logo HARUN YƏHYA

15. Mövzu Kişi Çoxalma Sistemindəki Hormonlar

15. Mövzu Kişi Çoxalma Sistemindəki Hormonlar

Kişi çoxalma sistemində də hormonlar baş rolu oynayır. Doğumdan təxminən 10 il sonra, inkişaf dövrünün başlamasıyla birlikdə kişi hormonları tam olaraq dövrəyə girər. Bu hormonların dövrəyə girməsi, yenə bədəndə quruluş bir əmr zəncirinin hərəkətə keçməsiylə reallaşar. Bu əmr zəncirinin ən üst səviyyə idarəçisi hipotalamustur.

hipotalamus

Şəkil 68: Doğumdan sonrakı illərdə hipotalamus hər 3-4 saatda bir LHRH adlı bir hormon ifraz edər.

Şəkil 69: Ancaq bu hormonun ifraz olunma miqdarı olduqca azdır. Təxminən on il sonra hipotalamus kişi bədəninin şəkillənməsi üçün doğru zamanın gəldiyini sanki anlayar və LHRH hormonunu daha qısa zamanda ifraz etməyə başlayar.

hipotalamus

Hipotalamus doğumdan sonrakı illərdə hər 3-4 saatda bir LHRH adlı bir hormon ifraz edər. Ancaq bu hormonun ifraz olunma miqdarı olduqca azdır. Təxminən on il sonra hipotalamus kişi bədəninin şəkillənməsi üçün doğru zamanın gəldiyini sanki anlayar və LHRH hormonunu daha qısa zamanda ifraz etməyə başlayar. (14) (şəkil 68, 69) Bu kiçik molekullar, necə olur ki, illərlə gözlədikdən sonra bir anda daha çox hormon ifraz etmə qərarı alırlar. Sanki əvvəldən qurulmuş bir sistem vardır və bu sistem 10 il sonra işə başlayır. Bu sistemi quran, aktivləşəcəyi vaxtı əvvəldən təyin edən, axsamadan işini təmin edən və digər bütün əməliyyatları ilham edən aləmlərin Rəbbi olan uca Allahdır.

Zamanı gələndə daha sıx ifraz olunmağa başlayan LHRH hormonu əmr zəncirinin ikinci halqası olan hipofiz vəzisinə çatar. Hipofiz vəzisi bu əmri alar-almaz LH adlı başqa bir hormon ifraz edər. Bu hormon da kişi cins vəzilərinə, yəni testislərə istehsala başlama əmrini verər.

Bütün bu əməliyyatların başlaması nə üçün illər çəkir və bu mexanizmin iş zamanı necə təyin olunur? Məhz bu sualların cavabları elm dünyası üçün hələ də bir sirdir. Hələ sirləri həll edilə bilməyən bu sistem, insanların bədənində, uca Rəbbimizin ilk yaratdığından bəri işləyir.

LH hormonu qan yoluyla testislərə çatdıqda burada olan hüceyrələr testosteron adlı hormonu çıxarmağa başlayarlar. Testosteron çıxaran hüceyrələr sanki aid olduqları bədənin, uşaqlıqdan kişi görünüşünə keçmə zamanı gəldiyini bilirlər. Çünki çıxardıqları testosteronun kimyəvi düsturu, inkişaf edən bir uşağı yetkin bir kişi edəcək. (Şəkils 70 and71)

Şübhəsiz bütün bunları şüursuz bir molekulun etmiş olması olduqca heyranlıq oyandırıcıdır. Bu molekul sanki bir kişi bədəninin xüsusiyyətlərini bilir və trilyonlarla hüceyrəni bir kişi bədəni meydana gətirmələri üçün idarə edir.

hipotalamus

a. Testosteron

Şəkil 70, 71: Testosteron hormonu sayəsində kişinin bədəni şəkillənər. Məsələn, testosteron molekulları tük kökü hüceyrələrinə təsir edər, saqqal və bığ çıxmasına səbəb olar, alındakı saç xəttini geri çəkər, səs tellərinə təsir edər, kişi bədəninə dişi yumurtasını dölləyə bilmə xüsusiyyətini qazandırar.

 

Qeydlər

14- Kemalettin Buyukozturk, Ic Hastaliklari (“Internal Diseases”), p. 392.

PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Yükləmələr
Giriş 1. Mövzu Qandaki Maye Nisbətini Yoxlayan Nəzarətçilər 2. Mövzu Bədəndəki Qüsursuz Təhlükəsizlik Sistemi 3. Mövzu Ana Südü və Oksitosin Hormonu 4. Mövzu Kalsium Ölçərlər 5. Mövzu Şəkər Fabriki 6. Mövzu Təcili Yardim: Adrenalin Hormonu 7. Mövzu Bədəni Təmizləyən Lizozom Fermentləri 8. Mövzu Qan Təzyiqini Yoxlayan Qüsursuz Sistem 9. Mövzu Böyümə Hormonu 10. Mövzu Bədənimizdəki Səhvsiz İşləyən Saat 11. Mövzu Bədən İstiliyi Nizamlayan Möcüzə Molekul 12. Mövzu Fövqəladə Həssas Tarazliq 13. Mövzu Körpə Üçün Hazirliq Edən Hormonlar -1 14. Mövzu Körpə Üçün Hazirliq Edən Hormonlar -2 15. Mövzu Kişi Çoxalma Sistemindəki Hormonlar 16. Mövzu Testosteron Hormonunun Digər Xüsusiyyətləri 17. Mövzu Oksigen Daşiyan Möcüzə Molekul: Hemoqlobin 18. Mövzu Hüceyrədəki Xəbərləşmə Sistemi 19. Mövzu Mesajçi Hormonun Hüceyrə İçindəki Səfəri 20. Mövzu Hüceyrədəki Ünsiyyət İdarəsi 21. Mövzu Hüceyrədəki Zülallarin Hərəkəti 22. Mövzu Sinir Hüceyrələrindəki Kimyəvi Ünsiyyət 23. Mövzu Qabiliyyətli Xəbərçi Nitrat Oksid (NO) 24. Mövzu Endokrin Hüceyrəsi NO (Nitrik Oksid) İstehsal Mərkəzi 25. Mövzu Bədənimizdəki Enerji Stansiyasi 26. Mövzu Qaraciyərə Yerləşdirilmiş "Bakteriya Məhv Etmə Maşinlari" 27. Mövzu DNT-nin Çoxaldilmasi 28. Mövzu Təmirçi Fermentlər 29. Mövzu Zülal İstehsali 30. Mövzu Zülal İstehsalinin Son Mərhələsi 31. Mövzu Hüceyrə Pərdəsi və Mütəşəkkil 100 Trilyon İşçi 32. Mövzu Eşidəndə Nələr Baş Verir? 33. Mövzu Qanin Laxtalanmasi 34. Mövzu Müdafiə Etmə Sistemi 35. Mövzu B12 Vitamininin Səfəri 36. Mövzu İnsan Bədəninin Kimyagəri: Mədəalti Vəzi 37. Mövzu Hüceyrə Pərdəsindəki Daşiyici Molekullar 38. Mövzu Bədəni Qorumaqla Vəzifəli Komplement Zülallari 39. Mövzu Turşuya Qarşi Düstur Çixaran Molekullar 40. Mövzu Yumurta Hüceyrələrinin Sərgilədiyi Şüur Nəticə