logo HARUN YƏHYA

14. Mövzu Körpə Üçün Hazirliq Edən Hormonlar -2

14. Mövzu Körpə Üçün Hazirliq Edən Hormonlar -2

Folekulun çıxardığı molekullar, yəni estrogenin qadın bədənində boynuna götürdüyü vəzifələr, Allahın yaradılışındakı möcüzələrdən birini də göstərir. İndi bu vəzifələrdən bəzilərini qısa şəkildə görək: 1. "Estrogen" hormonunun hədəflərindən biri "döl yatağı"dır. Döl yatağı, döllənmiş yumurtanın basdırılacağı və bölünərək böyüyəcəyi yuvasıdır. Estrogen hormonunun təsiriylə birlikdə döl yatağında bir hazırlıq başlayar. Döl yatağının divarlarının qalınlığı 3-5 qat artar və kapilyarlar tərəfindən sarılar. (şəkil 66)) Əgər döllənmə reallaşsa, yumurtanın ehtiyacı olan qida bu damarlardan gələcək.

Bu həqiqi bir möcüzədir. Çünki hələ inkişaf edən folekul, içində olan yumurta hüceyrəsinin gələcəyini sanki düşünür, yumurtanın irəlidə bəslənməsi üçün lazımlı tədbirləri alır və yumurtanın gələcəkdə sığınacağı döl yatağının hazırlıq etməsini təmin edir.

Bu nöqtədə bəzi suallar soruşmaq lazımdır:

1. Folekul, yumurta hüceyrəsinin ifraz olunduqdan sonra döl yatağına çatacağını və burada yerləşəcəyini necə xəbər almışdır? Döl yatağındakı kapilyarın yumurta hüceyrəsinə qida təmin edəcəyini necə bilir? Bu kapilyarların çoxalmasını təmin edəcək düsturu necə öyrənmişdir? Bütün bunlar şübhəsiz Uca mövqelərin sahibi olan Allahın yaratma sənətinin bir təcəlliləridir.

hipotalamus

a. Ostrogen
b. Döl yatağı əzələləri

Şəkil 66: Ostrogen təsiri ilə döl yatağı əzələləri də inkişafa başlayar və əzələ gücü artar. Bu da ola biləcək bir döllənmə halında yumurtanın yerləşəcəyi yatağı qorumaq üçün alınmış bir tədbirdir.

2. Estrogen təsiri ilə döl yatağı əzələləri də inkişafa başlayar və əzələ gücü artar. Bu da ola biləcək bir döllənmə halında yumurtanın yerləşəcəyi yatağı qorumaq üçün alınmış bir tədbirdir. 13

Kiçik bir folekulun çıxardığı kimyəvi molekul, bir insanın bədənini başdan aşağı şəkilləndirir, eyni zamanda gələcəkdə yeni bir insanın doğulması üçün lazımlı tənzimləmələri etdirir. (şekil 66, 67) Halbuki estrogen hormonu, atomların yan-yana düzülməsi ilə meydana gəlmiş şüursuz bir maddədir. Şüursuz hüceyrələr tərəfindən çıxarılır və şüursuz hüceyrələr üzərində təsirli olur. Ancaq bütün bu hadisələr böyük bir plan içində reallaşır və bu planın sonunda insan cinsiyyətlərindən biri əskiksiz olaraq ortaya çıxır.

hipotalamus

a. Ostrogen hormonu

Şəkil 66: Ostrogen hormonu sayəsində qadın bədəninə xas xüsusiyyətlər meydana gələr.

Bu vəziyyətdə bu həqiqət təkrar ortaya çıxır: Estrogen hormonu bütün bu mərhələləri qətiyyən öz başına edə bilməz. Ona etdiyi bütün bu işləri ilham edən aləmlərin Rəbbi uca Allahdır. O bütün kainatı bənzərsiz bir şəkildə yoxdan var edəndir:

Ey insanlar sizi tək bir nəfsdən yaradan, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın (törədib yer üzünə) yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir.   (Nisa surəsi, 1)

"Budur sizin Rəbbiniz olan Allah. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Hər şeyin Yaradıcısı Allahdır! Elə isə Ona ibadət edin! O, hər şeyi Qoruyandır." (Ənam Surəsi 102)

hipotalamus

a. Ostrogen hormonu
b. Epitel hüceyrə
c. Ana rəhmi

 

Şəkil 67: Ostrogen molekulları ana rəhmindəki epitel hüceyrələrə çatdığında bu hüceyrələr turşu ifraz etməyə başlayarlar. Bu turşu mühiti, faydalı mikrobların çoxalması üçün uyğun bir mühit təmin edər və eyni zamanda infeksiyaların qarşısını alar.

 

Qeydlər

13- Oguz Kayaalp, Rasyonel Tedavi Yonunden Tibbi Farmakoloji (“Pharmacology”), p. 2750.

PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Yükləmələr
Giriş 1. Mövzu Qandaki Maye Nisbətini Yoxlayan Nəzarətçilər 2. Mövzu Bədəndəki Qüsursuz Təhlükəsizlik Sistemi 3. Mövzu Ana Südü və Oksitosin Hormonu 4. Mövzu Kalsium Ölçərlər 5. Mövzu Şəkər Fabriki 6. Mövzu Təcili Yardim: Adrenalin Hormonu 7. Mövzu Bədəni Təmizləyən Lizozom Fermentləri 8. Mövzu Qan Təzyiqini Yoxlayan Qüsursuz Sistem 9. Mövzu Böyümə Hormonu 10. Mövzu Bədənimizdəki Səhvsiz İşləyən Saat 11. Mövzu Bədən İstiliyi Nizamlayan Möcüzə Molekul 12. Mövzu Fövqəladə Həssas Tarazliq 13. Mövzu Körpə Üçün Hazirliq Edən Hormonlar -1 14. Mövzu Körpə Üçün Hazirliq Edən Hormonlar -2 15. Mövzu Kişi Çoxalma Sistemindəki Hormonlar 16. Mövzu Testosteron Hormonunun Digər Xüsusiyyətləri 17. Mövzu Oksigen Daşiyan Möcüzə Molekul: Hemoqlobin 18. Mövzu Hüceyrədəki Xəbərləşmə Sistemi 19. Mövzu Mesajçi Hormonun Hüceyrə İçindəki Səfəri 20. Mövzu Hüceyrədəki Ünsiyyət İdarəsi 21. Mövzu Hüceyrədəki Zülallarin Hərəkəti 22. Mövzu Sinir Hüceyrələrindəki Kimyəvi Ünsiyyət 23. Mövzu Qabiliyyətli Xəbərçi Nitrat Oksid (NO) 24. Mövzu Endokrin Hüceyrəsi NO (Nitrik Oksid) İstehsal Mərkəzi 25. Mövzu Bədənimizdəki Enerji Stansiyasi 26. Mövzu Qaraciyərə Yerləşdirilmiş "Bakteriya Məhv Etmə Maşinlari" 27. Mövzu DNT-nin Çoxaldilmasi 28. Mövzu Təmirçi Fermentlər 29. Mövzu Zülal İstehsali 30. Mövzu Zülal İstehsalinin Son Mərhələsi 31. Mövzu Hüceyrə Pərdəsi və Mütəşəkkil 100 Trilyon İşçi 32. Mövzu Eşidəndə Nələr Baş Verir? 33. Mövzu Qanin Laxtalanmasi 34. Mövzu Müdafiə Etmə Sistemi 35. Mövzu B12 Vitamininin Səfəri 36. Mövzu İnsan Bədəninin Kimyagəri: Mədəalti Vəzi 37. Mövzu Hüceyrə Pərdəsindəki Daşiyici Molekullar 38. Mövzu Bədəni Qorumaqla Vəzifəli Komplement Zülallari 39. Mövzu Turşuya Qarşi Düstur Çixaran Molekullar 40. Mövzu Yumurta Hüceyrələrinin Sərgilədiyi Şüur Nəticə