-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Tayyib hocam kimi müsəlmanlara sahib çıxan, İslam aləmini qorumaq məsələsində şövqlü olan, məzlum müsəlmanları qoruyan başqa lider yoxdur. Buna görə də, vətənpərvər, millətçi, mömin olan hər kəsin Tayyib hocamı dəstəkləməsinin lazım olduğu aydındır. Dindar, müsəlman kürdlər də Allah rizası üçün Tayyib hocamı dəstəkləməli olduqlarını imani fərasətlə bilərlər. Hüda partiyası, SP, BBP, MHP və AKP Tayyib hocamın şəxsinin ətrafında möhkəm birləşsin, seçkilərə də birlikdə girsinlər. Türkiyənin və İslam aləminin gələcəyi üçün bu çox əhəmiyyətlidir. CHP-nin müxalifəti də mütləq milli və yerli olmalıdır. Türkiyə üçün ən mühüm məsələ bütün partiyaların milli və yerli olmasıdır.
Adnan Oktar
Səmimiyyətin möhkəm və qətiyyətli olması lazımdır. Düşünərkən dürüst olmaq əhəmiyyətlidir. Səmimi insan həmişə Allahın lehinə düşünər. Allah bəzən insanın qarşısına xüsusi olaraq, Allaha tənqidi gözlə baxan insanlar çıxardar. Bu xüsusi sınaqdır. Onu görəndə; "Bəlkə mən də tənqidi gözlə baxım" deyib səhv edirlər. İnsanın sağlam və dürüst düşünə bilməsi üçün, dünyaya dair məlumatını tez-tez nəzərdən keçirməsi lazımdır. Gözsüz görən var. Məhz bu mövzunu düşünmək Allahın mövcudluğunu anlamaq üçün kifayətdir. İnsanın gördüyünü idrak etməsi möhtəşəm şeydir. Birinin səsi eşitməsi, birinin toxunmanı hiss etməsi, birinin qoxunu alması, birinin yeməyin dadını alması Allahın mövcudluğundan başqa yolla açıqlana biləcək məsələ deyil. 5 duyğu özlüyündə Allahın mövcudluğunun dəlilidir. Lakin Allah imtahan üçün şübhələr də yaradar. Məsələn, uşaq ölümləri olar və ya öz başına gələn xəstəliklər, problemlər olar. Allah həm mövcudluğunun dəlillərini çox güclü yaradar, həm də şübhəyə düşməyin dəlillərini verər. Diqqətli baxan şübhəyə düşəcək şeylərin xüsusi yaradıldığını anlayar. Səmimiyyətdən uzaqlaşmamaq üçün, Allahın mövcudluğunun dəlillərini israrla unutmamaq, çox təkrar etmək lazımdır. Allah; "Məni çox zikr edin" deyir, çoxlu zikr etməkdə bu sirr gizlənir. Çoxlu zikr bir sözü həmişə təkrar etmək deyil. Allahın mövcudluğunu, mövcudluğunun dəlillərini şüurlu olaraq, təkrar-təkrar ağlından keçirməkdir.
Adnan Oktar
Şəhidlərimizin varlığı millətimiz üçün qürurdur. Şəhid vermək ümidsizlik verən mövzu deyil. Biz Çanaqqalada 200 min şəhid vermiş millətik. Tək bir meydan müharibəsində on minlərlə şəhid verdik. Bizim üçün vətən, dövlət, bayraq, millət müqəddəsdir. Allaha, vətənə, dövlətə, millətə söz etdirmərik, əl uzatdırmarıq. Bu vətəndən tək bir qarış torpaq, tək bir çınqıl daşı vermərik. Kilometrlər boyu torpaq istəmələriylə bir qarış istəmələri arasında bizim üçün fərq yoxdur. Lazım olsa 83 milyon şəhid olar amma bu vətəni böldürmərik. Şəhid sayını əsas götürərək hökumətə zərər verməyə çalışmaq fitnədir. Lazım olsa on minlərlə şəhid verərik amma Türkiyəni böldürmərik. "Şəhid sayı çoxdur, bu mübarizədən əl çəkin" deyəcəyimizi düşünürlərsə yanılırlar. Vətənin, bayrağın, dövlətin, millətin qorunması üçün lazım olsa bütün millət şəhid olarıq.
Adnan Oktar