logo HARUN YƏHYA

Nəticə

Nəticə

Siz bu kitabı oxuduğunuz müddətdə və hal-hazırda da, bədəninizdəki molekullar fasiləsiz fəaliyyətlərinə davam etdilər. Bəziləri kalsium miqdarınızı ölçüb, əskik kalsiumu fərqli yollardan bitirdi, bəziləri zülal istehsalı üçün lazım olan amin turşularını toplamağa başladı, bəziləri DNT-nizi köçürtmək üçün DNT spiralını iki ayrı parçaya ayırdı, bəziləri bədəninizə girən bakteriya və viruslara qarşı döyüşərək sizi xəstəliklərə qarşı qorudu, bəziləri bədən istiliyinizi normal səviyyədə tutmaq üçün işlədi, bəziləri isə bədəninizdəki artıq maddələri yox etdi... və saymaqla bitirə bilməyəcəyimiz qədər çox əməliyyat eyni anda reallaşdı.

hipotalamus

Gözlə görülə bilməyəcək qədər kiçik molekullar, bir çox xüsusiyyətə, qabiliyyətə və məsuliyyətə malikdir. Onları bu xüsusiyyətlərlə yaradan, yoxdan var edən uca Rəbbimiz olan Allahdır.

Siz isə bunları nəzarət etmək, başlatmaq və ya bitirmək üçün heç bir şey etmədiniz. Yalnız kreslonuzda oturub bir kitab oxudunuz.

Bu kitab boyunca izah edilənlər Allahın sonsuz gücünü, elmini və ağlını tanıtmaları ilə birlikdə, Allahın sonsuz mərhəmət və şəfqət sahibi, Rəhman və Rəhim olduğunun da dəlillərindən yalnız bir neçəsidir. Allah insanı və bütün digər canlıları qüsursuz işləyən sistemlərlə yaratmışdır. İnsan bədənində heç bir şey əskik və ya qüsurlu buraxılmamışdır.

Quranda da bildirdiyi kimi Allah "hər şeyi yaratmış, ona bir nizam vermiş, müəyyən bir ölçüylə təqdir etmiş"dir. (Furqan surəsi, 2)

Kitabda verilən hər nümunədə görüldüyü kimi gözlə görülə bilməyəcək qədər kiçik molekullar bir çox xüsusiyyətə, qabiliyyətə və məsuliyyətə malikdir. Bu molekulların bunları yerinə gətirə bilmələri üçün bütün bu xüsusiyyətlərlə birlikdə yaradılmış olmaları lazımdır. Verilən nümunələrdəki sistemlər isə, şübhəsiz ki, uca Allahın varlığının, sonsuz elminin və yaratma sənətinin təcəlliləridəndir. Ən gözəl adların sahibi olan uca Allah Quranda belə buyurur:

… Rəbbim elm baxımından hər şeyi əhatə etmişdir. Yenə də öyüd alıb düşünməyəcəksinizmi? (Ənam surəsi, 80)

... God has power over all things and that God encompasses all things in His knowledge.’ (Surat at-Talaq, 12)

"Onlar dedilər:
“Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən!”"
(Bəqərə Surəsi: 32)

 

PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Yükləmələr
Giriş 1. Mövzu Qandaki Maye Nisbətini Yoxlayan Nəzarətçilər 2. Mövzu Bədəndəki Qüsursuz Təhlükəsizlik Sistemi 3. Mövzu Ana Südü və Oksitosin Hormonu 4. Mövzu Kalsium Ölçərlər 5. Mövzu Şəkər Fabriki 6. Mövzu Təcili Yardim: Adrenalin Hormonu 7. Mövzu Bədəni Təmizləyən Lizozom Fermentləri 8. Mövzu Qan Təzyiqini Yoxlayan Qüsursuz Sistem 9. Mövzu Böyümə Hormonu 10. Mövzu Bədənimizdəki Səhvsiz İşləyən Saat 11. Mövzu Bədən İstiliyi Nizamlayan Möcüzə Molekul 12. Mövzu Fövqəladə Həssas Tarazliq 13. Mövzu Körpə Üçün Hazirliq Edən Hormonlar -1 14. Mövzu Körpə Üçün Hazirliq Edən Hormonlar -2 15. Mövzu Kişi Çoxalma Sistemindəki Hormonlar 16. Mövzu Testosteron Hormonunun Digər Xüsusiyyətləri 17. Mövzu Oksigen Daşiyan Möcüzə Molekul: Hemoqlobin 18. Mövzu Hüceyrədəki Xəbərləşmə Sistemi 19. Mövzu Mesajçi Hormonun Hüceyrə İçindəki Səfəri 20. Mövzu Hüceyrədəki Ünsiyyət İdarəsi 21. Mövzu Hüceyrədəki Zülallarin Hərəkəti 22. Mövzu Sinir Hüceyrələrindəki Kimyəvi Ünsiyyət 23. Mövzu Qabiliyyətli Xəbərçi Nitrat Oksid (NO) 24. Mövzu Endokrin Hüceyrəsi NO (Nitrik Oksid) İstehsal Mərkəzi 25. Mövzu Bədənimizdəki Enerji Stansiyasi 26. Mövzu Qaraciyərə Yerləşdirilmiş "Bakteriya Məhv Etmə Maşinlari" 27. Mövzu DNT-nin Çoxaldilmasi 28. Mövzu Təmirçi Fermentlər 29. Mövzu Zülal İstehsali 30. Mövzu Zülal İstehsalinin Son Mərhələsi 31. Mövzu Hüceyrə Pərdəsi və Mütəşəkkil 100 Trilyon İşçi 32. Mövzu Eşidəndə Nələr Baş Verir? 33. Mövzu Qanin Laxtalanmasi 34. Mövzu Müdafiə Etmə Sistemi 35. Mövzu B12 Vitamininin Səfəri 36. Mövzu İnsan Bədəninin Kimyagəri: Mədəalti Vəzi 37. Mövzu Hüceyrə Pərdəsindəki Daşiyici Molekullar 38. Mövzu Bədəni Qorumaqla Vəzifəli Komplement Zülallari 39. Mövzu Turşuya Qarşi Düstur Çixaran Molekullar 40. Mövzu Yumurta Hüceyrələrinin Sərgilədiyi Şüur Nəticə