-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
İraqda, Suriyada, Liviyada, Yəməndə hər gün onlarla məzlum şəhid edilərkən, dünyanın başında bu qədər hadisə varkən, münafiq yalnız öz əyləncəsini düşünər. Bombalanan, sürgün edilən, aç buraxılan müsəlmanlar onu maraqlandırmaz. O, kinoya gedək, teatra gedək, gəzək əylənək məntiqindədir. Bu çox böyük vicdansızlıqdır. Müsəlman isə bütün həyatını İslam üçün, məzlumları qorumaq üçün həsr edər.
Adnan Oktar
İslamla əlaqəli həddindən artıq anti-təbliğat edildiyi üçün, din anladılanda bir çox insan özünü fəlakətə dəvət edildiyini zənn edir. Gülməyəcək, musiqi dinləməyəcək, heç bir yerə baxmayacaq, qadınları yarım insan biləcək, incəsənətlə maraqlanmayacaq, uzun illər qılmadığı namazları qılacaq, tutmadığı orucları tutacaq, baxımlı ola bilməyəcək, müasir geyinə bilməyəcək, təmiz ola bilməyəcək, oxumayacaq, düşünməyəcək sanır. İslamı izah edə bilmək üçün əvvəl bütün bu ön mühakiməni ortadan qaldırıb, mehribanlıqla insanlara yaxınlaşıb gözəl sözlə izah etmək lazımdır.
Adnan Oktar
Uşağın əsas ehtiyacı sevgi, şəfqət, Allah sevgisi, mərhəmətdir. Məktəblərdə uşaqlara çayların adları, keçmişdə yaşamış insanların doğum tarixini, ölüm tarixini əzbərlədirlər amma şəfqətin, keyfiyyətli olmanın, nəzakətin, ədəb qaydalarını, mədəniyyətin, sevginin əhəmiyyətini demək olar ki, heç öyrətmirlər. Uşaqlara o dərsləri niyə keçdiklərini izah etmək lazımdır. Bilikli olmalarının onlara nə qazandıracağını, nə qədər seviləcək hala gələcəklərini izah etsələr uşaqlar məktəbə qaçaraq gedərlər.
Adnan Oktar