logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 8 may 2016

avatar

Adnan Oktar

Qız uşaqlarına lüzumsuz yerə təzyiq göstərirlər, bəzi gənc qızlar da bu təzyiqi dəf etmək üçün, hiyləgərlik edirlər. Halbuki qız uşaqlarına həmişə sevgi göstərilsə, hər yerdə hörmət görsələr çox gözəl və keyfiyyətli olarlar.
A9 TV; 8 may 2016
1016
avatar

Adnan Oktar

Allah, möcüzələrini, sənətini yaddaşımızda saxlamağı və onlara heyrət etməyi nəsib etsin. Hər biri, yeri-yerindən oynatmağa kifayət edəcək yaradılış möcüzələridir. Normalda bu möcüzələr qarşısında dünya ayağa qalxmalıdır.
A9 TV; 8 may 2016
avatar

Adnan Oktar

Yeni konstitusiyada muxtariyyət və federasiya mövzusu tamamilə dayandırılmalıdır və yerli rəhbərliklərin səlahiyyətlərini artırma mövzusu da tamamilə dayandırılmalıdır.
A9 TV; 7 may 2016
avatar

Adnan Oktar

Sən PKK-nı bir yerdən sürüyüb atdığın zaman, PKK təhlükəsi aradan qalxmır. Bir ay sonra yenə doluşur oraya. Çünki fikirlə mübarizə aparılmır. Darvinizm, materializm əzilmədikdən sonra, bu həmişə yerin altından qaynayacaq. Kökü qurudulmalıdır. Kökü darvinizmdir.
A9 TV; 7 may 2016
avatar

Adnan Oktar

Şok edici, heyrət verici məlumat qarşısında diqqət və təqdir gücünün zəif qalması insan beyninin, ruhunun acizliyidir. Bunu iradə toplaya bilmir. Yoxsa normalda nəfəsi kəsilməli, çox təəccüblənməlidir. Bu acizliyin üstəsindən gəlmək üçün dua edilməlidir.
A9 TV; 6 may 2016
avatar

Adnan Oktar

Allah həmişə sadə üslubdan istifadə edər, insanlarla həmişə nəzakətlə rəftar edər, bunun üçün heç bir peyğəmbərin də qəlbini qırmamışdır. Allah, nə dedilərsə uyğun dillə, sadə dillə cavablandırmışdır.
A9 TV; 6 may 2016
avatar

Adnan Oktar

İmansız, dinlə lağ edən, İslama qarşı olan insanlar olmazsa sən imtahan oluna bilməzsən. Olmasa belə Allah bunu yaradar. Bu olacaq, sən bununla müqayisə olunacaqsan, bu yolla dəyər qazanacaqsan, bu olmadan mümkün deyil.
A9 TV; 6 may 2016
avatar

Adnan Oktar

İnsan imanla gözəl olar, qadın da, kişi də imanla gözəlləşər. Bir insanı ağlından, imanından, təmizliyindən, dərinliyindən ötrü çox sevərsən.
A9 TV; 6 may 2016
avatar

Adnan Oktar

Əsas təqvadır. Möminin gözəl olduğuna dair, imanından qaynaqlanan bir mühakimə meydana gəlir, buna görə onu çox sevirsən. Allah onu sənə bundan ötrü o qədər gözəl göstərir.
A9 TV; 6 may 2016
avatar

Adnan Oktar

İman olmazsa nə olar? Heç nəyin dəyəri qalmaz. İman insana heybət və gözəllik verər. Allah sevgini imanla meydana gətirir.
A9 TV; 6 may 2016
avatar

Adnan Oktar

Nə AKP parçalanar, nə də MHP. Boşuna çırpınmasınlar. İkisi də dağ kimi ayaqdadır. İkisinə də heç nə olmaz. AKP də, MHP də iman əhli olan insanlardan təşəkkül edir. İngiltərə dərin dövlətinin bəzi tərəfdarları ağızlarından sellər axaraq həyəcanla partiyaların parçalanmasını gözləyirlər. Boşuna gözləyirlər.
A9 TV; 6 may 2016
avatar

Adnan Oktar

İnsan sanki ülfətin içində üzür. Bu ülfətin aradan qalxması üçün Allaha dua etməlidir. "Ey Rəbbim ağlımı aydınlaşdır, bu möcüzəni görüm. Beynim bunu hazırda mənə, mənim istədiyim kimi hiss etdirmir" deməlidir. Məsələn, yazı var, oxuya bilmir; bunun kimi. Mömin; "bəsirətim açılsın, bu möcüzənin həyəcanını yaşayım, Səni layiqincə təqdir edim ey Rəbbim" deməlidir.
A9 TV; 6 may 2016
avatar

Adnan Oktar

İnsanlar ülfət dənizinin içində üzür. Bu ülfət dənizindən çıxıb, bəsirətlərini, fərasətlərini açıb bu bəladan xilas olmalıdırlar. Yoxsa insan sırf hüceyrədəki möcüzəni öyrənsə heyrətamiz imana sahib olar. Peyğəmbər imanı kimi olar imanı. Lakin bəsirət bağlanıb.
A9 TV; 6 may 2016
avatar

Adnan Oktar

Hər yer möcüzə doludur. Mömin, bu möcüzələri yadda saxlaya bilmək üçün, Allaha dua etməlidir. Möcüzələrdəki mükəmməlliyin həyəcanını və şokunu yaşamaq üçün dua etməlidir. Həmçinin bu məlumatın meydana gətirdiyi təqdir hissini Allaha təqdim edə bilməyi Allahdan istəməlidir.
A9 TV; 6 may 2016
avatar

Adnan Oktar

CHP bütün müsəlmanları sevsin, təşəbbüskar olsun. Qatı, kommunist zehniyyətli bəzi insanlar CHP-nin ruhunu, bərəkətini, səhhətini pozur. Buna icazə verməsinlər.
A9 TV; 6 may 2016
avatar

Adnan Oktar

MHP-də şüur var. Ülkücülər terror və anarxiyaya şiddətlə qarşıdır, fitnədən qaçarlar. Dövlətə sədaqət əsasdır. Buna görə MHP-yə heç nə olmaz.
A9 TV; 5 may 2016
avatar

Adnan Oktar

Əshabi-Kəhf demək, mehdiyyət deməkdir. Bunun örtülü, şifrəli izahıdır. Bütün bu şifrələr mehdiyyəti izah edər. Çox gizli bir şifrə sistemiylə harada nə olacaq, hamısı təfərrüatlı olaraq izah edilmişdir.
A9 TV; 5 may 2016
avatar

Adnan Oktar

Tarix təkrarlanmır. Sistem həmişə irəliyə doğru gedər və yeniliklər gətirər, hər dövrdə dəyişər. Sən romantik bir tarix anlayışı ilə eyni şeyləri etməyə cəhd etdiyin zaman əzilərsən, məğlub olarsan. Dövrümüz elm, ağıl, sevgi, iman dövrüdür. Sevgiylə, imanla qalibiyyət gələr. Başqa şeylə nəticə ala bilməzsən.
A9 TV; 5 may 2016
avatar

Adnan Oktar

İngiltərə dərin dövləti nə edirsə etsin məğlub olacaq. Dəccaliyyət olaraq ortaya çıxdı, məhv etdi insanları. İndi bu PKK-lı pislik, oğru, qəsbkar, alçaq qatillərlə birlikdə olmağa başladılar. Cənub-Şərqi Anadolu bölgəsində PKK-lılardan bir homoseksual qruplaşma yaradıldı. Nə qədər avropalı pozğun varsa, oraya göndərir. Allah başlarına keçirəcək.
A9 TV; 5 may 2016
avatar

Adnan Oktar

Dünya dərin dövləti varsa, bir də Allahın yaratdığı dərin dövlət var. Bunun qətiyyən öhdəsindən gələ bilməzlər. Bunun içində Mehdi (ə.s) var, Xızır (ə.s) var, var da var, yəni mələklər var, cinlər var. Bu, güclərinin heç çatmayacağı metafizik qruplaşmadır.
A9 TV; 5 may 2016
avatar

Adnan Oktar

Allahın möhtəşəm sənətini görə bilməyib təsadüf deyənlər axirətdə hər bir sənətə, hər bir təfərrüata görə açıqlama verəcəklər, hesab verəcəklər. "Bu təsadüfən necə meydana gəldi?" deyiləcək. Təbii ki, açıqlaya bilməyəcək. Heyrətamiz həsrətə qapılacaqlar. Çox peşman olacaqlar.
A9 TV; 4 may 2016
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Gənc qızların bir hissəsi evlilik məsələsində maddiyyata görə düşünüb sanki dəliyə dönürlər. Evliliyə verdikləri əhəmiyyəti, haşa Allaha vermirlər. Sitatlar
Gənc qızların həyat dolu olması, gözəlliklərinə diqqət göstərməsi gözəllikdir. Hər yerdə azadlığın vacib olduğuna inanıram. Sitatlar
Bir çox yerdə gözəllik təltif edilmir, hətta tam əksinə onu ittiham edirlər. Bu da gənc qızları baxımsızlığa və özünə qarşı diqqətsizliyə yönəldir. Sitatlar
Sevgi, dostluq yayılsa insanlar çox rahat olacaqlar. İnsanlar bir-birləriylə dost olmaq istəyir, lakin reaksiyalarının nə olacağını bilmirlər. Dostluğu başladan olmur. Məhz bu Mehdi (ə.s) ilə olacaq. Sitatlar
Allah rizası üçün sevməyin öyrədilməsi lazımdır. Allah rizası üçün sevmək öyrədilməsə “daha zəngini”, “daha gözəli” axtarışı olur. Qətiyyən əbədi sevgi yaranmır. Sitatlar
Şortla, maykada, dəstəmazsız olaraq da Quranı açıb oxuya bilərsən. O zaman Quran həmişə yanında olar. Sarılıb öpərsən. Eləcə də, Quran sənin həyatın, parçan olar. Sitatlar
"Quranın olduğu otaqda mən uzana bilmərəm" deyir, "həyat yaşanmaz" deyir. Belə şey olarmı? Quranın yanında musiqiyə də qulaq asarsan, ayağını uzadıb yatarsan da. Yataqda uzandığın yerdə Quranı oxuyarsan, heç nə olmaz. Şortla da oxuyarsan, maykada da oxuyarsan. Şeytan insanları Qurandan uzaqlaşdırmaq üçün bir oyun oynayır. Sitatlar
Quran sənin həyatının hər yerində olmalıdır. Avtomobilində də olsun. Yastığının altında da olsun, bazarda da yanında olsun. Qorxma, heç nə olmaz. Quran səni sevər. Guya hörmət üçün əksini etsən Qurandan uzaqlaşmış olarsan. Bu tələyə düşmə. Sitatlar
Allah, möcüzələrini, sənətini yaddaşımızda saxlamağı və onlara heyrət etməyi nəsib etsin. Hər biri, yeri-yerindən oynatmağa kifayət edəcək yaradılış möcüzələridir. Normalda bu möcüzələr qarşısında dünya ayağa qalxmalıdır. Sitatlar
Hökumət məscidləri abadlaşdırsın, hz. Mehdi (ə.s) içini doldurar. Onların vəzifəsi abadlaşdırmaqdır; hz. Mehdi (ə.s)-ın vəzifəsi də sevgiylə, imanla, təqvalı möminlərlə doldurmaqdır. Çünki dövr hz. Mehdi (ə.s) dövrüdür. Sitatlar
Biz, İslam aləminin son qalasıyıq, türklük aləminin son qalasıyıq. Kiçilə-kiçilə onsuz da balaca bir torpaq qaldı əlimizdə. Bunu da parçalamaq istəyirlər. Bunu qəbul etmərik. Sitatlar
Allah İslamı bizim fitrətimizə uyğun yaratmışdır. Mövhumatçılar İslamı dəyişdirmiş, başqa bir din halına gətirmişlər. Şirk dini halına gətirmişlər. O gördükləri din İslam deyil, bizim izah etdiyimiz din İslamdır; çünki tamamilə Qurana əsaslanır. Sitatlar
Evlənmələrin 99%-i sevgi evliliyi rolunu oynayan məntiq evliliyi olur. Sevgi evliliyi olması üçün, Allahı sevmək lazımdır, divanə olmaq lazımdır, Allah sevgisiylə alışıb-yanmaq lazımdır. Bu zaman Allah sevgi evliliyi meydana gətirər. Yoxsa əziyyət evliliyi olar, iztirab və əzab evliliyi olar. Sitatlar
Axırzamanda da müsəlmanlara hər cür əxlaqsız insan zərər vermək istəyəcək. Mehdi dövründə, Mehdi camaatından məhz bir dəstə gənc buna qarşı çıxacaq. Bu qəhrəmanlıq dastanına mehdiyyət deyilir və 40 il davam edir. Sitatlar
Hədisdə bildirildiyinə görə, Axırzamanda şeytan, insanın anası, atası görünüşündə gəlib onu Allahın yolundan döndərməyə çalışacaq. Sitatlar
Gələcək cənnətdir, Allahın rizasıdır. Bu dünyada təbii ki, çalışarsan, mühəndis olarsan, həkim olarsan, lakin nə üçün edərsən? Çörək yemək, yemək yemək üçün deyil, Allahın rizası üçün edərsən. Sitatlar
Müsəlmanın canı şirin olmamalıdır. Canı şirindirsə, müsəlman ola bilməz. Sitatlar
İnadla, sinə gərə-gərə İslamı yaşamaq lazımdır. Çünki küfr həzm etməyə çalışar, sən həzm olunduqda daha da həzm etməyə, səni küfrə qaytarmağa çalışar. Öldürənə qədər də üstünə gələr. Sən üstünə getsən o səndən qaçar. Sitatlar
Anasını, atasını bütləşdirənlər, İslamı yaşamaq əvəzinə onları seçənlər, axirətdə bir də görəcəklər ki, xəyalın ardınca gediblər. Şeytanın təcəllisinin ardınca gediblər. Ana-ata ucbatından İslam tərk edilməz, Quran tərk edilməz. Belə olan halda, onlara itaət etmək haram olar. Sitatlar
Mehdiyyət çox uzun bir dövrdür. Dövrün uzun olmasının, 40 il davam etməsinin səbəbi savabının çox olması üçündür. Yoxsa Allah istəsə, İslamı bir ildə də hakim edər. Lakin o zaman bir illik savab alınar. Allah savabının çox olması üçün mehdiyyəti 40 ilə yaymışdır. Sitatlar
İman həqiqətlərinin yayılması, zəmində sevgini bilən, ağıllı düşünən, dərin düşünən insanların sayını yavaş-yavaş daha da artırır. Sitatlar
Sənətçiyə çox dəyər verilmədiyi üçün, dünyada sənətçi sayı hazırda çox azdır. Halbuki rəssamlara, heykəltəraşlara çox əhəmiyyət verilməlidir, seçilən bir peşə kimi bilinməlidir. Hər yerdə təqdir toplamalıdır. Sitatlar
Nəsil həm bədən, həm də ruh cəhətdən korlanır. Buna qarşı tədbir olaraq dövlət məktəblərdə sağlam qidalanmanı və idmanı məcburi hala gətirə bilər. Sitatlar
Çiçəyi, ananı, pişiyi, qadını Allahın təcəllisi olaraq sevərsən. Gözəl qoxunu, atları hər şeyi, bütün heyvanları Allahın təcəllisi olaraq sevərsən. Əgər cisim olaraq sevsən, ət sevgisinə çevrilər, ətin də seviləcək yönü olmaz. Allah bunun tədbirini alaraq yaratmışdır. Sitatlar
İnsan çox aciz varlıqdır, ət-sümük olaraq seviləcək yönü yoxdur, Allahın təcəllisi olaraq seviləcək yönü vardır. Ət olaraq nəyini sevəcəksən? Orqanik bir maddədir ət. Ət, yağ, sümük, qan; bunlarda heç nə yoxdur. Biz Allahın təcəllisini sevirik. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur