Hər cəmiyyətə Allah peyğəmbərlər göndərmiş, bütün peyğəmbərlər göndərildikləri cəmiyyətləri Allaha iman etməyə dəvət etmişlər. Elçilər qövmlərinə Allahın əmr və tövsiyələrini bildirmiş, ibadət yollarını göstərmişlər. Hinduizm kimi batil dinlərdə isə əsrlərdir davam edən ənənə və adətlərdən ibarət olan batil tətbiqlər, sırf atalara bağlılıq uğuruna “ibadət” adı altında tətbiq olunur. Halbuki bunlar ibadət deyil, bütlərə tapınmalar, qəribə mərasimlər və azğın rituallardır. Hindular bu mərasimlərlə, tapınmalarla qondarma ilahlarına yaxınlaşdıqlarına, yaxşı işlər etdiklərinə, bu etdiklərinin özlərinə yeni həyatlarında faydası olacağına inanarlar. Allah müşriklərin içində olduqları vəziyyəti bu şəkildə xəbər verər:
Bütlər nə onlara yardım edə bilər, nə də özlərinə kömək edə bilərlər. (Əraf surəsi, 192)
Hinduların çox qaranlıq dünyaları vardır. Batil rituallar, bütpərəst ibadətlər, azğın tətbiqlər, tapınmalar, qurbanlar bir milyarda yaxın insanın həyatının hər anını örtmüşdür. Onları Allaha iman etmənin dincliyini, xoşbəxtliyini və qurtuluşunu yaşama şərəfindən uzaq tutaraq qaranlıq və çox tutqun bir həyata həbs etmişdir. Bir hindu, doğumundan ölümünə qədər, bütün həyatı boyunca müəyyən mərasimləri yerinə yetirməklə mükəlləfdir. Hindu sözünün mənalarından biri olan “qaranlıq” ifadəsi bu batil dini çox yaxşı izah edir.16
Hinduların sayı yüzü aşan bayramları vardır. Bu bayramların hər biri bir-bir araşdırıldığında insanı heyrətə salan tətbiqlərlə qarşılaşılar. Məsələn Naga Pançami adlı bayram “sonsuzluq ilanı” adı verilən qondarma ilah adına təşkil edilir. Aralarında təhsilli kəslərin də olduğu milyonlarla hindu bu bayramda nəhəng ilan heykəlləri düzəldər və bu heykəllərə tapınarlar. Əvvəlcə daşdan ilan heykəllərini südlə yuyar, daha sonra da canlı kobra ilanlarına süd və tort verərlər.17
Ganeşa Çaturthi bayramı isə yarı fil, yarı insan görünüşündə olan qondarma ilahları Ganeşa üçündür. Bayramda Ganeşanın səkkiz metr böyüklükdəki torpaqdan heykəli evə gətirilər. 2-10 gün arasında bu heykələ hörmət nümayişləri edirlər. Sonra bu heykəl izdiham müşayiəti ilə dənizə və ya bir gölə buraxılar. Hindqozu və şirin keks topları bütə təqdim edilər.18 (Hinduların uydurma müqəddəs mətnlərində Ganeşaya çox geniş yer verilər. Ganeşa, fil başlı hindu bütüdür. Batil hindu ənənələrində əhəmiyyətli yeri olan Şiva və Parvati adlı yalançı ilahların oğlu olduğuna inanılar.
Parvati bir gün səhvən onun başını kəsər. Sonra kədərlənib, ilk keçən canlının başını taxaraq Ganeşanı həyata qaytarar. Qarşısında həmişə bir qab dolusu şirniyyat olar. Ganeşaya insanlar süd təqdim edərlər.) Hinduların bütlərinə qarşı duyduqları güclü sevgi və göstərdikləri hörmət Allahın Quran ayələriylə diqqət çəkdiyi müşrik cəhalətdir. Quranda bu şəkildə buyurulur:
İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini Ona tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər. (Bəqərə surəsi, 165)
Yuxarıda bir neçə nümunəsini saydığımız bu azğın mərasimlər əslində Hindu dininin ağıldan kənar istiqamətini gözlər önünə sərir. Hinduizmi bir növ ruhi azadlıq dini olaraq görüb, bir qurtuluş zənn edənlər, böyük səhvin içindədirlər. Çünki Hindu dininin xurafatları, insanı, heç bir məntiqli şərhi olmayan ənənələri kor-koranə qəbul etməyə məcbur edir. Təhsilli, mədəni insanları daşdan heykəllərə yemək yedirməyə çalışan, inəklərin qarşısında səcdə edən bir insan halına gətirir.
Atalardan gələn ənənələri heç sorğulamadan, vicdan və ağıl süzgəcindən keçirmədən qəbul etmək və tətbiq etmək, tarix boyunca bütpərəstlərin ən əhəmiyyətli səhvlərindən biri olmuşdur. Allah Loğman surəsində bu mövhumatçılığı belə bildirir:
Onlara: “Allahın nazil etdiyinə itaət edin!” – deyildikdə, onlar: “Yox! Biz əcdadımızın getdiyi yolu tutub gedəcəyik!” – deyərlər. Əgər şeytan onları Cəhənnəm odunun əzabına doğru sürükləyirsə, onda necə olsun? (Loğman surəsi, 21)
Halbuki İslam, insanları ənənələrə deyil, kainatdakı tək mütləq və dəyişməz doğruya, yəni Allahın vəhyinə əməl etməyə dəvət edər. İslamı qəbul edən insan, tarixin müəyyən bir dövründə insanlar tərəfindən yaradılmış bir mədəniyyətə deyil, özünü yaratmış olan Uca Allahın endirdiyi yol göstərici kitaba bağlanmış olar. Bu səbəblə İslam, azadlıqdır. İnsanları bütün batil inanclardan, xurafatlardan, axmaq ənənələrdən, sorğulanmadan tətbiq olunan ictimai qaydalardan qurtarar.
İnsanı, sadəcə Allahın qoyduğu qaydalara və öyrətdiyi hikmətlərə görə yaşamağa dəvət edər. Bu qaydalara və hikmətlərə əməl etmək isə, insanı xoşbəxt edəcək və qurtuluşa çatdıracaq yeganə yoldur. Çünki bunları bir din olaraq təyin edən Allah, insanı yaradan və dolayısilə onun ruhunun və bədəninin hər istədiyini, ehtiyacını, zəifliyini və şəfasını biləndir. Yaratdığı insanlar, yəni bizlər üçün din olaraq İslamı seçmişdir.
Tarixin əvvəlindən bu yana hz. Nuh, hz. İbrahim, hz. Musa, hz. İsa kimi peyğəmbərlər vasitəsilə insanlara öyrətdiyi bu dini, son olaraq da peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v) vasitəsilə vəhy etmişdir. Bu səbəblə Rəbbimiz, Quranda “...Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim...” (Maidə surəsi, 3) buyurur.
İslamın azadlıq, bütlərdən və xurafatlardan qurtarıcı mesajı ilə Hinduizmin mövhumatçı dünyası müqayisə edildiyində, haqla batilin arasındakı uçurum bir daha açıq şəkildə görülər. Hinduizmin ibadətlərinə baxmaq, bu mövzuda fikir əldə etmək üçün kifayətdir.
Rəbbimiz hər cəmiyyətə hidayətə yönəldəcək bir elçi göndərmişdir. Elçilər bütün kainatı yoxdan var edən və hər şeyin ən doğrusunu bilən Rəbbimizin sözüylə hökm edərlər. Rəbbimiz hz. Musaya Tövratı, hz. Davuda Zəburu, hz. İsaya isə İncili vəhy etmişdir. İslam dininin qaynağı isə Rəbbimizin peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-ə vəhy etdiyi mübarək kitabı Qurandır.
Quranda Tövrat, Zəbur və İncilin Allahın vəhyindən sonra insanlar tərəfindən təhrif edildiyi bildirilməkdədir. Quran isə Peyğəmbərimiz (s.ə.v)-ə vəhy edildiyi halı ilə bizlərə çatmışdır. Rəbbimiz bunu Quranda “Heç şübhəsiz, zikri (Quranı) Biz endirdik Biz; onun qoruyucuları da həqiqətən Bizik” (Hicr surəsi, 9) ayəsiylə xəbər verməkdədir.
Quran, insanların oxuyub anlamaları, içində yazılanları öyrənmələri, bütün kainatı yoxdan var edən Rəbbimizi tanımaları, ONA necə qulluq edəcəklərini bilib çəkinmələri üçün göndərilmişdir. Rəbbimiz müxtəlif nümunə və hekayələrlə ayələrini müxtəlif formalarda açıqlamaqdadır. Allahın “...Biz Kitabda heç bir şeyi nöqsan buraxmadıq...” (Ənam surəsi, 38) ayəsiylə də bildirdiyi kimi Quran əskiksizdir.
Gərək dünya həyatı, gərəksə ölümdən sonrakı həyat ilə əlaqədar bir çox detal, Quranda ən hikmətli şəkildə açıqlanmaqdadır. Allah, “And olsun, sizə (bütün vəziyyətlərinizi əhatə edən) zikrinizin içində olduğu bir Kitab endirdik. Yenə də ağıllanmayacaqsınız?” (Ənbiya surəsi, 10) ayəsiylə də bizlərə bu gerçəyi bildirməkdədir. Quran Allahın sözüdür və insanlar üçün bir hidayət rəhbəridir. Dünya üzərindəki hər insana xitab etməkdədir, hökmləri endirildiyi zamandan bu yana bütün dövrləri əhatə etməkdədir.
Hinduizm isə heç bir ilahi təməli olmayan, minlərlə il əvvəl bəzi insanlar tərəfindən uydurulan, bu səbəbdən onların batil inanclarını, dar fikirli olmaları, cəhalətlərini əks etdirən və bu səbəblə ağıl və məntiqlə ziddiyyət təşkil edən xurafatlar dinidir. Hinduların qondarma müqəddəs kitab olaraq qəbul etdikləri mətnlər müxtəlif zamanlarda, Hindistanı işğal edən Arilər və müxtəlif hindu liderləri tərəfindən qələmə alınmış əfsanələrdən, hekayələrdən, sayıqlamalardan ibarətdir.
Ancaq hindular bu gerçəyi qəbul etmək istəməz, başda Vedalar olmaq üzrə bütün hindu mətnlərini ilahi rəhbər olaraq görərlər. Bu kitablardakı azğın təlimləri, ağıl və məntiqlə uyğun gəlməyən uydurma hekayələri doğru yol göstərici olaraq görərək müqavimət göstərərlər. Buna görə təsvir edilən sıxıcı və qaranlıq dünyanı ən ideal həyat modeli olaraq görərlər.
Tarix boyunca da bir çox birlik Allahın haqq dini özlərinə təbliğ edildiyi halda, azğın batil dinlərinə, atalarından gördükləri ənənələrə bağlı qalmağa israr etmişlər. Ayələrdə bu şəkildə bildirilir:
Onlara: “Allahın nazil etdiyinə və göndərdiyi Elçiyə tərəf gəlin” – deyildikdə: “Atalarımızın tutduğu yol bizə bəsdir” – deyirlər. Əgər ataları bir şey bilməyib, doğru yola yönəlməyiblərsə onda necə olsun? (Maidə surəsi, 104)
Onlara: “Allahın nazil etdiyinə tabe olun!” – deyildikdə, onlar: “Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!” – deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə? (Bəqərə surəsi, 170)
Onlar dedilər: “Gəlmisiniz ki, bizi atalarımızın tutduğu yoldan döndərəsiniz və yer üzündə böyüklük etmək ikinizə qalsın? Biz sizə iman gətirən deyilik” (Yunis surəsi, 78)
Hinduizm Allahın vəhyinə əsaslanmayan, müxtəlif kəslər tərəfindən ortaya atılıb zaman ərzində tək bir ad altında birləşdirilən, daha sonra insan əli ilə müqəddəsləşdirilən yaşayış formaları olaraq təyin etmək mümkündür. Ancaq hər batil dinin də özünə görə bir kitabı, qaydalarının və tətbiqlərinin yazıldığı kitabələri vardır. Xüsusilə mənsublarının sayı artdıqca və bu dinlər daha geniş sahələrə yayıldıqca yazılı mətnlərə ehtiyac meydana gəlmiş və bunun üzərinə əsrlərdir dildən dilə ötürülən batil inancları, qəribə tapınma ayinlərini və əfsanələri kitab halına gətirmişlər.
Bu kitablar bir çox fərqli insan tərəfindən yazılmışdır. Bu səbəblə də bu kitablarda bir çox ziddiyyətlər, cəfəngiyatlar, ağıl və məntiqdən kənar hekayələr, əxlaqi və psixoloji pozuqluqları tərifləyən izahatlar, cinsi azğınlıqları təşviq edən hissələr mövcuddur və xurafatlarla dolu qaranlıq həyat şəkli təlqin edilir.
Müxtəlif qollara ayrılan hindu inanışları Vedalar, Upanişadlar, Puranalar və Müqəddəs Brahmanalar adlı 4 kitaba əsaslanır. Hindular həyatlarını, ibadətlərini, inanışlarını, ayinlərini bu kitablara söykəyərlər. “Qurban elmi” adlanan, qayda və mərasimləri detallı olaraq açıqlayan Brahmanalar, Vedalar üzərinə edilmiş bir təfsirdir. Bu kitablar içində bir çox ziddiyyət, sayıqlama və əxlaqi azğınlıq olmasına baxmayaraq hinduların təlim kitabları olmuşlar.
Hindular tərəfindən müqəddəs qəbul edilən bu mətnlər demək olar hamısı ziddiyyətlər və axmaqlıqlar ehtiva edən yazılarla doludur. Bu səbəblərlə hinduların bu mətnləri özlərinə rəhbər olaraq görüb, hər deyiləni hərfi hərfinə yerinə yetirmələri də çox böyük və heyrətverici səhvdir. İçində olduqları bu batil din dünya həyatında da bu kəslərə çox böyük bir itki gətirir. Qondarma ilahlarına günlər, hətta aylar sürən ibadətləri, xəyali ilahlara yalvarmalarından ibarət olan ürküdücü mərasimləri, sərf etdikləri bütün bu əmək heç bir şeyə yaramayacaq. Rəbbimizin şirk qoşanların etdiklərinin boşa çıxacağı hökmü reallaşacaq. (Ənam surəsi, 88)