Kitab boyunca Uzaq Şərq dinlərini bir çox istiqamətiylə nəzərdən keçirdik və bu dinlərin öyrətdiyi kimi bütlərdən mədət ümid etmənin, batil rituallarla problemlərə həll tapıla biləcəyini zənn etmənin nə qədər böyük aldatma olduğunu Quran ayələrindən müxtəlif nümunələrlə açıqladıq.
Ancaq bütün bu tənqidlərlə birlikdə ifadə edilməsi lazım olan çox əhəmiyyətli bir məqam vardır: Quranda “dində məcbur etmə yoxdur” (Bəqərə surəsi, 256) şəklində bildirilər və dolayısilə hər kəs vicdanında azaddır. İslama görə hər insan istədiyi dini seçib ona inanmaqda sərbəstdir. Şərq dinlərinə inanan insanların da şübhəsiz bu inanclarını davam etdirməyə haqları vardır. İslami bir cəmiyyətdə də bu haqlarına mütləq hörmət göstərilməlidir.
Ancaq İslam dininin bütün müsəlmanlara yüklədiyi əhəmiyyətli məsuliyyət, “səhv yoldakı insanlara səhvlərini göstərmək və onları həqiqətə dəvət etmək”dir. Bu kitabda Şərq dinləri bu məntiqdə tənqid olunmuş, bu dinlərə bağlı olan insanlar inanclarını sorğulamağa və “həqiqət nədir” deyə səmimi şəkildə düşünməyə dəvət edilmişlər. Məqsəd, bu dinlərə inanan insanlara dostca yaxınlaşmaq, onlara inandıqları dinin batil istiqamətlərini göstərmək, beləcə haqq din olan İslamın əslini görmələrinə və sonsuz həyatlarının xilas olmasına Allahın icazəsi ilə vəsilə ola bilməkdir.
Müsəlmanlar həqiqi yaxşılıq və həqiqi pisliyin nə olduğunu Allahın “doğrunu səhvdən ayıran” bir kitab olaraq göndərdiyi Qurandan öyrənərlər. Quranda, doğru və səhv, yaxşılıq və pislik kimi anlayışlar, nümunələr verilərək hər insanın anlaya biləcəyi şəkildə açıqlanmışdır. Müsəlman, Quran əxlaqını bütün həyatında tətbiq etmək üçün cəhd göstərər. Ancaq onun üzərinə yüklədilən əhəmiyyətli bir məsuliyyət daha vardır: İnsanları, doğruları görməyə, səhvlərdən çəkinməyə, Quran əxlaqını yaşamağa dəvət etmək.
Bu səbəblə möminlər bütün həyatları boyunca insanlara yaxşı ilə pisin arasındakı fərqi izah edərlər. Allah “Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır. (Ali İmran surəsi, 104) ayəsiylə bu məsuliyyəti bütün müsəlmanlara bildirmişdir.
Saleh möminlər Belələri Allaha, Axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisalehlərdəndirlər.” (Ali İmran surəsi, 114) ayəsiylə də diqqət çəkilən bu vəzifənin əhəmiyyətin dərk edirlər. Bu səbəblə ətraflarındakı hər kəsi, yaxınlarını, ailələrini və təmasda olduqları bütün insanları Allaha iman etməyə, Ondan qorxub çəkinməyə və Onun öyrətdiyi gözəl əxlaqı yaşamağa dəvət edərlər.
Uzaq Şərq dinlərini tək yol olaraq bilən milyonlarla insana və ya Əhli Kitab olub daha sonradan Uzaq Şərq dinlərinə yönələnlərə edilən bütün bu xatırlatmaların səbəbi də Allahın Quranda bildirdiyi əmrdir: “Yaxşılığı əmr edib, pislikdən çəkindirmək”.
Quranda həmçinin Allahın bu əmrini yerinə yetirən insanların digər insanlar üçün nə qədər xeyirli şəxslər olduqlarına da diqqət çəkilmişdir:
Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz. Kitab əhli də iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların arasında iman gətirənlər də vardır. Əksəriyyəti isə haqq yolunu azmış fasiqlərdir. (Ali İmran surəsi, 110)
Ayələrdə bu dəvətin necə olacağı da bildirilir:
İnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl surəsi, 125)
Ayədə də görüldüyü kimi müsəlman bu çağırışı sevgi ilə, şəfqət ilə, gözəlliklə etməklə məsul tutulmuşdur. Allah bunu “Qullarıma, sözün ən gözəl olanını söyləmələrini de” (İsra surəsi, 53) ayəsiylə bildirmişdir. Allah Peyğəmbərimiz (s.ə.v)-in də yüksək xarakterinin və üstün əxlaqının bir nəticəsi olaraq insanlara həmişə gözəlliklə davrandığını bildirmiş və onu bütün insanlara nümunə etmişdir. Allah Peyğəmbərimiz (s.ə.v)-in bu yumşaq xasiyyətli rəftarını iman edənlərə belə bildirmişdir:
Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar. Sən onların günahından keç, Allahdan onların bağışlanmalarını dilə və görəcəyin işlər barədə onlarla məsləhətləş. Qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevir. (Ali İmran surəsi, 159)
Ayədə Peyğəmbərimiz (s.ə.v)-in yumşaq xasiyyətli əxlaqının insanlar üzərində çox müsbət təsir meydana gətirdiyi və insanların ona daha da bağlanmalarına vəsilə olduğu xəbər verilir. Allahın elçiləri insanlara Allahın əmr etdiyi şəkildə davranmış və gözəl əxlaqlarından əsla güzəştə getməmişlər. Məsələn dövrün ən azğın və ən zalım rəhbəri olan Firona gedən hz. Musaya Allah bu şəkildə buyurmuşdur:
Sən və qardaşın möcüzələrimlə gedin və Məni zikr etməkdə zəiflik göstərməyin. Fironun yanına gedin. Çünki o, həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!” (Taha surəsi, 42-44)
Yuxarıdakı ayələr bütün iman sahibləri üçün çox əhəmiyyətli xatırlatmalar ehtiva edir. Bir müsəlman, insanları Allaha iman etməyə və Quran əxlaqına görə yaşamağa dəvət edərkən gözəl sözdən əsla imtina etməməli, hər zaman razılıq və tolerantlıq tərəfdarı olmalıdır. Bu, Allahın Quranda razı olduğunu bildirdiyi əxlaqdır.
Allah Quran ayələrində “dində məcburiyyət yoxdur” şəklində buyurur. İslamın vəhy edildiyi dövrdən zəmanəmizə qədər etibarlı olan bu anlayış, İslam əxlaqının da təməlini meydana gətirər. Bu mövzudakı ayələr çox açıqdır.
Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir (Bəqərə surəsi, 256)
İslam əxlaqına görə heç kim bir başqasını inanc mövzusunda məcbur edə bilməz. Müsəlman digər insanlara yalnız təbliğ etməklə, Allahın varlığını, Quranın Allahın haqq kitabı olduğunu, hz. Məhəmməd (s.ə.v)-in Onun elçisi olduğunu, axirətin və hesab gününün varlığını, İslam əxlaqının gözəlliklərini izah etməklə və yaşamaqla məsuldur. Amma bu öhdəçiliyi yalnız dini izah etmək ilə məhduddur. Allah Peyğəmbərimiz (s.ə.v)-in də yalnız bir təbliğatçı olduğunu ayələrdə bu şəkildə bildirər:
Əgər üzlərini çevirsələr, unutma ki, Biz səni onlara nəzarətçi təyin etməmişik. Sənin vəzifən ancaq təbliğ etməkdir… (Şura surəsi, 48)
İnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə müzakirə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl surəsi, 125)
Bir başqa ayədə isə “... Haqq Rəbbinizdəndir; artıq diləyən iman etsin, diləyən inkar etsin...” (Kəhf surəsi, 29) şəklində buyurulur.
Özünə Allahın, qatından bir hidayət olaraq endirdiyi İslam dini izah edildiyi zaman insan öz istəyi ilə iman edər, heç bir təzyiq, ya da məcburiyyət altında qalmadan qərar verər. İnsan doğrunu, ya da səhvi seçməkdə azaddır. Əgər səhv seçim etsə axirətdə bunun qarşılığını alacaq. Quran ayələrində bu mövzuyla əlaqədar çox açıq əmrlər və xatırlatmalar var:
Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları mömin olmağa sənmi məcbur edəcəksən? (Yunis surəsi, 99)
Məsələn bir möminin təbliği qarşısında bir insan dərhal iman edərkən, digər insan inkar edərək lağ və aqressiv rəftarlarla qarşılıq verə bilər. Başqa bir insan vicdanını istifadə edib, həyatını Allahın razı olacağı şəkildə keçirməyə qərar verərkən, digər insan isə inkarçılardan olub, gözəl sözə pisliklə qarşılıq verə bilər. Ancaq bu inkar, dəvəti edən kimsəni heç bir şəkildə ümidsizliyə, ya da kədərə salmaz. Allah Yusif surəsində bu şəkildə buyurur:
Sən nə qədər çox istəsən də, insanların əksəriyyəti iman gətirən deyildir. Sən ki bunun əvəzinə onlardan bir mükafat istəmirsən. Bu Quran aləmlər üçün ancaq bir öyüd-nəsihətdir. (Yusif surəsi, 103-104)
Burada əhəmiyyətli olan Qurana tabe olmayanı dəvət edən insanın, qarşılaşdığı reaksiyalar nə olursa olsun, hər zaman üçün Allahın razı olacağı əxlaqı göstərməsi, gözəl əxlaqından qəti olaraq geri addım atmamağı, təvəkküllü davranmasıdır.
Allah insana ağıl və vicdan vermişdir. Elçiləri və elçilərinə vəhy etdiyi müqəddəs kitablarıyla haqq yolunu göstərmişdir. Bu səbəblə də hər kəs öz seçimindən məsuldur. İslam əxlaqı ancaq səmimi qərarla, Allaha təslimiyyətlə və hər zaman doğruları əmr edən vicdanın səsini dinləyərək yaşana bilər. Bir insanı ibadət etməyə məcbur etmək İslam əxlaqına tamamilə ziddir.
Çünki əhəmiyyətli olan insanın ürəkdən Allaha təslim olması, səmimi olaraq iman etməsidir. Əgər bir sistem insanları inanca və ibadətə məcbur edəcək olsa, bu vəziyyətdə insanlar o sistemdən qorxduqları üçün dindar olarlar. Din baxımından məqbul olan isə, vicdanların tamamilə sərbəst buraxıldığı bir mühitdə Allah rizası üçün dinin yaşanmasıdır. Allah Ğaşiyə surəsində Peyğəmbərimiz (s.ə.v)-a bu şəkildə buyurur:
Onlara nəsihət ver! Sən yalnız nəsihətçisən. Sən onların üstündə hökmdar deyilsən. Lakin üz döndərib küfr edəni, Allah ən şiddətli əzabla cəzalandırar. Şübhəsiz ki, onların dönüşü Bizədir. Sonra onları sorğu-suala çəkmək də Bizə aiddir. (Ğaşiyə surəsi, 21-26)
İslam dini, yuxarıda da üzərində dayandığımız kimi, insanları dini inanclarını seçmədə azad buraxarkən, onların digər dinlərin mənsublarına hörmətli olmalarını əmr edər. Bir insan Quranda batil olaraq təsvir edilən bir inanca sahib olsa belə, İslam torpaqlarında hüzur və sülh içində yaşaya bilər, ibadətlərini azad şəkildə yerinə gətirə bilər. Allah Peyğəmbərimiz (s.ə.v)-ə inkar edənlərə bu şəkildə söyləməsini əmr etmişdir:
Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm, siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz. Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm, siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz. Sizin dininiz sizə, mənim dinim də mənədir!” (Kafirun surəsi, 2-6)
İslam tarixini araşdırdığımızda, hər kəsin azad şəkildə ibadət edə bildiyi, inanclarının gərəklərini yerinə yetirə bildiyi bir cəmiyyət modeli görülər. Quranda Əhli Kitabın ibadət yerləri olan monastır, kilsə və sinaqoqlardan da Allahın qoruduğu ibadət məkanları olaraq bəhs edilər:
...Əgər Allah insanların bəzilərini, digərləri ilə dəf etməsəydi, içərisində Allahın adı çox zikr olunan hücrələr, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, mütləq yardım edər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir. (Həcc surəsi, 40)
Peyğəmbərimiz (s.ə.v)-in həyatı da bu kimi nümunələrlə doludur. Hətta Peyğəmbərimiz (s.ə.v) onunla görüşməyə gələn xristianların öz məscidində ibadət etmələrini söyləmiş və bunun üçün məscidi onların istifadəsinə buraxmışdır.176 Peyğəmbərimiz (s.ə.v)-dən sonrakı xəlifələr dövründə də bu tolerant anlayış qorunmuşdur. Şam fəth edildiyi zaman, məscidə çevrilən bir kilsə ikiyə bölünmüş, bir hissəsində xristianlar, o biri hissəsində müsəlmanlar ibadət etmişlər.177
Kitabın əvvəlki hissələrində də gördüyümüz kimi müsəlman birliklər əsrlər boyunca Hindistan torpaqlarında hökm sürmüş, bu torpaqlara ədalət, hüzur, güvən və rifah gətirmişlər. Hindistanın dörd bir tərəfini əhatə edən müxtəlif tarixi əsərlər, məscidlər və saraylar üstün İslam mədəniyyətinin ən gözəl nümunələridir.
Bu kitab boyunca Allahın Quranda bildirdiyi “təbliğ” əmri gərəyi, Uzaq Şərq dinlərini mənimsəyən bütün insanlara, dinlərinin onları necə bir sona apara biləcəyi xatırladılaraq “pislikdən çəkindirilmiş”dir. Həmçinin Allahın ayələri ilə Quran əxlaqı təsvir edilmiş və bütün insanlara yaxşılıq əmr edilmişdir. Bütün hindular, buddistlər, caynistlər, sihlər, şintoistlər, konfutsiçilər, taoistlər, şamanistlər və digər Uzaq Şərq dinlərini izləyənlər bir və tək İlah olan Allaha iman etməyə, bütün batil inanclardan uzaqlaşıb sonsuz güc və qüdrət sahibi olan Rəbbimizə təslim olmağa dəvət edilmişlər.
Onlar da bu müjdəli dəvəti ağıl və sağlam fikirlə qiymətləndirməli, alışdıqları ənənələri və bütpərəst ritualları bütün ön mühakimələrdən uzaqlaşaraq səmimiyyətlə nəzərdən keçirməlidirlər. Əgər vicdanlarının səsini dinləyər və kitabda bəhs edilən xatırlatmalar üzərində diqqətlə düşünülərsə, heç şübhəsiz onlar da tək bir doğruda birləşəcəklər. Bu, “La İlahə İlləllah” (Allahdan başqa İlah yoxdur) gerçəyidir.
Allahın xaricində ilah əldə etdiyi bütün gücləri buraxıb yalnız Allaha quluq etməyə qərar verən və həmin ana qədər etdiklərindən peşmanlıq duyan bütün insanlar, bu qərarı tətbiq etmək üçün bir an belə tərəddüd etməməlidirlər. Bütün keçmiş həyatlarını və batil inanclarını geridə buraxmalı, Allaha könüldən təslim olmalıdırlar.
Bunu etdikləri zaman heç şübhəsiz Rəbbimizi “bağışlayıcı və mərhəmət edici olaraq” (Nisa surəsi, 110) görəcək, həqiqi hüzura və xoşbəxtliyə çatacaqlar. İsrailoğullarının bənzər bir vəziyyətdəki rəftarları da onlar üçün çox gözəl nümunədir. Ancaq hz. Musa bu səhvlərini onlara xatırlatmış, onları dərhal tövbə edib Allaha yönəlməyə dəvət etmişdir. Allah Bəqərə surəsində onların tövbələrini qəbul etdiyini belə bildirər:
O zaman Musa öz qövmünə dedi: “Ey qövmüm! Siz buzova ibadət etməklə özünüzə zülm etdiniz. Odur ki, Yaradanınıza tövbə edin və özünüzü (sizlərdən özlərinə zülm edənləri) öldürün. Bu, Yaradanınızın yanında sizin üçün xeyirlidir”. O, sizin tövbənizi qəbul etdi. Doğrudan da O, tövbələri qəbul edəndir, Rəhmlidir. (Bəqərə surəsi, 54)