logo HARUN YƏHYA

38. Mövzu Bədəni Qorumaqla Vəzifəli Komplement Zülallari

38. Mövzu Bədəni Qorumaqla Vəzifəli Komplement Zülallari

Bədəndə, bədəni hər an qoruyan bir sistem var. Bu sistemin bir parçası olan komplement zülalları bədəndəki "hər hüceyrəyə" hücum etməyə proqramlaşdırılmışdır.

hipotalamus

a.Komplement zülalı
b. Hüceyrə
c. Bakteriya
d. CP

Şəkil 137: Komplement zülalları, bədənə girən düşmənlər kimi bədənə aid hüceyrələri də düşmən olaraq görərlər. Ancaq bədəndəki hər hüceyrə özünü komplement zülalına qarşı müdafiə edə biləcək xüsusiyyətlərlə təchiz edilmişdir. Bu səbəbdən komplement zülalları yalnız düşmənə zərər verə bilər.

Şəkil 138: Komplement ovçuları, bakteriyanın səthini qucaqlayaraq düşməni təsirsiz hala gətirərlər.

Bu həqiqətən də qarışıqlıq oyandırıcıdır. Bədəni müdafiə etmək üçün var olmalarına baxmayaraq, bədəni meydana gətirən bütün hüceyrələri düşmən görərlər. Komplement zülalları qaraciyərdə çıxarılır və dövran sisteminə oradan qatılırlar. Normal şərtlərdə qanın içində təsadüfi və təsirsiz şəkildə gəzən hüceyrələrdir. Ancaq xəbərdar edildiklərində, birdən gördükləri bütün hüceyrələri yox etmə qərarı alarlar. Aldıqları bu xəbərdarlıq tək bir komplement zülalı kanalı ilə bədəndəki sistemin hər yerinə yayılar. Xəbərdarlıq ilə bədəndə dost, düşmən arasında fərq qoymazlar.

Ancaq bədənə aid zərərsiz hüceyrələr, komplement zülallarına qarşı müdafiə edə biləcək şəkildə yaradılmışlar. Komplement zülalları bədənə aid hüceyrələrə dəyər-dəyməz, bu hüceyrələr zülalları təsirsiz hala gətirər. Bədənə girmiş xarici orqanizmlər isə heç gözləmədikləri bu cangüdənlərin mütləq hücumuna uğrayacaqlar.(şəkil 137)

Komplement zülallarından biri xarici orqanizmə bağlandığında şəkil dəyişikliyinə uğrayar. Bunu, komplement zülallarından digərinin bakteriyaya bağlanması izləyər. Daha sonra, komplement sistemə aid digər zülallar da bakteriyaya tək-tək bağlanarlar və komplement ovçuları, zəbt edən bakteriyanın səthini qucaqlamış olar. (şəkil 138).

Komplement sisteminin son işçisi isə hüceyrə pərdəsinə hücum etməklə məsuldur. Bu zülal, müdafiəsiz qalmış bakteriyanın tək qoruması olan hüceyrə pərdəsində bir dəlik açar. Hücum sonrasında bakteriya, içinə su alaraq partlayar. (şəkil 139).

Bəzən də komplement zülalları başqa bir üsul istifadə edərlər. Düşmənlərini incə bir pərdəylə örtər və bu şəkildə onları digər yeyici hüceyrələr üçün işarələyərlər. (şəkil 140). Bütün bunlar bədənə girən xarici bakteriyanın da, bədən içində onunla döyüşən molekulların da tək Yaradıcı olan Rəbbimizin əsəri olduğunu göstərir. Bakteriyalar, necə bir təhlükəylə qarşılaşacaqlarının fərqindədirlər. Bədən hüceyrələri isə, bədənə girəcək bakteriyaya qarşı, hələ onu tanımadan tədbir inkişaf etdirmişlər. Bu tədbirləri şüursuz bir hüceyrənin ala biləcəyini iddia etmək ağıl xaricidir. Bu sistemi yaradan, bütün kainatın sahibi və hakimi olan Allahdır.

Rəbbimiz ayələrdə belə buyurur:

“De ki: İnsanların Rəbbinə sığınıram. İnsanların malikinə, İnsanların (gerçək) İlahına. ”  (Nas surəsi, 1-3)

hipotalamus

a. Komplement zülalı
b. Düşmən hüceyrə
c. Yeyici hüceyrələr

Şəkil 139,140: Komplement zülalı, müdafiə olunmamış bakteriyanın hüceyrə pərdəsində bir dəlik açar. Hücumdan sonra bakteriya içinə su alaraq partlayar. Düşmənlər, yeyici hüceyrələr tərəfindən məhv edilərlər.

 

PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Yükləmələr
Giriş 1. Mövzu Qandaki Maye Nisbətini Yoxlayan Nəzarətçilər 2. Mövzu Bədəndəki Qüsursuz Təhlükəsizlik Sistemi 3. Mövzu Ana Südü və Oksitosin Hormonu 4. Mövzu Kalsium Ölçərlər 5. Mövzu Şəkər Fabriki 6. Mövzu Təcili Yardim: Adrenalin Hormonu 7. Mövzu Bədəni Təmizləyən Lizozom Fermentləri 8. Mövzu Qan Təzyiqini Yoxlayan Qüsursuz Sistem 9. Mövzu Böyümə Hormonu 10. Mövzu Bədənimizdəki Səhvsiz İşləyən Saat 11. Mövzu Bədən İstiliyi Nizamlayan Möcüzə Molekul 12. Mövzu Fövqəladə Həssas Tarazliq 13. Mövzu Körpə Üçün Hazirliq Edən Hormonlar -1 14. Mövzu Körpə Üçün Hazirliq Edən Hormonlar -2 15. Mövzu Kişi Çoxalma Sistemindəki Hormonlar 16. Mövzu Testosteron Hormonunun Digər Xüsusiyyətləri 17. Mövzu Oksigen Daşiyan Möcüzə Molekul: Hemoqlobin 18. Mövzu Hüceyrədəki Xəbərləşmə Sistemi 19. Mövzu Mesajçi Hormonun Hüceyrə İçindəki Səfəri 20. Mövzu Hüceyrədəki Ünsiyyət İdarəsi 21. Mövzu Hüceyrədəki Zülallarin Hərəkəti 22. Mövzu Sinir Hüceyrələrindəki Kimyəvi Ünsiyyət 23. Mövzu Qabiliyyətli Xəbərçi Nitrat Oksid (NO) 24. Mövzu Endokrin Hüceyrəsi NO (Nitrik Oksid) İstehsal Mərkəzi 25. Mövzu Bədənimizdəki Enerji Stansiyasi 26. Mövzu Qaraciyərə Yerləşdirilmiş "Bakteriya Məhv Etmə Maşinlari" 27. Mövzu DNT-nin Çoxaldilmasi 28. Mövzu Təmirçi Fermentlər 29. Mövzu Zülal İstehsali 30. Mövzu Zülal İstehsalinin Son Mərhələsi 31. Mövzu Hüceyrə Pərdəsi və Mütəşəkkil 100 Trilyon İşçi 32. Mövzu Eşidəndə Nələr Baş Verir? 33. Mövzu Qanin Laxtalanmasi 34. Mövzu Müdafiə Etmə Sistemi 35. Mövzu B12 Vitamininin Səfəri 36. Mövzu İnsan Bədəninin Kimyagəri: Mədəalti Vəzi 37. Mövzu Hüceyrə Pərdəsindəki Daşiyici Molekullar 38. Mövzu Bədəni Qorumaqla Vəzifəli Komplement Zülallari 39. Mövzu Turşuya Qarşi Düstur Çixaran Molekullar 40. Mövzu Yumurta Hüceyrələrinin Sərgilədiyi Şüur Nəticə