logo HARUN YƏHYA

7. Mövzu Bədəni Təmizləyən Lizozom Fermentləri

7. Mövzu Bədəni Təmizləyən Lizozom Fermentləri

Bədənimizdə gün içərisində bizim fərqində olmadığımız bir çox əməliyyat reallaşır. Əskiksiz bir şəkildə reallaşan bu əməliyyatları hüceyrələrimiz edir. Ədədləri 100 trilyon olan bu hüceyrələrin içində vəzifələrini çox yaxşı bilən bir çox quruluş vardır. Bəzən enerji, bəzən zülal iatehsal eder, bəzən daşıma əməliyyatı edər, bəzən də anbar şəklində istifadə edilər.

Hüceyrənin içindəki bu strukturlardan biri də lizozomdur. Lizozomu hüceyrənin üyütmə maşını olaraq təyin edə bilərik. Bu orqanoiddən ifraz olunan fermentlər vasitəsiylə bədəndə bir çox "yıxma" əməliyyatı reallaşır. Lizozom fermentləri, artıq işə yaramayan hüceyrələri məhv edib, parçalamalarının və ya bir quruluşun ətrafını əhatələyən pərdəsini üyüdərək deşmələri ilə birlikdə bədəndə davamlı olaraq böyüməyə davam edən bəzi hüceyrələri də parçalayırlar. Lizozom fermentlərinin reallaşdırdığı bu dağıtma əməliyyatı bədən baxımından çox əhəmiyyətlidir. (şəkil 37)

hipotalamus

a.Hüceyrə içində olan lisozomlar.
b. Lisozom

Şəkil 37: Lisozomlar, hüceyrənin zibil üyüdmə maşını vəzifəsini görərək işə yaramayan ünsürləri parçalayarlar.

Məsələn, hamilə olan qadınlarda körpənin inkişafıyla birlikdə rəhm normal vəziyyətindən çox böyüyər. Bu sağlam bir körpənin doğula bilməsi üçün lazımlı olan bir mərhələdir. Ancaq körpə doğulduqdan sonra artıq bu cür geniş bir rəhmə ehtiyac qalmır. Bu vəziyyətdə artıq dərəcədə genişləmiş olan bu orqanın təkrar əvvəlki halına çevirilməsi lazımdır. Məhz bu əməliyyatı reallaşdıran lizozom fermentləridir. Doğum əməliyyatı bitdiyində müəyyən hüceyrələrin lizozomları sanki bunu xəbər alar və nə etmələri lazım olduğunu çox yaxşı bilərək dərhal lazımlı fermentləri ifraz etməyə başlayarlar. Bu fermentlər də bədənin sağlamlığı üçün hamiləlikdən sonrakı 10 gün içərisində sürətlə rəhmi 1/40 nisbətində kiçildərlər. Beləcə rəhm əvvəlki ölçülərinə dönməyə başlayar. (şekil 38)

Lizozomlar həmçinin spermanın baş qismində də olurlar. Sperma yumurtaya çatdığında onu bürüyən örtüyü deşmək üçün bədənində daşıdığı lizozom fermentlərini istifadə edər. Parçalayıcı təsirə sahib bu fermentlər yumurtanı qoruyan örtüyü deşərək spermanın yumurtanı dölləməsini təmin edərlər. (şəkil 39)

hipotalamus

a. Ana rəhmi

Şəkil 38: Lizozom fermenti körpənin doğumundan sonrakı 10 gün içərisində rəhmi 1/40 nisbətində kiçildər. Beləcə rəhm normal ölçülərinə dönməyə başlayar.

Bu nümunələrdə də açıq şəkildə görüldüyü kimi bədənimizdəki hər mexanizm bir-birini tamamlayacaq şəkildə işləyər. Hamiləlik əsnasında rəhmin böyüməsini təmin edən sistemin yanında onu əvvəlki halına çevirəcək sistem də vardır. Eyni şəkildə möhkəm bir örtüklə qorunan yumurtanı deşə biləcək ferment də spermanın içinə xüsusi olaraq yerləşdirilmişdir.

Darvinistlər bu bir-biriylə iç-içə keçmiş mükəmməl sistemin bəzi təsadüflərin nəticəsində meydana gəldiyini və qüsursuz şəkildə işləməyə davam etdiyini iddia edəcək qədər ağıl və məntiqdən uzaqlaşmışlar. Öz içlərində mükəmməl bir işləyişə sahib olan bu mexanizmlərin bədənin bütünündəki sistemlərlə də uyğun bir şəkildə çalışması, Allahın yaradılışındakı qüsursuzluğun dəlillərindən biridir. Həşr surəsindəki bir ayədə belə buyurulur:

O Allah ki, yaradandır, (ən gözəl bir şəkildə) qüsursuzca var edəndir, 'şəkil və surət' verəndir. Ən gözəl adlar Onundur. Göylərdə və yerdə olanların hamısı Onu təsbih edir. O, Əziz, Hakimdir. (Həşr surəsi, 24)

hipotalamus

a. Lisozom
b. Yumurta

Şəkil 39:Parçalayıcı təsirə sahib lisozom fermentləri yumurtanı qoruyan örtüyü deşərək spermanın yumurtanı döllənməsini təmin edərlər.

 

PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Yükləmələr
Giriş 1. Mövzu Qandaki Maye Nisbətini Yoxlayan Nəzarətçilər 2. Mövzu Bədəndəki Qüsursuz Təhlükəsizlik Sistemi 3. Mövzu Ana Südü və Oksitosin Hormonu 4. Mövzu Kalsium Ölçərlər 5. Mövzu Şəkər Fabriki 6. Mövzu Təcili Yardim: Adrenalin Hormonu 7. Mövzu Bədəni Təmizləyən Lizozom Fermentləri 8. Mövzu Qan Təzyiqini Yoxlayan Qüsursuz Sistem 9. Mövzu Böyümə Hormonu 10. Mövzu Bədənimizdəki Səhvsiz İşləyən Saat 11. Mövzu Bədən İstiliyi Nizamlayan Möcüzə Molekul 12. Mövzu Fövqəladə Həssas Tarazliq 13. Mövzu Körpə Üçün Hazirliq Edən Hormonlar -1 14. Mövzu Körpə Üçün Hazirliq Edən Hormonlar -2 15. Mövzu Kişi Çoxalma Sistemindəki Hormonlar 16. Mövzu Testosteron Hormonunun Digər Xüsusiyyətləri 17. Mövzu Oksigen Daşiyan Möcüzə Molekul: Hemoqlobin 18. Mövzu Hüceyrədəki Xəbərləşmə Sistemi 19. Mövzu Mesajçi Hormonun Hüceyrə İçindəki Səfəri 20. Mövzu Hüceyrədəki Ünsiyyət İdarəsi 21. Mövzu Hüceyrədəki Zülallarin Hərəkəti 22. Mövzu Sinir Hüceyrələrindəki Kimyəvi Ünsiyyət 23. Mövzu Qabiliyyətli Xəbərçi Nitrat Oksid (NO) 24. Mövzu Endokrin Hüceyrəsi NO (Nitrik Oksid) İstehsal Mərkəzi 25. Mövzu Bədənimizdəki Enerji Stansiyasi 26. Mövzu Qaraciyərə Yerləşdirilmiş "Bakteriya Məhv Etmə Maşinlari" 27. Mövzu DNT-nin Çoxaldilmasi 28. Mövzu Təmirçi Fermentlər 29. Mövzu Zülal İstehsali 30. Mövzu Zülal İstehsalinin Son Mərhələsi 31. Mövzu Hüceyrə Pərdəsi və Mütəşəkkil 100 Trilyon İşçi 32. Mövzu Eşidəndə Nələr Baş Verir? 33. Mövzu Qanin Laxtalanmasi 34. Mövzu Müdafiə Etmə Sistemi 35. Mövzu B12 Vitamininin Səfəri 36. Mövzu İnsan Bədəninin Kimyagəri: Mədəalti Vəzi 37. Mövzu Hüceyrə Pərdəsindəki Daşiyici Molekullar 38. Mövzu Bədəni Qorumaqla Vəzifəli Komplement Zülallari 39. Mövzu Turşuya Qarşi Düstur Çixaran Molekullar 40. Mövzu Yumurta Hüceyrələrinin Sərgilədiyi Şüur Nəticə