-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Gənclərlə apardığımız küçə müsahibələrində eqoistliyin böyük nisbətdə aradan qalxdığını, mövhumatçılığa qapalı, Allaha iman gətirən, Quran müsəlmanlığını qəbul edən, ziyalı, mehriban, sevgi dolu, gözəlliyi və keyfiyyəti axtaran bir nəsil yetişdiyini görürük. Bu, mehdiyyətin təsirini, Allahın lütfünü bizə göstərir. Mehdiyyətə hekayə nəzəri ilə baxanların mübarizələrinə baxmayaraq, öz düşüncələrinə sahib bir nəsil yetişdirə bilmədiklərini, ənənəçi, içinə qapanıq bir nəsil yetişmədiyini görürük. Tam əksinə çox müsbət, ziyalı, həyat dolu, Allahı çox sevən, dindar, şən, üfüqü geniş bir nəsil yetişdiyini görürük.
Adnan Oktar
Gənclərin zehninin açılacağı şən mühitlər olması əhəmiyyətlidir. Gecə-gündüz dərs çalış, evə gəl internetə bax, bir az televizora bax, səhər qalx təkrar avtobus növbəsinə gir, gənclərin sevincini əlindən alan həyat olmamalıdır. Əyləncə gənclərin zehnini açan gözəllikdir. Gənclər dost olmalıdır, yoldaş olmalıdır, yaxşılığı, keyfiyyəti görməlidir, gözəl şeylər görməlidir, dolu-dolu yaşamalıdır. Bunlar hökmən pul tələb edən şeylər deyil, qəlb işidir bunlar. Əyləncə ruhun qidasıdır. Əyləncə, sevinc, fəallıq, sevgi olmadığı zaman gənclərin zehinləri qapanar, dəriləri və sağlamlıqları da pozular. Gənclərin əylənməsi, gülməsi, fəal, şən olması milli məsələ olaraq müzakirə olunmalıdır.
Adnan Oktar
Gənclər üçün etibarlı əyləncə yerləri olmalıdır. Gənclər hara addım atsalar qorxu və narahatlıq yaşayırlar. Xüsusilə gənc qızların hüzur, güvən içində gedə biləcəyi yerlər olması əhəmiyyətlidir. Gənc qız; "ata mən bu yerə əylənməyə gedirəm" dediyi zaman, o yerdə namusunun, ləyaqətinin, şərəfinin, sağlamlığının güvəndə olduğuna əmin olunacaq yerlər olmalıdır. Sanki əmisinin, babasının evinə getmiş kimi güvənlə əylənə biləcəyi yerlər olmalıdır. Keyfiyyətli musiqi, sağlam qidalar, şən mühit və böyük təhlükəsizlik təmin olunmalıdır. Gənclər güvən içində bir-biri ilə tanış olar, söhbət edər, fikir mübadiləsi apararlar. Hazırda gənclər əyləncə məkanına getdiyi zaman insanlar cəsarətlərinə təəccüblənib; "gecə filan yerə gedib" deyirlər. Çünki əyləncə məkanlarının çoxu qapısında silahla insan vurulan, içəridə qadınların narahat edildiyi yerlər halına gəlib.
Adnan Oktar
Gənclər bir-birinin dininə, imanına üstünlük verməlidir. İnsanın axirətini düşünməmək həm məntiqsizdir, həm də vicdana uyğun deyil. İnsanın axirətini düşünmürsənsə, 5-10 il sonra o yaşlandığı zaman nə olacaq? Ölüb gedəcək, yox olacaq deyə düşünürsənsə, onsuz da sevə bilməzsən, ət-sümük sevilməz. Əgər qarşındakının ruhuna, dininə, imanına əhəmiyyət versən, onun axirətdəki gələcəyini düşünməsən, hörmət göstərməsən o zaman nəyi sevirsən? Axirətini düşünərək hərəkət etsən, o zaman Allah sevgini çox gözəl yaşadar.
Adnan Oktar