Uzaq şərq dinlərinin Qərb cəmiyyətlərinə daşınması 19-cu əsrdə başladı. Bu dövrdə bir çox avropalı tədqiqatçı Uzaq Şərq ölkələrini ziyarət etdi, yazılan kitablar, səyahət qeydləri Uzaq Şərq mədəniyyətinin daha yaxından tanınmasını təmin etdi. Bu dinlərə aid yazılı mətnlərin tərcümələrinin edilməsi marağı daha da artırdı. Ancaq dünyanın bu mədəniyyətlə vizual mənada tanış olması 1960-cı illərdə başladı.
60-cı illər qərb cəmiyyətləri üçün bir dönüş nöqtəsi idi. İki böyük dünya müharibəsinin dağıdıcı təsirləri, Yaponiyaya atılan atom bombaları, bunun ardından gələn Vyetnam müharibəsi, kommunizmə qarşı başladılan haqlı mübarizənin bir paranoyya çevrilməsi, bir-biri ardına ortaya çıxan Watergate bənzəri qalmaqallar Amerikan gəncliyində qurulu nizama qarşı böyük reaksiya meydana gətirmişdi.
Avropa ölkələrində də vəziyyət fərqli deyildi. Xristianlıq dininin bütün təşkilatları da “qurulu nizamın” bir hissəsi olaraq görülür, bu səbəblə rəhbərliyə qarşı yaranan reaksiya Kilsəyə hücum olaraq da ortaya çıxırdı. Bu dövrdə qərb gəncliyinin əhəmiyyətli bir hissəsi və bəzi qərbli intellektuallar əsrlərdir davam edən xristian inancını tərk edib, yeni axtarışlara girdilər. Bir hissəsi ateist olmağı seçərkən, bir hissəsi də Uzaq Şərq dinlərini mənimsədi. Bu axtarışın altında yuxarıda da ifadə etdiyimiz “zidd olmaq”, “nizama qarşı çıxaraq diqqətləri üzərində toplamaq” kimi səhv həvəslər də yatırdı.
Bu yönəliş məşhur mədəniyyəti təyin edən kütlələr tərəfindən də (şüurlu, ya da şüursuz olaraq) istiqamətləndirilirdi. Bunların başında Beatles qrupu gəlirdi. Beatles üzvlərindən Corc Harrisonun Hindizmi mənimsədiyini açıqlaması ilə sayları milyonlarla ölçülən Beatles pərəstişkarlarında Hinduizmə istiqamətli meyllilik meydana gəldi. Yalnız əyləncə sektoru deyil, qərb cəmiyyətinin qabaqcıl bir çox aydın, elm adamı da Uzaq Şərq mədəniyyətini mənimsədilər və gənclər arasında yayılmasına dəstək oldular.
Ancaq bu şəxslərin verdikləri dəstəyin ardında daha fərqli bir səbəb yatırdı: Uzaq Şərq mədəniyyətinin materialist Qərb mədəniyyəti ilə uyğunlaşması. Uzaq Şərq dinlərini mənimsəyən, təbliğatını edən kütlələr ümumiyyətlə materialist mədəniyyətə sahib olan qərblilərdir. Xristian-yəhudi mədəniyyətinə bağlı olan kütlələr isə bütpərəst Uzaq Şərq dinlərinə qarşı hər zaman məsafəli olmuş, bu dinlərin batil inanışlarını hər fürsətdə tənqid etmişlər.
60-cı və 70-ci illərin hippi mədəniyyəti zaman ərzində təsirini itirdi və ictimaiyyətin gündəmindən çıxdı. Ancaq o dövrdə Qərb cəmiyyətini əhatə edən Uzaq Şərq bolluğu, cəmiyyət üzərindəki təsirini heç bir zaman itirmədi, inkişaf etdi, gücləndi. Bu dəfə yeni adla və daha mütəşəkkil şəkildə insanların qarşısına çıxdı.
Bu, Uzaq Şərq dinlərinin bütün batil inanışlarını bir yerə gətirən, Allah inancına sahib olmayan, insanı sanki ilahlaşdıran (Allahı tənzih edərik) azğın bir axın idi: bütün ilahi dinlərin ortadan qalxıb, dünyanın “tək din”də birləşəcəyi bir dövrün yaxınlaşdığı xəyalinə sarılan Yeni Çağ (New Age) Hərəkatı (Yeni Çağ hərəkatı, New Age Movement-NAM. )
Xristian tədqiqatçı Wilbur Bruinsma, “The New Age Movement and Entertainment” (Yeni Çağ hərəkatı və əyləncə) başlıqlı məqaləsində 60-cı illərdən dövrümüzə gələn bu müddəti müxtəlif nümunələrlə izah edir. 1960-cı illərin bütün sistemə üsyan edən gənclərinin sülhü, marixuana və LSD kimi narkotiklərdə axtardıqlarına, Hinduizmə və Zen Buddizmə (D. T. Suzuki adlı Yapon filosof tərəfindən qurulan, Buddizm ilə bəzi Yapon inanclarını birləşdirən bir axın.
Zen sözü Çin dilində meditasiya mənasını verir və bu kimi batil tətbiqlər Zen Buddizminin təməlini meydana gətirir) qurtarıcı olaraq sarıldıqlarına diqqət çəkir və 50 ildir inkişaf edib böyüyən bu hərəkatın günümüzdəki təsirini belə təsvir edir:
1960-cı illərdə və bəlkə də 1970-ci illərdə, tarixdə daha əvvəl heç olmadığı qədər Şərq və Qərb mistisizminin sintezi yaşandı. Hinduizm, Zen Buddizmi və Çin Taoizmi Qərb mistisizminin radikal əsrarəngliyi ilə qarışdırılmışdı. Humanizmin yaxşı aşılanmış ifadələrinə baxılsa, mistisizmin təməl təlimləri ölkəmizdə, mədəniyyətimizdə və hətta dünyada güclü bir şəkildə kök salmışdır. Bu Yeni Çağ hərəkatıdır.148
Bruinsmanın da ifadə etdiyi kimi Yeni Çağ hərəkati 1960-cı illərin hippi mədəniyyətinin davamı xüsusiyyətindədir. Ancaq bu hərəkatın əsas ortaya çıxışı daha çox əvvəlki dövrlərə, 18-ci əsrə qədər uzanır. Əvvəl Amerikada ardından Avropada qurulan və batil Uzaq Şərq mədəniyyətini Qərbli insanların həyatına daşımağı hədəfləyən teozofi (“Müqəddəs Ağıl” mənasını verən “teozofi” yunan dilində bir sözdür) dərnəkləri bu hərəkatın ilk çıxış nöqtəsidir.
“Teozofi dərnəyi” (Theosophical Society) ilk olaraq, Uzaq Şərq dinlərinə (xüsusilə də Hinduizmə və Buddizmə qarşı böyük heyranlıq duyan Helena Petrovna Blavatsky və Polkovnik Henry Steel Olcott tərəfindən 1875-ci ildə Nyu Yorkda quruldu. Quruluşun məqsədi “köhnə və müasir dinlərin, fəlsəfələrin, elmlərin araşdırılması” olaraq ifadə edilirdi. Halbuki həqiqi məqsəd yalnız araşdırmaq deyil, bəzi köhnə təlimləri diriltmək idi.
Helena Blavatsky gizli təlimlərə, ruhlarla əlaqə qurduqlarını iddia edən inanışlara, caduya, mistisizmə, Uzaq Şərq dinlərinin batil rituallarına böyük maraq duyan, bu məqsədlə Hindistan, Tibet, Çin, Yaponiya kimi ölkələri bir çox dəfə ziyarət etmiş səyyah idi. Kitablarında da cadu, ilana tapınma, ruhlarla əlaqə, əlkimya kimi bir çox batil inanca geniş yer verirdi. Qərbdə gizli fikirlərin yerləşməsində böyük payı olan şəxslərdən biri olaraq qəbul edilən Helena Blavatsky, eyni zamanda özünü də fövqəlbəşər güclərə sahib insan olaraq tanıdırdı.
Tibetdəki Budist rahiblərdən və müxtəlif qurulardan (Quru sözü Sanskritçe hörmətli mənasını verər. Hinduizmdə ruhani lider, ruhani rəhbər mənalarında istifadə edilər) təhsil aldığını, guya özünün ruhlarla insanlar arasında vasitəçi olduğunu iddia edirdi.149 Hətta bu azğın iddiaları səbəbi ilə Hind mətbuatı tərəfindən saxtakarlıqla günahlandırılmış, haqqında bir çox mənfi xəbər və hesabatlar nəşr olunmuşdu.150
Blavatskyın təlimlərində Allah inancı yer almır, insan yalandan ilahlaşdırılırdı. (Allahı tənzih edərik) Ona görə insan müqəddəs bir varlıq idi və cadu, ruhlarla əlaqə qurma, meditasiya, yoqa kimi üsullar istifadə edərək sahib olduğu gücü çölə çıxarmalı idi. Blavatskyın bu azğın inanıcları Teozofi dərnəyinin də təməlini meydana gətirmişdi.
Blavatskyın bu azğın inanışlarının hər biri ağıl və məntiqlə uyğun gəlməyən, böyük yalan idi. İnsanı və bütün kainatı yoxdan var edən aləmlərin Rəbbi olan Allahdır. Allah əzəli və əbədi olandır, sonsuz güc və qüdrət sahibidir. İnsan isə Allaha möhtac, aciz varlıqdır. İnsanı yoxdan var edən, ona həyatını, gücünü, ağlını və sahib olduğu bütün xüsusiyyətləri bəxş edən böyük rəhmət sahibi olan Rəbbimizdir. İnsanın Allahın xaricində heç bir gücü, iradəsi yoxdur. Allahın bənzərsiz yaradılışına qarşı nankorluq içində olanların vəziyyəti ayələrdə bu şəkildə xəbər verilər:
Məgər insan onu nütfədən yaratdığımızı görmür? Budur, o indi açıq-aşkar mübahisə edir. O Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: “Çürümüş sümükləri kim dirildə bilər?” De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir. O sizin üçün yaşıl ağacdan od əmələ gətirdi. Budur, siz indi ondan od yandırırsınız”. Göyləri və yeri yaradan onların eynisini yenidən xəlq etmək qüdrətinə malik olmazmı?! Şübhəsiz ki, O, Yaradandır, Biləndir. Bir şeyi yaratmaq istədikdə ona təkcə: “Ol!” deyər, o da olar. Əlində hər şeyin hökmü Olan Allah pak və müqəddəsdir. Siz ancaq Onun hüzuruna qaytarılacaqsınız. (Yasin surəsi, 77-83)
İnsan Allahın “OL” əmri ilə var olmuşdur və Allahın təyin etdiyi tale üzrə həyatını davam etdirir. Allahın təyin etdiyi bir zamanda ölüm mələkləri ilə qarşılaşacaq və dünya həyatında bütün etdiklərindən ötəri hesab verəcək. Bu səbəbdən aciz və möhtac bir qul olan insanın öz səyi ilə fövqəlbəşər güclər əldə edə biləcəyi istiqamətindəki inanc çox böyük axmaqlıqdır, ağıl və məntiqlə ziddiyyət təşkil edən çox böyük yalandır.
Ancaq “insanı həyatın mərkəzinə qoyub, heç kimə məsul olmayan bir varlıq kimi göstərən” bu aldatma, ateist və materialist dünyagörüşünə sahib kütlələr tərəfindən əsrlərdir gündəmdə tutulur.
Blavatksyın təlimi də həqiqətdə bəhs etdiyimiz ateist təlimin fərqli versiyası idi. Necə ki, bu dərnəyin ideologiyasını şəkilləndirən bir başqa inanc isə “təkamül nəzəriyyəsi” idi. Teologiya və fəlsəfə mövzularındakı məqalələri ilə tanınan və St. Tomas Aquinas İlahiyyat fakültəsində tarix professoru olan Rama P. Coomaraswamy bir çalışmasında Blavatskyın qurduğu Teozofi dərnəyini bu şəkildə açıqlayır:
O dövrün təkamüllü düşüncəsindən çox təsirlənən teozofistlər, ya ruhi varlıqlar, ya da ümumiyyətlə bilinəndən daha çox təkamülləşmiş şanslı insanlar olan “ustadların” varlığına inanırdılar. Teozofistlər ən başından bəri dinin bütün Ortodoks şəkillərinə və hamısının üzərində Roma Katolik Kilsəsinə qarşı idilər. Sonradan ezoterik, ya da hermetik xristianlıq və daha sonra uydurma Liberal Katolik Kilsəsi kimi müxtəlif təşkilatlar quraraq, xristianlıq təşkilatına həm içəridən həm də çöldən hücum etdilər.151
Teozofi dərnəyinin ideologiyası, materialist və təkamülçü dünyagörüşü ilə eyniylə üst-üstə düşürdü. Onlar da Allahın varlığını inkar edir, kainatın yaranmasını təsadüflərlə açıqlayır, insanın həm fiziki həm də ruhi olaraq təkamülləşdiyini və təkamülləşmə müddətinin hələ davam etdiyini iddia edirdilər. Uzaq Şərq dinlərinin təməlini meydana gətirən qarışıq və reinkarnasiya inancını da bu uydurma təkamül müddətinin bir ifadəsi olaraq qəbul edirdilər.
İnsanın bir-biri ardına gələn yeni həyatlarının nəticəsində mükəmməlləşəcəyini, çox dərin qavrayışa, müqəddəs mövqeyə, hətta guya ilah mövqeyinə çatacağını (Allahı tənzih edərik) iddia edirdilər. (Batil karma və reinkarnasiya inancı üçün ətraflı məlumat üçün baxın: “Hinduizmin ölüm və axirət həyatına dair batil inancları” hissəsi). Halbuki bu heç bir məntiqli təməli olmayan, içi boş bir aldatma, azğın fəlsəfə idi.
Üstəlik bu axmaq iddia Teozofi hərəkatının və bu hərəkatı izləyən digər batil inancların da təməl dayağını meydana gətirirdi. Alan Morrison uzun illər boyunca Yeni Çağ təqibçisi olduqdan sonra xristianlığı qəbul edən və o zamandan bu yana Yeni Çağ axınının batil istiqamətlərini izah etmək üçün müxtəlif kitablar və məqalələr yazan xristian tədqiqatçıdır.
Morrison, “From Old Gnosticism to New Age, A Historical Analysis of the Mystery of Iniquity from the 6th Century to the Present” (Köhnə Gnostisizmden Yeni Çağa pisliyin sirrinin tarixi analizi) başlıqlı məqaləsində ilk olaraq Blavatskyın ortaya atdığı ruhi təkamül anlayışını bu şəkildə açıqlayırdı:
Teozofi dərnəyinin Yeni Gnostizmə təməl qatqılarından biri, Blavatskyın əhatəli çalışmasında ortaya çıxan “ruhi təkamül” (spiritual evolution) anlayışıdır... Necə insan aşağı həyat formalarından təkamülləşdisə, eyni şəkildə güclü və kosmik bir orqanizmə doğru təkamülləşməyə davam edəcək. Hər fərd mükəmməlliyi tutana qədər minlərlə dəfə reinkarnasiya olacaq. Ruhi təkamül nəzəriyyəsini iddia edərkən Blavatsky tək deyildi. Bir yazıçının yazdığı kimi: “Bu fikir, Madame Blavatskydan sonra Teilhard de Chardin tərəfindən, daha sonra da Berqson və Nitsşe tərəfindən fərqli şəkillərdə ifadə edilmişdir.
Lakin 19-cu əsrin sonlarında insanları ilk dəfə bu qədər təsir edən yalnız Blavatskyın fikri idi. Xristian inancının zəiflədilməsindən ortaya çıxan boşluq yeni bir dini axın ehtiyacına gətirib çıxarmışdı. Blavatsky “ruhi təkamül nəzəriyyəsini”, təbii seleksiya, ya da şans inkişafı təməlinə söykəməmişdi. O, insanlara təkamülləşməkdə olan kainata istiqamətli bir plan olduğunu söyləyirdi. Və bu plana görə, təkamüldəki bir sonrakı mərhələnin Qızıl əsr olduğunu iddia edərək onlara ümid verirdi.152
Alan Morrisonun da ifadə etdiyi kimi Teozofi dərnəyi ruhun təkamülü anlayışıyla, sonradan gələn Chardin və Berqson kimi qatı darvinistlərə və ya Nitsşe kimi fanatik din əleyhdarlarına ilham qaynağı olmuşdu. Xristian tədqiqatçı John Carlo Rosales isə “A Closer Look at the New Age Movement” (Yeni Çağ hərəkatına yaxından baxış) adlı çalışmasında bu hərəkətin təməl doktrinasını bu şəkildə təyin etmişdir:
Bu hərəkat tarix boyunca dünyanın insanların özlərinin uydurduqları ən böyük dinlərinin mistik yanlarını əhatə edir. Müasir mənada teozofi, bir çox ənənədən, lakin əvvəlcə hindu fəlsəfəsi və gizli elmlərindən alınan dini, fəlsəfi və elmi anlayışların sintezini etməyə çalışan müasir bir Gnostik (xristianlığın başlanğıcında ruhani sirləri bilmək iddiasında olan dini axınlar) hərəkatdir. Teozofistlər, Allahın və ruhun varlığı haqqındakı təməl xristian fikirlərini inkar edərlər.
Ruhun təkamülü Teozofi dərnəyinin təməl təlimidir... Teozofik mənada təkamül, davamlı olaraq yenidən doğulma yoluyla Kosmik Həyat tərəfindən icra edilən özünü fərq etmə, ya da ortaya qoyma müddətidir. Məqsədi, insanın və bütün varlıqların mükəmməlləşdirilməsidir... Qısaca, Teozofi dərnəkləri arasında ümumiyyətlə qəbul edilən 4 ana doktrina, panteistik mənada ruhun müqəddəs mənşələri, təkamül, reinkarnasiya və karmadır.153
Teozofi dərnəyi kimi daha bir çox batil axının təməlini meydana gətirən ruhun təkamülü iddiası çox böyük yalandır. Onsuz da bu əsassız iddianı müdafiə edən kütlələrin də ortaya qoyduqları hər hansı bir dəlil, göstərdikləri hər hansı nümunə yoxdur. Tək etdikləri bu azğın iddianı bəzəkli cümlələrlə və fəlsəfi şəkildə izah etmək, insanların da bu xəyali dünyaya həqiqət kimi inanmalarını gözləyir.
İnsan ruhunun mahiyyəti haqqındakı həqiqətləri tək öyrənə biləcəyimiz qaynaq Qurandır. Rəbbimiz Quranda ruh haqqında bu şəkildə buyurmuşdur:
Səndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbimin əmrindəndir. Sizə yalnız az bir bilik verilmişdir”. (İsra surəsi, 85)
Ayədə də bildirildiyi kimi insan ruhun mahiyyəti haqqında çox az məlumata malikdir. Sahib olduğu məlumat isə Quran ayələriylə bildirilənlərdir. Ayələrdə bu şəkildə xəbər verilir:
Bir zaman Rəbbin mələklərə dedi: “Mən başqa şəklə düşmüş qara palçıqdan, toxunduqda saxsı kimi səs çıxaran quru gildən insan yaradacağam! Mən ona biçim verib Öz ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!” (Hicr surəsi, 28-29)
Sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz! (Səcdə surəsi, 9)
Bir zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan yaradacağam. Mən ona surət verib Öz ruhumdan üfürdüyüm zaman ona səcdə edin!” Mələklərin hamısı birlikdə səcdə etdi. (Sad surəsi, 71-73)
Bütün kainatı yoxdan var edən Rəbbimiz insana Öz ruhundan üfləmişdir. Təbiətdə ruhu olan tək canlı insandır. İnsan şüurlu, iradə sahibi, düşünə bilən, danışa bilən, ağlaya bilən, qərar verə bilən, mühakimə edə bilən, sevə bilən, zövq ala bilən, sevinən bir varlıqdır. Bütün bunlar isə bir ət və sümük yığınından ibarət olan bədəninin deyil, sahib olduğu “ruh”unun xüsusiyyətləridir.
Ruh ölümlə birlikdə bu dünyadakı insanların içində yaşadıqları ölçüdən ayrılıb fərqli ölçüyə keçərkən, geridə cansız bədənini buraxır. Cansız bədən dünyada çürüyüb yox olarkən, ruh sonsuz bir həyata başlayacaq. Bu səbəbdən ruh, batil inancların arxasında qaçan insanların iddia etdikləri kimi təkamülləşmir, ya da daha “müqəddəs bir mövqeyə” çatmır. (Allahı tənzih edərik)
Blavatsky 1891-ci ildə öldüyündə Annie Wood Besant adlı başqa bir hindu pərəstişkarı, dərnəyin başına keçdi. Annie Besant da caduya, gizli elmlərə, psixi təcrübələrə marağı vardı. Ateist şəxsiyyətiylə və bu mövzuda etdiyi alovlu çıxışlarla tanınırdı.154 Besant, bir tərəfdən teozofik elmlər üzərində işləyib tamamilə boş sözlərə söykənən kitablar yazarkən, bir tərəfdən də dərnəyin ruhi təkamül iddiası ilə metafizik mövzular üzərində sıxlaşmasını təmin etdi.155
Bugün də onun yazdığı kitablar, bəhs etdiyimiz batil inancın arxasında gedən, cadu bənzəri axmaq məşğuliyyətləri olan bir həyat şəkli olaraq qəbul edən insanların ən çox oxuduğu kitablar arasında yer alır.
Besant, Hinduizm kimi bütpərəst və ağıl sahibi hər insanın asanlıqla qavraya biləcəyi məntiqsizlikdə bir dini hər cür tənqidə qarşı müdafiə etdi. “Central Hindu Colleges”i və 1916-cı ildə “Indian Home Rule Leagues”i (Hindi avtonomluğu dərnəyi) quraraq Hindistanın müstəqilliyi hərəkətinə qatıldı. 1917-ci ildə isə Hindistan Milli Konqresinin başçısı seçildi. Teozofi dərnəyinin və Besantın Hindistandakı təsiri “Hinduism Today” qəzetində nəşr olunan bir məqalədə də ətralı olaraq izah edilmiş, Besantın Mahatma Qandi, Jawaharlal Nehru, Sarojini Naidu, C. P. Ramaswami Aiyer və daha bir çox hindu liderinə birbaşa təsir etdiyi ifadə edilmişdir.156
Teozofi dərnəyi, batil Uzaq Şərq dinlərinin, xristian inanclarını təməl alan qərb mədəniyyətinə nüfuz edib, bu mədəniyyəti degenerasiya etmələrində əhəmiyyətli rol oynadı. Yeni Çağ hərəkatı isə köhnə bir Teozofi dərnəyi üzvü olan Alice A. Bailey tərəfindən başladılmışdır. Bailey, Teozofi dərnəyinin qurucuları kimi ateist fikirlərini dəstəkləyən azğın Uzaq Şərq dinlərinə heyran olan, batil inanclara sahib bir adam idi. Djwal Khul adlı tibetli bir liderdən mesajlar aldığını söyləyir və bir kahin olduğunu iddia edirdi.
1919-1949-cu illəri arasında bu xəyali mesajları ehtiva edən 24 kitab yazdı. Bu kitablar ümumiyyətlə gizli elmlərinin, ezoterik təlimlərin, müxtəlif cadu üsullarının izah edildiyi, azğın inancların təbliğatının edildiyi işlər idi. Bailey yazdığı 2 cildlik “Discipleship in the New Age” (Yeni Çağ tərəfdarlığı) adlı çalışmasında isə başlatdığı yeni axının təməl dəyərlərini ortaya qoydu. Yeni Çağ hərəkatı, Teozofi dərnəyinin batil olan bütün təlimlərini qəbul edir, Hinduizm, Buddizm, Şamanizm, Taoizm kimi bütpərəst dinlərin azğın inanclarının yanında müxtəlif gizli elmləri də ehtiva edirdi.
Baileyin ardından Yeni Çağ təlimi sürətlə tərəfdar yığmış və qərb mədəniyyətinin əhəmiyyətli bir hissəsi halına gəlmişdir. Ancaq bu təlim ağıl, məntiq və sağlam fikir ilə uyğun gəlməyən müxtəlif axmaqlıqlar ehtiva edən, ilahi dinlərdə qadağan edilən fal və cadu kimi bir çox batil tətbiqi təşviq edən, insanları dünya həyatının həqiqətlərindən uzaqlaşdırıb, xəyali bir dünyada yaşamağa sürüyən bir aldatmadır.
Uzaq Şərq dinləri ilə qərb mədəniyyəti arasındakı əlaqə ilk zamanlarda yalnız Teozofi dərnəyi üzvləri və materialist həyat fikrinə sahib kiçik kütlə ilə məhdud idi. Ancaq bu ateist hərəkat qısa müddətdə yeni batil dinə çevrildi. Bu din materialist kütlələr tərəfindən haqq dinlərin dünya üzərindəki inkişaf edən təsirlərini maneə törədə bilmək məqsədiylə, “21-ci əsrin dini” olaraq önə sürülən Yeni Çağ idi.
Yeni Çağ hərəkəti Allahın mütləq varlığını inkar edən, ilahi vəhyə söykənməyən, hər hansı bir yazılı kitabı olmayan, mərkəzi bir təşkilata sahib olmayan, üzvləri və başçısı olmayan, inancları və tətbiqləri qəti xəttlərlə təyin oluna bilməyən özünə xas bir hərəkatdır. İstəyən, bu batil dinə istədiyi inancı əlavə edə bilər, istədiyini də çıxara bilər.
Yeni Çağ təlimləri Hinduizm, Buddizm, Taoizm, Şamanizm, Şintoizm, Gnostik ənənələr, Spiritualizm (ruh çağırma), Wicca (cadugərlik) kimi bir çox fərqli batil inanca söykənir. Alan Morrison, Yeni Çağnin mənşələrinin hansı nöqtələrdə birləşdiyini “Blavatsky teozofik təliminin əsası, hamısı üstün yaradıcı Allahı rədd edən və fərdin ilahlaşmasını təmin etmək üçün müxtəlif tətbiqlərə müraciət edən Hinduizm, Buddizm, Zərdüştlük və Gnostizmin müxtəlif təlimlərini bir yerə gətirir”157 sözləriylə ifadə edər.
Xüsusilə də son illərdə ateist və materialist fikrə sahib kütlələr Yeni Çağ mədəniyyətinin təbliğat işlərinə sürət qatmışlar. Bunun üçün də kütləvi informasiya vasitələrini çox sıx olaraq istifadə edirlər. Məqsədləri isə qərb cəmiyyətlərində çox böyük sürət qazanan haqq dinlərə (xüsusilə də İslam dininə) yönəlişin onlara görə qarşısını kəsmək, batil dinlərinin qəbul görməsini təmin edir.
Həmin kütlələr bu inancları doğrudan batil təlim olaraq insanlara təqdim etmir, daha çox bəzəkli reklamlarla, üstü bağlı ifadələrlə, şüur altına istiqamətli mesajlarla təlqin etməyə çalışırlar. “Quru” adını verdikləri saxta ruhani liderlərlə bütpərəst inanclarını və azğın fəlsəfələrinin reklamını edir, bu şəkildə insanları aldatmağı hədəfləyirlər. Cəmiyyətin yaxından tanıdığı şəxslər də bu təbliğatda əhəmiyyətli rollar boynuna götürürdürlər. Məsələn bir dövrün məşhur aktrisalarından Shirley MacLaine, yazdığı kitablar və apardığı televiziya proqramları ilə azğın Yeni Çağ inanclarının ən böyük təbliğatçılarından biridir.
Ateist və materialist kütlələr tərəfindən müxtəlif təbliğat üsullarıyla gündəmdə tutulmağa çalışılan Yeni Çağ inancları, insanları Allah inancından uzaqlaşdırma, din əxlaqının gətirdiyi əxlaqi gözəllikləri tərk etmə və Allahın vəhyi yerinə batil işlərə yönəltmə hədəfini daşıyır. Məsələn yoqa, meditasiya, şəfaçılıq, bioenerji müalicələri, transandantal meditasiya kimi tətbiqlər Yeni Çağ inanışlarında çox böyük bir yer tutarlar.
Astrologiya, tarot kartları, falçılıq, kahinlik bu mədəniyyətin əhəmiyyətli bir hissəsini meydana gətirərlər. Bununla yanaşı karma, reinkarnasiya, reiki, feng shui, astral bədən, kristalların insanlar üzərində fərqli gücləri olduğuna inanma, ağ və qara cadu, kəhanət, tilsim tərzi obyektlərlə pis ruhların qovula biləcəyinə inanma, şeytan çıxarma, telepatiya və telekinezi kimi tətbiqlər azğın Yeni Çağ inanclarından yalnız bəziləridir. Dövrümüzdə isə bu terminlər materialist kütlələr tərəfindən edilən təbliğat səbəbi ilə tez-tez eşidilir. Bu azğın inanışlardan bəziləri bu şəkildədir.
· Yeni Çağ hərəkatında cadu və sehr çox böyük yer tutur. Uzaq Şərq dinlərinin bütün cadu ritualları, Şamanizm kimi cadu əsaslı batil inanışları və tarix boyunca davam etmiş hər cür gizli inanc bu batil dinlə təkrar dünya gündəminə gətirilmişdir. Halbuki, fal, cadu kimi inanışlar Allahın haram etdiyi çirkin əxlaqsızlıqlardır. Allah Maidə surəsində “Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız.” (Maidə surəsi, 90) şəklində buyurur. Hz. Musanın cadugərlərlə qarşılaşmasının bəhs edildiyi ayələrdə isə “sehrbazlar uğur qazanmazlar” (Yunus surəsi, 77) və “Sehrbaz isə, hara gedirsə-getsin, uğur qazanmaz” (Taha surəsi, 69) şəklində bildirir. Yəni cadunu bir qurtuluş, hüzur, rifah, ya da müvəffəqiyyət yolu olaraq görənlər çox böyük aldatma içindədirlər. Çünki, Allah diləmədikcə heç bir insanın bir başqası üçün zərər, ya da fayda diləməsi mümkün deyil. Allah Bəqərə surəsində bu vəziyyəti bu şəkildə xəbər verər:
...Lakin onlardan ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə zərər verən, faydası olmayan şeyləri öyrənirdilər. Onlar bilirdilər ki, onu əldə edən kimsə üçün axirətdə heç bir pay yoxdur. Nəfslərinin əvəzində satın aldıqları şey necə də pisdir! Kaş bunu biləydilər!
(Bəqərə surəsi, 102)
· Falçılıq, tarot kartları, ruhlarla əlaqə quraraq gələcəkdən məlumat alma yalanı, kahinlik və kəhanət kimi batil inanclar Yeni Çağ mədəniyyətinin əhəmiyyətli bir hissəsini meydana gətirərlər. Onsuz da Quru adını verdikləri kəslər də ümumiyyətlə ruhlarla əlaqə qurduqları, kahinlik etdikləri, tarot kartları ilə gələcəyi söyləyə biləcəkləri kimi yalanlara müraciət edərək insanları aldatmağa çalışan şəxslərdir. Halbuki qeybi də, müşahidə edilə biləni də yalnız Allah bilər. Nəml surəsində də bildirildiyi kimi “... Göylərdə və yerdə qeybi Allahdan başqa kimsə bilməz...” (Nəml surəsi, 65) Allah Cin surəsində isə bu şəkildə buyurar:
O, qeybi Biləndir və Öz qeybini heç kəsə açmaz; Razı qaldığı elçidən başqa. Həqiqətən, Allah onların önündə və arxasında gözətçilər qoyur... (Cin surəsi, 26-27)
Ayələrdə də ifadə edildiyi kimi Rəbbimiz razı olduğu qullarına qeyb məlumatlarını vəhy edə bilir. Bunun xaricində heç bir insanın öz səyi, cəhdi, ruhlarla əlaqə qurmağa çalışması o insanı qeybə dair bir məlumata çatdırmaz. Halbuki Yeni Çağ kimi hərəkatlara qapılan bəzi insanlar ətraflarında diqqət çəkə bilmək, mərkəzdə ola bilmək üçün kahinlik kimi xüsusiyyətlərə sahib olduqları yalanının arxasına gizlənərlər. Bu yolla insanları aldatmağı, onlardan hörmət və maraq görə bilməyi, maddi çıxar əldə etməyi ümid edərlər.
İnsanların bir neçə kağız parçasına, daşlara, kristal kürələrə baxaraq gələcəyi söyləyə bilmələri, Allahın diləməsi xaricində, mümkün deyil. Çünki “Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Ənam surəsi, 59)
· Dövrümüzdə Yeni Çağ inancları müəyyən kütlələr tərəfindən bir moda axını halına gətirilməyə çalışılır. Xüsusilə də ictimaiyyət tərəfindən tanınan şəxslər istifadə edilərək bu azğın tətbiqlərin mənimsənməsi üçün bəzəkli təbliğat işləri görür. Televiziya proqramlarında, qəzet və jurnallarda insana heç bir fayda təmin etməyəcək batil təlimlərinin reklamı edilir və bu təlqinin təsirində qalan bəzi insanlar isə meyl göstərərək və nə etdiklərini belə bilmədən eyni şeyləri tətbiq etməyə başlayırlar. Son zamanlarda ictimaiyyəti örtən “Reiki” modası da eyni yalanın bir məhsuludur. Cəmiyyət içində diqqət çəkmək, orijinal olub maraq yığmaq istəyən şəxslər bu batil təlimin təbliğatından təsirlənirlər. Halbuki reiki də digər azğın Uzaq Şərq inancları kimi böyük yalandır.
Bütpərəst bir cəmiyyət olan yaponlar, reikinin kainatdakı bir çox enerjidən biri olduğuna inanar və reikiyi “universal həyat və şəfa enerjisi” olaraq qəbul edərlər. Bəzi şəxslərin reiki enerjisinə sahib olduğunu, bununla insanlara guya şəfa verdiyini və diləyərlərsə bu enerjini başqalarına verə bildiklərini iddia edərlər.158
Reiki enerjisinə sahib olduğu yalanını ortaya atan insan əllərini yuxarıya açaraq qəribə hərəkətlər etməyə başlayar. Daha sonra bir başqa insana “ya da heyvana toxunaraq ona enerji transferi etdiyini iddia edər. Halbuki reikinin bir cadu dini olan Şamanizmdəki şeytan çıxarma və şəfa vermə rituallarından heç bir fərqi yoxdur. Şaman rahibləri də sahib olduğunu iddia etdikləri güclərlə insanlara şəfa verdikləri yalanını ortaya atmaqda, azğın cadu və tilsim kimi batil yollara müraciət edirlər.
Ağıl və məntiq sahibi heç bir insanın inanmayacağı bu axmaq inanclar çox böyük saxtakarlıqdan ibarətdirlər. Çünki heç bir insanın Allahın diləməsi xaricində bir insana şəfa verməsi mümkün deyil. Şəfanı verən Allahdır. Allah dilədiyi təqdirdə “Şafi” sifəti ilə, verdiyi xəstəliyi ortadan qaldırar. Allah diləmədikcə bütün dünyanın həkimləri, ən inkişaf etmiş texnoloji cihazlar, kəşf edilən ən son dərmanlar, ya da Uzaq Şərq dinlərinin bütün batil inancları bir yerə gəlsə yenə də o insanın xəstəliyinin yaxşılaşması qeyri-mümkündür. Quranda hz. İbrahimin səmimi duası bu şəkildə bildirilir:
Xəstələndiyim zaman mənə şəfa verən Odur. (Şuəra surəsi, 80)
Bu səbəbdən reiki kimi batil inanclar ancaq bir yalandan, aldatmadan ibarətdir. İnsanın Allahdan başqa heç bir dostu, köməkçisi, vəlisi yoxdur. Allahın xaricində heç bir gücün insana bir zərər verməsi, ya da bir fayda təmin etməsi mümkün deyil.
· Yeni Çağ inancındakı batil tətbiqlər saymaqla bitirilməyəcək qədər çoxdur. Daşların və mineralların müxtəlif güclərə sahib olduğunu düşünmək də bu səhvlərdəndir. Bu batil inancın təqibçiləri kvars kristalının müalicə və cadu sahələrində çox təsirli olduğunu qəbul edərlər. Hematit daşının qərar vermə gücü verdiyinə, almazın bədəni təmizləyərək mənfi qüvvətləri yox etdiyinə, mərcanın nəzərin qarşısını aldığına inanarlar. Bunun kimi daha bir çox daşa və minerala bu kimi axmaq güclər ətf edərlər. Halbuki bu inancların hamısı axmaq və batil inanışlardır. Hər hansı bir daşın, ya da bir obyektin bir insanı qoruması, ona güc verməsi, mənfi halları ortadan qaldırması qəti olaraq mümkün deyil. İnsan nə qədər çalışırsa çalışsın, hansı üsullara sarılsın Allahın diləməsi xaricində başına gələcək hər hansı bir şeydən qoruna bilməz. İnsan üçün tək qoruyucu Rəhman olan Allahdır. Quranda bu vəziyyət belə bildirilir:
De: “Acizanə və gizlicə: “Əgər bizi bundan qurtarsan, əlbəttə ki, şükür edənlərdən olarıq” – deyə yalvardığınız zaman sizi qurunun və dənizin zülmətlərindən xilas edən kimdir?” De: “Ondan və bütün başqa sıxıntılardan sizi Allah xilas edir. Sonra siz yenə də şərik qoşursunuz”. (Ənam surəsi, 63-64)
İnsan çətinliklə qarşılaşdığında bunları ortadan qaldırmaq üçün təbii ki, tədbirlər görməlidir. Məsələn xəstələnən bir insan həkimə gedib, deyilən müalicə üsullarını əksiksiz tətbiq etməli, dərmanlarını almalıdır. Ancaq əhəmiyyətli olan, alınan bu tədbirlərin tək başlarına bir gücləri olmadığını bilib, şəfanı yalnız Allahdan gözləməkdir. Çünki Allahdan başqa varlıqların, daşdan və taxtadan düzəldilmiş bütlərin, daşların, ya da mineralların insanı qoruya biləcəyini, bir zərəri dəyə biləcəyini, ya da güc verib fayda təmin edə biləcəyini düşünmək Allaha açıq şəkildə şirk qoşmaqdır.
Şirk isə kitabın əvvəlindən bu yana bir çox dəfə açıqladığımız kimi çox böyük günahdır. Dünyada Allahdan başqa qoruyucu, köməkçi və vəli tapa bilməyəcəyini anlamaq istəməyən, Onun hər cür köməyinə baxmayaraq nankorluqda israr edənlər axirətdə çox böyük peşmanlıq yaşayacaqlar. Allah bu kəslərin vəziyyətini Quranda belə bildirir:
De: “Allaha qoşduğunuz şəriklərdən eləsi varmı ki, hər hansı bir məxluqu ilk dəfə yaratsın, öldükdən sonra onu əvvəlki halına qaytarsın?” De: “Məxluqu ilk dəfə Allah yaradır, öldükdən sonra onu əvvəlki halına qaytarır. Siz necə də haqdan döndərilirsiniz!” De: “Allaha qoşduğunuz şəriklər arasında haqqa yönəldən bir kimsə varmı?” De: “Allah Öz qullarını haqqa yönəldir. Elə isə deyin görək haqqa yönəldən kəs arxasınca gedilməyə daha çox layiqdir, yoxsa özünə doğru yol göstərilməyincə onu tapa bilməyən kəs? Sizə nə olub? Necə mühakimə edirsiniz?” (Yunis surəsi, 34-35)
İnsanların yoqa, meditasiya, reiki kimi üsullara müraciət etmələrinin səbəblərindən biri də yaşadıqları həyatın qarışıqlığından, çətinliklərindən, stressindən uzaqlaşa bilmək, hüzuru və güvəni tapmaqdır. Necə ki, bu kimi batil tətbiqlərin reklamlarında da ümumiyyətlə “daxili hüzur, ruhi tarazlıq, daxili dünya...” kimi anlayışları istifadə edirlər. İnsanlar da, içində yaşadıqları materialist cəmiyyətdəki mərhəmətsiz, sevgisiz, qarşıdurmanı, rəqabəti və eqoizmi təşviq edən həyatdan uzaqlaşmaq üçün bu batil inancları bir qurtuluş yolu olaraq görmə səhvinə düşürlər.
Halbuki bu batil inancların insanlara daxili hüzuru və ruhi tarazlığı təmin etməsi mümkün deyil. Tam əksinə Uzaq Şərq dinləri insanları daş və taxtadan düzəldilmiş bütlərdən kömək gözləyən, cadu və batil ritualların problemlərinə həll tapa biləcəyini zənn edən, ağıllı və məntiqli hərəkət etmə qabiliyyətlərini itirmiş kəslər halına gətirir. Uzaq Şərq fəlsəfələrinin təsirli olduğu cəmiyyətlərdəki dini (bütpərəst) birliklərdə bu psixoloji təxribatı, məsuliyyətsizliyi, həyatın həqiqətlərdən uzaqlaşmış şizofreniyalı ruh halını görmək mümkündür.
Bu açıq bir həqiqətdir ki, insanların dünya üzərində həqiqi hüzur və xoşbəxtliyi tapmalarının, hər cür pislikdən, mərhəmətsizlikdən, pessimizmdən və bədbəxtlikdən xilas olmalarının tək yolu, Yaradıcımız olan Allaha təslim olmaq və Onun razı olacağı kimi bir həyat sürməkdir. Allah bu vəziyyəti ayələrdə bu şəkildə bildirər:
“... hər kəs Mənim doğru yol göstərən bələdçimin ardınca getsə, nə yolunu azar, nə də bədbəxt olar. Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq ...” (Taha surəsi, 123-124)
Yerlərin və göylərin tək sahibi olan Rəbbimiz, bütün insanların qurtuluş yolunun, bir hidayət rəhbəri olaraq endirdiyi Qurana sarılmaq olduğunu bildirmişdir. Allah İbrahim surəsində “... Bu, insanları öz Rəbbinin izni ilə qaranlıqdan nura – Qüdrətli, Tərifəlayiq Allahın yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir Kitabdır.” (İbrahim surəsi, 1) şəklində buyurur.
Allahın varlığını inkar və ya əhəmiyyətsiz edib özlərinə batil yollar seçənlər həm dünyada, həm də axirətdə çox böyük itkiyə uğrayacaqlar. Həyatları boyunca özlərinə heç bir fayda verməyən, boş işlərin arxasında qaçmalarının qarşılığını mütləq alacaqlar. Onlar özlərini doğru yolda sanıb, dünya həyatındakı batil işlərlə məşğul olanların özlərini qurtuluşa çatdıracağını zənn edərkən əslində çox böyük səhvin içində yaşadıqlarını fərq edəcəklər. Allah belə insanların vəziyyətini bir Quran ayəsində bu örnəklə bizlərə xəbər verər:
Allahdan başqasını özlərinə dost tutanların aqibəti özünə yuva qurmuş hörümçəyin məsəlinə bənzəyir. Yuvaların ən zəifi də, əlbəttə ki, hörümçək yuvasıdır. Kaş ki, biləydilər! (Ənkəbut surəsi, 41)
Ayədə də ifadə edildiyi kimi inkar yolunu seçənlər öz yollarının ən doğru yol olduğunu zənn edərkən əslində böyük aldanış içinə girmişlər. Onların bütün etdikləri boşa gedəcək, hesab günündə güvəndikləri, mədət ümid etdikləri, özlərini qoruyacağını sandıqları bütün ortaqlarının, tilsimlərinin, ovsunlarının özlərinə bir fayda verməyəcəyini görəcəklər. Allah ayələrdə belə bildirir:
Məhz mələkləri görəcəkləri gün günahkarlara heç bir müjdə olmayacaqdır. Mələklər deyəcəklər: “Cənnətə girməyiniz qadağandır, qadağan!” Biz onların etdikləri əməllərə baxdıqdan sonra onları sovrulmuş toz dənəciklərinə çevirərik. Həmin gün Cənnət sakinlərinin qalacağı yer daha lətafətli və istirahət edəcəyi yer daha gözəl olacaqdır. (Furqan surəsi, 22-24)
De: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər. Onlar Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən, buna görə də bütün əməlləri boşa çıxan kimsələrdir. Odur ki, Qiyamət günü Biz onlara əhəmiyyət verməyəcəyik”. (Kəhf surəsi, 103-105)
Daha əvvəl də vurğuladığımız kimi Yeni Çağ bənzəri batil dinlərin qərb cəmiyyətlərində bu qədər böyük maraq görmələrinin ardında yatan səbəblərdən biri də Uzaq Şərq dinlərinin materialist, ateist və bütpərəst strukturlarıdır. Qərb cəmiyyətinin xristian-yəhudi mədəniyyətindən uzaqlaşan materialist ünsürləri, Uzaq Şərq mənşəli hər cür inancı təsdiqləyir, dəstəkləyir, hətta təbliğatını edir.
Materialist qərb mədəniyyətində kainatın bir təsadüf əsəri olduğuna inanılar və canlılığın necə var olduğu sualına Darvinin təkamül nəzəriyyəsi ilə cavab verilər. Bu düşüncə, insan ruhunun varlığını rədd edər və insanın inkişaf etmiş bir heyvan növü olduğunu iddia edər. Ölümdən sonra həyatı, axirət həyatının varlığını, cənnət və cəhənnəmin varlığını qəbul etməz.
Məhz hər biri böyük bir səhv olan bu iddialar Uzaq Şərq dinlərinin inancları ilə böyük uyğunluq içindədir. Buddizm, Hinduizm başda olmaq üzrə Uzaq Şərq dinlərinin çox böyük hissəsi Allahın varlığını inkar edən, canlılılığın mənşəyinin təbiətin özü olduğunu qəbul edən, axirət, cənnət və cəhənnəm həyatının varlığını rədd edən inanclardır. Məhz bu səbəblə də materialist Qərb mədəniyyətinin müdafiəçilərindən çox vaxt böyük dəstək görmüşlər.
Təkamül nəzəriyyəsinin qabaqcılları da 19-cu əsrdən bu yana Uzaq Şərq fəlsəfələrini hər zaman dəstəkləmişlər. Bu şəxslərin əvvəlcə Darvinin ən böyük dəstəkçisi olaraq qəbul edilən Tomas H. Huxley gəlir. Yaradılışı müdafiə edən din və ya elm adamlarıyla etdiyi mübahisələr, darvinizmi müdafiə edən alovlu yazı və nitqləri, Huxleyi 19-cu əsrin ən məşhur darvinisti olaraq tarixə keçirmişdir. Huxleyin Uzaq Şərq dinlərinə, xüsusilə də Buddizmə, olan əlaqəsi isə o qədər yaxşı bilinmir.
Xristianlıq və yəhudilik kimi ilahi dinlərin nümayəndələri ilə şiddətlə mübarizə edən Huxley, Buddizm, dünyəvi qərb mədəniyyətinə uyğun inanc olaraq görürdü. “Philosophy East and West” jurnalında nəşr olunan “Buddhism in Huxley's Evolution and Ethics” (Huxleyin təkamül və əxlaqında buddizm) başlıqlı məqalədə bu mövzu işlənməkdədir. Məqalədə Huxleyin “Evolution and Ethics” (Təkamül və əxlaq) adlı kitabından Buddizm haqqındakı bu tərifi deyilməkdədir:
(Buddizm) batili mənada Tanrı tanımayan bir sistemdir; insanın bir ruhu olduğunu qəbul etməz; ölümsüzlüyə inanmanın səhv olduğunu müdafiə edər, hətta bunu ümid etməyi günah sayar; duaya və qurban ibadətinə yer verməz; insanların qurtuluş üçün yalnız öz etdiklərinə güvənməsini istəyər... yenə də köhnə Dünyanın qeydə dəyər bir hissəsində möcüzəvi sürətlə yayılmış, xarici inanclarla qarışsa belə insanlığın kiçik hesab edilə bilməz bir hissəsinin hakim inancı olmuşdur.160
Huxley Buddizmin pərəstişkarıdır və bunun tək səbəbi Buddizmin, eynilə Huxley və digər darvinistlər kimi Allah inancına sahib olmamasıdır. “Buddhism in Huxley's Evolution and Ethics” məqaləsinin yazıçısı olan Havay Universiteti müəllim Vijitha Rajapakseyə görə, Huxleyin Buddizmə olan heyranlığında, Buddizm ilə köhnə Yunanın bütpərəst və ateist mütəfəkkirləri arasında gördüyü paralellik də rol oynamışdır:
Huxleyin Buddist düşüncəni qərbli fikirlərlə əlaqələndirmə mövzusundakı açıq meyli... onun arqumentinin başqa ölçülərində də örnəkləndirilməkdədir. Buddizmin qeyri-ilahi mövqeyini Heraklitusun dünyagörüşünə bənzətmiş və bundan əlavə “Stoacılıkla Buddizm arasında” bir çox paralelliyə işarə etmişdir.161
Rajapakse, yalnız Huxleyin deyil, 19-cu əsrin digər bəzi ateistlərinin (və ya aqnostiklərinin) də Buddizmə böyük heyranlıq duyduqlarını qeyd edir. Bu dövrdə Buddizm ilə materialist qərb fəlsəfəsi arasında qurulan bir paralellik də, David Humenin fikirləri mövzusundadır. 18-ci əsrdə yaşamış olan Şotlandiyalı alim Hume, ateist və din əleyhinə filosofdur. Rajapakse; “Maraqlıdır ki, Buddizm və Hume fəlsəfəsi arasındakı paralelliklər, Buddizm haqqında ilk şərh edən şəxslər tərəfindən belə doğru şəkildə qeyd edilmişdir” deyər və belə davam edər:
Məsələn Rhys Davids ifadə edər ki “xaricdən gələn bir ruha sahib olmama düşüncəsi, daimi və dəyişməz bir acı çəkmə fikri baxımdan, bizdən yalnız iki əsr əvvəl yaşamış olan Humedən iki min dörd yüz il əvvəl eyni vəziyyəti almışdır.”162
Rajapaksenin ifadə etdiyi kimi, Viktoriya dövrü İngiltərədə (yəni 19-cu əsrdə) daha bir çox filosof Buddizmə maraq duymuşdu və bunun səbəbi də, Buddizmi, o dövrün məşhur fəlsəfələri olan ateizm və darvinizmə uyğun görmələri idi.
Eyni səbəblə Buddizmə yaxşı gözlə baxan bir başqa ateist isə, Friedrich Nietzsche idi. Xristianlığa qarşı qatı nifrət bəsləyən, buna qarşı bütpərəst mədəniyyətini və bütpərəst əxlaqını müdafiə edən Nitsşe, müdafiə etdiyi fikirlərlə 20-ci əsr faşizminin və xüsusilə də Nasizmin fikri qabaqcılı oldu. İlahi dinlərə olan bu nifrəti, şübhəsiz yalnız bu dinlərin əxlaqi prinsiplərindən deyil, bundan da əhəmiyyətlisi, Nietzschenin fanatik ateizmindən də qaynaqlanırdı.
Ancaq Nitsşenin nifrəti yalnız ilahi dinlərə qarşı idi, bütpərəst dinlərə deyil. Əksinə, bütpərəstliyi tərifləyir və ucaldırdı. Xüsusilə də Buddizmi... “Eighteenth-Century Studies” redaktoru yazıçı Jason DeBoerin ifadəsiylə “maraqlıdır ki, tarixdəki ən militan ateistlərdən biri olmasına qarşı, Nietzsche tamamilə din əleyhdarı deyildi... Digər bəzi dinlərin bir çox xüsusiyyətinə hörmət və heyranlıq duymuşdu; bunlar bütpərəstlik və hətta Buddizmdi.”163
İngilis alimi David R. Loy isə, Nitsşe haqqında yazdığı bir məqalədə eyni mövzuda bunları ifadə edər:
Nitsşe və Buddizmi müqayisə etmək demək olar klassik bir çalışma halına gəlmişdir və bunun yaxşı bir səbəbi vardır: Aralarında dərin uyğunluq görünürdü. Morrisonun ifadə etdiyi kimi, bir çox ortaq element paylaşırlar: Hər ikisi də ilah olmayan bir kainatda insanın mərkəziliyini vurğulayır və heç biri varlıq probleminin həlli üçün gətirdikləri həllərdə xarici varlığa söykənmir... Hər ikisi də insanı daim dəyişən və çox müxtəlif olan psixofiziki güclərin axışı olaraq görür və bu axışda avtonom və dəyişməyən bir varlığa (yəni ruha) yer vermir.164
Nitşenin Buddizm ilə paylaşdığı bu fikirlər şübhəsiz böyük səhvdir. Bu səhvlərin yaranma səbəbi isə, insanın qürurundan və cəhalətindən başqa bir şey deyil. Kainatı və təbiəti ağıl və vicdan gözü ilə araşdıran insan Allahın varlığının açıq-aşkar dəlillərini görəcək. Eyni həqiqət dövrümüzdəki elmi tapıntılar tərəfindən də ortaya qoyulur.
Nitşe kimi ateistlərin ortaya atdığı fikir Biq Banq və İnsani Qanun (Anthropic Principle) kimi elmi tapıntılarla yıxılmış, elm Allahın kainatı yaratdığına və fövqəladə bir tarazlıqla təşkil etdiyinə dair açıq dəlillər ortaya qoymuşdur. (Ateizmin çökməsi haqqında ətraflı məlumat üçün baxın: İslamın Yüksəlişi, Harun Yəhya, 2002, Mədəniyyət nəşriyyat) Darvinin təkamül nəzəriyyəsinin etibarsızlığını və “şüurlu dizayn”ın varlığını göstərən dəlillər, yaradılışın doğruluğunu sübut edir. Freud, Marx, Durkheim kimi 19-cu əsr ateist mütəfəkkirlərinin fikirləri də yenə elmi tapıntılar və ya ictimai nəticələrlə bir-bir məhv olmuşdur.
Ateist və materialist qərb mədəniyyətinin memarları, nəzəriyyələrinin çökdüyünü görür, buna qarşılıq İlahi dinlərə yönəlmənin artan surətinin qarşısını almaq üçün, həlli bütpərəst inancların qızışdırılmasında görürlər. Məhz bu məqsədlə yaradılan Yeni Çağ axını da materializmə saxta “mənəviyyat” möhkəmlətməsidir.
Yaxşı bəs, materialist qərb mədəniyyəti buna niyə ehtiyac duyur? Qərb dünyasının iki min illik fikri inkişafını (və degenerasiyasını) araşdıran İngilis yazıçılar Michael Baigent, Richard Leigh, Henry Lincoln qərb dünyasının 20-ci əsrdə bir “məna böhranı” içinə düşdüyünü ifadə edərlər. Bir başqa ifadə ilə, batil cəmiyyətlərə təlqin edilən materialist fəlsəfə və həyat forması, bir çox insanı Allahın varlığı və Ona ibadət həqiqətindən qopararaq, həyatlarını mənasız hala gətirmişdir. Baigent, Leigh və Lincolnun ifadəsiylə “Həyat hər hansı bir mənadan və müəyyənləşdiricilikdən tamamilə qopmuş və heç bir konkret hədəfə məruz olmayan təsadüfü bir fakt halına gəlmişdir”.165
Bu məna böhranına, bir tərəfdən də materialist nəzəriyyələrin elmi səviyyədəki çökməsinin əlavə olunması, insanların ilahi dinlərə yenidən yönəlmələrinə gətirib çıxarmışdır. Bu səbəblədir ki, bu gün xristian, İslam və yəhudi dünyasında din yüksəlişdədir; dinə inananların və dini tətbiq edənlərin nisbəti gedərək artır, dini anlayış və dəyərlər cəmiyyət həyatında daha çox iştirak edir. (Xüsusilə İslam dini, qərb dünyasının içində yüksəlişini davam etdirir.)
Məhz bütpərəst inanc olan Yeni Çağ də dinsizliyin “mənəvi böhranı” içində tərəddüd edən insanlarına saxta qurtuluş və çıxış yolu təqdim etmək üçün alovlandırılır. Bütün bunlar ateist və materialist doqmadan qopmaq istəməyən, buna baxmayaraq özlərinə bir növ “mənəviyyat” axtaran insanların qapıldıqları boş və batil təlimlərdir.
Bu təlimlərin boş olduğunu anlamaq üçünsə yalnız bir az düşünmək, onları ağıl və məntiq süzgəcindən keçirmək kifayətdir. Bu böyük təhlükə qarşısında iman sahiblərinin də yerinə yetirmələri lazım olan çox əhəmiyyətli bir məsuliyyətləri vardır: Allahın mütləq varlığının və din əxlaqının təbliğ edilməsi. Yeni Çağ ideoloqlarının etdikləri sıx təbliğatın önünü kəsmək üçün əvvəlcə edilməsi lazım olan bütün insanlara Allahın sonsuz güc və qüdrətinin izah edilməsi, insanların iman etməyə dəvət edilməsidir.
Əgər İslam əxlaqı insanlara əksiksiz izah edilər, bütün həyatını Rəbbimizin bildirdiyi şəkildə yaşayan bir insanın sahib olacağı bənzərsiz nemətlər ortaya qoyulsa, insanların saxta mənəviyyat möhkəmlətmələrinə ehtiyacları olmayacaq.
Yeni Çağ hərəkatının inkişafında isə şəxsən təkamül nəzəriyyəçiləri rol oynamışdır. Yeni Çağ təqibçilərinin çoxu, Theillard de Chardin ruhani liderləri olaraq qəbul edirlər. Theillard de Chardin təkamül nəzəriyyəsinin tarixində əhəmiyyətli yerə sahib bir alim və paleontoloqdur. Hətta Piltdown adamı kimi tarixin ən böyük elmi saxtakarlıqlarından biri sayılan böyük qalmaqalın da ortaqlarındandır.166 Onun darvinizmə nə qədər bağlı olduğunu anlamaq üçünsə bu sözü kifayətdir:
Təkamül bir nəzəriyyə, bir sistem ya da bir fərziyyədir? Xeyr o bunların hamısından kənar bir şeydir. Təkamül, özündən şübhə edilməyən yeganə qanundur ki, bütün nəzəriyyələr, bütün sistemlər, bütün fərziyyələr, ciddiyə alına bilmək və doğru ola bilmək üçün ona söykənmək məcburiyyətindədirlər. Təkamül, bütün həqiqətləri işıqlandıran bir işıq, bütün xətlərin özündən çıxması lazım olan bir ana xətdir. Məhz təkamül budur.167
Öz sözündən də aydın olduğu kimi Theillard de Chardin təkamül nəzəriyyəsinin alovlu müdafiəçilərindən idi. O, fiziki təkamüllə yanaşı, ruhi təkamülün də reallaşdığını iddia edirdi. İnsanın zehni və ictimai olaraq təkamülləşdikdən sonra nəticədə ruhi mükəmməlliyə çatacağını müdafiə edirdi. Çatılacaq bu mərhələyə isə “Omeqa nöqtəsi” adını vermişdi.
Yeni Çağ ideoloqları arasında Theilhard de Chardindən başqa Julian Huxley və Theodosius Dobzhansky kimi bir çox təkamülçü də sayılır. Dobzhanskyın “Təkamüllü müddət, insanı yüksəldərkən, kosmosun tarixində ilk və son dəfə, öz şüuru halına gəldi.” sözü dövrümüzün Yeni Çağ şərhçilərinin tez-tez istifadə etdikləri izahatlardan biridir. Dobzhanskyın ölümündən sonrakı bir mədhiyyədə, genetik Francisco Ayala belə demişdir:
Dobzhansky Allahın varlığı kimi ənənəvi dinin təməl inanclarını açıq qəbul etməsə də dindar bir adam idi... Dobzhansky insanda, bioloji təkamülün özünün fərqinə varma və mədəniyyət sahəsində üstün gəldiyi fikrini müdafiə etməkdə idi. İnsanın nəhayətdə uyğunlaşma və yaradıcılığın ən yüksək səviyyələrinə təkamülləşəcəyinə inanırdı.168
Bura qədər olan izahatlarda da görüldüyü kimi, Yeni Çağ tamamilə dünya həyatını və insanı təməl alan bir axındır. Allah inancını rədd edərkən insanı guya ilahlaşdırar (Allahı tənzih edərik) və müqəddəs xüsusiyyətlərə sahib bir varlıq olaraq qəbul edər. Necə ki, bu axının məşhur müdafiəçilərindən qəbul edilən bir zamanlar məşhur müğənni və aktrisalarından Shirley MacLainə bir yazısında: “Kimsəyə, ya da heç bir şeyə deyil, yalnız özünüzə tapına bilərsiniz, çünki ilah sizsiniz”169 deyərkən, (Allahı tənzih edərik) Yeni Çağnin azğın inanclarını da ortaya qoyur.
İlkin hədəfi insanları Allah inancından uzaqlaşdırmaq və ateist cəmiyyət meydana gətirmək olan Yeni Çağ ideoloqlarına görə insan özünün rəhbəri və mühakiməçisidir. Bu azğın inanca görə meditasiya, yoqa, reiki, ruhlarla əlaqə qurma, kristal kimi daşların köməyi ilə guya mükəmməlliyə çatacaq. Hətta eyni inanc bu kəsləri daha çox azğın bir nöqtəyə qədər aparıb çıxarır. Bu səhv guya ilah mövqeyinə sahib olan insan üçün “doğru-səhv”, “günah–savab” deyə anlayışların olmamağıdır.
Yəni Yeni Çağ inancına görə insanın etdiyi hər şey doğrudur. Michigan Universitetinin Teologiya sahəsindən Prof. H. Wayne House bir məqaləsində səhv Yeni Çağ inancına görə guya ilah qəbul edilən insanın bir başqasını mühakimə edə bilməyəcəyinə, doğru və səhv deyə bir anlayış ola bilməyəcəyinə diqqət çəkər.170 Bu səhv məntiqə görə dünya üzərindəki bütün cinayətlərin, işgəncələrin, soyğunların, qarətlərin, zülmlərin, ədalətsizliklərin də “mühakimə oluna bilməz” sayılması lazımdır.
Halbuki bu iddianı ortaya atanlar səhv fikirdədirlər. Çünki insan başıboş və məsuliyyətsiz deyil. Onu yaradan, hər anını müşahidə edən, bütün düşüncələrini bilən və öldükdən sonra onu sorğulayaraq etdiyi hər şeyin qarşılığını verəcək olan bir Yaradıcımız vardır. Və Yaradıcımız olan Allah insanı heyvanlardan fərqli olaraq bir ruh, ağıl, iradə, mühakimə qabiliyyəti ilə yaratmışdır. Yəni bir insan içində hər cür hərəkətə qarşı bir istək və ya meyl olsa belə sahib olduğu bu xüsusiyyətlərlə onu maneə törətmə gücünə sahib olaraq yaradılmışdır.
Məsələn bir hadisə qarşısında şiddətlə qəzəblənən, iradəsi zəif bir insan özünü və qarşısındakı insanı heyvan kimi görsə, ona heç düşünmədən zərər verə bilər, mərhəmətsizcə davrana bilər. Qarşısındakının kiçik bir uşaq, müdafiəsiz bir insan olması heç fərq etməz. Ancaq, Allahın ona verdiyi ruhu daşıdığını bilən, ağıl və vicdan sahibi insan hər cür vəziyyətdə qəzəbinə hakim olar. Mühakiməsi, vicdanı hər an açıq olar. Allaha hesabını verə bilməyəcəyi ən kiçik bir hərəkət etməmək üçün səy göstərər. Bunun əksini edənlər isə günah edirlər.
Səhv və günah olanı seçmələrinin səbəbi, Allaha iman etməmələri, etdiklərindən ötəri Allaha hesab verməyəcəklərini zənn etmələri və bu səbəblə çəkinməmələridir. Çünki Allah bir ayəsində insanlara həm pisliyin həm də pisliklərdən çəkinmənin ilham edildiyini bildirər (Şəms surəsi, 7-10). Bu səbəbdən insan doğru və səhvi bilir, vicdanının səsini dinləmədiyi üçün səhv olanı seçir. Hər insan Allahın ona bəxş etdiyi ruhu daşıyar və onu yoxdan var edən Yaradıcımıza qarşı məsuldur. Ayələrdə bu şəkildə bildirilər:
Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmiş, sonra onun nəslini bir damla dəyərsiz sudan əmələ gətirmiş, sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz! (Səcdə surəsi, 7-9)
Allah, Quranda onu başıboş zənn edənlərə yaradılışlarını və ölümdən sonra təkrar diriləcəklərini belə xatırladar:
Bəlkə insan özbaşına qoyulacağını güman edir? Məgər o, kişi toxumundan axıdılan bir damla nütfə deyildimi? Sonra laxtalanmış qan oldu. Allah onu yaradıb kamil bir görkəmə saldı. Ondan da bir cüt kişi və qadın yaratdı. Məgər O, ölüləri diriltməyə qadir deyil? (Qiyamət surəsi, 36-40)
Yeni Çağın təməlini meydana gətirən və insanı bütün kainatın təməlinə qoyan bu əyri inanc, darvinistlərin də təməl arqumentlərindən birini meydana gətirir. Darvinin ən qabaqcıl müdafiəçilərindən biri olan Julian Huxleyin qurduğu “təkamüllü humanizm” bənzər bir anlayışa sahib idi. Bu dinin məqsədi “yer üzündəki təkamüllü müddətin maksimum nəticəyə çatmasını təmin etmək” olacaqdı.
Bu, yalnız güclü orqanizmlərin daha çox yaşamasına və daha çox törəmələrinə çalışmaqla məhdud deyildi. Həmçinin, insanoğlunun “özündən qaynaqlanan qabiliyyətləri”nin “ən üst səviyyədə reallaşdırılması” nəzərdə tutulurdu. Bir başqa ifadə ilə, insanoğlunun gün ərzində fiziki və zehni mərhələdən “daha irəli mərhələlərə” sıçraması üçün səy göstəriləcəkdi. “Humanizm” termininin tam tərifi isə, Huxley tərəfindən belə edilirdi:
Mən “humanist” sözünü istifadə edərkən, insanın, eyni bir bitki, ya da heyvan kimi təbii varlıq olduğunu nəzərdə tuturam. Yəni insanın bədəni, zehni və ruhu fövqəltəbii bir güc tərəfindən yaradılmamış, əksinə təkamül müddəti sonunda meydana gəlmişdir. Bu səbəbdən insan, hər hansı bir fövqəltəbii gücün idarəsi, ya da yol göstəriciliyinə deyil, yalnız öz varlığına və öz gücünə inanmalıdır.171
Julian Huxley bir başqa sözündə isə təkamüllü hümanizmin inanclarını bu şəkildə sayırdı:
“Təkamüllü humanizmə dininin inancları, fövqəltəbii mənadakı vəhyə söykənən deyil. Lakin elm və elmin bizə insan və kainat haqqında bildirdiklərinə söykənəndir. Bir humanist tam olaraq insanın təbiətə yad olmadığına, tam əksinə təbiətin bir hissəsi olduğuna inanır... Öz taleyi, yer üzündəki təkamülün gələcək axışını mükəmməl şəkildə tamamlamağa, cəmiyyətin ehtiyac duyduqlarını qarşılamağa öndərlik etməsidir.”172
Halbuki Julian Huxleyin qurduğu bu süni axın heç bir təmələ söykənməyən, çox böyük səhvdir Çünki dünyadakı qüsursuz dizaynın tək sahibi aləmlərin Rəbbi olan Allahdır. Darvinistlərin öz ağıllarına görə müqəddəsləşdirdikləri insan da Allahın yoxdan var etdiyi, ONA möhtac, aciz bir varlıqdır. Necə ki, Quranda, yer üzündəki həyatın Allahın bir möcüzəsi olduğu xəbər verilir:
Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və orada hər şeydən lazım olduğu qədər yetişdirdik. Orada həm sizin üçün, həm də sizin ruzi vermədikləriniz üçün dolanışıq vasitələri yaratdıq. Elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Biz onu ancaq müəyyən ölçüdə endiririk. Biz küləkləri dölləndirici (buludlarda su əmələ gətirən, bitkiləri tozlandıran bir vasitə) kimi göndərdik, göydən yağmur yağdırıb onu sizə içirtdik. Belə olmasaydı, siz onu yığıb saxlaya bilməzdiniz. Şübhəsiz ki, Biz həm dirildir, həm də öldürürük və hər şeyə varis olan da Bizik. Həqiqətən, sizdən əvvəl gəlib-gedənləri də bilirik, sonra kimlərin gələcəyini də bilirik. (Hicr surəsi, 19-23)
Huxleyin ortaya atdığı və insanoğlunun “müqəddəs” məqsədinin öz təkamülünü sürətləndirmək olduğunu qarşıya qoyan bu düşüncələr, John Dewey adlı amerikalı filosofa dərindən təsir etdi. Dewey bu xətti inkişaf etdirərək 1933-cü ildə “Dini humanizm” axınını başlatdı və məşhur humanist manifestonu nəşr etdi. Manifestoda vurğulanan təməl düşüncə, ilahi dinlərin ortadan qaldırılmasının zamanının artıq gəldiyi və bunların yerinə, insanoğlunun elmi irəliləmə və ictimai əməkdaşlığa söykənən yeni bir dövrə girmək üzrə olduğu idi.
II Dünya Müharibəsində “elmi irəliləmə”(!) nəticəsində öldürülən 50 milyon insan, Humanist manifestoda nəzərdə tutulan optimizmi dərindən sarsıtdı. Bənzəri zərbələrin ardından Deweyin yolunu izləyənlər onun fikirlərini az da olsa düzəliş etmək məcburiyyətində qaldılar və 1973-cü ildə II Humanist manifestonu nəşr etdilər. Bu mesajda “elmin bəzən insanlığa zərər də verə biləcəyi” qəbul edilir, amma yenə də təməl düşüncədən imtina edilmirdi. Bu elmi təmələ söykənməyən, içi boş iddiaya görə insan artıq öz təkamülünü idarə edə bilərdi və bunu da elmlə edəcəkdi. Belə deyilirdi:
Elmi ağılla istifadə edərək, içində yaşadığımız ətrafı idarə edə bilərik, kasıblığı məğlub edə bilər, xəstəlikləri ortadan qaldıra bilər, həyat müddətimizi uzada bilər, davranışlarımızı diqqətə çarpan bir şəkildə dəyişdirə bilərik. Beləcə insanoğlunun təkamül müddətini istiqamətləndirə bilər, yeni güc qaynaqları meydana gətirə bilər və insanlığın daha azad və mənalı həyata qovuşması üçün lazımlı fürsətləri yarada bilərik.173
Əslində hər təkamülçü tərəfindən şüurlu, ya da şüursuz olaraq mənimsənən bu fikirlər, “təkamül dini”nin təməl inanışlarını ortaya qoyur. Əvvəl xəyali bir təkamül müddəti hazırlanır və bu müddətin hər şeyi var edən “yaradıcı” olduğu fərz edilir, sonra bu müddətin insanı qurtuluşa aparacağı düşünülür və ən sonunda insanoğlunun “müqəddəs” məqsədinin də bu müddətcə xidmət etmək olduğuna inanılır. Qısacası, təkamül, həm yaradıcı, həm qurtarıcı, həm də müqəddəs bir məqsəd olaraq qəbul edilir. Bir başqa ifadə ilə özünə tapınılan bir ilahdır (Allahı tənzih edərik.)
Halbuki darvinistlərin iddiasının böyük aldatma olduğu 20-ci əsrdə elm dünyasında yaşanan inkişaflarla bərkidi. Son illərdə mikrobiologiya, biokimya, anatomiya kimi elm sahələrində yazılan kəşflər və əldə edilən məlumatlar təkamülçülərin nəzəriyyələrinin etibarsızlığını göstərərkən, canlılığın şüurlu bir dizaynın əsəri olduğu həqiqətini ortaya qoydu. Elmi irəliləmə ilə insanın təkamülünün sürətlənəcəyi, ya da ilahi dinlərə gərək qalmayacağı istiqamətindəki iddianın böyük aldatma olduğu bütün dəlilləriylə ortaya çıxdı. Çünki elm yaradılışı təsdiq edər və insanların Allahın varlığının açıq dəlillərini görmələrinə vəsilə olar.
Fort Worth, Teksas, Southwestern Baptist Teolojik İlahiyyat fakültəsində fəxri professor olan John Newport yeni nəşr olunan kitabı “The Worldview Crisis and the New Age Movement” (Dünya görüşü böhranı və Yeni Çağ hərəkatı) adlı kitabında Yeni Çağ inancının təməl inanclarından birinin “insanın öz səyləri ilə artan yüksək ruhani vəziyyətlər əldə edə biləcəyi” fikri olduğuna diqqət çəkmişdir. Newport bunu belə açıqlayır:
Hamısı eyni fikrə söykənir: “bizim ilahi ola biləcəyimiz, bir qurtarıcıya ehtiyacımızın olmaması, xristianlıqda olan təməl inanclara ehtiyacımızın olmadığı.174
Bu mövzudakı bir açıqlamada Yeni Çağ hərəkatınınn müdafiəçiləri arasında da sayılan məşhur təkamülçü Jeremy Rifkindən gəlir. Rifkin “Algeny” adlı kitabında bu aşıqlamanı edir:
Təkamül uzun zamandır şüursuz bir hadisə olaraq görülmür, hətta tam tərsi... Biz uzun zamandır özümüzü bir başqasının evində qonaq kimi görmürük. Daha əvvəldən bəri var olan kosmik qaydalara əməl etmək üçün davranışlarımızı düzəltmirik. Bu artıq yaradılışımızdır. Qaydaları biz qururuq. Həqiqətin parametrlərini biz meydana gətirərik. Dünyanı biz meydana gətirərik. Çünki biz uzun zamandır özümüzü xarici güclərdən asılı görmürük. Uzun zamandır davranışlarımızı haqlı göstərməmiz lazım deyil, çünki kainatın memarları bizlərik. Özümüzün xaricində heç bir şeyə məsul deyilik. Çünki biz krallığıq, qüvvətik və davamlı olaraq qalib olanlar bizlərik.175
Rifkinin bu sözləri darvinistlərin Yeni Çağ hərəkatı ilə niyə bu qədər yaxın olduqlarını da ortaya qoyur. Əsrlərdir Allahın mütləq varlığını inkar edib kainatın var olmasını təsadüflərə bağlayan materialist həyat fikri, insanı həyatın mərkəzinə qoyan Yeni Çağ hərəkatı ilə eyni tərəfdədir. Halbuki daha əvvəl də vurğuladığımız kimi insan Allahın yoxdan var etdiyi aciz, Rəbbimizə möhtac bir varlıqdır. Bütün kainatı, yaşadığımız dünyanı, həyat üçün son dərəcə əlverişli olaraq yaradılan bu planetin üzərindəki bütün canlıları Rəbbimiz bənzərsiz mükəmməllikdə, qüsursuz bir dizaynla var etmişdir.
Dünya üzərində var olan bütün canlılarda heyranlıq oyandırıcı bir yaradılış müşahidə edilir. Hər canlı özü üçün ən uyğun mühitdə, uyğun bir bədən quruluşuyla həyat sürür. Kainatdakı varlıqlara aid olan hər detalda Rəbbimizin qüsursuz sənətini görmək mümkündür. Allah yaratdığı sistemin qüsursuzluğunu Mülk surəsində belə xəbər vermişdir:
Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli Allahın yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb göyə diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir. (Mülk surəsi, 3-4)
Bu mövzu ilə əlaqədar digər ayələr bu şəkildədir:
De: “Mən göyləri və yeri Yaradan Allahdan başqasınımı dost tutacağam? O, hamını yedirir, Özünü isə heç kəs yedirmir”. De: “Mənə Allaha təslim olanların birincisi olmaq əmr edildi”. Odur ki, sən müşriklərdən olma. (Ənam surəsi, 14)
Elçiləri onlara dedilər: “Göyləri və yeri yaradan Allaha şəkk etməkmi olar? O, günahlarınızı bağışlamaq və sizə müəyyən vaxta qədər möhlət vermək üçün sizi iman gətirməyə çağırır”. Onlar dedilər: “Siz də bizim kimi ancaq bir insansınız. Bizi atalarımızın ibadət etdiklərindən döndərmək istəyirsiniz. Elə isə bizə açıq-aydın bir dəlil gətirin”. (İbrahim surəsi, 10)
İnsanı ilahlaşdıran, güc və qüdrət sahibi bir varlıq olaraq qəbul edən insanlar, həqiqətdə nə qədər aciz olduqlarını görməməzlik edirlər. Gözlə görülməyəcək qədər kiçik olan bir virus qarşısında belə çarəsiz qalan, bədənində qüsursuzca işləyən sistemlərə ən kiçik bir müdaxilə belə edə bilməyən, Allahın yazdığı əcəli bir saniyə belə dəyişdirə bilməyən bir insanın ilahlıq iddiasında olması ağıl və məntiqlə ziddiyyət təşkil edən böyük azğınlıqdır. Hər insan Allahın “ol” deməsiylə var olmuşdur. Dünya həyatında Rəbbimiz hər insanı sınaqdan keçirir və bütün etdikləriylə mütləq hesaba çəkəcəkdir.
Quranda hz. Hudun qövmünün də Allaha iman etməməkdə müqavimət göstərən, öz ilahlarına ibadətdə qərarlı olan, müşrik bir qövm olduğu xəbər verilər. Ayələrdə hz. Hudun inkarçı birliyə bu sözləri bildirər:
Mən, Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, Allah onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir. (Hud surəsi, 56)