logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 19 mart 2018

avatar

Adnan Oktar

Şəhidlərimizə Allah qəni-qəni rəhmət etsin. Şəhidlərin ruhu cənnət əhli olur, nə gözəl, ən gözəl mövqeyə qovuşdular. Şəhidlərimizin heç birinin qanının yerdə qalmayacağını bütün dünyanın görməsi lazımdır.
A9 TV; 19 mart 2018
1868
avatar

Adnan Oktar

Din o qədər asandır ki, 100 dəfə bu duanı oxuyacaqsan, 1000 dəfə salavat gətirəcəksən, bütün qılmadığın namazlar borcdur, hamısını qılacaqsınız deyirlər. Bu cür edərək insanları dindən uzaqlaşdırırlar.
A9 TV; 18 mart 2018
avatar

Adnan Oktar

İnsanların bir qismi təvəkkülü səhv bilir. Arxa fonda qaval səsi olur, yaşlı əmi "övladım təvəkkül etməlisən" deyə izah edir. Çarəsizliyin nəticəsində meydana gələn boyun əymiş ümidsiz gözləyişə təvəkkül deyirlər. Elə deyil. Təvəkkül, an-an sənin və hər şeyin Allahın idarəsində olduğunu bilməkdir. Tale elmi mövzudur. Zaman yoxdur. Zaman beynin qəbul etmə formasıdır. Bu, talenin dəqiq texniki həqiqət olduğunun isbatıdır.
A9 TV; 18 mart 2018
avatar

Adnan Oktar

Allaha imanı anlamanın birinci dərəcəsindən etibarən insan ayrı aləmə girər. Allahın qoruması aləminə girən bu insan həmişə tutarlı, məntiqli və təmkinlidir. Allah qorxusunun dərinliyini hiss edən, Qurandakı Allahın böyüklüyünü anlayan insan tutarlı olar. Amma bu dərhal olmur, insanın həqiqətən təhsildən keçməsi lazımdır. Bunu hər insan asanlıqla qazana bilmir. Əslində həqiqətə yaxın olmamaq utanc verici vəziyyətdir. Bir az düşünsə insan, bir ellips ekrana yapışıq yaşadığını düşünsə, həqiqətə yaxın olmaması əsla mümkün olmaz. Allahın böyüklüyünü və ağılını bilərək məntiqli və tutarlı olmamaq mümkün deyil. Allah məntiqli və tutarlı olandır. Biz də Allahın ruhunu daşıyan varlıqlar olaraq məntiqli və tutarlı olmaqla məsuluq.
A9 TV; 18 mart 2018
avatar

Adnan Oktar

Münafiqlər ölü, xüsusi olaraq yaradılmış, başı boş varlıqlardır. Tamamilə həyatın həqiqətlərinə kilidlənmiş, guya Quranın hökmlərini dəyişdirərək bütün ömürlərini müsəlmanlarla mübarizəyə həsr edirlər. Belə bir axmaqlıq ola bilməz. Böyük küfr, dəccaliyyət varkən bütün ömrünü bir ovuc müsəlmanla məşğul olmağa həsr etmələri möcüzədir. Münafiqlərin bu mübarizəsinin müsəlmanların hər vəziyyətdə lehinə olması və müsəlmanların çox əylənməsinə səbəb olmaları da ayrı möcüzədir.
A9 TV; 18 mart 2018
avatar

Adnan Oktar

Bizim ordumuz dəliqanlıdır. Afrini alan igidlərimizin hamısı qoçudur maşaAllah. Qoçular elə güc nümayiş etdi ki, böyük güclərə şan-şöhrət olmuşdur. Türkiyəni digər ölkələr kimi sandılar. İstədiyimiz kimi qarışdırarıq deyə plan qurdular. Gördülər ki, əsgərimizin də, millətimizin də ürəyi manqal kimidir. Ordumuz çox qabiliyyətlidir maşaAllah. Sanki cərrah dəqiqliyi ilə hərəkət etdilər, vətəndaş itkisi mövzusunda çox həssas davrandılar.
A9 TV; 18 mart 2018
avatar

Adnan Oktar

Qiymətli dövlət böyüyümüz, hörmətli böyük qardaşım Həsən Cəlal Gözəl bəyə Allahdan qəni-qəni rəhmət diləyirik. Məkanı cənnət olsun, Peyğəmbərimiz (s.ə.v) ilə cənnət süfrələrində əyləşsin. Sevdiklərinin, dostlarının və ailəsinin başı sağ olsun.
A9 TV; 18 mart 2018
avatar

Adnan Oktar

Türk Silahlı Qüvvətlərimizin Afrin zəfəri mübarək olsun. Allah qəhrəman ordumuzu qiyamətə qədər müzəffər etsin. Şəhidlərimizi rəhmət, sevgi və hörmətlə xatırlayaq.
A9 TV; 18 mart 2018
avatar

Adnan Oktar

Münafiqlərin möminlərə təmin etdikləri ən böyük faydalardan biri də kanalizasiya təmizləyən maşın kimi harada çürümüş, qəribə, murdar məxluq, töküntü, kir, pas varsa yığıb aparmalarıdır. Münafiqlər, müsəlmanların kanalizasiya təmizləyən maşını kimi çalışır, peyin böcəyi kimi pislikləri yığıb yanlarına alırlar. Bu da möminlər üçün böyük fərahlama və gözəllik olur.
A9 TV; 17 mart 2018
avatar

Adnan Oktar

Gözəl əxlaqdan güzəştə gedən insan, Allah əsirgəsin, məhv olar. Gözəl əxlaqdan güzəştə getdiyi anda, həmin an insanda çöküntü başlayır. Gözlənilmədən bir anda güzəştə getsə belə dərhal Allaha sığınıb düzəltməsi lazımdır.
A9 TV; 17 mart 2018
avatar

Adnan Oktar

Ələvilərin əleyhinə danışanlar sevgisiz, ağılsız insanlardır. Belə insanları ciddiyə almamaq lazımdır. Ələvilik sevgi, dostluq, qardaşlıq, aydınlıq, müasirlik, nəzihlik deməkdir. Ələvilər nəcib və vəfalı insanlardır. Ələvilərin varlığı mövhumatçılığa qarşı qaladır. Nə gözəl Hz. Əlini sevirlər, nə gözəl əhli beyti sevirlər. Hz. Əlini və Əhli Beyti sevəni kim sevməz?
A9 TV; 17 mart 2018
avatar

Adnan Oktar

Allah əsgərimizi, xüsusi təyinatlıları bütün namərd güllələrdən qorusun. Müzəffər etsin. Millət olaraq onların yanındayıq.
A9 TV; 17 mart 2018
avatar

Adnan Oktar

Səmimiyyətsizlik insanı boğar. İnsan səmimiyyətsiz olanda tarazlığını qoruyamaz, üzərinə çətinlik, kədər gəlir. Səmimi olan insanda fərahlama və açılma olur. Səmimi olmayan insanda çirkinləşmə meydana gəlir.
A9 TV; 17 mart 2018
avatar

Adnan Oktar

Bütün dinlərin əsas xüsusiyyəti himayəçilik sisteminin olmasıdır. Bu namaz, oruc kimi təməl hökmdür amma təəccüb doğuracaq şəkildə insanlara bunu unutdurmuşlar. Din yaşandığında hamı hər kəslə qardaş olur, hamı hər kəsin anası, atası olur. Küçədəki uşağın yeməyi, qalacağı yer, geyəcəyi paltardan bütün ümmət məsul olur.
A9 TV; 17 mart 2018
avatar

Adnan Oktar

Dürüst olmaq gözəldir amma insanlar kompleks olmağı seçir. Kompleks olmaq da onları üzür və yorur. Halbuki hər zaman dürüst olan insan qiymətlidir, dürüst olan sevilər.
A9 TV; 17 mart 2018
avatar

Adnan Oktar

Allah Özünün və sevginin hədəf edildiyi hər duanı qəbul edər. Özünün və sevginin hədəf edildiyi hər şeyi verir.
A9 TV; 17 mart 2018
avatar

Adnan Oktar

Mən monotonluğu heç xoşlamıram. Bəzi insanların hər şeyi sabitdir, getdiyi yol, yediyi yemək, oturduğu kreslo həmişə eynidir, bəllidir. Mənim həyatım həmişə dəyişir. Perspektivim dəyişir, zövq anlayışım dəyişir, sevinc anlayışım dəyişir. Hər şeyin daha xoş hala gəlməsini istəyirəm. Hər şeyin dəyişik və həyəcan verici olmasını istəyirəm. Mənim ruhumu dərindən təsir edən, halal amma qeyri-ənənəvi şeylərdən çox zövq alıram.
A9 TV; 17 mart 2018
avatar

Adnan Oktar

Mömin gücü Allahdan alar. Mən bu mövzuda güclüyəm deyən insanı, Allah qorusun, Allah elə o mövzuda əzər. Mən zəifəm demək də özünü bütləşdirmə olur. Güc Allahın deyil? Allahdan istəsən Allah səni son dərəcə güclü hala gətirər. Utancaqdır, Allahdan istəyər Allah onu cəsur edər. Narahatlıqları vardır, Allaha sığınar, Allah bütün narahatlıqlarını ortadan qaldırar. Mömin bütün gücün qüvvətin Allahdan olduğunu bilərək, yalnız Allaha güvənər.
A9 TV; 17 mart 2018
avatar

Adnan Oktar

Şəhidlərimizin ailələri də aslan kimi maşaAllah. Nə xoşbəxt belə şanlı övladlar yetişdiriblər. Dünyada da, axirətdə də həm özləri, həm övladları şanlıdır. Allah bizlərə də nəsib etsin. İsrarla bizi çağırmağa davam etsinlər inşaAllah. Allah möminə yataq ölümü verməsin, şəhadət nəsib etsin.
A9 TV; 17 mart 2018
avatar

Adnan Oktar

Darvinizmi yerlə bir etmək qeyri-mümkün görünürdü. Bizim vəsiləmizlə dünya səviyyəsində məğlub oldular. Əvvəllər hər həftə guya "itmiş halqa" tapardılar. Tək-tək elmi cavabını verincə artıq darvinistlərin "səsləri" çıxmır.
A9 TV; 16 mart 2018
avatar

Adnan Oktar

Cənnətin ən gözəl xüsusiyyəti ehtirasın dəli kimi yaşanmasıdır. Cənnətdə hər yerdə sevgi hakimdir.
A9 TV; 16 mart 2018
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Allah yalnız sevgiylə həyatı gözəl hala gətirmişdir. Sevgi gedəndə cəhənnəm gəlir. Bir insan sevgiyə yanaşmırsa və sevgini bilmirsə cəhənnəmdə yaşayır. Sitatlar
Kişinin də iffətli olması lazım olduğunu çox adam gündəmə belə gətirmir. Fuhuş həm qadına həm kişiyə haram qılınmışdır. Özlərinə hər cür çirkinliyi sözdə qanuni görərkən, qadınları ağlasığmaz təzyiq altına almaq istəyirlər. Qadınları əzmək homoseksuallığın çox böyüməsinə səbəb olur. Sitatlar
Şəhidlik təbrik ediləcək məqamdır. Allah şəhidlərimizin şəhadətini mübarək etsin, nə gözəl onları cənnətinə layiq görmüş. Çətin olan dünyada qalmaqdır. Şəhidlərin arxasınca kədərli ifadə istifadə etmək şəhidlərin ruhu üçün incidici olar. Onlar çox gözəl yerdədirlər. Sitatlar
Bir insan bütün həyatını Allaha həsr elədisə, həyatın bütün yönlərindən özünü çəkib yalnız Allah üçün yaşayırsa, bu, o insanın təqvasının dəlilidir. Amma buna baxmayaraq müsəlmanda yenə də həmişə Allah qorxusu və cəhənnəmdən çəkinmək olar. Sitatlar
Münafiqlər ölü, xüsusi olaraq yaradılmış, başı boş varlıqlardır. Tamamilə həyatın həqiqətlərinə kilidlənmiş, guya Quranın hökmlərini dəyişdirərək bütün ömürlərini müsəlmanlarla mübarizəyə həsr edirlər. Belə bir axmaqlıq ola bilməz. Böyük küfr, dəccaliyyət varkən bütün ömrünü bir ovuc müsəlmanla məşğul olmağa həsr etmələri möcüzədir. Münafiqlərin bu mübarizəsinin müsəlmanların hər vəziyyətdə lehinə olması və müsəlmanların çox əylənməsinə səbəb olmaları da ayrı möcüzədir. Sitatlar
Gözəl əxlaqdan güzəştə gedən insan, Allah əsirgəsin, məhv olar. Gözəl əxlaqdan güzəştə getdiyi anda, həmin an insanda çöküntü başlayır. Gözlənilmədən bir anda güzəştə getsə belə dərhal Allaha sığınıb düzəltməsi lazımdır. Sitatlar
Allah əsgərimizi, xüsusi təyinatlıları bütün namərd güllələrdən qorusun. Müzəffər etsin. Millət olaraq onların yanındayıq. Sitatlar
Bütün dinlərin əsas xüsusiyyəti himayəçilik sisteminin olmasıdır. Bu namaz, oruc kimi təməl hökmdür amma təəccüb doğuracaq şəkildə insanlara bunu unutdurmuşlar. Din yaşandığında hamı hər kəslə qardaş olur, hamı hər kəsin anası, atası olur. Küçədəki uşağın yeməyi, qalacağı yer, geyəcəyi paltardan bütün ümmət məsul olur. Sitatlar
Din olmadıqda şeytan dövrəyə girər. Şeytanın təsirinə girən insanın ruh halının sağlam olması mümkün olmaz. Bütün hərəkətləri qeyri-sabitdir. Həyat məqsədi olmadıqda insanlarda həyata küsmə, sevdiklərinə küsmə, intihar meyli inkişaf edir. Məqsədsizlik insanın bütün həyat enerjisini əlindən alır. İnsana həyat enerjisi qazandıran Allah sevgisi, Allahın böyüklüyünü anlamaq və imandır. Sitatlar
İnsan ruhu süniliyi, səmimiyyətsizliyi dərhal anlayacaq şəkildə yaradılmışdır. Süniliyi gördüyü anda dərhal ondan ruhu sıxılar, o insandan uzaqlaşmaq istəyər. Sitatlar
İnsanların təkəbbürlü olması möcüzədir. Ruhu olmayan insan acizliyini fərq etməz. Yerdə gübrə olsa yenə anlamaz, təkəbbürlənər. Ruhu olmayanları əhəmiyyətli görməmək lazımdır. Sitatlar
Münafiq ruhu olmadığı üçün maddənin həqiqətini heç vaxt anlaya bilməz. Tərif edilsə belə heç cür qavraya bilməz. Bu, möcüzəvi vəziyyətdir. İstənilən qədər təsvir edilsin heç cür anlaya bilməz və qavraya bilməz. Çünki ruhu yoxdur. Maşın kimi varlıqdır. Sitatlar
Yuxuda da insan çox gözəl təhsil alır. Adətən qarşılaşmayacağı bir çox vəziyyəti yuxuda görür və bu vəsiləylə ruhu tam inkişaf edir. Sitatlar
Alparslan Türkeşi unutdurmağa çalışanlara qarşı, tam əksinə rəftar göstərmək lazımdır. Hörmətli Bahçelinin soyadına Türkeş əlavə etdirməsi çox gözəl olar. Dövlət Bahçeli Türkeş. Əslində hər MHP liderinə Türkeş soyadı çox yaraşar. Ayrıca, hörmətli Bahçeli kimi MHP-nin başına keçən hər qiymətli şəxsə (Allah ömürlərini uzun etsin inşaAllah) Başbuğ ləqəbinin verilməsi hörmətli Türkeşin də Basbuğlar Başbuğu olaraq xatırlanması çox möhtəşəm olur. Beləcə hörmətli Türkeşin adı da, ruhu da qiyamətə qədər təsiredici şəkildə davam edər. Çünki tanımayan bilməz, Türkeş həqiqətən çox qiymətli insan. Onun verdiyi təhsilin Türkiyədə bu qədər təsiredici olması çox böyük möcüzədir. Hal-hazırda polis, xüsusi hərəkat polisi, jandarma, ordu, MİT kimi yerlərdə həmişə ülkücülük ruhu hakimdir. Bizim gənclər də o ruhu çox sevirlər. Mən MHP-li deyiləm, ülkücüdə deyiləm. AK Partiyalı da deyiləm, bütün partiyaları qucaqlayıram. Həm AKP-liyəm, həm CHP-liyəm, həm SP-liyəm, həm BBP-liyəm, hamısını çox sevirəm. Amma ülkücü ruhunu davam etdirmək lazımdır. Gənclərin çox sevdiyi inanc ülkücülükdür. Hər gənc sevə-sevə ülkücü olmaq istəyər. Həqiqətən bir qəhrəmanlıq ruhu, igidlik ruhu üzərində hakim olur. Çox gözəl tərbiyə şəkli, çox gözəl təhsil şəkli, gözəl məktəb, gözəl ideal ülkücülükdür. Daha çox ciddi qəbul edilməli və daha çox əhəmiyyət verilməlidir. Türkeşin unutdurulmağa çalışma riski çox dəhşətlidir, amma biz buna heç vaxt icazə vermərik onsuz da. Bu qədər əmək, çilə bir qələmdə əsla silinə bilməz. Milli fikirdəki, milli duruşdaki qiymətli, uca insanın qiymətinin bilinməməyi ola bilməz. Unutdurmağa çalışanlar özləri unudularlar. Ülkücüler Türkiyənin bölünməsinə qarşı polad mövqedir. Ülkücülərin olduğu yerdə əsla və əsla kimsə Türkiyəyə oyun oynaya bilməz. Möhtəşəm ağıl, möhtəşəm qərarlılıq, möhtəşəm əzm, cəsarət və ucalıq hakimdir ülkücülərdə. Yolları çox gözəldir. O coşğunu bütün gözəlliyi ilə yaşatmaq lazımdır. Sitatlar
Həsən Cəlal Gözəl ağabəy, nə gözəl anlı-şanlı yaşadın, anlı-şanlı vəfat etdin. Tərtəmiz həyatın oldu. Bütün Türkiyə sənin alicənab, tərtəmiz, dəliqanlı insan olduğun mövzusunda həmfikirdir. Həsən Cəlal Gözəl, Türkiyənin qürur mənbəyi olan çox qiymətli insan idi. Allah sevdiklərinə səbri cəmil nəsib etsin. Sitatlar
Hörmətli Dövlət Bahçeli, zamanın klassik siyasət zamanı olmadığını gördü. Dövlətin gələcəyini əsas götürərək, dövlət tərbiyəsi ilə Tayyib hocama övladı kimi sahib çıxdı. Çox vicdanlı və doğru hərəkət oldu. Hal-hazırda iqtidarda Dövlət ağlı var inşaAllah. Sitatlar
Bir çox yerdə sünilik təşviq edilir. Əl boyda uşaqlara belə sünilik öyrədilir. Bu çox pisdir. Sünilik bir insanın yox olması, həqiqi insan olmaqdan çıxması deməkdir. Sitatlar
PKK-nın ideologiyası Marksist-Leninist ideologiyadır və bunun təməlində müqavimət göstərmə, inqilab olana qədər müqavimət göstərmə vardır. Bu müqavimət göstərmə kommunistlər üçün əhəmiyyətlidir. 40-50 ili gözə alırlar. Qarşıdurma, müqavimət göstərmə və ziddiyyət bu ideologiyanın təməli olduğu üçün PKK ideologiyasından imtina etmədiyi müddətcə, minlərlə dəfə məğlub olsa belə, münaqişəyə, öldürməkdən və ölməkdən imtina etməz. Buna görə PKK-ya qarşı əsas mübarizə ideologiya mübarizəsi olmalıdır. Bunun üçün də, kommunizmin fəlsəfi dayaq nöqtəsi olan Darvinizmin etibarsızlığının izah edilməsi əsas şərtdir. Fikri qalibiyyət əldə edilmədikcə PKK tam mənasıyla məhv ediləməz. Sitatlar
İslam dini asandır. Dinin asan olduğunu Allah söyləyir. Allah bəndələri üçün çətinlik diləməz. Ənənəçi sistem dini içindən çıxılmaz, əzablarla dolu, insana əziyyət edən sistemə çevirir. Həm özləri əzab çəkir, həm də insanlara əzab çəkdirirlər. Sitatlar
Afrinə daha geniş kömək göndərək. Əl birliyi edərək hər cür paltar, yemək bol-bol kömək göndərək. Sitatlar
Mömin dərin düşünməkdən zövq alar. Allaha güvənərək, Allahı sevərək düşünmək möminin özünü açmasına səbəb olar. Sitatlar
Bütün əziyyətin, iztirabın qaynağı müsəlman ölkələrin parçalanmasıdır. Biz ana, ata, qardaş birlikdə yaşayaq deyirik. Yox, gərək ayrı olaq deyirlər. O zaman da acı və dərdlər bitmir. Mehdiyyət deyəndə bir şəxsə kilidləndik sanırlar. Mehdiyyət döyüşlərin bitməsi, ədalətin hakim olması, dünyanın hüzur içində yaşamasıdır. Sitatlar
Ölüm möminin əxlaqını düzəltməsi üçün ibrət vəsiləsidir. Ölümün varlığı insanlar üçün çox böyük nemətdir. Ölüm və yaşlanma insanların özlərini düzəltməsi üçün əsas şərtdir, bunlar olmasa dünya çox mərhəmətsiz olardı. İnsanlar Allahdan qorxaraq təmkinli olur. Allah qorxusu olmadıqda insanların təmkinli və tutarlı olması, əxlaqını gözəlləşdirməsi, özünü inkişaf etdirməsi mümkün olmur. Sitatlar
Kim Allahı çox sevsə, Allah o insanı çox sevər. Allah ən təqva qulunu sevər dediklərində ağıllarına əlində təsbeh olan saqqallı əmi gəlir. Ən təqva olan sevgini ən çox yaşayandır. Allahı ən çox sevəni, Allah da ən çox sevər. Sitatlar
İngilis dərin dövlətinə açıq-aşkar meydan oxuyan bir Atatürk var idi bir də Tayyib hocam var. Halal olsun Tayyib hocama İngilis dərin dövlətinə elmlə, irfanla vura-vura beyinlərini darmadağın edir maşaAllah. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur