logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 11 aprel 2018

avatar

Adnan Oktar

İnsan ruhu süniliyi, səmimiyyətsizliyi dərhal anlayacaq şəkildə yaradılmışdır. Süniliyi gördüyü anda dərhal ondan ruhu sıxılar, o insandan uzaqlaşmaq istəyər.
A9 TV; 11 aprel 2018
1640
avatar

Adnan Oktar

Nur surəsinin 55-ci ayəsi İslam əxlaqının hakimiyyətini və Mehdiyyəti birbaşa izah edən ayədir. Allah ayədə, daha əvvəl Hz. Süleymana, Zülqərneynə necə dünya hakimiyyəti verdisə, bənzər şəkildə İslam əxlaqını da dünyaya hakim edəcəyini bildirmişdir. İslam bütün dünyaya hakim olduğunda müsəlmanların mənəvi lideri olan adam da Mehdidir. Bu səbəbdən Nur surəsi 55-ci ayəsi Mehdiyyəti izah edən ayədir.
A9 TV; 11 aprel 2018
avatar

Adnan Oktar

Deizmin yayılmasının əsl səbəbi Darvinizmdir. Əsas məsələ deizm deyil, Darvinizmdir. Darvinizm, Allahsız, dinsiz ideologiyaların təməlində yer alır. Darvinizmin elmi cavabı verilmədiyi müddətcə, məktəblərdə Darvinizm sanki elmi məlumat imiş kimi uşaqlara öyrədildiyi müddətcə deizmə qarşı tədbir alına bilməz. Darvinist təhsil, Konya kimi şəhərdə belə gənclər arasında deizmin yayılmasına səbəb olur. Daha çox yubanmadan, tez zamanda Darvinist təhsilin dayandırılması, hər yerdə gənclərə yaradılışın elmi dəlili olan fosillərin göstərilməsi, tək bir zülalın belə təsadüfən meydana gəlməsinin qeyri-mümkün olduğunun izah edilməsi lazımdır.
A9 TV; 11 aprel 2018
avatar

Adnan Oktar

Heyvanların sədaqətləri, balalarına göstərdikləri fədakarlıq, balaları üçün canlarını ortaya qoymaları və daha bir çox xüsusiyyətləri insanların nümunə alması lazım olan gözəl cəhətləridir.
A9 TV; 10 aprel 2018
avatar

Adnan Oktar

Deizmin təməlindəki düşüncə Darvinizmdir. Məktəblərdə "Allah yoxdur" deyən Darvinizm, elm kimi tədris olduğu müddətdə deizmlə mübarizə etmək mümkün olmaz. Deizmin təhlükə olaraq gördüyünü söyləyən mütləq Darvinizmə qarşı elmi mübarizə aparması lazımdır.
A9 TV; 10 aprel 2018
avatar

Adnan Oktar

Kölgə Allahın sənətidir. Allah "əvvəl kölgəni yaratdım, sonra işığı yaratdım" deyir. Bu, çox böyük möcüzədir. Kölgə şüurlu varlıqdır. Bütün kainatda həmişə hərəkət halındadır. Çöldə Günəş var deyirik amma çöldəki Günəş qapqara qaranlıqdır. İşıq beynimizdə şərh olaraq meydana gəlir. O zaman kölgə işıqdan ayrı olaraq xüsusi yaradılır.
A9 TV; 10 aprel 2018
avatar

Adnan Oktar

Münafiqlər özlərinin sahibsiz, Allahdan müstəqil olduqlarını zənn edərlər. Talelərini yaşadıqlarını bilməzlər. Quduz itlərin küçədə savaşdıqları kimi rahatca savaşdıqları, sahibsiz hücum etdiklərini düşünürlər. Halbuki bütün etdikləri Allahın əmri ilə olur. Münafiqlərin bu hücumları möminlərin bərəkətini, gücünü artırmaq üçün Allah tərəfindən xüsusi yaradılmışdır. Hər sözü Allahın nəzarəti altındadır.
A9 TV; 10 aprel 2018
avatar

Adnan Oktar

İnsanlara ən böyük yardım çox imanlı olub onlara nümunə olmaqdır. Bir cəmiyyətə ən böyük nemət orada çox imanlı insanın olmasıdır. O insanlara ovuc-ovuc qızıl paylasan belə bir qiyməti olmaz. Səmimi, Allahı candan sevən, Allahdan çox qorxan insanın olduğu cəmiyyətdə bərəkət və gözəllik olar.
A9 TV; 10 aprel 2018
avatar

Adnan Oktar

Allah, heyvanları yaratmaqla insanlara çox böyük nemət təqdim etmişdir. Cənnətin ən böyük nemətlərindən biridir. Amma heyrət ediləcək şəkildə çox insan onların fərqində belə deyil. Heyvan sevgisinin üstü qəribə şəkildə örtülmüşdür. Pişiklər, itlər, quşlar, böcəklər hamısı ayrı gözəl. Hamısını tək-tək ayrı-ayrı sevmək lazımdır.
A9 TV; 10 aprel 2018
avatar

Adnan Oktar

Şərqi Qutadaki qaz hücumu başdan sona qədər İngilis dərin dövlətinin işidir. Savaşın sona çatmaması, daha da qızışması, Suriyanın tamamilə parçalanması və daha çox qan axması üçün edilmiş hadisədir. İslam aləminin bir an əvvəl birlik olmasının nə qədər təcili olduğunu görürük.
A9 TV; 10 aprel 2018
avatar

Adnan Oktar

Polislərimizin Polis Gününü təbrik edirik. Polis mübarək peşədir. Polis, canını ortaya qoyan, şəhidliyə hazır dəliqanlı deməkdir. Allah hamısını xeyirlə sarsın, cənnətiylə şərəfləndirsin.
A9 TV; 10 aprel 2018
avatar

Adnan Oktar

İmana vəsilə olmanın ən həyati yolu güclü iman sahibi olmaqdır. Səmimi imanlı insanın iman həqiqətlərini mükəmməl izah edən, hər şeyi dolğun cavab ilə açıqlayan üslubu Allahın izni ilə imana vəsilə olur.
A9 TV; 9 aprel 2018
avatar

Adnan Oktar

Küfrün və münafiqlərin, möminlərlə məşğul olması mömin üçün şərəfdir. Etdiyin fəaliyyətin təsirli olduğunun dəlilidir.
A9 TV; 9 aprel 2018
avatar

Adnan Oktar

Qarşısındakı insana etibar etmədiyi üçün qısqanmaq çox çirkin davranışdır. Harada idin, telefonun kamerasını aç, olduğun yeri görüm, məntiqi çox acı hadisədir. Güvənin olmadığı yerdə sevgi olmaz. İnsan güvənmədiyini sevə bilməz. Bu cür şübhələr o adama bir növ təhqir mənasına gələr.
A9 TV; 9 aprel 2018
avatar

Adnan Oktar

İnsanın dürüst olduğuna dair qənaəti gəldiyində üzərindəki sıxılma gedər. Tövbə, bu dürüstlüyə imkan verər. Tövbə etdiyində insan səhvindən vaz keçdiyi üçün daha səmimi, daha tutarlı, daha məqbul olar.
A9 TV; 9 aprel 2018
avatar

Adnan Oktar

Suriyada sülhün olması üçün İslam ölkələrini bir araya gətirib müsəlmanların ortaq hərəkət etməsini təmin edəcək hərəkət başlatmaq lazımdır. Tayyib hocamdan xahiş edirik, bütün Ərəb İslam ölkələrini toplasın. Yatmalarına icazə verməsin. Bu gedişlə Suriyada tək bir insan belə buraxmayacaqlar, Allah verməsin. Buna qərar vermiş kimi görünürlər. İslam aləmini birlik halına gətirək.
A9 TV; 9 aprel 2018
avatar

Adnan Oktar

Səmimiyyət Allahın böyüklüyünü anlamaqda zəmin hazırlayar. Allahın böyüklüyünü anlayan insan devrilməz güc halına gələr. Amma bu mövzuda diqqəti həmişə mühafizə etməsi, heç açığa yer verməməsi lazımdır.
A9 TV; 9 aprel 2018
avatar

Adnan Oktar

Kürdlər çox əfəndi, dindar, sadə insanlardır. PKK kimi dinsiz, Allahsız, Stalinist təşkilatın tərtəmiz kürdlərə müsəllət olmasını heç vaxt qəbul etmərik.
A9 TV; 9 aprel 2018
avatar

Adnan Oktar

Bütün dünyaya qadınlara hörmət etməyi, dəyər verməyi öyrədəcəyik. Qadınların azad yaşamasının təbii olduğunu öyrənəcəklər.
A9 TV; 9 aprel 2018
avatar

Adnan Oktar

Allah, kitab, vətən, millət, bayraq üçün canını verən ən şərəfli şəkildə dünya imtahanını bitirmiş deməkdir. Onların mövqeyinə hamımız qibtə edirik. Şəhidlərimizin arxasınca üzülərək ağlamaq şəhidlərimizi çox incidir. Şəhadət böyük şərəfdir, qürurdur. Həmişə təbrik edilməli məqamdır.
A9 TV; 9 aprel 2018
avatar

Adnan Oktar

Boşanmaların artmasının altında yatan əsas səbəb eqoistlikdir. Ticari şirkət məntiqində evlənəndə, mənfəət bitdiyi anda evlilik də bitər. Qarşısındakını Allah rizası üçün sevməyi bilmədiklərində, o insanı Allahın onlara əmanəti olaraq görmədiklərində, təngə gəlmək çox sürətli inkişaf edir. "Görəsən ən varlısı ilə, ən gözəli ilə, ən yaraşıqlısı ilə evləndim? Daha yaxşı yatırım edə bilərdim?" düşüncəsi heç bitmir. O zaman da, qarşısındakının vücudunda deformasiya olduğunu ya da acizliyini görəndə dərhal başqa axtarışlara başlayır. Axirət dostu olaraq sevməyi bilməyən insanın həqiqətən sevməsi, sədaqəti və vəfası mümkün olmur.
A9 TV; 7 aprel 2018
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Dünyaya diqqətlə baxan insan bir ekranın içində yaşadığımızı görər. Bunu anlayan insanda həqiqi iman yaranır. Və belə imanda nəfsi tərbiyəsində çətinlikdən söhbət gedə bilməz. Quranda nə yazırsa hamısını edər. Bu həqiqəti fərq edə bilməyənlər yavaş-yavaş pis olandan uzaqlaşmağa başlayır. Kimisi içki içməmək üçün mübarizə aparır. Dünyanın həqiqətini görən insan üçün bu cür mübarizəyə ehtiyac qalmaz. Pis olandan dərhal dəqiq olaraq uzaqlaşar. Sitatlar
Allahı sevən insan həmişə gözəllik qazanar. Allahı sevdiyində eqoist olmursan, özün üçün yaşamırsan, Allah və sevdiklərin üçün yaşayırsan, dürüst olursan, səmimi ın hamısı Allahı düşünəndə qazandığın gözəlliklərdir. Sitatlar
Bəzi insanların Allaha qarşı diqqətsiz və maraqsız olması çox böyük faciədir. Allahı "görəsən nə edəcək?" deyə sınamaq çox böyük ağılsızlıqdır. Allahın varlığı bu qədər açıq ikən, Allahın varlığını görüb Allaha yönəlmək varkən, son dərəcə diqqətsiz münasibət göstərməsi bir insan üçün qorxunc fəlakətdir. İnsan ən çox Allahın böyüklüyünə yoğunlaşmalı və imtahanın detallarını yaxşı düşünməlidir. İstəyirlər ki, bir əlləri yağda, bir əlləri balda olsun. Bu cür insan təhsil ala bilməz, sevgini öyrənə bilməz. İmtahan təhsil üçün əsas şərtdir. Sitatlar
Allahın böyüklüyünü anlayan insan üçün ümidsizlik mövzusu olmaz. Allahın gücünü və böyüklüyünü anlayan insan mütləq axırda müvəffəqiyyətli olacaqdır. Sitatlar
Səmimiyyəti Allahdan istəmək lazımdır. Səmimiyyət asandır və rahatladıcıdır. İnsan dərhal üzərindəki təzyiqin qalxdığını hiss edər. Səmimi olduqdan sonra eqoizm bitər. Allahın böyüklüyünü kamil mənada anlayan səmimi insan dünyadakı ən böyük mənəvi güc halına gələr. Sitatlar
Yuxuda da insan çox gözəl təhsil alır. Adətən qarşılaşmayacağı bir çox vəziyyəti yuxuda görür və bu vəsiləylə ruhu tam inkişaf edir. Sitatlar
Şəhidlik təbrik ediləcək məqamdır. Allah şəhidlərimizin şəhadətini mübarək etsin, nə gözəl onları cənnətinə layiq görmüş. Çətin olan dünyada qalmaqdır. Şəhidlərin arxasınca kədərli ifadə istifadə etmək şəhidlərin ruhu üçün incidici olar. Onlar çox gözəl yerdədirlər. Sitatlar
Şəhidlərimizə Allah qəni-qəni rəhmət etsin. Şəhidlərin ruhu cənnət əhli olur, nə gözəl, ən gözəl mövqeyə qovuşdular. Şəhidlərimizin heç birinin qanının yerdə qalmayacağını bütün dünyanın görməsi lazımdır. Sitatlar
Sevgini yaşaya bilmək üçün əvvəlcə dərin ağılla Allaha heyran olmaq, Allaha dərin sevgidən qaynaqlanan dərin ehtiras və dərin Allah qorxusu lazımdır. O zaman insan özünü də sevər, insanları da sevər. Sitatlar
Təmizlik üçün ruh keyfiyyəti lazımdır. Ruhu ölmüş biri təmizlik və keyfiyyət axtarmaz. Təhsildə ən vacib diqqət ediləcək şey o insanın Allahın böyüklüyünü dərinləməsinə qavramasını təmin etməkdir. Allaha iman edir, lakin Allahın böyüklüyünü dərinləməsinə qavramayanda təvəkkül əksikliyi olur. Allahın böyüklüyünü yaxşı qavramaq və hər şeyi Allahın yaratdığından əmin olmaq lazımdır. Sitatlar
Bir insan qarşısındakının ağıllı olduğunu anladıqda o adamın yanında rahat edər. Ağıllı, dərin imanlı, səmimi möminin hər sözü çox müsbət təsir edər. Sitatlar
İnsanların təkəbbürlü olması möcüzədir. Ruhu olmayan insan acizliyini fərq etməz. Yerdə gübrə olsa yenə anlamaz, təkəbbürlənər. Ruhu olmayanları əhəmiyyətli görməmək lazımdır. Sitatlar
Münafiq ruhu olmadığı üçün maddənin həqiqətini heç vaxt anlaya bilməz. Tərif edilsə belə heç cür qavraya bilməz. Bu, möcüzəvi vəziyyətdir. İstənilən qədər təsvir edilsin heç cür anlaya bilməz və qavraya bilməz. Çünki ruhu yoxdur. Maşın kimi varlıqdır. Sitatlar
Allaha güvənən, təslim olan insan şirkə girməz. Xəstə insan əgər; "mən indi həkimə gedəcəyəm, mənə dərman verəcək o dərman məni sağaldacaq" desə şirkə girmiş olar. "Həkimə gedəcəyəm, verdiyi dərmanı Allah vəsilə edəcək və Allah istəsə sağalacağam" deməsi lazımdır. Sitatlar
Qəddarlıqda ruh ölər, insan şiddətli əzab çəkər. İstədiyi qədər zənginlik içində olsa da, o insan həyatının hər anında əzab içindədir. Müvəffəqiyyət, əldə edilən zənginlik deyil. Xoşbəxtlik və sevinc içində yaşamaq müvəffəqiyyətdir. Bu da təkcə imanla olar. Sitatlar
Allahın elmi və ağlı çox yüksəkdir. İnsan hər şeyi dərk edə bilmir. Ən kiçik yaddaş itkisində insan tam fərqli şeylə qarşılaşa bilər və ya hadisənin əslini başa düşməyə bilər. Məsələn, insan yuxuda cürbəcür aləmlərə daxil olur. Yuxuda çox təfərrüatlı və aydın bir hadisə yaşayır. Oyandığı zaman; "bunu unutmayım" deyərkən yavaş-yavaş bütün yuxu yaddaşından silinir. Ondan sonra nə qədər çalışsa o yuxu yadına düşmür. Yaddaş itkisi bu cür şeydir. Yaxud bəzən yuxu çox aydın olur, yuxudan oyandığını düşünür, sonra baxır o da yuxudur. Hələ yatağında yatdığını anlayır. Sitatlar
Türkiyənin Avropa tərəfinin ağır basması lazımdır. Milli Məclisdə, nazirliklərdə və həyatın hər yerində qadınların olması lazımdır. Qadının azad və hüzurlu yaşaması mədəniyyətin göstəricisidir. Sitatlar
Nur surəsinin 55-ci ayəsi İslam əxlaqının hakimiyyətini və Mehdiyyəti birbaşa izah edən ayədir. Allah ayədə, daha əvvəl Hz. Süleymana, Zülqərneynə necə dünya hakimiyyəti verdisə, bənzər şəkildə İslam əxlaqını da dünyaya hakim edəcəyini bildirmişdir. İslam bütün dünyaya hakim olduğunda müsəlmanların mənəvi lideri olan adam da Mehdidir. Bu səbəbdən Nur surəsi 55-ci ayəsi Mehdiyyəti izah edən ayədir. Sitatlar
Yaşlı insanları sevindirmək, onlara baxmaq, mənəvi dəstək vermək çox zövqlüdür. Yaşlıya dəyər verilməyən mühitdə insan rahat ola bilməz. Yaşlandığı üçün insanı yalnızlığa tərk etmək dəhşət verici vicdansızlıqdır. Sitatlar
Deizmin yayılmasının əsl səbəbi Darvinizmdir. Əsas məsələ deizm deyil, Darvinizmdir. Darvinizm, Allahsız, dinsiz ideologiyaların təməlində yer alır. Darvinizmin elmi cavabı verilmədiyi müddətcə, məktəblərdə Darvinizm sanki elmi məlumat imiş kimi uşaqlara öyrədildiyi müddətcə deizmə qarşı tədbir alına bilməz. Darvinist təhsil, Konya kimi şəhərdə belə gənclər arasında deizmin yayılmasına səbəb olur. Daha çox yubanmadan, tez zamanda Darvinist təhsilin dayandırılması, hər yerdə gənclərə yaradılışın elmi dəlili olan fosillərin göstərilməsi, tək bir zülalın belə təsadüfən meydana gəlməsinin qeyri-mümkün olduğunun izah edilməsi lazımdır. Sitatlar
Önümüzdəki günlərdə dünya miqyasında çox böyük hadisələrlə qarşılaşa bilərik. Narahat olmaq müsəlmanlara yaraşmaz. Sonunda İslam Günəşi mütləq doğulacaq, İslam əxlaqı dünyaya hakim olacaq. Sitatlar
Mömin, Allahın sevgisini itirməkdən qorxar. Sonsuz böyük güc və ağıl olan Allah, sənə dəyər vermir, səni sevmirsə bundan daha dəhşət verici heç nə ola bilməz. Allahın sevgisini itirsən harada olursan ol, məhv oldun deməkdir. Sitatlar
Heyvanların sədaqətləri, balalarına göstərdikləri fədakarlıq, balaları üçün canlarını ortaya qoymaları və daha bir çox xüsusiyyətləri insanların nümunə alması lazım olan gözəl cəhətləridir. Sitatlar
Allah qorxusu ağılı iti edər. Allahın böyüklüyünü anlamaqda ağılın qapalı olmasını ortadan qaldırar. Mükəmməl, yüksək əxlaqın özü də Allah qorxusudur. Bir az düşünən insan hər cür gözəlliyin mənşəyinin Allah qorxusu olduğunu görər. Allah qorxusu olduqda böyük təxribat olar. Sitatlar
Müsəlman hər zaman xeyir işi axtarar. Münafiqlər və küfr isə şər axtararlar. Müsəlman həmişə xeyir və gözəllik edər. Münafiqlər isə müsəlmanların etdiklərinə və həyatına həsəd edərək qovurularlar. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur