logo HARUN YƏHYA

26. Mövzu Qaraciyərə Yerləşdirilmiş "Bakteriya Məhv Etmə Maşinlari"

26. Mövzu Qaraciyərə Yerləşdirilmiş "Bakteriya Məhv Etmə Maşinlari"

Yediyimiz qidalarla, tənəffüs etdiyimiz havayla və daha bir çox yoldan bədənimizə gözlə görülə bilməyən bir çox bakteriya girər. Bədənin iş sistemini pozmamaqları üçün bunlardan zərərli olanların təsirsiz hala gətirilmələri lazımdır. Bunun üçün bədənimizdə vəzifəni yalnız "müdafiə etmək" olan mükəmməl bir yaddaşla təchiz edilmiş hüceyrələr vardır. Ancaq bədənimizin qüsursuz yaradılışının bir nümunəsi olaraq müdafiə etmək üçün müxtəlif əlavə tədbirlər də alınmışdır. Bunlardan biri də dövran sistemi içində strateji bir dayanacaq olaraq xarakterizə ediləcək qaraciyərdə olan, müdafiə etmə hüceyrələridir. (şəkil 98).

Kupfer (mis) hüceyrələri olaraq adlandırılan bu hüceyrələr qan dövranıyla bağırsaqlardan qaraciyərə gələn qandakı zərərli bakteriyaları 0.01 saniyədən daha qısa bir müddətdə həzm edərək təsirsiz hala gətirərlər. Bu şüursuz hüceyrələr bədənə girən çoxlu saydakı bakteriya arasından insana faydalı olanlarla zərərli olanları necə bir-birindən ayırd edə bilirlər? Hansı xüsusiyyətlərə sahib olduqlarını və bədəndə yerinə yetirəcəkləri vəzifələri bilmədən, necə olur ki, bəzi bakteriyaları məhv edərkən digərlərinə heç zərər vermir? Bu sualların cavabı şübhəsiz ki, uca Allahın bənzərsiz yaratma sənətidir. (şəkil 99).

hipotalamus

a. Müdafiə Etmə Hüceyrələri
b. Zərərli Bakteriya

Şəkli 98, 99: Qaraciyərdəki müdafiə etmə hüceyrələri, insan bədəni üçün zərərli olan bakteriyaları məhv edərlər.

Bu mərhələdə diqqət verilməsi lazım olan əhəmiyyətli bir nöqtə vardır; kupfer (mis) hüceyrələrinin qaraciyərə yerləşmiş olması. Niyə bədənin başqa bir orqanı deyil də qaraciyər? Burada bir daha bədənimizdəki qüsursuz yaradılış dəlillərindən biri qarşımıza çıxarır. Əgər bu hüceyrələr qaraciyərə deyil, başqa bir orqana yerləşdirilmiş olsaydı qanın bakteriyalardan təmizlənilməsində bu qədər təsirli ola bilməzdilər. Çünki bakteriya dolu qan qaraciyərdə təmizləndikdən sonra bədənin hamısını gəzmək üçün ümumi qan dövranına girir. Bu səbəblə ümumi qan dövranına çatmağı bacaran bakteriya sayı yüzdə birdən azdır.

hipotalamus

1. Qaraciyər arterial damarı
2. Qaraciyər
3. Sinus

4. Qaraciyər arteriyası
5.Hepatositlər

hipotalamus

1.Kuppfer hüceyrəsi

Xüsusi olaraq qaraciyərə yerləşdirilmiş olan Kuppfer hüceyrələri, bağırsaqlardan qaraciyərə gələn bakteriyaları çox qısa bir müddətdə təsirsiz hala gətirərlər. Bütün bu sistem Allahın qüsursuz yaradılışının əsəridir.

Sizcə hansı kor təsadüf bədəndə daha bir çox orqan var ikən, kupfer (mis) hüceyrələrinin qaraciyərə yerləşməsini təmin edə bilər? (şəkil 100)Əlbəttə ki, yerləşəcəkləri ən uyğun yeri təsbit edən və oraya gedib yerləşən bu hüceyrələr deyil. Təxminən yüz trilyon hüceyrədən ibarət olan bir bədən içində hər hansı bir hüceyrənin özü üçün xüsusi bir yer müəyyən edərək oraya yerləşəcək bir şüura sahib olması mümkün deyil. Belə qüsursuz bir yerləşəm üçün mükəmməl bir plana ehtiyac vardır. Bu sistemdəki hər təfərrüatı uca Allah hər an qüsursuz olaraq yaradır.

hipotalamus

a. Liver
b. Kuppfer hüceyrələri
c. Qaraciyər

Şəkil 100: Kuppfer hüceyrələri yerləşəcəkləri ən uyğun yerə, qaraciyərə yerləşərlər.

 

PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Yükləmələr
Giriş 1. Mövzu Qandaki Maye Nisbətini Yoxlayan Nəzarətçilər 2. Mövzu Bədəndəki Qüsursuz Təhlükəsizlik Sistemi 3. Mövzu Ana Südü və Oksitosin Hormonu 4. Mövzu Kalsium Ölçərlər 5. Mövzu Şəkər Fabriki 6. Mövzu Təcili Yardim: Adrenalin Hormonu 7. Mövzu Bədəni Təmizləyən Lizozom Fermentləri 8. Mövzu Qan Təzyiqini Yoxlayan Qüsursuz Sistem 9. Mövzu Böyümə Hormonu 10. Mövzu Bədənimizdəki Səhvsiz İşləyən Saat 11. Mövzu Bədən İstiliyi Nizamlayan Möcüzə Molekul 12. Mövzu Fövqəladə Həssas Tarazliq 13. Mövzu Körpə Üçün Hazirliq Edən Hormonlar -1 14. Mövzu Körpə Üçün Hazirliq Edən Hormonlar -2 15. Mövzu Kişi Çoxalma Sistemindəki Hormonlar 16. Mövzu Testosteron Hormonunun Digər Xüsusiyyətləri 17. Mövzu Oksigen Daşiyan Möcüzə Molekul: Hemoqlobin 18. Mövzu Hüceyrədəki Xəbərləşmə Sistemi 19. Mövzu Mesajçi Hormonun Hüceyrə İçindəki Səfəri 20. Mövzu Hüceyrədəki Ünsiyyət İdarəsi 21. Mövzu Hüceyrədəki Zülallarin Hərəkəti 22. Mövzu Sinir Hüceyrələrindəki Kimyəvi Ünsiyyət 23. Mövzu Qabiliyyətli Xəbərçi Nitrat Oksid (NO) 24. Mövzu Endokrin Hüceyrəsi NO (Nitrik Oksid) İstehsal Mərkəzi 25. Mövzu Bədənimizdəki Enerji Stansiyasi 26. Mövzu Qaraciyərə Yerləşdirilmiş "Bakteriya Məhv Etmə Maşinlari" 27. Mövzu DNT-nin Çoxaldilmasi 28. Mövzu Təmirçi Fermentlər 29. Mövzu Zülal İstehsali 30. Mövzu Zülal İstehsalinin Son Mərhələsi 31. Mövzu Hüceyrə Pərdəsi və Mütəşəkkil 100 Trilyon İşçi 32. Mövzu Eşidəndə Nələr Baş Verir? 33. Mövzu Qanin Laxtalanmasi 34. Mövzu Müdafiə Etmə Sistemi 35. Mövzu B12 Vitamininin Səfəri 36. Mövzu İnsan Bədəninin Kimyagəri: Mədəalti Vəzi 37. Mövzu Hüceyrə Pərdəsindəki Daşiyici Molekullar 38. Mövzu Bədəni Qorumaqla Vəzifəli Komplement Zülallari 39. Mövzu Turşuya Qarşi Düstur Çixaran Molekullar 40. Mövzu Yumurta Hüceyrələrinin Sərgilədiyi Şüur Nəticə