözəl şəkildə yaratmağa qadirdir. Təsadüfən yaranma fikrini israrla müdafiə edən bəzi insanlara aşağıdakı ayələr ən gözəl və ən tutarlı cavabdır:
O öz yaradılışını unudaraq Bizə qarşı bir misal çəkib: “Çürümüş sümükləri kim dirildəcək?!” - deyir. De ki: “Onları ilk dəfə yaradan dirildəcəkdir. O, hər cür yaratmağı yaxşı bilir”. (Yasin surəsi, 78-79).
Bir də deyirlər ki: “Həqiqətən, biz sür-sümük olub çürüdükdən sonra yenidən dirildiləcəyikmi?” De: “İstər daş olun, istər dəmir, Yaxud da xəyalınızda böyütdüyünüz bir məxluq olun! (Bunlar, Allahın sizi yenidən diriltməsini çətinləşdirməz.)” Onlar: “Kim bizi təkrar (həyata) qaytaracaqdır?” - deyəcəklər. De ki: “İlk dəfə sizi yaradan (Allah)!” Bu zaman onlar başlarını bulayaraq (istehza ilə) sənə belə deyəcəklər: “O nə vaxt olacaq?” De ki: “Ola bilsin ki, yaxın bir vaxtda olacaqdır! (İsra surəsi, 49-51).
Bu, onların cəzasıdır. Çünki onlar ayələrimizi inkar etmiş və: “Sür-sümük olub çürüdükdən sonra həqiqətən, yenidən dirildiləcəyikmi?” - demişdilər. Bilmirlərmi ki, göyləri və yeri yaradan Allah onların bənzərini yaratmağa da qadirdir?! Allah onlar üçün bir əcəl təqdir etdi. Bunda heç bir şübhə yoxdur. Ancaq zalımlar inkarçılıqdan başqasını qəbul etmədilər. (İsra surəsi, 98-99)

Təsadüfən yaranmanı müdafiə edən bəzi darvinistlər canlıların necə meydana gəldiyini izah edə bilmirlər. Hətta canlılığın başlanğıcı hesab edilən ilk zülalın belə necə yarandığını açıqlaya bilmirlər. Buna görə də axirət həyatına, yenidən yaradılacağımıza və sonsuz bir həyat üçün yaradıldığımıza etiraz etmələri, bunun əvəzinə qorxulu bir sonla yox olacağımıza inanmağı seçmələri kifayət deyil.
Əgər onların iddiasına görə canlılar təsadüflər nəticəsində yaranıbsa, əvvəlcə ən əsas suala cavab verməlidirlər: Bu canlılıq necə başladı? Dünyadakı həyatın necə meydana gəldiyini izah etməlidirlər. Lakin bunu heç cür açıqlaya bilmirlər.
Darvindən bu günə qədər cavabsız qalan və XXI əsrin elmi ilə də hələ izah olunmayan bu məsələ təkamüllə bağlı bütün mübahisələri elə başlanğıcdan əsassız qoyur.
Sevgi necə yaşanır?
Sevgi insanın fitrətində əzəldən var olan, yaşanması asan və insana zövq verən bir duyğudur. Lakin insanlar bu dünyada çətin bir imtahandan keçirlər. Gözəlliklərlə yanaşı, pisliklər də yaradılıb və insanlar bəzən diqqətlərini bu pisliklərə yönəldirlər. Üstəlik, insanlara tam güvənə bilmədikləri üçün sevgini yaşamaqda çətinlik çəkirlər.
Bu gün insanların tənha yaşamağa meyil göstərməsi, güvənsizlik problemlərinin artması, boşanmaların kəskin şəkildə çoxalması və antidepressant istifadəsinin artması məhz bunun nəticəsidir. Bütün bunlarla yanaşı baş verən və cəmiyyəti bürüyən böyük fəlakətlər isə ayrıca qiymətləndirilməlidir. Çünki insanların rahatlıqla cinayət törədə bildiyi, qadınları amansızlıqla qətlə yetirdiyi, kütləvi qırğınların baş verdiyi bir dünya sevgidən tamamilə uzaqlaşmış bir dünyadır.
Məhz bu vəziyyəti aradan qaldırmaq üçün əvvəlcə sevgini necə yaşamaq lazım olduğunu anlamaq lazımdır.
Allahın təcəllisi olaraq insanı sevmək
Kainatdakı hər şeyi Allah yaratmışdır. Allah yaratdığı bütün gözəllikləri Öz sənətini və qüdrətini göstərmək üçün xəlq etmişdir. İnsan isə öz-özlüyündə mükəmməl bir varlıqdır. Allah insanı Öz ruhundan üfürərək yaratdığını bildirir:
O, yaratdığı hər şeyi gözəl yaratmış və insanı yaratmağa palçıqdan başlamışdır. Sonra onun nəslini həqir bir su olan nütfədən meydana gətirdi. Sonra onu müəyyən bir surətə saldı və ona Öz ruhundan üfürdü. O sizin üçün gözlər, qulaqlar və qəlb yaratdı. Nə qədər də az şükür edirsiniz! (Səcdə surəsi, 7-9).
Bir zaman Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan yaradacağam. Onu insan surətinə salıb ona Öz ruhumdan üfürdüyüm zaman dərhal ona səcdə edin!” (Sad surəsi, 71-72).

Allahın insana Öz ruhundan üfürərək onu yaratması, insanın üstün və dəyərli bir varlıq olduğunun göstəricisidir. Allah insana şərəf və dəyər verərək Öz ruhundan üfürdüyünü, ona həyat, elm, anlayış və ağıl kimi nemətlər bəxş etdiyini bildirir. Bütün bunlar insana verilmiş böyük bir lütfdür.
İnsan başda olmaqla, bütün varlıqlar Allahın bir təcəllisi olaraq yaradılmışdır. Yəni Allahın ad və sifətləri yaratdığı varlıqlarda özünü göstərir və onların üzərində təzahür edir.
Allahın yaratma sənəti yaratdığı hər şeydə özünü göstərir və bununla da Onun qüdrəti təzahür edir. Allah Özünü, uca varlığını və qüdrətini yaratdıqları üzərində göstərir. Bundan əlavə, Allah hər bir varlığı Öz nəzarəti altında saxlayır. Hər varlığın hər anını bilir və onu idarə edir. Hər bir varlıq üçün bir tale, yəni qədər müəyyən edir.
Buna görə də insanın qarşılaşdığı bütün insanlar və ətrafında gördüyü bütün varlıqlar Allahın təcəlliləridir. Onların hər biri Allahın yaratdığı şəkildə var olur və Allahın dilədiyi kimi yaşayır. Heç bir varlıq Allahın diləməsi olmadan müstəqil şəkildə mövcud ola və ya öz iradəsi ilə hərəkət edə bilməz.
İnsan qarşısındakı görüntülərə bu həqiqəti bilərək baxarsa, heç bir varlığı Allahdan ayrı düşünə bilməz.
İnsanların etdiklərini yalnız onların özünə aid etməz. Onlardakı gözəllikləri də yalnız onlara məxsus olan bir xüsusiyyət kimi görməz.
Çünki bilir ki, hər bir gözəllik Allaha məxsusdur.
Məhz o zaman qarşısındakı varlıq onun üçün sadəcə bir insan olmaqdan çıxır. O, qarşısındakını Allahın bənzərsiz bir təcəllisi olaraq görür.
İnsan qarşısındakı insanın Allahın təcəllisi olduğunu bilərək yaşayarsa, ona daha çox qiymət verər. Ondakı gözəllikləri daha aydın görə bilər.
Həm də qarşısındakı insanın müstəqil bir varlıq olmadığını bilər. Buna görə heç bir vəziyyətdə qəzəblənməz və hirslənməz.
Allah rızası üçün sevən bir insanın baxış bucağı
Bir insanı məhz Allah rızası üçün sevmək budur.
Allah rizası üçün sevən insan qarşısındakı insanın dəyərini bilər. Onun gözəlliklərini ən incə detalları ilə görər və bunların hər birini qiymətləndirər. Ona zamanla alışıb, vərdiş etdiyi biri kimi baxmaz. Əksinə, hər gün onun hər bir detalını sanki ilk dəfə görürmüş kimi, eyni heyranlıq və sevgi ilə yenidən kəşf edər.
Ona qarşı təmkinli və səbirli olar. Qarşısındakı insanın Allah tərəfindən yaradılmış bir bəndə olduğunu heç vaxt unutmaz. Ona şəfqət və mərhəmətlə yanaşar.
Onun Rəhman və Rəhim olan Allahın bir əsəri olduğunu bilər. Etdiyi səhvlərin də tamamilə onun özündən qaynaqlanmadığını, bunları qədərində olduğu üçün yaşadığını anlayar. Ona Allahın yaratdığı və Allaha məxsus olan bir varlıq kimi çox böyük dəyər verər.
Gözəllikləri hər an görə bilmək, xətalar qarşısında anlayışlı olmaq, qarşımızdakı insanın hər bir xüsusiyyətinin dəyərini duymaq və hər yeni gün ona ilk günkü kimi sevgi ilə yanaşmaq üçün insanı Allah rızası üçün sevmək lazımdır.
Sevgi gözəlliyi, gözəllik də sevgini doğurar
Sevgi varsa, gözəllik də vardır. Gözəllik varsa, sevgi də vardır. Çünki bu ikisi bir-birindən ayrılmayan iki gözəllikdir. Sevgini həqiqətən yaşayan insan gözəlliyə də xüsusi diqqət yetirir.
Sevgi insanı daha gözəl düşünməyə və ağlından doğru şəkildə istifadə etməyə yönəldir. Buna görə də sevgini bilən və ağıllı insan bunu həyatının hər sahəsində göstərir. Onun baxışlarında, xarici görünüşündə, geyimində, özünə göstərdiyi qayğıda, dünyagörüşündə, təbii və alicənab davranışlarında bu sevginin izlərini görmək mümkündür.
Belə bir insan ətrafındakıl insanlarda təbii olaraq hörmət və rəğbət oyadır. Çünki insanın qəlbində yaşadığı sevgi onun davranışlarına da gözəllik qatır və bu gözəllik qarşısındakı insan tərəfindən dərhal hiss olunur.
Bu qədər aydın görünən sevgi, sevgini həqiqətən bilən insanlar tərəfindən dərhal hiss edilir və qarşılıq tapır. Gözəlliyin dəyəri də onlar tərəfindən çox yaxşı anlaşılır. Bu, sevgiyə əhəmiyyət verən, Allah rızası üçün sevən və sevgisində qərarlı olan insanlar üçün çox dəyərli bir nemətdir.
Beləliklə, sevgini həqiqətən yaşayan insanlar bir-birini tapırlar. Onların bir-birinə verdiyi sevgi və dəstək sayəsində bu gözəl duyğunun gücü də qat-qat artır.
Qarşılıqlı sevgi daha güclü və gözəl bir mühit yaradır. Belə bir mühitdə sevgi getdikcə inkişaf edir və daha da güclənir. Gözəlliklər artır, gözəl əxlaq daha da dərinləşir, ağıl güclənir. Sevgiyə zərər verə biləcək hər şeyin isə qarşısı vaxtında alınır.
Belə bir mühitdə sevgiyə xələl gətirən heç bir davranışa yer verilmir. Nə pis bir söz deyilir, nə də qəlb qıran bir rəftar göstərilir.
Sevginin qarşılıq tapdığı mühitlər
Sevginin sevgi ilə qarşılıq tapdığı mühitlərdə gözəl olan hər şey daha da gözəlləşir. Gözəl sözlər daha da dəyərli olur. Bir insana deyilən xoş söz isə gözəl bir qarşılıq tapır.
Halbuki cəmiyyətdə səmimi təriflər çox vaxt gözlənildiyi kimi qarşılanmır. İnsan tərif eşidəndə nə deyəcəyini, necə reaksiya verəcəyini bilmir. Buna görə də insanlar çox vaxt tərif eşitməkdən çəkinirlər.
Halbuki tərif Allahın yaratdığı gözəlliyi dilə gətirmək və Allahı ucaldaraq Ona şükür etməkdir. İnsan özünə deyilən tərifin əslində Allaha aid olduğunu bildikdə, buna görə şükür edir. Bu isə həm gözəl, həm də zövq verən bir haldır.
.jpg)
Bəzən insanlar özlərində olan xüsusiyyətləri pisləməyi də vərdişə çevirirlər. Halbuki insana aid olan hər şey Allaha məxsusdur. Gözəllikləri gözəl görmək və onları Allahı ucaldaraq dilə gətirmək ən gözəl sözdür. Cəmiyyətdəki ümumi vərdişə uyaraq bu gözəllikləri özünə aid etmək və sonra da pisləmək isə cahilcə bir rəftardır.
Eyni vəziyyət qarşımızdakı insanın xüsusiyyətlərini pisləmək istəyi yarandıqda da özünü göstərir. İnsanlar qarşılarındakı şəxsi tərifləmək və qüsurlarını görməzdən gəlmək əvəzinə, onun qüsurlarını axtarmağa başlayırlar. Bu qüsurlarla bağlı zarafat edir, qarşı tərəfi utandırır, hətta onun gözəl xüsusiyyətlərini belə qüsur kimi göstərməyə çalışırlar.
Gözəl baxmaq Allahı anlamağın şərtidir
Halbuki gözəl baxmaq Allahı həqiqətən anlamağın ilk şərtidir. Şübhəsiz ki, Allah dünyanı qüsurları ilə birlikdə yaratmışdır. Çünki bu, imtahanın tələbidir.
Lakin imtahan başa çatdıqda hər şey dəyişəcək. İnsan qovuşmağı ümid etdiyi cənnətdə bütün qüsurlardan uzaq, tamamilə gözəl bir məkanda yaşayacaq. Buna görə də Allah dünyadakı qüsurları imtahanın bir hissəsi olaraq yaratmışdır. Sözsüz ki, Allah diləsəydi, dünyanı da cənnət kimi qüsursuz yaradırdı.
İnsan qarşısındakı şəxsi bütün qüsurlarına baxmayaraq həqiqətən sevə bilər. Bunun ən gözəl yolu onu Allahın təcəllisi kimi görmək və bu şəkildə sevməkdir.
Allah rızası üçün sevgi yaşandıqda hər şey daha gözəl görünür. Hər şey daha yeni və bənzərsiz görünür. Hər an dəyərlidir. Hər an yenidən yaradılır.
Heç bir şey zaman keçdikcə adiləşmir. Heç bir gözəllik vərdişə çevrildiyi üçün dəyərini itirmir. Allah rızası üçün yaşanan sevgi isə yeganə həqiqi sevgidir.

Sevgini inşa etmək də, yaşatmaq da asandır
Yaşadığımız axırzaman çox çətin imtahanlarla doludur. Buna görə insanlar həm öz daxilində, həm də bir-birləri arasında sevgini inşa etməyi çətin görürlər.
Onlar tez qəzəblənə bilirlər. Daxillərindəki kin getdikcə artır. İşlərin düzələ biləcəyinə və insanları sevə biləcəklərinə dair ümidlərini yavaş-yavaş itirirlər. Buna görə də həyatlarında rahatlıq tapmaqda və xoşbəxt olmaqda çətinlik çəkirlər.
Bu insanların böyük qismi:
Allah rızası üçün sevməyi bilmədikləri üçün sevgiyə olan inanclarını asanlıqla itirirlər. Onlar insanları müstəqil varlıqlar kimi görürlər. Yaşanan hadisələri isə təsadüf kimi qəbul edirlər.
Halbuki sevgini inşa etmək və daim bu sevgi üzərində yaşamaq heç də çətin deyil.
Allahı tanımaq, Onun qüdrətini anlamaq və Allah rizası üçün sevmək həm çox zövqlü, həm də çox güclü bir duyğudur. İnsan bir dəfə bu sevgini yaşamaq istədikdə, Allahı tanıyıb Onu Allah rizası üçün sevməyi arzuladıqda Allah bu gözəl sevgini ona mütləq nəsib edir. Bu, insanın əvvəlcə ətrafına, sonra isə bütün həyatına gözəllik gətirən bənzərsiz bir nemətdir. İnsanın bu sevgini səmimi qəlbdən istəməsi belə, Allahın onu insana bəxş etməsi üçün kifayətdir.

Qurandakı həqiqi İslama çağırış, əslində, sevgi mühitinin yaradılmasına çağırışdır.
Quranda təsvir edilən İslam, bu gün tətbiq olunan ənənəvi din anlayışından çox fərqlidir. Quranın bir kənara qoyulması, onun yerinə xurafatların əsas götürülməsi və əcdadların dininə görə hərəkət edilməsi İslamı öz mahiyyətindən uzaqlaşdırmışdır. Bunun nəticəsində isə qadağalarla dolu, qəzəbli, fanatik, sevgisiz və cəhalətin hakim olduğu bir din anlayışı ortaya çıxmışdır.
Bu din anlayışı özünü, adətən, gözəllikləri qadağan etməklə, halal olanları haram saymaqla, zülm sistemi yaratmaqla və sevgisizliklə göstərir. Bu qorxunc nəticənin yeganə səbəbi isə İslamın əsas və tək qaynağı olan Quranın bir kənara qoyulması və onun yerinə xurafatlara üstünlük verilməsidir. Allah bu davranışı böyük bir günah olaraq bildirmişdir.
Müsəlmanların böyük bir qismi öz kitabları olan Quranı heç oxumamış, onun ərəb dilindəki nüsxəsini isə sadəcə divardan asaraq unutmuşdur. Belə bir vəziyyətdə İslam dünyasının xurafatçı anlayış səbəbindən fəlakətlərə sürükləndiyi, bu zehniyyətə görə gözəl olan hər şeyin zərər gördüyü və bu düşüncə tərzinin insanları dinsizliyə yönəltdiyi bir vaxtda “Qurana əməl edin” deyənlərə qarşı müqavimət göstərilməsi həqiqətən də təəccüblüdür.
Qurandan tamamilə uzaq olan xurafatlarda bu qədər israr etmək, “Qurana əməl edin” deyildikdə bunu söyləyənləri “ənənəvi din anlayışına ziddir” bəhanəsi ilə kənarlaşdırmaq və həqiqətə qarşı bilə-bilə bu qədər inad etmək ciddi bir bəsirətsizlikdir.
Halbuki “Qurana əməl edin” çağırışı, başda sevgi olmaqla, insanlara bütün gözəllikləri bəxş edəcək çox mühüm bir çağırışdır.
Uca Yaradanımız Allahı tanımaq, Onu anlamaq və dərk etmək, sonra isə buna uyğun yaşamaq, Onun yaratdığı gözəlliklərin ardınca getmək və bütün bunları gördükcə Allahı daha çox sevmək dünyada sahib olunacaq ən böyük nemətdir.
Bunu anlamaq isə yalnız həqiqi İslam təfəkkürü ilə mümkündür.
Odur ki, Qurana əsaslanan İslamı dərk etmək insanların dünyasını dəyişdirəcək, onlara sevməyi öyrədəcək və beləcə, onları gücləndirəcək yeganə yoldur.
Əslində, bu yol heç də çətin deyil. İnsanlar həyatları çətin, imtahanları ağır olsa belə, Quran İslamının göstərdiyi yolla sevməyi və mükəmməl bir ömür sürməyi bacara bilərlər.