logo HARUN YƏHYA

10. Mövzu Bədənimizdəki Səhvsiz İşləyən Saat

10. Mövzu Bədənimizdəki Səhvsiz İşləyən Saat

hipotalamus

Beynin hipotalamus bölgəsinə yerləşdirilmiş görünməz saat vasitəsiylə hipotalamus bir insanın yetkinlik dövrünə gəldiyini anlayar.

Hər kəsin bildiyi kimi, uşaqlıqdan yetkinliyə keçiş mərhələsi olan yetkinlik dövründə hər insanın bədəni bir çox dəyişikliyə məruz qalar. Yaxşı, milyardlarla insanın bədənində, heç çaşmadan bu dəyişmələrin zamanını nizamlayan və dəyişməni başladan mexanizm nədir? Sanki insan bədənində həyəcanı qurulu bir saat vardır və bu saatın həyəcanı çaldığında həyəcanı eşidən bəzi hormonlar hərəkətə keçirlər.

Əlbəttə ki, bədəndə bir saat yoxdur, ancaq bir azdan da incəlikləri ilə görüləcəyi kimi, beynin hipotalamus bölgəsindəki bəzi hüceyrələr, sanki qurulmuş bir saatın həyəcanını eşitmiş kimi təxminən 15 il gözlədikləri yerdən qalxarlar və hərəkətə keçərlər. 15 ilin sonunda bir ilin bir gününün müəyyən bir saatında hipotalamustakı hüceyrələr GNRH olaraq adlandırılan bir hormon ifraz etməyə başlayarlar. Bu hormon da hipofiz vəzisinə iki hormonun ifraz olunması əmrini verər. İfraz olunan hormonlar Folikül Xəbərdaredici Hormon (FSH) və Luteinləşdirici Hormon (LH) dır.

Bu iki hormonun çox əhəmiyyətli vəzifələri və möcüzəvi qabiliyyətləri vardır. Hər ikisi də kişi və qadın bədəninin fərqliləşmə və fiziki yetkinləşmə müddətini başladarlar. Bu çox əhəmiyyətli bir incəliyidir; çünki FSH və LH hormonları bu dəyişməni təmin edəcək bölgələrə uyğun olaraq hazırlanmışlar. və iki hormon da nə etmələri lazım olduğunu çox yaxşı bilirmiş kimi hərəkət edərlər.

FSH hormonu qadın bədənində, yumurtalığın içində olan yumurta hüceyrələrinin yetkinləşmələrini və inkişaflarını təmin edir. Bir başqa vəzifəsi də, bu bölgədən çox əhəmiyyətli bir başqa hormonun, estrogen hormonunun ifraz olunmasını təmin etməkdir. FSH hormonu yenə eyni formul ilə kişi bədənində də ifraz olunar. Ancaq bu dəfə tam fərqli təsirlərə gətirib çıxarar. Testis hüceyrələrini xəbərdar edər və sperma istehsalını başladar.

hipotalamus

Şəkil 55: FSH və LH hormonları ən uyğun və doğru zamanda, kişi və qadın bədəninin fərqliləşmə və fiziki yetkinləşmə müddətini başladar.

LH hormonunun qadın bədənindəki vəzifəsi, yetkinləşən yumurtanın sərbəst buraxılmasını təmin etməkdir. Həmçinin qadınlarda progesteron adlı bir başqa hormonun ifraz olunmasını təmin edər. LH hormonunun kişi bədənində fərqli bir vəzifəsi vardır. Testislərdə olan bir qrup xüsusi hüceyrəni (leydinq hüceyrələri) xəbərdar edər və testesteron adlı hormonun ifraz olunmasını təmin edər.

Bu hormonların fərqli cinslərin bədənlərində eyni formul ilə çıxarılmaları və hər cinsdə bir-birlərindən tamamilə fərqli təsirlərə sahib olmaları əlbəttə çox böyük bir möcüzədir. Hormonlar, kişi bədəni və qadın bədəni arasındakı fərqi haradan bilirlər? Necə olur ki, eyni düstura sahib bir hormon, kişi bədənində testesteron çıxarılmasını təmin edərkən, qadın bədənində progesteron hormonu çıxarılmasını təmin edər?

Eyni formul ilə çıxarılan hormonlar kişi bədənini tanıyıb səsini, əzələ quruluşunu bir kişiyə uyğun olacaq halda inkişaf etdirərkən, qadın bədənindəkilər necə olur ki, qadının kimyasını və xüsusiyyətlərini bilib ona görə dəyişikliklər edə bilirlər? Eyni hormon ilə fərqli təsirlərin və fərqli cinsiyyətlərin meydana gəlməsini təmin edəcək bu mükəmməl genetik proqram, hüceyrələrin içinə necə yerləşmişdir? (şəkil 55)

Bütün bu hadisələrin təsadüflərə, hüceyrəyə ya da hüceyrələri meydana gətirən atomlara bağlı olmadığı açıq-aydındır. Kişi və qadına xas olacaq şəkildə nizamlanmış bu tənzimləmələr şüurlu bir yaradılışın və bir planın varlığını bizə göstərir. Şübhəsiz ki, bu yaradılış bütün kainat kimi hər şeyi qüsursuz olaraq yaradan aləmlərin Rəbbi Allaha aiddir. Yaradılışdakı qüsursuzluğu düşünən hər insan, bizi yoxdan var edən Rəbbimizi zikr edərək Ona şükür etməlidir:

Ey insanlar, sizi və sizdən əvvəlkiləri yaradan Rəbbinizə qulluq edin ki, çəkinəsiniz. (Bəqərə surəsi, 21) Həmd, göyləri və yeri yaradan, iki, üç və dörd qanadlı mələkləri elçilər edən Allahındır; O, yaratmada dilədiyini artırar. Şübhəsiz Allah, hər şeyə güc çatdırandır. (Fatır surəsi, 1)

 

PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Yükləmələr
Giriş 1. Mövzu Qandaki Maye Nisbətini Yoxlayan Nəzarətçilər 2. Mövzu Bədəndəki Qüsursuz Təhlükəsizlik Sistemi 3. Mövzu Ana Südü və Oksitosin Hormonu 4. Mövzu Kalsium Ölçərlər 5. Mövzu Şəkər Fabriki 6. Mövzu Təcili Yardim: Adrenalin Hormonu 7. Mövzu Bədəni Təmizləyən Lizozom Fermentləri 8. Mövzu Qan Təzyiqini Yoxlayan Qüsursuz Sistem 9. Mövzu Böyümə Hormonu 10. Mövzu Bədənimizdəki Səhvsiz İşləyən Saat 11. Mövzu Bədən İstiliyi Nizamlayan Möcüzə Molekul 12. Mövzu Fövqəladə Həssas Tarazliq 13. Mövzu Körpə Üçün Hazirliq Edən Hormonlar -1 14. Mövzu Körpə Üçün Hazirliq Edən Hormonlar -2 15. Mövzu Kişi Çoxalma Sistemindəki Hormonlar 16. Mövzu Testosteron Hormonunun Digər Xüsusiyyətləri 17. Mövzu Oksigen Daşiyan Möcüzə Molekul: Hemoqlobin 18. Mövzu Hüceyrədəki Xəbərləşmə Sistemi 19. Mövzu Mesajçi Hormonun Hüceyrə İçindəki Səfəri 20. Mövzu Hüceyrədəki Ünsiyyət İdarəsi 21. Mövzu Hüceyrədəki Zülallarin Hərəkəti 22. Mövzu Sinir Hüceyrələrindəki Kimyəvi Ünsiyyət 23. Mövzu Qabiliyyətli Xəbərçi Nitrat Oksid (NO) 24. Mövzu Endokrin Hüceyrəsi NO (Nitrik Oksid) İstehsal Mərkəzi 25. Mövzu Bədənimizdəki Enerji Stansiyasi 26. Mövzu Qaraciyərə Yerləşdirilmiş "Bakteriya Məhv Etmə Maşinlari" 27. Mövzu DNT-nin Çoxaldilmasi 28. Mövzu Təmirçi Fermentlər 29. Mövzu Zülal İstehsali 30. Mövzu Zülal İstehsalinin Son Mərhələsi 31. Mövzu Hüceyrə Pərdəsi və Mütəşəkkil 100 Trilyon İşçi 32. Mövzu Eşidəndə Nələr Baş Verir? 33. Mövzu Qanin Laxtalanmasi 34. Mövzu Müdafiə Etmə Sistemi 35. Mövzu B12 Vitamininin Səfəri 36. Mövzu İnsan Bədəninin Kimyagəri: Mədəalti Vəzi 37. Mövzu Hüceyrə Pərdəsindəki Daşiyici Molekullar 38. Mövzu Bədəni Qorumaqla Vəzifəli Komplement Zülallari 39. Mövzu Turşuya Qarşi Düstur Çixaran Molekullar 40. Mövzu Yumurta Hüceyrələrinin Sərgilədiyi Şüur Nəticə