Uzaq Şərq dinləri bir çox insan üçün böyük bir müəmmadır. Hinduizm, Caynizm, Buddizm, Sihizm, Şintoizm, Konfüsiusçuluq və Taoizm kimi dinlərin adları çəkiləndə adətən insanların ağlına daşdan və ya taxtadan heykəllərə sitayiş edən, bu heykəllərə qurbanlar təqdim edib ehtiram göstərən, qaranlıq məbədlərdə qeyri-adi ayinlər təşkil edən qruplar gəlir. Dünya üzərində təxminən 1.5 milyard insanın qəbul etdiyi bu batil dinlər qəmgin bir həyatı, azğın ritualları, sosial ədalətsizliyi, dünyadan tamamilə uzaqlaşıb səfil şəraitdə yaşamağı, bir sözlə, hər cəhətdən batil bir həyatı təmsil edir.
Bu dinlərə inananların ən əsas yanlışlığı isə Allahın mütləq varlığını inkar edib, sayları yüz milyonu keçən bütlərə sitayiş etmələri və bu bütlərdən qarşılıq və ya yardım görəcəklərinə ümid etmələridir. Bu kitabda adı çəkilən Uzaq Şərq dinlərinin bütün təhrif olunmuş yönləri, azğınlıqları, ağıl və məntiqlə ziddiyyət təşkil edən tətbiqləri, irqçiliyi, zorakılığı və vəhşiliyi məqbul göstərən təlimləri gözlər önünə səriləcəkdir.
Ümidimiz odur ki, bu dinlərə mənsub olan insanlar da nə qədər batil bir həyat yaşadıqlarını anlasınlar, insan əli ilə yaradılmış, əcdadlardan qalma ənənələrə kor-koranə riayət etməyin onları həm bu dünyada, həm də axirətdə nə qədər böyük itkiyə məruz qoyacağının dərk etsin və bir an öncə bütün batil inanclarından imtina edərək Allaha təslim olsunlar.