HARUN YƏHYA
AZ
Turkish / Türkçe
Azerbaijani / Azərbaycanca
English
French / Français
Russian / Русский
German / Deutsch
Serbian / Srpski / Српски
Portuguese / Português
Spanish / Español
Malay / Bahasa Melayu
Dutch / Nederlands
Italian / Italiano
Persian / فارسی
Uighur / ئۇيغۇرچە
Polish / Polski
Urdu /اردو
Albanian / Shqip
Arabic / العربية
Bulgarian / Български
Chinese / 古文
Indonesian / Bahasa Indonesia
Bosnian / Bosanski
Danish / Dansk
Hausa / هَوُسَا
Hungarian / Magyar
Bengali / বাংলা
Thai / ภาษาไทย
Czech / Čeština
Finnish / Suomi
Swedish / Svenska
Hebrew / עברית
Uzbek / O'zbekcha
Burmese
Malayalam / മലയാളം
Swahili / Kiswahili
Japanese / 日本語
Tamil / தமிழ்
Georgian / ქართული
Amharic / አማርኛ
Romanian / Română
Greek / Ελληνικά
Kazakh / Қазақша
Hindi / हिन्दी
Dhivehi / ދިވެހި
Croatian / Hrvatski
Igbo
Macedonian / Македонски
Pushto / پښتو
Sindhi / سنڌي ، सिन्ध
Sinhala / සිංහල
Telugu / తెలుగు
Tamazight / Berberi
Tagalog / Pilipinas
Norwegian / Norsk (Bokmål)
Kyrghyz / Кыргызча
Tatar / Татарча
Maranao
Yorùbá
Crimean Tatar / Qırımtatarca
Balochi
Kurdí
Somali
Ana Səhifə
Bütün Əsərlər
Videolar
Kitablar
Menü
ESC
Bütün Əsərlər
Əvvəldən axıra
Axırdan əvvələ
A-dan Z-yə
Z-dən A-ya
İxtiyari
Sıralamadan çıxın
ERER SEÇİN
Bütün Əsərlər
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
KATEQORİYA SEÇİN
Sənədli Filmlər
Axırzaman Və Qiyamət
Təkamül Nəzəriyyəsinin Süqutu
İman Həqiqətləri Və Yaradılış Möcüzələri
Peyğəmbərlər Tarixi
Türk-İslam Birliyi
İslam Və Başqa Dinlər
Maddənin Ardındakı Sirr
Dünyadan Əks-Səda
Daxilimizdəki Möcüzələr
Təkamülçülərin Etirafları - Video
Beynəlxalq Media
Həmçinin Bilməlisiniz
Beynəlxalq Konfranslar
Alimlər Yaradılış Haqqında Danışırlar
15 iyul dövlət çevrilişi cəhdi
PKK-PYD
Təkamül Üçün Nə Dedilər?
Canlı Söhbətlər - Parça
Möcüzəvi Elm
Ya Olmasaydı?
Sevgi Dili
Maraqlandığınız Mövzular
Gizli Təhlükə
Düşündürən Həqiqətlər
Trayektoriya
Nə Baş Verdi?
Görünməyən Dünya
Elm Yolunda
Dünya Liderləri Sülh, Din Və Siyasət Haqqında Nə Deyir?
Dünyanın hər yerindən əks-sədalar
Paytaxt Təcrübəsi
Bütün Dünya Türk-İslam Birliyi Istəyir
Yaratılış Müzesi
Harun Yəhya Tərəfindən Yeni Izahlar
Serap Akıncıoğlu Ilə Nura Yönəliş
Həyatdan Portretlər
İslamın Qışı Və Gözlənilən Baharı
Baxış Bucağı
Gözəllik Dini İslam
Adnan Oktarın Söhbətlərindən Başlıqlar
Sənədli Filmlərdən Seçilmiş Bölmələr
Adnan Oktar Nə Demişdi Nə Oldu - Video
Canlıların Dünyası
Serap Akıncıoğlu Və Gülay Pınarbaşı Ilə Söhbətlər
Yaradılış Sübutları
Birlik Zamanı
Həyata Dair
Bədənimizdəki Ayələr
Həqiqətə Qayıdış
İctimai Müsahibələr
Qısa Filmlər - Mütləq Baxın
Qısa Izahat Filmləri
Dünyada Dinə Qayıdış Videoları
Ailələr Hörmətli Adnan Oktar Üçün Nə Dedilər?
Ramazan ayı üçün xüsusi
Digər Söhbət Proqramları
Fəcr-I Sadiq, Risalə-I Nurdan Hikmətlər
Adnan Oktar Nə Demişdi, Nə Oldu
Mübarək Şəhər İstanbul
Rumilik
Uşaqlar Üçün
Həqiqi Atatürkçülük
Suriya üçün bir həll yolu
Peyğəmbərlər
Sevimli Heyvanlar
Fosil Ovçusu
Ədalətli Mühakimə
Qadınlar
Xurafat
İkiüzlülər
A9 Üçün Nə Dedilər?
Xoş Söhbətlər
Canlı Söhbətlər
Sual və Cavab
Adnan Oktarın Qonaqları
Adnan Oktarın Söhbətlərindən Seçilmiş Bölmələr
Adnan Oktarın Söhbət Proqramları
Gözəl Mövzular
Tarix, Siyasət Və Strategiya
Quran Əxlaqı Və Təfəkkür
Fosil Sərgiləri
Sevgi
Allah var
Qısa
Tapılmadı
Bütün Əsərlər
Allahın orduları
Sitat
Allah Qəhrəmanmaraş şəhidlərimizin şəhadətini mübarək etsin. Allah bizlərə də o igidlərin gözəl mövqeyini nəsib etsin.
Adnan Oktar
Sitat
Hər an Allah ilə birlikdə hərəkət etmək lazımdır. İnsanların ən böyük bəlası Allaha güvənməkdə şübhəyə düşmələridir. İnsanların bəzisi mənfəətlərinə zidd düşəndə Allahı buraxmaq meylində olar. Əksinə bəla, dərd gələndə Allaha daha güclü sarılmaq lazımdır. Allah onsuz da o hikmətlə bəlanı verər. O zaman bütün yollar o insana açılar.
Adnan Oktar
Sitat
İnsan özünün və qarşısındakının Allahın ruhu olduğunu bilərsə və Allahın ruhunu sevdiyini bilərək sevsə, Allah böyük sevgi meydana gətirər. Amma sevdiyini bütləşdirərsə, o büt onu boğar.
Adnan Oktar
Sitat
Münafiqlər cəhənnəmin ən dibindədir. Münafiqlər o qədər alçaq və xaindir ki, Allah cəhənnəm əhlini belə münafiqlərlə axirətdə danışmasına icazə vermir. Münafiqlər cəhənnəm quyusunun ən dibində sonsuza qədər qalacaqlar.
Adnan Oktar
Sitat
Müsəlman suyun üstündə yeriyən adam kimidir. Allah ilə candan əlaqəsini kəsdiyində, o su onu həmən udar. Qəflətin içində boğulmamaq üçün Allah ilə yaxın, candan əlaqəsini heç vaxt kəsməyəcək.
Adnan Oktar
Sitat
Allah ilə əlaqə aramsız diqqətlə davam edərsə, Allah o insanı gözəl yaşadar və xoşbəxt edər.
Adnan Oktar
Sitat
Sevgini yaşaya bilmək üçün əvvəlcə dərin ağılla Allaha heyran olmaq, Allaha dərin sevgidən qaynaqlanan dərin ehtiras və dərin Allah qorxusu lazımdır. O zaman insan özünü də sevər, insanları da sevər.
Adnan Oktar
Sitat
Qadının baxışları çox əhəmiyyətlidir. Qadının gözündəki dəli ehtiras insanın ruhunu əridən zəhmli gücdür. Qadın, heç nəyə neqativ yaxınlaşmayanda, diqqəti dağılmadan ehtirası yaşayar. Allah o qadında olduqca böyük təsir edicilik meydana gətirər və o təsir edicilik, ömrü boyu davam edər. Allah mömin qadınlara bu cür böyük güc vermişdir.
Adnan Oktar
Sitat
Dindar olmaq Allahı çox yaxşı görmək, çox yaxşı anlamaqdır. Allahın böyüklüyünü çox yaxşı qavrasan, ən dindar sən olarsan. Dindar olmaq özünə əziyyət etmək deyil. Dindar olduğunda, Allah o insana həyatı gözəlləşdirər və asanlaşdırar.
Adnan Oktar
Sitat
Kölgə Allahın sənətidir. Allah "əvvəl kölgəni yaratdım, sonra işığı yaratdım" deyir. Bu, çox böyük möcüzədir. Kölgə şüurlu varlıqdır. Bütün kainatda həmişə hərəkət halındadır. Çöldə Günəş var deyirik amma çöldəki Günəş qapqara qaranlıqdır. İşıq beynimizdə şərh olaraq meydana gəlir. O zaman kölgə işıqdan ayrı olaraq xüsusi yaradılır.
Adnan Oktar
Sitat
Allah ilə həmişə əlaqədə olmaq, imanın güclü olması, Allahı çox sevmək, Allah qorxusunun həqiqi mənada təcəlli etməsi, bir insanın ən çox istəyəcəyi şeylərdir. İnsan bu gözəllikləri istəyəndə, Allah mütləq o duanı qəbul edər.
Adnan Oktar
Sitat
Kim Allahı çox sevsə, Allah o insanı çox sevər. Allah ən təqva qulunu sevər dediklərində ağıllarına əlində təsbeh olan saqqallı əmi gəlir. Ən təqva olan sevgini ən çox yaşayandır. Allahı ən çox sevəni, Allah da ən çox sevər.
Adnan Oktar
Sitat
Mömin gücü Allahdan alar. Mən bu mövzuda güclüyəm deyən insanı, Allah qorusun, Allah elə o mövzuda əzər. Mən zəifəm demək də özünü bütləşdirmə olur. Güc Allahın deyil? Allahdan istəsən Allah səni son dərəcə güclü hala gətirər. Utancaqdır, Allahdan istəyər Allah onu cəsur edər. Narahatlıqları vardır, Allaha sığınar, Allah bütün narahatlıqlarını ortadan qaldırar. Mömin bütün gücün qüvvətin Allahdan olduğunu bilərək, yalnız Allaha güvənər.
Adnan Oktar
Sitat
Mehdiyyət dövrü savabın əziyyət cəhətdən ən çox azaldığı amma Allah eşqi və iman yüksəkliyi cəhətdən ən çox artdığı dövrdür. Çünki Mehdiyyətin tam yaşandığı dövrdə hər şey rahat olacaq. Dəccal olmayacaq, münafiq olmayacaq, bəlalar, dərdlər olmayacaq. Amma rahatlıq, dostluq, qardaşlıq göylərə çıxacaq. İnsanlar nemətlərin sevincindən havalara uçacaqlar. Bu səbəbdən Mehdi dövründə savab əziyyət cəhətdən az olacaq amma insanlardakı Allah sevgisi çox yüksək olacaq, Aynəl-yaxın çox yüksək iman meydana gələcək. İnsanlar əziyyətə görə deyil, iman yüksəkliyindən, Allah eşqinin yüksəkliyindən çox savab alacaqlar. Tarixdə görülməmiş dərəcədə yüksək Allah eşqi olacaq dünyada. Savabın əziyyət cəhətdən ən çox yüksəldiyi dövr isə Hz. İsa və Hz. Mehdi vəfat etdikdən sonra, yəni 1542-ci ildən sonra olacaq. O dövrdə İslam aləmində artıq pozulma başlayacaq. Dözümü mümkün olmayan həyat olacaq. Çox çətin imtahanlar olacaq. Amma savabı da əziyyət cəhətdən bir o qədər çox olacaq inşaAllah.
Adnan Oktar
Sitat
Bəzi insanlar ölü olaraq var edilmişdir. Onlar hesab gününü düşünməz. Allah bir çox ayədə, "onlar ölüdürlər, siz onları diri zənn edirsiniz, onlar iman etmir deyə heyrətlənməyin" deyə bildirir. Allah o insanları xüsusi olaraq, imtahan olaraq yaradır.
Adnan Oktar
Sitat
Allah igidlərimizin şəhadətini qəbul etsin. Ailələrinə gözəl səbir nəsib etsin. Nə gözəl məqamları var, Allah bizə də o gözəl məqamı versin.
Adnan Oktar
Sitat
Allaha güvənən, təslim olan insan şirkə girməz. Xəstə insan əgər; "mən indi həkimə gedəcəyəm, mənə dərman verəcək o dərman məni sağaldacaq" desə şirkə girmiş olar. "Həkimə gedəcəyəm, verdiyi dərmanı Allah vəsilə edəcək və Allah istəsə sağalacağam" deməsi lazımdır.
Adnan Oktar
Sitat
Şeytan dini çətinləşdirmək istəyər. Lakin Allah dini asan etmişdir. Allah ayələrində; "Allah sizin üçün asanlıq istəyər, çətinlik istəməz" (Bəqərə Surəsi, 185). “Həmçinin səni asan olan üçün müvəffəq edəcəyik (Əla surəsi)". "O sizi seçmiş və din məsələsində sizə heç bir çətinlik yükləməmişdir, atanız İbrahimin dinində olduğu kimi" deyə bildirir (Həcc surəsi, 78).
Adnan Oktar
Sitat
Vəfa, dostunu, yoldaşını heç bir şəraitdə tərk etməməkdir. Məsələn, sevdiyin insanın beldən aşağı nahiyəsi iflic olar. O insana 50 il vəfa göstərməlisən, 50 il özünə baxan kimi ona baxmalısan. Gecə-gündüz çalışmalısan, o pulu ona xərcləməlisən, könlünü almalısan, ən əsası onu xoşbəxt etməyə çalışmalısan. Sən ona kömək etməsən, Allah sənə niyə kömək etsin? Sən ona vəfa göstərməsən Allah sənə niyə vəfa göstərsin?
Adnan Oktar
Sitat
Münafiqin ən bariz xüsusiyyəti nursuzluğudur. Heç kim onların yanına yaxınlaşmaz, tək bir dostları belə olmaz. Hər zaman təkdirlər. Allah onları zəlil yaratmışdır. Kimə və hara hücum edəcəklərini bilməzlər. Cəhənnəmə doğru yaxınlaşarkən alçaldılmağın şiddətindən həmişə anormal rəftarlar göstərərlər. Allah onları geri dönə bilməyəcəkləri bir həddə gətirər. Əməlləri az olsa cəhənnəmdəki hökmləri də az olar, buna görə də, Allah onlara mallar, imkanlar və zaman verər. Onlar da bütün imkan və zamanlarını müsəlmanlarla mübarizə aparmağa sərf edərlər. Günah yükləri və cəhənnəmə yaxınlaşma məsafələri beləliklə artar. Allah yetərli görəndə canlarını alar və cəhənnəmin ən dibinə atar. Allah ayəsində; "Mələkləri, onların üzlərinə və arxalarına vuraraq: "Yandırıcı əzabı dadın" deyə o inkar edənlərin canlarını alarkən görməlisən" deyə bildirir (Ənfal surəsi, 50).
Adnan Oktar
Sitat
Mütləq Allahın lehinə düşünən və Allah ilə həmişə əlaqədə olan insana bütün qapılar həmişə açılar. Qapıların açılmasını insanların çoxu görə bilməz. Bu da o insana Allahın qoruması, lütfüdür.
Adnan Oktar
Sitat
Allah gözəl günləri yaxınlaşdırsın, dünyaya sülh hakim olsun. Allah sevgisindən hər yerdə bəhs edilsin. Allah bizi o mübarək günlərə qovuşdursun.
Adnan Oktar
Sitat
İnsan bədəni Allah ilə əlaqəyə görə yaradılmışdır. İnsan necə ki, susuz qaldığı zaman pərişan olursa, Allah ilə əlaqəsi kəsildiyi zaman da bütün hüceyrələr xəstələnər. O zaman bədən ölmək istəyər. Allahdan qopan hər bədən tezliklə ölmək istəyər, Allah qorusun. Allah yaşama səbəbidir. Sən yaşama səbəbini aradan qaldırsan depressiyadan xilas ola bilməzsən.
Adnan Oktar
Sitat
Hər insanın içində mənfi cəhət var. Allah ilə əlaqəni kəsib bu mənfi auranın təsirinə təslim olurlar. Özlərini buna təslim etdikləri zaman isə bədbəxtlik hakim olur. İçimdə səbəbsiz qorxu var deyir, melanxoliya hiss edir. Halbuki bunlar Allahdan uzaq olduğu üçün yaşadığı hislərdir, Allaha qayıtsa bitəcək şeylərdir. Bunu anlamırlar. Allah ilə əlaqədə qayğıkeş və hörmətkar diqqət lazımdır. O zaman Allah o insanı təbii axarında gözəl yaşadar. Allah ilə əlaqə yaratdığı üçün insan birdən cənnət bağçasına düşmüş kimi olmaz, lakin imtahanın tələbi olaraq Allah onu rahat yaşadar.
Adnan Oktar
Sitat
Allah ilə əlaqə olmadan, Allahı eşqlə sevmədən, Allaha tam təslim olmadan, həyatı gözəl yaşamaqdan söz gedə bilməz. Allah qullarını diqqətlə izləyər. Allahın qullarına verdiyi nemətlər, qullarının Ona duyduğu sevgi ilə düz mütənasibdir. İnsanlar Allaha nə qədər dərin sevgi bəsləsələr, Allah da insanlara o qədər çox nemət nəsib edər.
Adnan Oktar
Sitat
Münafiqin hər halı Allah tərəfindən əhatə edilmişdir. Allah münafiqə dünyada tələ qurar. Bu tələ, möminlər üçün cənnət nemətidir. Allah təkcə dənizlə, düzənliklə, gözəlliklə nemət təqdim etməz. İgidliklə də nemət təqdim edər. Münafiqə tələ qurar, bu da nemətdir. Bu tələ belədir: Allah əvvəlcə münafiqi alar möminlərin arasına gətirər, gəncliyini burada keçirtdirər. Münafiq 20 ilə 40 yaş arasını müsəlmanların arasında keçirdər. Bütün maddi və mənəvi həyatını İslam üçün keçirmiş olar. Müsəlmanlardan ayrılanda onu geri almaq istəyər, lakin geri almaq imkanı artıq yoxdur. Allah bütün gəncliklərini əllərindən almışdır. Allah bəsirətini bağlayıb 10-20 il xidmət etdirər, sonra münafiq var-dövlət və nüfuz hərisliyinə qapılar. Allah münafiqə bol miqdarda var-dövlət və məqam verər. Professorluq, tacirlik, zənginlik verər. Lakin yaşı 40-50-yə çatmışdır. Türkiyədə orta yaş 65-dir. Allah münafiqə nə qədər müddət vermiş olur, ən çox 10-15 il. Münafiq malı dəli kimi yığmışdır, o malı yeməsi üçün çox ömrə ehtiyacı vardır, lakin o ömür əlində yoxdur. Yaxtanı almışdır, mənzilləri almışdır, mallarını toplamışdır, arxada qoyulacaq kimi deyil, çox şey toplamışdır, lakin edam fərmanı da Allah tərəfindən verilmişdir. Hər dəqiqə ölümə getdiyini bilər. 15 il, 14 il, 13 il, hər keçən ilin tik-tak, tik-tak deyə səsləri qulağına gəldikcə münafiq dəli olar. Lakin edə biləcəyi heç nə də yoxdur. Sonunda da; "gəl biz səni alaq" deyər ölüm mələkləri və ağzını, burnunu qıraraq canını alar. Münafiqin bütün zəhməti isə burada qalar. Münafiq malını yeyə bilməz. Evləri, avtomobilləri, ləl-cəvahiratları, paltarları hər şeyi geridə qalar. Lakin ən əhəmiyyətlisi müsəlmanlara xidmət edib qoyduqları qalar. Münafiqin əlində təkcə o malı əldə etmək üçün süründüyü iyrənc həyat və sonda da əzab vardır. Müsəlmanda isə ömür uzun olar. Müsəlmanda mal yığma olmadığı üçün, həmin anda o malın haqqını verər. Mömin həris olmadığı üçün dünyanı həmişə gözəl yaşayar. Mömin təvəkküllə çox sakit, Allahın verdiyi bərəkətlə çox yaxşı yaşayar. Münafiq isə eşşək kimi hərisliklə çalışar, lakin çalışdıqca çökər, çünki o hərislik onu çökdürər. "Liviyanın dörddə biri mənimdir, Tunisin yarısı mənimdir" deyə özünü aldatmağa çalışar, lakin əlində o malı yeyəcək gənclik qalmamışdır. Gəncliyi möminlərə xidmətlə keçmişdir. Üstəlik, o malı əldə etməyə çalışarkən yaşadığı hərislik, ruh və bədən sağlamlığını da tamamilə pozar, çökdürər və çürüdər. Münafiq ömrü boyu çalışar, lakin hamısı boşa gedər. Bu, Allahın münafiqə ən böyük tələsidir. Dolayısilə münafiqlər axmaqlıqlarına doymasınlar. Sürünürlər sürünməyə davam edəcəklər, möminlər də kef içində yaşamağa davam edəcəklər.
Adnan Oktar
Sitat
Cənnətə hazırlıq üçün maddənin əsli həqiqətini düşünmək əhəmiyyətlidir. Telefonun zəngini açırıq sevdiyimiz telefonun içində yaradılır. Əslində bu, çox böyük möcüzədir. Lakin insanlar səbəblərə o qədər qapılmış vəziyyətdədir ki, bu tərəfini elə də düşünmürlər. Allah istəsə o insanı həmin anda qarşında da yaradar. Ekranda yazılar olur, qarşıda biri yazır deyə düşünürlər. Hər hərfi Allah yazır. Dünyada bu təsvir sistemini yaxşı dərk edən insan cənnətdə yaradılışın necə olacağını daha yaxşı anlayar.
Adnan Oktar
Sitat
Bir insan dindardırsa, həmişə Allah ilə əlaqədədirsə, əsas xarakteri Allah sevgisinə əsaslanırsa o insana Allah çox gözəl dostluqlar nəsib edər. Allah ilə əlaqəni kəssən həmişə tərslik, gərginlik və narahatlıq olar. Hər kəsi Allahın təcəllisi olaraq sevsən, o zaman həmişə gözəllik, yaxşılıq, dostluq qazanarsan.
Adnan Oktar
Sitat
Allah insana tövbə ilham edirsə, o tövbəni qəbul edər. Mömin hər zaman Allahdan rəhmət gözləməlidir, Allahın özünə gözəl qarşılıq verəcəyini ümid edəcək.
Adnan Oktar
Sitat
Qadınlara, onlardan istifadə etmək üçün yanaşmaq olmaz. Qoruma hissi ilə yanaşmaq lazımdır. Qadının imanını, sevincini, iffətini, şərəfini, sağlamlığını, xoşbəxtliyini qorumaq məqsədi ilə yaxınlaşmalısan. O zaman qadın sənə güvənər. Hər yerdə qadınları qorumaq lazımdır. Qadınlar körpə, gözəl çiçək kimidir, çox qayğı ilə yanaşsan Allah sənə onların sevgisini və hörmətini nəsib edər.
Adnan Oktar
Sitat
Allahın bəndəsini sevdiyini göstərən xüsusi sirr sistemi var. O qulunun xeyir yolunda etmək istədiklərinin hamısına qapını açar. Biz dünya səviyyəsində təbliğ etmək istəyirdik, Allah bu əsrdə interneti yaratdı, oturduğumuz yerdən bütün dünyaya təbliğ edirik. Allahdan sevgini istədik, Allah sevəcəyimiz insanlar yaratdı. Mənim sevgimdə və dostlarımın mənə olan sevgisində təcəlli edən Allah sevgisidir. Mehdiyyətdən bəhs etmək istədik, Allah yerdə və göydə 600 əlamət yaratdı. Peyğəmbərin sözünün haqq olduğunu göstərdi. Sırf mehdiyyətə dəstək olsun deyə, cüt quyruqlu ulduz Lulini, ondan əvvəl Halleyi yaratdı. Tam Mehdinin zühur etdiyi ildə Ramazan ayında Ay və Günəş tutulması yaratdı, bunların hamısı Allahın xüsusi dəstəyidir.
Adnan Oktar
Sitat
Mömin imanı ilə mütənasib olaraq dəccalların, münafiqlərin, küfr əhlinin hücumlarına məruz qalar. Hücuma məruz qalmırsa bir xəstəlik var deməkdir, Allah qorusun. Nə qədər çox hücuma məruz qalırsa o qədər güclənər və inkişaf edər.
Adnan Oktar
Sitat
Qadın gözəlliyini qayğı və heyrətlə təqdir etmək lazımdır. Hər şeyinə qayğı göstərmək lazımdır. Sağlamlığına, sevincinə, hüzuruna və ən çox imanına. Allah qorusun imanına zərər gəlsə o qadının həyat damarını kəsmiş olarsan.
Adnan Oktar
Sitat
İnsanın Allaha nə qədər sevgisi vardırsa, Allah onu o qədər sevər. İnsan Allah ilə nə qədər maraqlanırsa, Allah onunla o qədər maraqlanar.
Adnan Oktar
Sitat
Şirk Allaha qarşı hörmətə heç yaraşmayan rəftardır. Hər şeyi edən Allah olduğu halda, heç bir gücü olmayan varlıqlara güvənmək çox böyük ağılsızlıqdır. Allah şirkin qarşılığını dərhal verər və insanı o büt qəbul etdiyi şeylə əzər, o bütü insan üçün mütləq bəlaya dönər.
Adnan Oktar
Sitat
Allah sevgisini biləni sevmək lazımdır. Büt sevən olsa, o fəlakət və əzaba dönər, Allah şirkdən mütləq intiqam alar. Dindarcasına, Allahı çox sevərək, Allahdan çox qorxaraq hərəkət etsən ehtirasın, eşqin qapısı açılar. Ehtirasın qapısı təkcə möminlərə açılar. Ehtirasdan alınan zövqün şiddəti insanın ağlı, imanı, Allaha yaxınlığı dərəcəsində artar.
Adnan Oktar
Sitat
İnsan Allahı dost olaraq sevməli və güvənməlidir. Allahı sirdaş tutmalıdır. Allahın onun sirlərini bildiyini bilməlidir, o da Allahın sirlərinə qısqanc olmalı, gizlətməlidir. Allaha həqiqi dost olmalıdır. Ən çətin vəziyyətdə, ən çıxılmaz vəziyyətdə qaldığı anda belə Allahı tərk etməməlidir. Allaha sədaqəti mükəmməl olmalıdır. O zaman Allah o insana dostlar, yoldaşlar şəklində sevgi kimi təcəlli edər, Allah onu təcəllilərinə sevdirər, sədaqət və vəfa göstərdər. Lakin insan Allaha qarşı sədaqət və vəfa göstərməsə, o zaman o təcəllilər bir anda onunla mübarizə aparan təsvirlərə çevrilər. Allah, Özü ilə mübarizə aparıldığı zaman, qullarını o insana müsəllət edər.
Adnan Oktar
Sitat
Allah həmişə insanlarla birlikdədir. Hamımız Allahın ruhunu daşıyırıq. Allah bizə eşqi, ehtirası öyrədir. Allahın ən sevdiyi eşq və ehtirasdır. Allah eşqi və ehtirası əbədiyyən yaşamağımızı istəyir. Allahın bizi yaratmaqdakı əsas məqsədi budur. Eşqin içində mərdlik, fədakarlıq, səxavət, səbir, bağışlayıcılıq, təmizlik, nəzakət, mədəniyyətli və ədəbli olmaq, pak insan olmaq kimi çox müxtəlif zənginliklər var. Allah çox zəngin, böyük ruhun üzərinə hakim edir bu sevgi və eşqi. O zaman həyat məna qazanır.
Adnan Oktar
Sitat
Qadına Allah qorusun darvinist məntiqlə təkcə ət və sümük gözü ilə baxılsa, mənfəət əldə etmə istəyi ilə yanaşılsa, həqiqi sevgi və hörmət yaranmaz. Lakin qadın Allah qorxusu və Allah sevgisi ilə Allahın gözəl təcəllisi olaraq sevilsə, o zaman Allah əbədi sevgiyə açılan Allah sevgisini qadının qəlbinə yerləşdirər. İnsan sevdiyi və dəyər verdiyi qadında Allah eşqini sonsuz təcəlli olaraq tapar. Sonsuz sevgidə də heç vaxt azalma və tükənmə olmaz. Qadına Allah üçün hörmət edilsə, bu Allaha qarşı ibadət hökmündə olar. Allahın təcəllisi olaraq görüb qadına hörmət edilsə, Allaha qarşı hörmət edilmiş olar. Qadına Allahın təcəllisi olaraq sevgi, şəfqət bəslənilməsi, mərhəmət edilməsi həmişə ibadət hökmündə sayılar.
Adnan Oktar
Sitat
Mömin Allahın bütün isimlərinin özü üzərində təcəlli etməsi üçün dua edər. O zaman insanda nur yaranar. Səmimi olunduqda, dürüst olunduqda, Allaha tam özünü təslim etdikdə, Allah nurunu o mömində təcəlli etdirər.
Adnan Oktar
Sitat
Mənim tək məqsədim Allahın rizasıdır. Allahın məni sevməsini istəyirəm. Allahın məni sevməsi üçün yaşayıram. Allahın məni sevməsi mənə kifayət edər, o zaman bütün kainatı doyunca sevər, sevgini güclü yaşayarsan. Müsəlman, Allah məni sevir mi? deyə şübhə etməz, Allah mömini sevər. Müsəlman Allahın sevgisini itirməkdən qorxaraq, ehtiramlı qorxu içində yaşayar.
Adnan Oktar
Sitat
Vicdan fasiləsiz davam edən vəhyin adıdır. Allah hər saniyə möminə nə etməsinin lazım olduğunu vəhy edər. O vəhyə könlü yaxşı bağlamaq lazımdır. Eşidilməyən, görünməyən vəhy olsa, insan üçün itki olar. Heç bir vəhyi unutmamaq, görməzlikdən gəlməmək lazımdır. Bu olsa, o insan hər şeyi qazanmış olar.
Adnan Oktar
Sitat
İnsanın tövsiyəyə, tənqidə açıq olması ağıllı olduğunu göstərər. Hər tənqidi Allah edər. Mömin tənqidi fürsət və nemət olaraq görməlidir. Qarşısındakını bütləşdirəndə o insana qəzəblənir, halbuki onu danışdıran da, tənqid edən də Allahdır. Mömin hər tənqiddən faydalanmalıdır.
Adnan Oktar
Sitat
Hz. Musanı yaradan Allah eyni anda Fironu yaradır. İkisinə də gücü verən Allahdır. Heç kəs Allahın əmrindən kənara çıxa bilməz. Bu tarixdə o münafiq bu hərəkətləri edəcək deyir Allah, münafiq bunu eynilə edər. Kənara çıxa bilməz.
Adnan Oktar
Sitat
Quran kafi deyildir demək, haşa Allahın ağlını və əxlaqını anlamamaqdan irəli gəlir. Haşa Allah unutdu, Allah bilmir, Peyğəmbər bilir deyirlər. Allah sonsuz mərhəmət, sonsuz şəfqətdir, sonsuz ağıldır. Peyğəmbəri də yaradan Allahdır, Peyğəmbər Allahdan müstəqil deyil. Qurana qarşı gələn bu anlayış ucbatından Allah İslam aləminə rahatlıq və bərəkət vermir. Qurana tabe olduğumuz zaman asan din yaranır, belə olmaz deyirlər. Dini asan yaradan Allahdır. Asanlıq Allahdan rəhmətdir. Allahın yaratdığı dini haşa bəyənmirlər. Din çətin olmalıdır deyirlər. Din çətin olduğu zaman; “tabe olursanmı bəs?” deyirik, “yox o çətinliyə də tabe ola bilmərəm” deyirlər. Allah bu qeyri-səmimiliyin qarşılığını mütləq verər.
Adnan Oktar
Sitat
Allah sevgisini çətin əldə edilən bir şey kimi göstərmək olmaz. Allaha qarşı çox dürüst olmalısan, çox dürüst sevməlisən, özünü səmimi surətdə Ona təslim etməlisən. O zaman Allah səni sevər və çox sevilən insan edər.
Adnan Oktar
Sitat
Allah münafiqi müsəlmanlar ibrət alsınlar və əylənsinlər deyə xüsusi yaratmışdır. Ağlı alınmışdır, lakin içinə şeytanın zəkası yeridilmişdir. Ayədə; “danışdıqları zaman dinləyərsən” deyə bildirilir, lakin ağlagəlməz dərəcədə axmaqdır. Münafiq həyatı boyu it kimi alçaldılar, eşşək kimi çalışar, sonunda yarasa kimi səslər çıxardaraq qaçar. Geridə gəncliyini, həyatını, müsəlmanlara zənginliyi qoymuş olar. Axmaqlığını boynuna taxıb donuz kimi qaçar. Münafiq axmaqlığı, 20 il sınaqdan keçirilmiş təsdiqlənmiş, qeydiyyatdan keçmiş axmaqlıqdır. Allah münafiqin enerjisini, zəhmətini, həyatını, malını, hər şeyini alar möminlərə verər. Geriyə münafiqin fosili qalar, o fosildən də Allah möminləri xilas edər.
Adnan Oktar
Sitat
Dəliqanlıların gənc qızlara edəcəkləri ən böyük yaxşılıq güvən verməkdir. Qadınlar güvəni axtarmaqda çox haqlıdırlar. Onların canının, namusunun və xoşbəxt yaşamasının təminatını verməlisiniz. Lakin bunu demaqoqluqla deyil, səmimi Allah rizası üçün etməlisiniz. O zaman gənc qızlar çox rahat olarlar və sizinlə dost olmaqdan zövq alarlar.
Adnan Oktar
Sitat
Allah Özünü aşkar etməz. Allahın Özünü gizlətməsi Allahın sənətidir və İlahlığının mükəmməlliyidir. Allah Özünü 70 min pərdə ilə gizlədər, biz o pərdələri aça-aça Onu tapmalıyıq. Murdar insanların Allaha çata bilməməsi mömin üçün nemətdir. Dürüst, yaxşı, gözəl olanların Allaha çatması isə çox zövqlü yarışdır.
Adnan Oktar
Sitat
Şəhidlərimiz imtahanı ən gözəl şəkildə tamamlayıb cənnətə gedirlər. Allah onları çox sevir. Məqamları çox gözəldir. Allah bizə də o gözəl məqamı nəsib etsin.
Adnan Oktar
Sitat
Allah bizim eqoist olmamağımızın lazım olduğunu bildirir, eqoist olmadıqda minlərlə gözəllik yaranar. Özümüz üçün yaşamarıq, sevdiyimiz möminlər üçün yaşayarıq. Fədakar olarıq, həmişə sevdiklərimizə rahatlıq təmin edərik. Allah bizim mərhəmətli olmağımızı söyləyir, heç kəsə pislik etmərik, bağışlayan olarıq, beləliklə, zəncirvari şəkildə minlərlə gözəllik yaranar. Allah ümumi qayda qoyar, o qayda yüz minlərlə məsələni əhatə edər və nəticəsində də bir çox gözəllik, rahatlıq yaranar.
Adnan Oktar
Sitat
Çətinliklə qarşılaşan insan əvvəlcə şirkdən təmizlənib Allaha sığınmalıdır. Çətinliyi Allahın yaratdığını bilsən, "Allah yaratdı, Allah həll edəcək, Allah lazım olanı edəcək, xeyirlə bitəcək" desən, o çətinlik asanlığa dönər. Lakin özün çətinliklə mübarizə apardığını zənn etsən onun içində boğularsan.
Adnan Oktar
Sitat
İsa Məsihin gəlişinin əsas məqsədi xristianlığın hüsnü xətmidir. Allah o gözəl dində şirk qalmasını istəmir. İsəviliyin də, müsəlmanlığın da şirklə bitməsini istəmir Allah. Musəviliyi, xristianlığı və müsəlmanlığı həqiqi halına gətirib dünyaya hakim edib dünyanın ömrünü bitirmək istəyir.
Adnan Oktar
Sitat
İnsan Allahı çox sevsə, Qurana çox möhkəm sarılsa Allah ona seviləcək insan olaraq mütləq təcəlli edər. O insanın ətrafında seviləcək həqiqi dostlar yaradar. Mənim yanımda gözəl, sevilməyə layiq, etibarlı insanlar yaratması Allahın lütfüdür. Biz Allah yolunda səmimiyyətlə səy göstərdikcə, Allah nemətini artıraraq gözəllik lütf edir.
Adnan Oktar
Sitat
Din asandır. Dinin gözəlliyi asan olmasındadır. İnsanlar dinin mütləq çətin olmasının lazım olduğunu düşünürlər. Halbuki Allah Quranda; "Allah sizə çətinlik istəməz, asanlıq istəyər" deyə buyurur. O zaman asanlığın içində axtaracağıq. Səmimi olmaq dinin əsasıdır. Hər şeyə müsbət baxmalısan, hər şeyin Allahdan gəldiyini bilməlisən və mümkün qədər dürüst olmalısan. O zaman zehnin çox rahat olar.
Adnan Oktar
Sitat
Allah dinə lağ edilməsini haram buyurmuşdur. Bəzi ənənəçi hocalar isə dini mövzularda zarafatlar edərək xalqı öz aləmlərində əyləndirməyə çalışırlar. Allah dinə lağ edildiyini eşitdiyiniz zaman o mühitdə olmayın deyə buyurur. Dini məsələlərdə zarafat olmaz.
Adnan Oktar
Sitat
Fədakarlıq edən birini axmaq kimi görənin əsas özü axmaq və ağılsızdır. Fədakarlıq edən Allah üçün o nəcib rəftarı göstərər.
Adnan Oktar
Sitat
Allah hər sevənin köməkçisidir. Sevən sevgisini ifadə etmək istədikdə Allah o sevgini gözündən sevdiyi insanın qəlbinə axıdar.
Adnan Oktar
Sitat
Nə xoş şəhidlərimizə, Rəsulullah (s.ə.v) ilə cənnət süfrəsindədirlər. Allah bizə də o gözəl məqamı nəsib etsin inşaAllah.
Adnan Oktar
Sitat
Qız dostu olan biri onun hüzurunu, sevincini, yaxşılığını qorumaq üçün əlindən gələni etsə, onun namusuna, ləyaqətinə sahib çıxsa, o gənc qızın axirətini, imanını düşünsə, hörmət göstərsə, Allah o zaman çox gözəl sevgi təcəlli etdirər.
Adnan Oktar
Sitat
Qadın Allahın təcəllisidir, mübarək, möhtərəm varlıqdır, Allahın ruhunu daşıyar, onun axirətini, sağlamlığını, cənnətini düşünmək lazımdır. Bir kişi qadının ləyaqətini, şərəfini, namusunu, xoşbəxtliyini, sevincini düşünsə, Allah o kişini qadına sevdirər, yoxsa olmaz.
Adnan Oktar
Sitat
Ehtirasın yarana bilməsi üçün Allah sevgisi və Allah qorxusu olmalıdır. İnsan qarşısındakının şərəfini özününkündən daha üstün görərək qoruyursa və qiymətli daş kimi ona qayğı göstərirsə, o zaman ehtiras yaranar. Ət-sümük arxasınca gedən isə ehtirası yaşaya bilməz.
Adnan Oktar
Sitat
Allahı coşğu ilə sevənə, Allaha səmimi olana, Allahdan hörmətlə qorxana, Allah ən gözəl sevgini yaşadar. O sevgi ən möhkəm təmələ sahibdir.
Adnan Oktar
Sitat
Allahı sevərək Allahdan şübhə etmədən səmimi olaraq Quranı oxuyana Allah Quranı açar. Quran o zaman min bir rəngi ilə özünü göstərər.
Adnan Oktar
Sitat
Allah bəzən möminlərin arasına insan görünüşlü heyvanlar daxil edə bilər, o heyvan İslama xidmət edər. Sonra o heyvanı möminlərdən ayırar, o heyvan da tənha it kimi bəla içində yox olub gedər. Allah, münafiqin o son mərhələdəki murdarlığı ilə möminləri müsahib etməz.
Adnan Oktar
Sitat
Biz holoqram kimi təkcə Allahın göstərdiyi təsviri yaşayırıq. Əgər; "ey Rəbbim Səni çox sevirəm, mən heçəm, tək varlıq Sənsən. Hər yer Sənin gözəlliyindir, mən Sənin təcəllinə aşiqəm, mənə təcəlli et" desən Allah sənə hər cür gözəlliyi nəsib edər. Allaha nə qədər təslim olsan, o təsvirlər o qədər gözəlləşər. Allahın mövcudluğunu dərk edən üçün Allah hər cür gözəlliyi yaradar.
Adnan Oktar
Sitat
Allah 15 iyul şəhidlərimizin şəhadətini məqbul etsin, bizə də o gözəl şərəfi nəsib etsin. Qazilərimiz və şəhidlərimizlə qürur duyuruq.
Adnan Oktar
Sitat
Şəhidlərimizə Allah taledə ən gözəl məqamı nəsib etmişdir və vaxtı gəldikdə onları o gözəlliyə alır. Nə xoşbəxt onlara, məqamlarına qibtə edirik.
Adnan Oktar
Sitat
Bir insanın dünyaya dair heç bir hərisliyi yoxdursa və təkcə Allah üçün yaşayırsa, canı daxil olmaqla, hər şeyini Allahın verdiyini bilərək yaşayırsa, o insan ehtiraslı sevginin namizədidir. O insana Allah ehtiraslı sevgini yaşadar.
Adnan Oktar
Sitat
Allah üçün cani-könüldən, səmimi olaraq bir şeyi istəyən insana Allah o istədiyini mütləq nəsib edər.
Adnan Oktar
Sitat
İncəsənətdə nəhəng sıçrayış mehdiyyətlə olacaq. Çünki o dövrdə mənəvi inqilab olacaq, insanlar Allah sevgisi ilə yaşayacaqlar.
Adnan Oktar
Sitat
Bağışlayıcı olmaq mühüm ibadətdir. Allah o hadisəni bağışlamağın üçün xüsusi yaradır, o hadisə olduğu zaman bağışlama ibadətinin vaxtı gəlmişdir. Bağışlamağı bacarmayan insan cənnət əxlaqını almamış olar. Bağışlanılacaq hadisəni də, bağışlamağı da yaradan Allahdır.
Adnan Oktar
Sitat
Allah möminləri çətinliklərlə imtahan edər. Məsələn, mömin əzabla qarşılaşar, səbir edər o ona üstünlük qazandırar. Səbir yoxdursa, o insan dəyərli hala gələ bilməz.
Adnan Oktar
Sitat
Allah uğrunda əziyyət çəkirsən, sevgini göstərmiş olursan. Əziyyət çəkməsən, doymazsan. Sevirəm, amma əziyyət çəkməmişəm, bu olmaz. Leyli ilə Məcnun hadisəsində də əziyyət çəkdiyi üçün o sevgi bizim gözümüzdə gözəl olur. Allah uğrunda da əziyyət, ağrı-acı çəkiləndə gözəldir. Yoxsa, cəhd göstərmədən hər kəs sevər.
Adnan Oktar
Sitat
Cənab Allah Axırzamanı çətinliklə dolu yaratmış ki, savabı çox olsun. Bəla, müdaxilə nə qədər çox olsa savab, vəlilik o qədər yüksələr. Cənnət o qədər genişlənər.
Adnan Oktar
Sitat
Allah bizlərə İsa Məsihin o gözəl gözlərindən öpməyi nəsib etsin.
Adnan Oktar
Sitat
Darvinizmin etibarsızlığının izah edilməsi PKK üçün ən vacib nöqtədir. Bütünü əlindən alsan, o şirkdən xilas olsa adam Allah inancına dönər.
Adnan Oktar
Sitat
Allah qədərdə İslam Birliyinin yolunu açdı, səddini qaldırdı. Yəni o səddin yıxılması çox əhəmiyyətli idi. Cənab Allah o maneəni aradan qaldırdı. Daha əvvəldə maneə yaradan Allah idi.
Adnan Oktar
Sitat
Cənab Allah "Qədr gecəsi min aydan daha xeyirlidir" deyir. İsa Məsih də, bəlkə, Qədr gecəsində endi." O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrayıl) hər işə görə yerə enirlər. (Qədr surəsi, 3-4) deyir. Məsih də, deməli, Cənab Allahın icazəsi ilə Qədr gecəsində enəcək.
Adnan Oktar
Sitat
İxlas bir şeyi yalnız Allah rizası üçün etməkdir. Yəni insanların təqdiri üçün etsə o etdiyi tamamilə faydasız olar, itər. Saflıqla "Allah nə deyər?", "Allah bəyənərmi?", "Allah razı olarmı?", "Allah məmnun olarmı?" müsəlman bunları əsas götürəcək. Bunu unutmamaq lazımdır. İxlasın əsas xüsusiyyəti budur.
Adnan Oktar
Sitat
Xurafatçılar, dəccaliyyət hücum edir deyə müsəlman hüznə qapılmamalıdır. Nizam hiylə ilə qurularkən o nizamın qurulmasını Allah müəyyənləşdirir. Allah hikmətlə yaradır.
Adnan Oktar
Sitat
Bura əyləncə yeri, kazino deyil. İmtahan yeridir. İnsanlar burada əylənəcəyini zənn edirsə, o zaman çek-sənədlərlə məşğul olarıq, evlənərik, toy edərik, işimizdə, gücümüzdə olarıq. O zaman Allah rahatlıq verməz. Allah "Mən imtahan üçün yaratdım" deyir. Allah, anlamırlarsa anlayacaqları dildən izah edir.
Adnan Oktar
Sitat
Allah Duha surəsinin 8-ci ayəsində peyğəmbərimiz (s.ə.v)-ə belə buyurur: " Kasıb olduğun zaman səni varlandırmadımı? ". Peyğəmbərimiz (s.ə.v)-in zəngin olduğunu bildirir. Fanatiklər, haşa, "Yox, zəngin deyildi" deyirlər. Bu iddia Qurana uyğun deyil. Peyğəmbərimiz (s.ə.v) o dövrün ən zəngini idi.
Adnan Oktar
Sitat
Cənab Allah Türkiyəni İslam Birliyinə hazırlayır. Amma Cənab Allahın yaradılışı çox incədir. Cənabı Allah çox kompleks, təfsilatlı plan tətbiq edir. Hər planı yaradan da Allahdır. Cənab Allah addım-addım o yola doğru aparır.
Adnan Oktar
Sitat
Kobud, qalmaqal salan bəzi insanlar vardır. Elə insanlarda sevgi, dərinlik, Allah qorxusu, Allah sevgisi, şəfqət, mərhəmət, nəzakət, ədəb olmaz. Onlar küfr dəryasındakı insan kimi dalarlar. Onun içində o başdakılarla birlikdə yuyunar. Müsəlman bataqlığın içinə girməz.Çirkabın damcısını belə üzərinə sıçratmaz. Çox diqqətli olar .
Adnan Oktar
Sitat
Qarşı çıxan oldumu, savab çox yüksək olar. Allah qarşına qarşı çıxanı çıxarsa savabının çox olmasını istəmiş mənasını verər. Nə qədər şiddətli qarşı çıxarsa, o qədər çox savab qazanarsan.
Adnan Oktar
Sitat
Tövratın Qurana uyğun olan qisimləri etibarlıdır. Peyğəmbər əfəndimiz (s.ə.v) zamanındakı Tövratla indiki Tövrat eynidir. O dövrdəki Tövratı Cənab Allah tərifləyir, amma Qurana uyğun olmayan qismini onsuz da Quran aradan qaldırır.
Adnan Oktar
Sitat
Allah hər şeyi xeyirlə bitirər. Tənqid edəni də Allah yaradır, tənqid edən də özündən tənqid etmir. O da lazımdır, o da bir zəmanətdir, gözəllikdir.
Adnan Oktar
Sitat
Dövlətin kitablarında açıq şəkildə "Kainat təsadüfən yaradıldı" deyilirsə, bu Allahın xoşuna gəlməz. O ölkəyə bərəkət gəlməz. Narahatlıq, anarxiya və terror olar. Narahatlığın da üstündə Allah bəla verə bilər, iztirab verə bilər, çətinliklər verə bilər Allah əsirgəsin.
Adnan Oktar
Sitat
Yenidən sənətin və elmin öndə olacağı şəkildə İslam dünyaya hakim olacaq. O zaman Allah icazə verir, onun xaricində icazə vermir.
Adnan Oktar
Sitat
Gözəl olan Cənab Allah bizləri hələlik dünya görünüşü olaraq belə göstərir. Əsli axirətdədir. İnşaAllah axirətə birdən-birə belə aynanın içindən keçər kimi keçəcəyik. Yuxudan oyanar kimi. "Allah Allah" deyəcəyik, "Necə bir həyat idi o, çox maraqlı" deyəcəyik. Yəni "Açıq şəkildə yuxudaymışıq" deyəcəyik.
Adnan Oktar
Sitat
Din milliyyətçi olsa Allah İslam əxlaqını hakim etməz. Müsəlmanlar nə vaxt Allahın bütün yaratdıqlarına, insanlara, hətta heyvanlara və bitkilərə də şəfqət göstərsələr , o vaxt Allah İslam Birliyini formalaşdıracaq.
Adnan Oktar
Sitat
Təkidlə xeyir söz deyilsə, o xeyir hər yerə yayılar. İnsanların ürəyinə Allah ilham edər və istənilən şey olar. Dayanmadan "İslam Birliyi olacaq" desən, olacaq.
Adnan Oktar
Sitat
Təbii ki, dua möminin ibadətidir, lakin qədərdə o vaxt yaxşılaşmış olur. Allah duanı bir vəsilə olaraq yaradır. Əks halda qədər heç vaxt dəyişmir. Qədərində onsuz da yaxşılaşacaq. Qədərində elədir. Allah duanı vəsilə edir.
Adnan Oktar
Sitat
" O zaman Allah yuxunda sənə onları az göstə" (Ənfal Surəsi, 43) Bizə də Cənabı Allah darvinistləri gücsüz göstərdi. Həqiqətən, insanlar sonda gücsüzləşdilər. Halbuki, dünya miqyasında böyük quruluş idi. Bütün dünyaya hakim olan güc idi.
Adnan Oktar
Sitat
Allaha, İslama və Qurana qarşı mübarizə planı hazırlayır. Daha bilmir ki, babasının babası doğulmadan əvvəl Allah o yığıncağı Öz qatında etmiş, Allah Özü yazıb. Amma onlar da özlərinin etdiyini zənn edir, hiyləgər olduğunu fikirləşir. Halbuki, CD kimidir. Nə vardırsa CD-də onu görür. Başqa bir şey yoxdur.
Adnan Oktar
Sitat
Gecə yarısı gizli plan qurur. Halbuki, daha doğulmadan əvvəl Allah o planı ona etdirmiş, xəbəri yoxdur.
Adnan Oktar
Sitat
Allah Kürd bacı-qardaşlarımızı fitnədən, dəccaliyyətin şərindən qorusun. Dinsizlik, imansızlıq şərindən qorusun. Allah Allah sevgisi, peyğəmbər sevgisi, o gözəl bölgədə gözəl bacı- qardaşlarımızla azad olaraq sevinc içində yaşamalarını nəsib etsin.
Adnan Oktar
Sitat
Edisonnun tapdığını Allah yaradıb. O tapılanı ona göstərən Allahdır. Buna görə Edisonun bacardığı başqa bir şey yoxdur. Edisonun tapdığını Allah yaratdığına görə, yerini də ona Allah bildirdiyinə görə Edison yalnız vəsilədir.
Adnan Oktar
Sitat
Əgər Atatürk və Bədiüzzaman olmasaydı, xurafata qarşı mübarizə etmək, Allahualəm, mümkün deyildi. Allah iki mərhələ ilə Mehdiyyətə zəmin hazırladı. O hazır zəmin üstündə bizlər fəaliyyətə başladıq.
Adnan Oktar
100
100
100
20
50
100
Telif Hakkı © 2026
Gizlilik Politikası
Kullanım Koşulları
Əlaqə
Tətbiqi quraşdırın
Paylaş düyməsinə toxunun
, və sonra "Ana ekrana əlavə et" seçin.