logo HARUN YƏHYA

17. Mövzu Oksigen Daşiyan Möcüzə Molekul: Hemoqlobin

17. Mövzu Oksigen Daşiyan Möcüzə Molekul: Hemoqlobin

Tənəffüsün əsas məqsədi bədən hüceyrələrindəki karbon 4 oksidin çölə atılması və yerinə oksigen alınmasıdır. Bu əməliyyatlar bədən toxumalarından çox uzaq bir yerdə, ağciyərdə reallaşır. Bu vəziyyətdə ağciyərdən bədənə girən oksigenin bir şəkildə toxumalara daşınması, toxumalarda ortaya çıxan karbon 4 oksidin də eyni şəkildə ağciyərə çatdırılması lazımdır. Yaxşı bu nəqliyyat necə ediləcək?

Oksigen və karbon 4 oksidin, insan bədəni içindəki yorulmaq bilməyən daşıyıcıları qan mayesində olan qırmızı qan hüceyrələridir. Ağciyərdə hava ilə təmasda olan qırmızı qan hüceyrələri, hüceyrələrdən gətirdikləri tullantı maddə olan karbon 4 oksidi kisəciklərin içinə boşaldarkən, kisəcik içindəki oksigeni sovurarlar. Bu əməliyyat çox xüsusi bir pərdə boyunca reallaşar. Bu pərdənin bir tərəfini kisəcik -ağ qan hüceyrəsi- içindəki oksigenli hava meydana gətirərkən, digər tərəfdə isə içindən yalnız tək bir qırmızı qan hüceyrəsinin keçə biləcəyi genişlikdəki tükcük uzadılmalar vardır. Bu şəkildə oksigen molekulu problemsiz olaraq qırmızı qan hüceyrələrilə təmasa keçər.

hipotalamus

a.Oksigen (o2)
b. Hemoqlobin

Şəkil 73: Hemoqlobin, bədənin ehtiyacı olan oksigeni qana buraxar.

Oksigen molekulu qırmızı qan hüceyrələrinin içində olan hemoqlobin adlı bir molekul tərəfindən hüceyrələrə daşınır. Hemoqlobin molekulu çox xüsusi bir yaradılışa malikdir. Xarici görünüşü oksigen və ya karbon 4 oksid daşımağa çox uyğun, bir növ fincan altlığı formasındadır. Ağciyərdə oksigenə bağlanan hemoqlobin, qan dövranı köməyiylə bədənin dərinliklərinə doğru yol alar. Oksigenə ehtiyacı olan toxumalara çatdığında bir möcüzə reallaşar. Çox xüsusi bir dizayna sahib olan hemoqlobin molekulu mühitdən kimyəvi olaraq təsirlənər və oksigenlə arasında qurulan kimyəvi bağ qopar. Hemoqlobin bunun nəticəsində yükünü, yəni oksigeni buraxar. Məhz bu oksigen molekulu orada olan hüceyrələrə həyat verəcək. (şəkil 73)

Hemoqlobinin vəzifəsi bununla bitmir. Hemoqlobin mühitdən uzaqlaşdırılması lazım olan karbon 4 oksidin ağciyərlərə daşınmasında da çox əhəmiyyətli bir rol oynayır. Bu hadisə belə yekunlaşdırıla bilər:

Hüceyrə tənəffüsü ilə meydana gələn karbon 4 oksid, hüceyrələrdən toxuma mayesinə, toxuma mayesindən kapilyarlara keçir. Karbon 4 oksidin bir qismi qırmızı qan hüceyrələrində hemoqlobinlə birləşərək karbamino hemoqlobin şəklində daşınar. Bir qismi isə karbonikanhidraz fermentinin təsiriylə su ilə birləşərək karbonik turşusunu meydana gətirər. Daha sonra karbonik turşu bikarbonat və hidrogen ionlarına ayrılır. Ortaya çıxan hidrogen ionu, hemoqlobin tərəfindən tutular. (şəkil 74) Məhz karbon 4 oksid bu şəkildə toxuma tükcüklərindən toplanar, damarlarla ürəyə gətirilər.(şəkil 75) Ürəkdən də ağciyərə daşınar. Ağciyərlərdə reallaşan müxtəlif əməliyyatlardan sonra karbon 4 oksid nəfəs vermə əsnasında xaric olunar. (şəkil 76).

hipotalamus

a. Hemoqlobin
b. Hidrogen ionu

Şəkil 74: Ortaya çıxan hidrogen ionu, hemoqlobin tərəfindən tutular. Bu vasitə ilə karbon 4 oksid venalarla ürəyə gətirilər.

Hemoqlobinin quruluşunda diqqətə çarpan bir xüsusiyyət vardır. Hemoqlobin oksigeni daşıya biləcək qabiliyyətə sahib olduğu kimi eyni zamanda daşıdığı oksigeni vaxtında doğru yerə buraxa biləcək qabiliyyətə də malikdir. Bunu bacarmasının ardındakı sirr oksigen və hemoqlobin arasında qurulan kimyəvi bağda gizlidir. Hemoqlobinin bu xüsusiyyətinin əhəmiyyətinin tam olaraq aydın ola bilməsi üçün belə bir qiymətləndirməsində fayda vardır:

T-Əgər hemoqlobin və oksigen arasında qurulan bağ bir az da zəif olsaydı, hemoqlobin oksigenə bağlana bilməz və toxumalara oksigen çatdırılmazdı. Bu vəziyyət canlı üçün mütləq bir ölüm olardı.

hipotalamus

a. Ağciyərə gedər
b. Co2 (karbon dioksit)

Şəkil 75: Ürəyə gələn karbon 4 oksid, buradan ağciyərə daşınar.

-Tam tərsinə bir hadisə reallaşsaydı və hemoqlobin ilə oksigen arasında qurulan bağ bir az da güclü olsaydı, bu səfər hemoqlobin və oksigen cütü toxumalara çatdıqlarında bir-birlərindən ayrıla bilməzdilər. Bu vəziyyətdə hüceyrələr yenə oksigensiz qalar və canlılar bir neçə dəqiqə içində ölərdilər.

Yuxarıdakı iki maddə hemoqlobində xüsusi bir dizayn olduğunun açıq-aşkar bir dəlilidir. İnsan bədənində oksigenin daşınması üçün mükəmməl bir sistem yaradılmışdır. Bu sistem içində iştirak edən hər incəlik bizlərə uca Allahın elminin sərhədsizliyini və gücünün sonsuzluğunu göstərən dəlillərdən yalnız bir neçəsidir.

hipotalamus

Şəkil 76: Ağciyərə gələn karbon 4 oksid müxtəlif əməliyyatlardan keçərək nəfəs yoluyla çölə xaric olunar. Üstdə bir hemoqlobinin üç ölçülü quruluşu görülür.

 

PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Yükləmələr
Giriş 1. Mövzu Qandaki Maye Nisbətini Yoxlayan Nəzarətçilər 2. Mövzu Bədəndəki Qüsursuz Təhlükəsizlik Sistemi 3. Mövzu Ana Südü və Oksitosin Hormonu 4. Mövzu Kalsium Ölçərlər 5. Mövzu Şəkər Fabriki 6. Mövzu Təcili Yardim: Adrenalin Hormonu 7. Mövzu Bədəni Təmizləyən Lizozom Fermentləri 8. Mövzu Qan Təzyiqini Yoxlayan Qüsursuz Sistem 9. Mövzu Böyümə Hormonu 10. Mövzu Bədənimizdəki Səhvsiz İşləyən Saat 11. Mövzu Bədən İstiliyi Nizamlayan Möcüzə Molekul 12. Mövzu Fövqəladə Həssas Tarazliq 13. Mövzu Körpə Üçün Hazirliq Edən Hormonlar -1 14. Mövzu Körpə Üçün Hazirliq Edən Hormonlar -2 15. Mövzu Kişi Çoxalma Sistemindəki Hormonlar 16. Mövzu Testosteron Hormonunun Digər Xüsusiyyətləri 17. Mövzu Oksigen Daşiyan Möcüzə Molekul: Hemoqlobin 18. Mövzu Hüceyrədəki Xəbərləşmə Sistemi 19. Mövzu Mesajçi Hormonun Hüceyrə İçindəki Səfəri 20. Mövzu Hüceyrədəki Ünsiyyət İdarəsi 21. Mövzu Hüceyrədəki Zülallarin Hərəkəti 22. Mövzu Sinir Hüceyrələrindəki Kimyəvi Ünsiyyət 23. Mövzu Qabiliyyətli Xəbərçi Nitrat Oksid (NO) 24. Mövzu Endokrin Hüceyrəsi NO (Nitrik Oksid) İstehsal Mərkəzi 25. Mövzu Bədənimizdəki Enerji Stansiyasi 26. Mövzu Qaraciyərə Yerləşdirilmiş "Bakteriya Məhv Etmə Maşinlari" 27. Mövzu DNT-nin Çoxaldilmasi 28. Mövzu Təmirçi Fermentlər 29. Mövzu Zülal İstehsali 30. Mövzu Zülal İstehsalinin Son Mərhələsi 31. Mövzu Hüceyrə Pərdəsi və Mütəşəkkil 100 Trilyon İşçi 32. Mövzu Eşidəndə Nələr Baş Verir? 33. Mövzu Qanin Laxtalanmasi 34. Mövzu Müdafiə Etmə Sistemi 35. Mövzu B12 Vitamininin Səfəri 36. Mövzu İnsan Bədəninin Kimyagəri: Mədəalti Vəzi 37. Mövzu Hüceyrə Pərdəsindəki Daşiyici Molekullar 38. Mövzu Bədəni Qorumaqla Vəzifəli Komplement Zülallari 39. Mövzu Turşuya Qarşi Düstur Çixaran Molekullar 40. Mövzu Yumurta Hüceyrələrinin Sərgilədiyi Şüur Nəticə