Yaponiyanın milli dini olan Şintoizm Yapon xalqına xas, batil ənənələr dinidir. Şintoizmin özü təbiətə, ölülərə və büt olaraq qəbul etdikləri milyonlarla fərqli varlığa tapınırlar.
Şintoizm, Yapon tarixinin ən qədim dövrlərindən bəri var olmuş, yerli xalqın ənənələrində, dünyagörüşlərində, tapınmalarında, mərasimlərində hər zaman yaşamışdır. Ancaq bu dinin mənşələri ilə əlaqədar yazılı qaynaqları tapmaq mümkün deyil. Bunun ən əhəmiyyətli səbəbi isə Yaponların 5-ci əsrə qədər yazı yazmağı bilməmələridir. Bu tarixdə, Çin yazısı qəbul edilmiş və müxtəlif mövzularda ilk yazılı qaynaqlar yaradılmağa başlanmışdır. Şintoizmin başlıca yazılı mətni 8-ci əsrə aid “Kojiki” (Köhnə obyektlər kitabı)dır. Nihongi (Yaponiya xronologiyası) adlı digər kitab isə yenə eyni dövrlərdə Çin dilində qələmə alınmışdır.
6-cı əsrə qədər olan mətnlərdə Şinto adı heç keçməmiş, bu anlayış yaponlara görə ilk dəfə 6-cı əsrdə istifadə edilmişdir. Bundakı məqsəd 6-cı əsrin əvvəllərində Çin və Koreya yoluyla Yaponiyaya girən Buddizm ilə, yapon xalqının yerli dini olan Şintoizm arasında bir fərq meydana gətirmək idi. Beləcə iki batil din bir-birindən ayrıldı, yaponlar “Şintoizm” adıyla xatırlanan bir növ milli dinə sahib oldular. (Şinto sözü, Çin dilində iki söz olan “shin” və “tao”dan gəlir və “Tanrıların yolu” deməkdir.)
Yenə də Buddizmin və Konfutsiçiliyin, Yapon mədəniyyəti üzərində çox dərin təsirləri oldu. Xüsusilə də yaponların Koreya yarımadasındakı krallıqlarla əlaqəyə girmələri nəticəsində, Yaponiyada Çinin mədəni təsirləri görülməyə başlandı. Yapon şahzadələrin Buddizmi təşviq etmələri, Buddist məbədlər açmaları, Buddaya hörmət nümayişləri etmələri, 7-ci və 8-ci əsrlərdə bu dinin cəmiyyət içində sürətlə yayılmasına səbəb oldu.
Konfutsiçiliyin də Buddizm kimi Yapon İmperatorluğu tərəfindən dəstəklənildi, xalqa əxlaqi təlim olaraq təqdim edildi. Şintoizmin hər hansı əxlaqi prinsipi olmaması, Konfutsiçiliyin bu ölkədə sürətlə yayılmasında çox əhəmiyyətli faktor oldu. Bu iki batil dinin cəmiyyət üzərindəki təsirləri, yenə batil bir din olan Şintoizmin zaman ərzində güc itirməsinə səbəb oldu. Xalq Şinto məbədlərindən çox, buddist məbədlərə getməyə, ölülərini Buddist rahiblərin hüzurunda yandırmağa başladı.
Şintoizmin bu şəkildə yavaş-yavaş yox olmağa başlaması, müasir dövrdə Yaponiyadakı “Şintoyu canlandırma və qədim ənənələrə dönmə” hərəkətlərinin də başlanğıcı olacaqdı. İrəliləyən hissələrdə detallı olaraq araşdıracağımız bu hərəkət, Yaponiyanın işğalçı, imperialist bir imperatorluğa çevrilməsində və II Dünya Müharibəsində çox böyük məhvə məruz qalmasında əhəmiyyətli faktor meydana gətirəcəkdi.
Şintoizmin təməlini batil “kami” inancı meydana gətirər. Kami sözü “üst və yuxarı” mənalarını verər, Şintoizmdə isə “ilah, tanrı, tanrı tərəfindən və müqəddəs güc” mənalarında istifadə edilər. Şintoizmin bir başqa adı da “kami no michi” yəni “Kami yolu”dur.
Şintoistlər “kami”nin kainatın hər yerində olduğuna inanarlar. Onlara görə bir insan, quş, heyvan, ağac, daş, balıq, çiçək, dağ, okean, su qaynağı, qılınc, daraq ya da güzgü kimi bir obyekt, “kami” yəni “müqəddəs güclərə sahib xəyali bir tanrı” ola bilər (Allahı tənzih edərik). Batil Yapon inanışlarına görə 8 milyona qədər kami vardır. Bu səbəblə də Şinto “milyonlarla tanrılı din” olaraq təyin olunur.
Azğın Şinto inanışlarına görə kamilər pis, ya da yaxşı, hər şəkildə, ya da ölçüdə ola bilərlər. Doğular, evlənər, xəstələnər, ağlayar, qısqanar və ölərlər. Ancaq bütün bu xüsusiyyətlərinə baxmayaraq sıravi insanlardan üstün olaraq qəbul edilərlər. Hərbi müvəffəqiyyət əldə etmiş bir qəhrəman, xidmət edən bir rəhbər, yaponlar tərəfindən “kami” elan edilə bilər. Bu adam həmin andan etibarən özünə böyük hörmət edilən xəyali bir ilah olar.
Yaponiyada 100.000-dən çox Şinto tapınağı mövcuddur. Hər məbədin özünə xas kamiləri var. Kamilərin şəkilləri, ya da heykəlləri məbədlərdə olmasa da ruhlarının orada olduğuna inanılar. İnsanlar Şinto məbədlərindəki kamilərə guya ibadət məqsədiylə yeməklər, su, meyvələr təqdim edər, hörmət nümayişləri edərlər, buxur yandırarlar. Əlbəttə ki, bu boş inanclarının onlara heç bir faydası olmayacaq. Kitabın əvvəlki hissələrində də Allaha ortaq qoşmanın nə qədər böyük imani azğınlıq olduğunun üzərində dayanmış və Allahın Özünə şirk qoşanları çox böyük əzabla xəbərdar etdiyini xatırlatmışdıq. Allah Həcc surəsində bu şəkildə buyurur:
... Elə isə murdar bütlərdən uzaq olun, yalan sözlərdən də çəkinin; ancaq tək Allaha ibadət edənlərdən və Ona şərik qoşmayanlardan olun! Kim Allaha şərik qoşsa, sanki o, göydən düşər, quşlar onu alıb aparar, yaxud külək onu sovurub uzaq bir yerə atar. (Həcc surəsi, 30-31)
Ayələrdə xəbər verildiyi üzrə şirk qoşduqları insanları, ya da cansız maddələri özlərinə dost bilən, onlara güvənən, çətin anlarında onların köməyinə gləcəyinə inanan bu insanlar çox böyük qəflət içindədirlər. Çünki hər şeydən çox sevərək bağlandıqları bu bütlər də, nə özlərinə nə də bir başqasına kömək etməyə gücləri çatmayan aciz və möhtac varlıqlar, hətta bir çoxu cansız maddələrdir.
Ayədə bütlərə tapınan bu insanlar üçün xəbər verilən, “sanki o, göydən düşər, quşlar onu alıb aparar, yaxud külək onu sovurub uzaq bir yerə atar” nümunəsi, bütlərə tapınmanın insanı nə qədər tək, çarəsiz və aldanmış hala gətirəcəyinin hikmətli bir ifadəsidir. Allahın “iyrənc bir pislik” (Həcc surəsi, 31) olaraq təsvir etdiyi bu bütlər insanları Rəbbimiz olan Allahdan ayıraraq, boş bir xəyal arxasına sürüyərək aldadır.
Allah bir ayəsində “...Şəriklərinizi çağırın!” – deyiləcək. Müşriklər onları çağıracaq, lakin şərikləri onlara cavab verməyəcəklər. Onlar əzabı görəcəklər. Yaxşı olardı ki, onlar doğru yolla getmiş olaydılar.” (Qəssas surəsi, 64) şəklində buyurur və bütpərəstlərin sonsuz cəhənnəm əzabı ilə qarşılaşacaqlarını bizə xəbər verir. Şintoistlər bu həqiqəti düşünməli, içində olduqları səhvdən sıyrılaraq, bütün insanların Yaradıcısı, Rəbbi, sahibi və vəlisi olan uca Allaha yönəlib, Onun haqq dininə tabe olmalıdırlar. Müsəlmanlara düşən vəzifə isə, səhv içindəki bu insanlara din əxlaqını bir an əvvəl, bütün gücləriylə və təsirli şəkildə izah etməkdir.
Şintoistlər ölülərin ruhlarının bir “kami” halına gələrək yaşayanlar arasında gəzdiyinə, məzarlarında qaldığına, uşaqları ilə nəvələrinin sevinclərinə, kədərlərinə ortaqlıq etdiklərinə, onlara göz qulaq olduqlarına inanarlar. Onlar ölərək guya bəzi fövqəltəbii güclərə sahib olmuşlar. Bu batil inanc, şintoistləri ağıllı bir insanın heyrətə düşərək dinləyəcəyi nağıllar uydurmağa şövq etmişdi.
Onlara görə ölülər təbiət hadisələrini idarə edər, doğumlara, ölümlərə nəzarət edər, bərəkət gətirər, mövsümlərin meydana gəlməsini təmin edər, fəlakətləri və qıtlıqları meydana gətirərlər. Bu azğın anlayış üzündən hər ailənin, hər kəndin, hər klanın, xalqın “öz atalarının ruhları” tərəfindən qorunduğuna inanarlar. Bəzi kamilərin də ağaclara, təbiətə, alətlərə, hətta mətbəxdəki qazanlara qədər hər şeyə can verdiklərinə inanarlar.
Bu səhv inanca görə şintoistlər, bəzi kamilərin xəstəliklərdə, bəzilərinin nəqliyyatda, bəzilərinin isə universitet imtahanlarında müvəffəqiyyətli olmaq üçün köməkçi olduğuna inanarlar. Yapon təxəyyülü, dünyanı yaxşı, ya da pis ruhlarla doldurmuşdur. Hər şintoist üçün öz kamisi kainatın və varlığın təməlidir.
Halbuki aciz insanların, daşdan, ya da taxtadan əşyaların bəzi gücləri olduğuna inanmaq çox böyük bir cəhalətdir. Kainatdakı hər işi nizamlayan sonsuz güc və qüdrət sahibi olan Rəbbimizdir. Səcdə surəsində də bildirildiyi kimi “Göydən yerə hər işi dəyişdirib nizama qoyan Odur.” (Səcdə surəsi, 5) Bütün kainatı yoxdan var edən, canlı və cansız bütün varlıqları yaradan aləmlərin Rəbbi olan Allahdır. Ayələrdə bu şəkildə bildirilir:
Sizin məbudunuz Tək olan İlahdır. Ondan başqa məbud yoxdur, Mərhəmətlidir, Rəhmlidir. Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə yüklənmiş halda dənizdə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, Onun bütün heyvanatı yer üzünə yaymasında, küləklərin istiqamətinin dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda, başa düşən insanlar üçün dəlillər vardır. (Bəqərə surəsi, 163-164)
Gördüyünüz göyləri dirəksiz yüksəldən, sonra da Ərşə ucalan, müəyyən vaxta qədər göydə hərəkət edən günəşi və ayı əmrinə tabe edən Allahdır. O, işləri yoluna qoyur və ayələrini belə izah edir ki, bəlkə Rəbbinizlə qarşılaşacağınıza yəqinliklə inanasınız. (Rad surəsi, 2)
Ayələrdə işarə edildiyi kimi, Allahın varlığını və birliyini, kainatdakı və təbiətdəki böyük nizamı müşahidə edərək də anlaya bilərik. Bütün kainatda insan həyatını mümkün edən böyük tarazlıq və uyğunluğun var olmasıyla da təbiətdəki bütün canlıların ortaq dizaynın izlərini daşıması (məsələn hamısının eyni DNT quruluşuna sahib olması), varlıq aləminə sonsuz ağla sahib nizamın suveren olduğunu göstərir.
Məşhur molekulyar bioloq Michael Dentonun “Natures Destiny: How The Laws of Biology Reveal Purpose in The Universe” (Təbiətin qədəri: Biologiya qanunları kainatda bir məqsədin var olduğunu necə göstərir) adlı kitabında açıqladığı kimi, qalaktikalardan atomun quruluşuna qədər bütün kainata hakim ortaq bir məqsəd, ortaq bir dizayn vardır. Bu da tək bir Yaradıcının varlığını göstərər.
Bunun əksini düşünmək, yəni kainatda Allahdan başqa ilahlar olduğunu, hər birinin fərqli gücə sahib olduğunu xəyal etmək isə axmaqlıqdır. Allah Quranda bu şəkildə düşünən bütpərəstlərə (məsələn Şintoistlər kimi, milyonlarla xəyali ilaha inananlara) bu inanclarının nə qədər böyük aldatma olduğunu belə bildirir:
Allah Özünə heç bir övlad götürməmişdir. Onunla yanaşı ibadətə layiq olan heç bir məbud yoxdur. Əks təqdirdə hər bir məbud öz yaratdıqlarını özü idarə etmək istəyər və onların bir qismi digərinə üstün gəlməyə can atardı. Allah onların Ona aid etdikləri sifətlərdən uzaqdır. (Muminun surəsi, 91)
Ölülərinə saxta ilahlıq verən şintoistlər, bu ayədə bildirilən həqiqəti yaxşı düşünməli, öz zehinlərində meydana gətirdikləri xəyali “ilahlar qarışıqlığı”ndan xilas olaraq, Allahın açıq-aşkar varlığını qəbul etməli və Ona təslim olmalıdırlar.
Ölülər haqqında bu cür azğın inanışlara sahib olan şintoistlər ölüm, hesab günü, axirət həyatı, cənnət və cəhənnəm kimi mövzularda isə demək olar ki, heç bir açıqlama etməzlər. Sahib olduqları azğın inanışlar şintoistləri bu mövzularda da ağıl və məntiqə uyğun gəlməyən, axmaq tətbiqlərə itələmişdir. Batil Şinto yazılı mətnlərinə görə ölülərin rahatı “yaşayanların onlara yaxşı baxmaları, təqdim etdikləri yeməklər, məzarlarına qoyduqları təqdimatlar sayəsində” olar, “ölülərə yaxşı davrananlar xoşbəxt, pis davrananlar bədbəxt olarlar”.
Əgər ölülərə lazımlı hörmət göstərilməz, tez-tez təqdimatlar edilməzsə, hədiyyələr alınmazsa ölülərin bunun intiqamını alacaqlarına inanarlar. Bu səbəblə də Şintoizmə inanan bir yapon, ölülərə hörmət göstərməyi, məzar ziyarətlərini, ölülərə təqdimatlar etməyi çox əhəmiyyətli bir vəzifə olaraq görər. Halbuki Şintoizmin digər inanışları kimi, ölüm və ölülərlə əlaqədar bu inanışı da yaponların atalarından götürdükləri böyük aldatmadır.
İnsanların meydana gətirdiyi heç bir ənənə və ya təlim, ölüm sonrası haqqında doğru məlumat verə bilməz; çünki heç bir insan ölüm sonrasını görüb geri dönmüş deyil. Ölüm və ölümdən sonrakı həyat haqqındakı həqiqət məlumatı öyrənə biləcəyimiz tək qaynaq, Allahın bizə çatdırdığı Qurandır.
Rəbbimiz həm (indiki vaxtda təhrifə məruz qalmış vəziyyətdə olan) Tövrat və İncildə, həm də təhrif edilməmiş tək İlahi kitab olan Quranda ölümlə birlikdə insanın dünya həyatının sona çatacağını və axirət həyatının başlayacağını xəbər verir. Reinkarnasiyaya inananların iddia etdikləri kimi insan yeni bir bədənlə dünyaya gəlməyəcək, şintoistlərin inandığı kimi öldükdən sonra ruhu dünya həyatında uzun illərlə yaşamayacaq. Allah Quranda bu şəkildə bildirər:
Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: “Ey Rəbbim! Məni geri qaytar. Bəlkə, tərk etdiyim yaxşı əməlləri indi edəm”. Xeyr! Onun bu dedikləri ancaq boş bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər bərzəx həyatı vardır. (Muminun surəsi, 99-100)
Ayədəki ifadədən də aydın olduğu kimi, inkarçıların öldükdən sonra təkrar dünyaya dönmələri, boş bir diləkdən ibarətdir. Başqa ayələrdə də cənnətdəkilərin “ilk” ölümdən başqa bir ölüm dadmayacaqları belə bildirilər:
Onlar orada ilk ölümdən başqa heç bir ölüm dadmayacaqlar. Allah onları Cəhənnəm əzabından qorumuşdur sənin Rəbbinin lütfkarlığı sayəsində. Məhz bu, böyük uğurdur. (Duxan surəsi, 56-57)
Allah inkar edənlərin ölümü haqqında isə bizə bir çox detal verir. Allahın varlığını, sonsuz axirət həyatını inkar edən insanlar üçün ölümlə birlikdə böyük əzab başlayacaq. Bu kəslərdən birini kənardan görənlər, yatağında sakit şəkildə öldüyünü sanarkən o həqiqətdə çox böyük əzabın içinə girəcək. (Doğrusunu Allah bilər) Ölüm mələkləri, əzab verərək və alçaldaraq onun canını bədənindən çıxaracaqlar. Ayələrdə inkar edənlərin ölüm anı bu şəkildə təsvir edilir.
...Zalımları ölüm girdabında olduqda, mələklərin də əllərini uzadıb: “Canlarınızı çıxarın! Allaha qarşı nahaq sözlər söylədiyinizə və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə bu gün siz cəzalandırılacaqsınız!” – dediklərini bircə görəydin... (Ənam surəsi, 93)
Kaş sən kafirləri mələklər onların canını alarkən görəydin. Mələklər onların üzünə və yanlarına vura-vura deyirdilər: “Dadın yandırıcı odun əzabını! Bu, öz əllərinizlə etdiyiniz əməllərə görədir. Yoxsa Allah qullarına zülm edən deyildir”. (Ənfal surəsi, 50-51)
Başqa ayələrdə belə buyurulur:
Xeyr, o ruh körpücük sümüklərinə yetişəcəyi zaman; “Ovsunu kim oxuyacaq?” – deyiləcəkdir. Can verən adam dünya həyatından ayrıldığını yəqin edəcəyini anlamışdır. (Qiyamət surəsi, 26-28)
Məhz, inkar edən insan artıq həyatı boyunca inkar etmiş olduğu o böyük həqiqətlə üz-üzədir. Ölümlə birlikdə, həyatı boyunca işlədiyi böyük günahın, inkarının cəzasını çəkməyə başlayacaq. Mələklərin kürəyinə vura-vura, canını ən dərindən sökərək almaları, özünü gözləyən sonsuz əzabın yalnız bir başlanğıcıdır.
Şintoizm, ölümdən sonrası haqqında olduğu kimi, bütün kainatın yoxdan var edilməsi haqqında da batil nağıl uydurmuşdur. Təhsilli, ya da təhsilsiz, işsiz, ya da peşə sahibi, cahil, ya da mədəni Şintoizmi qəbul edən bütün yaponlar, kainatın “İzanaqi” və “İzanami” adlı iki saxta ilah tərəfindən meydana gətirildiyinə inanarlar.
Ancaq nağıl bu qədərlə də məhdud qalmamışdır: Bütün Yapon adaları, Yapon xalqı və bütün kamilər, bu ikili tərəfindən “xüsusi bir yaradılışla” var edilmişdir. İzanaminin burnundan axan sudan okean üzərindəki fırtınaları nəzarət edən Susani (igid kişi “kami”), sağ gözündən düşən bir damladan xəyali ay tanrısı Tsukinokami, sol gözündən düşən bir damladan da xəyali günəş tanrısı Ameterasu doğulmuşdur.120
Növbəti hissələrdə ətraflı olaraq araşdıracağımız fanatik Yapon milliyyətçiliyi də bu ağıl və məntiqdən kənar nağıldan güc tapır. Yaponların bu əfsanəsinin, nə qədər böyük axmaqlıq olduğunu izah etməyə belə ehtiyac yoxdur. Çünki çox sadə mühakimə qabiliyyətinə sahib olan bir uşaq belə, yuxarıda yazılanların məntiqdən kənar olduğunu anlaya bilər. Ancaq atalarından gördüklərinə kor-koranə bağlı olan və bu bağlılıqla qürur duyan bəzi yaponlar həqiqətləri görməkdən uzaqdırlar. Bir Yapon deyimi bu inanışı belə şəkildə açıqlayar:
“Ataların xatirəsinə bağlılıq, bütün ərdəmlərin qaynağıdır və ölülərə qarşı tapşırıqlarını yaxşı şəkildə yetirən insan, yaşayanlara qarşı olan tapşırıqlarını da yaxşı şəkildə yerinə yetirəcək”.
Halbuki bu böyük aldatmadır və ağılını istifadə edən hər insan bunu anlaya bilər. Dünya üzərindəki hər mədəniyyətin, hər cəmiyyətin son dərəcə fərqli ənənələri olduğuna görə, “ənənələrə əməl etmə”nin insanları doğruya aparacağı necə düşünülə bilər? Bir Afrika qəbiləsində yetişən bir insan üçün izlənilməsi lazım olan doğru, atalarının azğın adətini davam etdirməkdir? Nazı bir atanın oğulu üçün doğru, atasının zalım, irqçi, cani ideologiyasını qorumaqdır?
Demək olar ki, hamısı bir-biriylə ziddiyyət təşkil edən, son dərəcə fərqli əfsanələr, qaydalar, tabular ehtiva edən ənənələrin hansı insanı doğruya apara bilər? Bunların hansının doğru olduğu, daha doğrusu hər hansı birinin kiçik də olsa bir düzgünlük payı daşıyıb daşımadığı, necə təsbit ediləcək?
Bütün bu suallar, ənənələrə, ataların dəyərlərinə uyğun gəlmənin insanı heç bir zaman doğruya çatdıra bilməyəcəyinin ifadəsidir. Necə ki, Allah Bəqərə surəsində atalarının dininə gözü bağlı şəkildə inananlara bu həqiqət üzərində düşünmələrini nəsihət edir:
Onlara: “Allahın nazil etdiyinə tabe olun!” – deyildikdə, onlar: “Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!” – deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə? (Bəqərə surəsi, 170)
Hər şeyi yoxdan var edən Rəbbimizi inkar edən, heç bir şeyə güc çatdıra bilməyən daşdan ibarət bütlərin qarşısında səcdə edən insanların nə qədər böyük azğınlıq içində olduqları Nəml surəsində bu şəkildə xəbər verilər:
...Allah yaxşıdır, yoxsa Ona şərik qoşduqlarınız? Göyləri və yeri yaradan, sizin üçün göydən yağmur endirən kimdir? Biz onunla gözəl bağçalar saldıq. Halbuki siz onların ağaclarını böyüdə bilməzdiniz. Heç Allahla yanaşı başqa bir məbudmu var? Xeyr, onlar haqdan yayınan adamlardır. Yeri məskən edən, arasından çaylar axıdan, üzərində möhkəm duran dağlar yaradan və iki dənizin arasında maneə qoyan kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Xeyr, onların əksəriyyəti bunu bilmirlər. Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz? Qurunun və dənizin qaranlıqlarında sizə doğru yol göstərən, küləkləri Öz mərhəməti önündə yağışdan qabaq müjdəçi kimi göndərən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Allah onların qoşduqları şəriklərdən ucadır. Məxluqatı əvvəldən yaradan, sonra onu yenidən dirildən, sizə göydən və yerdən ruzi verən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var?” De: “Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin”. (Nəml surəsi, 59-64)
Yapon dininin tələbləri, “ataların ruhlarına hörmət, atalara və kamilərə hörmət və ibadət, ailəyə bağlılıq, müxtəlif mərasim və ayinlər, dövlətə və imperatora bağlılıq, vətənpərvərlik” şəklində yekunlaşdırıla bilər. Bunun xaricində heç bir əxlaqi qadağan, öyüd, sanksiya, ya da qayda yoxdur.
Yaponlar bunun səbəbi olaraq müqəddəs bir irq olduqlarını, öz təbiətlərinə uyğun gəldikləri üçün onsuz da doğru yolda olduqlarını söyləyərlər. Halbuki yaponların müqəddəs irq olduqları inancı çox böyük boş sözdür. Yaponların özlərini aldatmaq üçün uydurduqları bu aldatma daha əvvəl üzərində dayandığımız ağıldan kənar bir əfsanəyə söykənir.
Heç bir insan irqi, soyu, dili, ya da etnik mənşəyi səbəbiylə üstünlük iddiasında ola bilməz. Üstünlük yalnız insanın Allaha olan yaxınlığına görədir. Allah Quranda “...Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır...” (Hucurat surəsi, 13) şəklində buyurur. (Bu mövzu haqqında ətraflı məlumat üçün baxın: “Hindistandaki mərhəmətsiz ictimai nizam” hissəsi)
Yaponlar özlərini digər xalqlardan üstün, müqəddəs irq olaraq gördükləri üçün çox sərt və mərhəmətsiz bir qürur anlayışı inkişaf etdirmişlər. Bu anlayış, səhvə dözüm göstərməz. Belə ki, bir müvəffəqiyyətsizlik qarşısında intihar etmə Yapon xalqı arasında olduqca yayılmışdır. Əsrlərcə “harakiri” adı verilən qorxunc üsulla (yəni insanın özünü qılınc və ya bıçaqla öldürməsiylə) sürən bu tətbiq, dövrümüzdə də fərqli üsullarla davam etməkdədir.
Müasir Yaponiyada da universitet imtahanlarında müvəffəqiyyətli ola bilməyən, təhsil sistemindəki təzyiq səbəbindən sıxıntıya düşən,121 şirkəti müflisləşən bir çox yaponun intihar yolunu seçdiyi görülür. Yaponiya gənclərdəki intihar nisbətinin ən yüksək olduğu ölkələrin əvvəlində gəlir.122 Yalnız 2000-ci il ərzində təxminən 33.000 adamın intihar etdiyi təsbit edilmişdir.123 Bu vəziyyət din əxlaqından uzaq yaşamanın bir nəticəsidir.
Şintoistlər, İlahi dinlərin insanlara öyrətdiyi təvazökarlıq, səbir, təvəkkül, mərhəmət kimi əxlaqi dəyərlərə sahib olmamaları və atalarından götürdükləri əsassız qürurları səbəbiylə, bu batil ənənələri bir üstünlük kimi qəbul edirlər. Ölüm, axirət, cənnət və cəhənnəm inanclarının olmaması da bu kəsləri həm digər insanlara, həm də özlərinə qarşı son dərəcə mərhəmətsiz və tolerantsız olmağa vadar edir. Öz uydurduqları qürur anlayışına və digər insanların gözündəki imiclərinə o qədər böyük əhəmiyyət verirlər ki, müvəffəqiyyətsiz olaraq bilinməkdənsə ölməyi seçirlər.
Bunda, müvəffəqiyyətsizliyi pis bir əxlaq xüsusiyyəti olaraq görən, insanların zəiflik və qüsurlarına anlayış və mərhəmətlə deyil, qəzəb və dözümsüzlüklə baxan cəmiyyət quruluşunun da şübhəsiz böyük payı vardır. Şintoizmin az sonra daha ətraflı olaraq araşdıracağımız faşist mədəniyyəti, sadə bir səhvin belə ölümlə cəzalandırılmasına hökm edir. İntiharın bir ərdəm olaraq qəbul edilməsi, bu “nekrofilik” (ölü sevər) ruh halının bir nəticəsidir.
Halbuki intihar Allahın haram etdiyi böyük günahdır. Başqa insanları öldürmək kimi insanın özünü öldürməsi də İslam dininə ziddir. Allah “...və öz nəfslərinizi öldürməyin...” (Nisa surəsi, 29) ayəsiylə intiharı açıq şəkildə haram etmişdir. Bir insanın, hər nə səbəblə olursa olsun, özünü öldürməsi İslama görə qadağandır.
İslam əxlaqının yaşandığı bir cəmiyyətdə hər hansı bir mövzuda səhv edən, müvəffəqiyyətsiz olan insanlara isə pis gözlə baxılmaz, əksinə şəfqət və mərhəmətlə yaxınlaşılar. Əhəmiyyətli olan insanların müvəffəqiyyətli olub olmamaları deyil, gözəl əxlaqlı olub olmamalarıdır. Gözəl əxlaqlı olmayanlara isə gözəlliklə öyüd verilər.
Allah tarix boyunca göndərdiyi elçiləri və haqq kitablarıyla haramları və halalları bildirmiş, gözəl əxlaqı təsvir etmiş, insanların nələrdən çəkinmələri lazım olduğunu xəbər vermişdir. Hər insan dünya həyatında bir sınaqdan keçirilir. Bu həqiqət, haqq olan yol göstəricimiz Quranı Kərimdə xəbər verilir. Allah Quranda, “Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır.” (Mülk surəsi, 2) şəklində buyurur.
Hər insan Allahdan qorxub çəkinməli, Rəbbimizin əmrlərini diqqətlə tətbiq etməli, Allahın razı olacağı kimi bir əxlaq göstərməlidir. İnsana həm dünya həyatında, həm də axirətdə fayda verəcək olan budur. Başqalarını razı etmək üçün Allahın əmrlərinin xaricində rəftarda olan insan səhv yoldadır.
Şintoizmə inanan insanlar isə hər hansı bir günah anlayışına sahib deyildirlər. Etdikləri pisliklərin pis ruhların insanlar üzərində meydana gətirdiyi mənfi təsirlər nəticəsində meydana gəldiyinə, insanların da bu çirkdən tez-tez təmizlənməsi lazım olduğuna inanarlar. Məbədlərində bu təmizliklə əlaqədar müxtəlif mərasimlər edərlər. Duz, su, ya da odla edilən və “harae” adını verdikləri bu mərasimlərdə insanın həm fiziki, həm də ruhi olaraq təmizləndiyinə inanarlar.
Yaponların digər batil ənənələri kimi, “harae” də çox böyük aldatmadır. Çünki insanın mənəvi olaraq təmizlənməsi, duzla, odla ayinlər etməklə deyil, vicdanının səsini səmimi olaraq dinləyib, nəfsini pisliklərdən təmizləyib, Allaha yönəlməsiylə olar. Hər insan dünya həyatında bütün etdiklərinin qarşılığını axirət həyatında əskiksiz olaraq alacaqdır. Həyatlarını Allahın razı olacağı kimi keçirənlər, günah işləməkdən və çirkin əxlaqsızlıqlardan uzaqlaşıb, saleh əməllər edənlər Allahın razılığı, rəhməti və sonsuz cənnət nemətləri ilə qarşılıq tapacaqlar.
Allah bu kəsləri Quranda, “...Əməlləriniz sayəsində varis olduğunuz Cənnət budur!” (Əraf surəsi, 43) şəklində müjdələyir. Allahı inkar edən, öz əlləriylə etdikləri bütləri Rəbbimizə ortaq qoşan, günahda və üsyanda bir-birləriylə yarışan, çirkin əxlaqsızlıqların insanların arasında yayılması üçün səy göstərənlər də hesab günündə bütün etdikləriylə əskiksiz olaraq qarşılıq tapacaqlar. Ayələrdə bu şəkildə buyurulur:
Günahın aşkarından da, gizlisindən də əl çəkin! Şübhəsiz ki, günah qazananlar etdikləri əməllərə görə cəzalandırılacaqlar. (Ənam surəsi, 120)
Kafir olub insanları Allah yolundan sapdıranlara törətdikləri fitnə-fəsada görə əzab üstündən əzab artıracağıq. (Nəhl surəsi, 88)
...Zalımları ölüm girdabında olduqda, mələklərin də əllərini uzadıb: “Canlarınızı çıxarın! Allaha qarşı nahaq sözlər söylədiyinizə və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə bu gün siz cəzalandırılacaqsınız!” – dediklərini bircə görəydin. (Ənam surəsi, 93)
Ancaq bunu da təkrar vurğulamaq lazımdır ki, bu kəslər də tövbə edər və bütün etdiklərindən imtina etsələr şübhəsiz Rəbbimizi tövbələri qəbul edən, sonsuz bağışlayan, rəhmət sahibi olaraq görəcəklər:
Müşriklər səni yaxşılıqdan öncə pisliyə (əzabın gəlməsinə) tələsdirirlər. Halbuki onlardan əvvəl neçə-neçə ibrətamiz cəzalar olub keçmişdir. Həqiqətən, Rəbbin insanların zalımlığına baxmayaraq onları (tövbə edənləri) bağışlayır. Sözsüz ki, Rəbbinin cəzası şiddətlidir. (Rad surəsi, 6)
Şintoizmdə, insanın fərdi olaraq reallaşdırdığı məbəd ziyarətləri və professional Şinto rahibləri tərəfindən təşkil edilən mərasimlərə qatılması böyük əhəmiyyət daşıyır. Şinto inancında rahiblərin təməl vəzifəsi, bütün məbəd ayinlərini idarə etməkdir. Dini mövzularda yol göstərməsi, çıxış etməsi, ruhani öndər olaraq fəaliyyətlər etməsi gözlənilməzdir. Şintoistlərin dinlərindən anladıqları tək şey məbədlərə gedib, xəyali tanrılarına hörmət nümayişləri etmək, ayinlər, mərasimlər və yığıncaqlarla atalarından gördükləri ənənələri tətbiq etməkdir.
Matsuriyə, yəni Şintoya xas məbəd mərasimlərinə qatılanlar, əvvəl, müddəti bir neçə saatdan bir neçə günə qədər dəyişə bilən bir pəhrizlə və ümumiyyətlə duzlu suda yuyunaraq təmizlənərlər. Bundan sonra kamidən simvoluna, ya da yerləşəcəyi obyektə enməsi istənilər. Bu tamamilə boşuna bir çağırışdır. Bir daş, balıq, ya da dağ da ola bilən “kami”nin insanların köməyinə gələ biləcəyinə, onları eşidə biləcəyinə inanmaq ağıl və məntiqlə uyğunlaşmayan bir hərəkətdir.
Ardından kamiyə əhd olaraq yeməklər və müxtəlif hədiyyələr təqdim edilər. Rahiblər, həyatları boyunca heç bir zaman özlərini eşitməyən, özlərinə cavab verməyən bütlərinə dua edərlər. Tapınanlar, müqəddəs qəbul etdikləri ağacın budaqlarına əhdlər təqdim edərlər. Mərasim musiqiləri çalınar, rəqs edilər. Daha sonra əhdlər geri alınar və kamidən çəkilməsi istənər.
Birlik, bəzi vəziyyətlərdə kaminin daşına bilən bir heykəl, ya da bir maddənin içində olduğuna inanar və bir heykəli küçələrdə böyük izdiham halında gəzdirərlər. “Kami”nin keçdiyi yolların müqəddəs hesab edildiyinə inanarlar. Bəzənmiş dağ, məbəd ya da qayıq formasındakı avtomobillər, insanlar ya da öküzlər tərəfindən çəkilər yaxud çiyinlərdə daşınar.
Şintoistlər atalarından qalan bu batil ənənələri əksiksizcə tətbiq edərlər və həyatlarını bu azğın adətlərlə keçirərlər. Ancaq etdiklərini bir qurtuluş olaraq görən şintoistlər çox böyük aldatma içindədirlər. Çünki qarşısında ibadət etdikləri, çiyinlərində daşıdıqları, yeməklər təqdim etdikləri bu bütlərin onların hörmət nümayişlərini anlamaları, çağırışlarına cavab vermələri mümkün deyil.
Allah Furqan surəsində bu şəkildə buyurar:
Aləmləri xəbərdar etməsindən ötrü Öz quluna Furqanı (Quranı) nazil edən Allah necə də xeyirxahdır! Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir və səltənətində də şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir. Kafirlər isə Onun əvəzinə heç nəyə fayda verməyən, həm də özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verməyə qadir olmayan, öldürməyə, həyat verməyə və yenidən diriltməyə qüdrəti olmayanları özlərinə məbud götürdülər. (Furqan surəsi, 1-3)
Uzaq şərq dinlərində ölkənin rəhbərinin şişirdilmiş olaraq təriflənməsinə istiqamətli axmaq bir ənənə vardır. Məsələn Çin İmperatoru “Batan Günəşin İmperatoru” olaraq təyin olunarkən, Yapon İmperatoru “Doğan Günəşin İmperatoru” olaraq xatırlanmışdır. Yapon İmperatorunun Çin İmperatorundan ən böyük fərqi isə müqəddəs bir varlıq olaraq qəbul edilməsidir.
Amaterasu, Şinto dinində xəyali günəş tanrısı olaraq bilinir. Və şintoizmdə Yapon İmperatorunun Amaterasunun soyundan gəldiyi istiqamətində batil inanış vardır. Bu səbəblə də imperatorun hər söylədiyi ilahi bir söz, hər toxunduğu əşya müqəddəs, hər istəyi gözü bağlı edilməsi lazım olan bir əmr olaraq görülmüşdür. Hətta İmperatorların yazdıqları şeirlər bir yerə toplanıb bir müqəddəs kitab olaraq qəbul edilmiş, imperatorun əmrində işləyən insanlar isə ilahi bir vasitəçi olaraq qəbul edilmişdir.
İmperatoru müqəddəs görən bu inanış, 6-cı əsrdə Buddizm və Konfutsiçiliyin ölkəyə girişiylə zəifləmişdi. Ölkədəki daxili qarışıqlıqlar da İmperatorun cəmiyyət üzərindəki təsirini azaltmışdı. 8-ci əsrin sonlarında Fujivara ailəsi iqtidarı ələ keçirdi, amma digər dərəbəyləri ona qarşı çıxdı və ölkədə böyük vətəndaş müharibəsi başladı. Əsrlər sürən vətəndaş müharibəsi sonunda dərəbəylərdən Yoritomo Minamoto 1192-ci ildə üsyankarların hamısını məğlub edərək ilk “Şoqun” (hərbi diktator) ünvanıyla başa keçdi və yeni bir rəhbərlik qurdu.
Beləcə tarixə “Şoqun rəhbərliyi” olaraq keçən xanədanlıq şəklindəki hərbi diktatorluq dövrü başladı. Yoritomo, Şoqun ünvanını, öz nəslindən gələnlərin digər dərəbəylərini idarə edə bilmələri şərtiylə qohumluq yoluyla keçən bir ünvan halına saldı. İmperator isə siyasi səlahiyyəti olmayan, yalnız toxunulmazlığı olan ruhani bir lider mövqeyini davam etdirdi.
17-ci və 18-ci əsr Yaponiyada Şintoizmi təkrar canlandırmağı məqsəd qoyan hərəkətlər doğuldu. Bunların ən əhəmiyyətlisi olaraq qəbul edilən “National Learning Movement” (Milli təhsil hərəkəti), şinto dinini Yapon cəmiyyətində mərkəzi bir mövqeyə gətirməyi, Buddist və Konfutsi mədəniyyətinin Yapon xalqı üzərindəki təsirlərini isə ən aşağı endirməyi məqsəd qoyurdu. Bu hərəkət Dövlət Şintosunun meydana gəlməsinin də qabaqcılı olacaqdı.
Bu vaxt 19-cu əsrin ikinci yarısına qədər şoqunlar tərəfindən idarə olunan feodal bir cəmiyyət quruluşuna sahib olan Yaponiya, 1867-ci ildə edilən Meiji inqilabı ilə bir daha imperatorluq rəhbərliyinə girdi. Daha sonradan Meiji adını alan Mutsuhitonun başladığı bu yeni imperatorluq dövrü II Dünya Müharibəsinin sonuna qədər sürəcəkdi. Meiji, Şintoizmin təkrar dövlət dini halına gətirilməsinin və tamamilə dövlətin idarəsi altına girməsinin də memarı idi.
“Dövlət Şintosu” olaraq adlandırılan bu milliyyətçi sistemin mərkəz nöqtəsi, imperatorluq xanədanı idi. İmperator həm bir “ata”, həm mənəvi bir bələdçi, həm də bir dövlət başçısı idi. Dövlət Şintosu imperatorun bələdçilik etdiyi mərasimlərlə məbədlərdəki ayinlər üzərində sıxlaşırdı. Hökumətə bağlı Şinto Nazirliyi məbədlər üzərində idarə sahibi idi. Nazirlik Şintoizm xaricindəki digər dinlərə, təriqətlərə və hər cür axına qarşı məhdudlaşdırıcı qanunlar çıxardı.
1889-cu ildə hazırlanan konstitusiyada şinto məbədlərinə hörmət göstərmək bütün yaponların vətənlərinə qarşı vəzifəsi halına gətirildi. Sayları 100.000-ə çatan şinto məbədləri hökumət tərəfindən idarə olunur, şinto təhsili məktəblərdə zəruri hala gətirilir, İmperatorun guya müqəddəs mövqeyi müxtəlif qanunlarla siyasətçilər tərəfindən daha da gücləndirilirdi.124
Bu Quranda izah edilən Firon rəhbərliyini xatırladan təzyiqçi rejim idi. Necə ki, rejimin təpəsindəki imperatora da, eyni Firona olduğu kimi, xəyali müqəddəs xüsusiyyətlər ətf edilmişdi.
Dövlət Şintosu, 19-cu əsrə qədər Yapon xalqının sahib olduğu Şinto inancıyla eyni şəkildə uyğun gəlmirdi. İmperatorluq və rəhbərlik hər gün yeni qaydalar meydana gətirir, guya müqəddəs kitablar şəxsən dövlət rəhbərliyi tərəfindən yazılırdı. Tokio Universitetində Yapon Mütəxəssisi olan və Meiji dövrünün son illərinə də şahid olan alim Basıl Hall Chamberlain 1912-ci ildə yazdığı “Yeni dinin icad edilməsi” (The Invention of a New Religion) adlı məşhur çalışmasında o dövrdə Yaponiyada yaşananlara diqqət çəkir.125 Chamberlain çalışmasında, İmperatorluq və onun əmrində işləyən necə yeni bir din meydana gətirdiklərinin üzərində belə dayanır:
Yaponiyaya və İmperatora tapınma yeni Yapon dininin adıdır və təbii ki, bir anda ortaya çıxmamışdır... Amma 20-ci əsrdəki milliyyətçi və ölkəsinə sadiq Yapon dini çox yeni bir dindir. Daha əvvəldən var olan fikirlər seçimdən keçirilmiş, dəyişdirilmiş, yeni formalara salınmış, yeni istifadə sahələri meydana gətirilmiş və yeni bir mərkəz nöqtəsi tapmışdır. Bu yalnız yeni bir din deyil, eyni zamanda tam olaraq da tamamlanmamış bir dindir. Rəsmi heyətlər tərəfindən (şüurlu, ya da yarı şüurlu olaraq) yavaş-yavaş yaradılır. Bu, heyətlərin və cəmiyyətin ümumisinin mənfəətlərinə xidmət etməsi üçün hazırlanmışdır...126
Yazıçının da ifadə etdiyi kimi Dövlət Şintosu olaraq təyin olunan bu yeni din, 19-cu əsrin əvvəllərində yaradılmağa başlanmışdı. Ortada vəhyə söykənən saf bir inanc olmadığı üçün, Şintoizm deyilən ənənələr və batil inanışlar bütünü, mövcud rejimin ehtiyac və məqsədlərinə görə asanlıqla yenidən şəkilləndirilə bilir və cəmiyyət də bunu qəribə qarşılamırdı. Beləcə Dövlət Şintosu, Yapon İmperatorluğunun gedərək yüksələn faşist meyllərinə vasitə halına gəldi.
Rəsmi dini təlim, Yapon imperatorunun və xalqının müqəddəsliyinə tez-tez istinad edirdi, yaponların dünyadakı bütün xalqlardan üstün olduqları fikrini aşılayırdı. Bu, heç bir təmələ söykənməyən, axmaq fikrin bir nəticəsi olaraq da xarici düşmənliyi ortaya çıxmışdı. Ancaq digər yandan xalqın Buddizmə olan marağı dövlət rəhbərliyini narahat edir və bunun mütləq ortadan qalxmasını istəyirdilər. Basıl Hall Chamberlain bu vəziyyəti belə izah edir:
Sıravi xalq Buddizmə və aktual Buddist festivallara olan marağını itirmir, ölülərini hələ Buddist məbədlərdə yandırmağı seçirdilər. Hökumət heyətləri isə bunu dəyişdirmək istəyirdi. Yapon İmperatorunun birbaşa günəş tanrıçasının soyundan gəldiyi, onun dünyadakı yaşayan tanrı olduğu, hər kəsin İmperatora şərtsiz sadiq olması lazım olduğu istiqamətindəki Şinto doktrinası üzərində israr edirdilər.
Konstitusiya və cəmiyyət həyatını təşkil edən müxtəlif qaydalar İmperatorun xalqa qarşılıqsız təqdim etdiyi hədiyyələr olaraq görülürdü, fərdi haqlar olaraq deyil! Bu səbəblə də rəhbərliyindəki nazirlər və məmurlar (alt mərtəbə, ya da üst mərtəbə olsun) üstün, bəzilərinə görə fövqəltəbii, nüfuzun tətbiq edicisi olaraq görülməli idilər...127
Yaponiya, daha əvvəl hər istiqamətiylə xaricə bağlı bir cəmiyyət ikən Meiji dövründə Qərb cəmiyyətlərindən informasiya və texnologiya ixracına başladı. Orduya və donanmaya böyük əhəmiyyət verib, Çini və Rusiyanı təxribata məruz qoyacaq böyük, amma eyni zamanda da təcavüzkar hərbi gücə sahib oldu.
İqtisadi mənadakı bu böyük inkişaf və ölkə içində güclənən milliyyətçi duyğular Yaponiyanın xammal və bazar axtarışı səbəbiylə işğalçı bir siyasət izləməsiylə nəticələndi. Şiddəti qanuni görən səhv bir vətənpərvərliyin inkişafı, yaponları başqa xalqların haqlarını tanımayan, təcavüzkar, faşist və imperialist anlayışa aparıb çıxardı.
Sırayla Çinlə (1894-95) və Rusiyayla müharibə etdilər (1904-05) və hər iki döyüşü də qazandılar. Ardından Koreyanı işğal etdilər (1910). 1930-cu illərdə Mançuriyanı işğal edərək Çinə hücum etdilər. Çinə qarşı icra etdikləri işğal əsnasında sıravi xalqa qarşı ağla sığmaz vəhşiliklər tətbiq etdilər.
1937-ci ildə Çinin Nanking şəhəri Yaponlar tərəfindən işğal edildi və şəhərdəki 300 min qorunmasız insan işgəncə, təcavüz və toplu qırğınların hədəfi oldu. II Dünya Müharibəsi illərində isə yaponlar, Malayziyaya, Sinqapura, Yeni Qvineyaya, Maneləyə və Cavaya hücum etdilər. Bu döyüşlər də Dövlət Şintosunun güclənməsində çox böyük rolu oldu. Chamberlain “Yeni Şinto dininin” zəfər siyasətlərini bu şəkildə təsvir edirdi:
Qazanılan bütün zəfərlər İmperatorun və atalarının müqəddəs gücünə və üstün xüsusiyyətlərinə bağlanırdı. İmperator hər zəfərin ardından günəş tanrıçası üçün etdirilən məbədinə yeməklər, əşyalar təqdim edirdi. Eyni şey, digər Şinto məbədlərinə də xalqa milliyyətçilik aşılamaq üçün edilirdi. Çinlilərdən və ruslardan alınan qənimətlər məbədlərdə sərgilənir, bu şəkildə xalqa imperializmin müvəffəqiyyəti, şintonun və milliyyətçiliyin zəfərləri aşılanırdı. İmperatorluğun rəsmi müvəffəqiyyətlərini qeyd etmək üçün yeni festivallar edilir, mümkün olan mövzularda yeni əfsanələrlə inanışlar gücləndirilirdi.128
“History of Religious Statism and Buddhism in Japan” (Yaponiyada dini dövlətçiliyin və buddizmin tarixi) başlıqlı çalışmada Yapon imperializminin “Dövlət Şintosu” üzərinə qurulduğu izah edilər. Məsələn Çinlə edilən döyüş əsnasında dövrün Baş naziri Hiranuma Kiichiro “Bütün dinlər bizim milli siyasətimizlə uyğun olmalıdır, İmperatorluğun yoluyla heç bir şəkildə üst-üstə düşməməlidir” deyərkən, “Əks tətbiqlərin mütləq cəzalandırılacağını” da vurğulayırdı.
Çıxarılan qanunlarla hökumətin dini təşkilatlar üzərində tam səlahiyyətli olması zəmanət altına alınırdı. Ancaq bu səlahiyyətlər təcavüzkar milliyyətçiliyin qızışdırılması məqsədiylə istifadə edilir və təhsildəki tətbiqlərlə xalqa faşist və imperialist bir milli şüur aşılanırdı.129
Məktəblər, imperialist Dövlət Şintosunun təbliğat işlərinin ən əhəmiyyətli hissəsini meydana gətirirdi. Tarix imperializmin məntiqinə görə təhrif edilərək öyrədilirdi. Eyni şəkildə ordu və donanma da imperatoru hər şeyin üstündə görən bir təlimə tabe tutulurdu. Tək edilməsi lazım olan imperatora itaət idi və hər cür tənqid qadağan edilmişdi.
Tarix hökumət tərəfindən şəkilləndirilən bu yeni azğın dinə görə “təkrardan yazılır”, mifoloji əfsanələrlə imperatorun mövqeyi gücləndirilirdi. Yaponları bütün xalqlardan üstün görən bu təcavüzkar və səhv dünyagörüşü bütün Yapon xalqının gözlərini sanki kor etmişdi. Bunun təsiriylə və bir tərəfdən də fanatik faşizmə qapılan Yapon generalların təzyiqiylə ölkə II Dünya Müharibəsinə sürükləndi.
İmperatorun, donanmanın və ordunun aldığı qərarlar tənqid oluna bilmir, bütün Yapon xalqı qeydsiz və şərtsiz itaətə çətinlik çəkməyə məcbur edilirdi. 1939-cu ildə Almaniya və İtaliya ilə hərbi ittifaq quran Yaponiya, 7 dekabr 1941-ci ildə Havay Adalarına basqın edərək Pearl Harbourdakı Amerikan donanmasını batırdı. Beləcə dünyanın ən böyük hərbi gücünə müharibə elan edən Yaponiya, öz sonunu da hazırlamış olurdu.
Müharibənin irəliləyən illərində əvvəl İtalyanların sonra Almanların müharibədə məğlub olmalarına və təslim olmalarına baxmayaraq yaponlar müharibəyə davam qərarı aldılar və çox ağır itkinlərə uğradılar. Amerikan təyyarələrinin 6 avqust 1945-ci ildə Hiroşima və 9 avqustda Naqasakiyə atdıqları atom bombaları II Dünya Müharibəsinin nəticəsini bildirdi. Yüz mindən çox insan həyatını itirdi, on minlərlə də yaralandı, şəhərlər xəritələrdən silindi.
Bu vaxt Sovetlər İttifaqı da Yaponiyaya döyüş elan edərək ayrı cəbhə açdı. Bu təzyiqə daha çox dözə bilməyib, 14 avqust 1945-ci ildə qeydsiz şərtsiz təslim olmağı qəbul edən Yaponiya ilə 2 sentyabr 1945-ci ildə rəsmi təslim olma razılaşması imzalandı.
II Dünya Müharibəsi Dövlət Şintosunun da sonu oldu. Yaponların ordu qurmaları, silah istehsal etmələri qadağan edildi və milli müdafiələri Amerikan ordusu tərəfindən təmin edilməyə başlandı. Amerika bütün Yaponiyanı işğal etdi. Yapon İmperatoru, tarixi çıxışını radiodan etdi və ölkəsinin Müharibəni uduzduğunu, özünün də “müqəddəs bir adam, ya da bir ilah olmadığını” (Allahı tənzih edərik) etiraf etdi. İmperatorluq ləğv edildi. Yaponiyanın yeni konstitusiyasıyla din ilə dövlət tamamilə bir-birindən ayrıldı. Dövlət Şintosunun yerini Məbəd Şintosu (Cinca Şinto) aldı.
İmperatorluq ailəsiylə bağları sürməklə birlikdə, Məbəd Şintosu dövrümüzdə siyasi funksiyalarından uzaqlaşdırılmış vəziyyətdədir. 1926-cı ildə taxta keçən İmperator Hirohito 7 yanvar 1989-cu ildə ölmüş, yerinə böyük oğlu şahzadə Akihito taxta keçmiş və 1990-cı il noyabr ayında tac geymişdir. Dövrümüzdə Yaponiyada imperatorluq yalnız xalqı təmsil edən bir simvol olaraq görülür.
Yapon İmperatorluğunun yaşadığı bu böyük məğlubiyyət, müxtəlif batil ənənələrlə dolu olan Şintoizmin boş bir inanc olduğunun tarixi dəlili olmuşdur. Nazilərin II Dünya Müharibəsində məğlubiyyəti, necə “min illik Alman Krallığı” qərargahı vəd edən irqçi və bütpərəst Nazi ideologiyasının boş olduğunu sübut etmişsə, irq üstünlüyü iddiasını qızışdıran əfsanələrə söykənən bütpərəst Şintoizm dini də boşdur. Bu batil dinə inanan insanlar, Allahın xaricində tapındıqları ilahlar uğuruna, özlərini böyük məhvə aparırlar.
Allah, bu insanlara içində olduqları səhvi belə xəbər verər:
De: “Allahdan başqa məbud saydıqlarınızı çağırın”. Onlar nə göylərdə, nə də yerdə zərrə qədərcə olan bir şeyə də sahib deyillər. Onların göylərin və yerin yaradılışında heç bir şərikliyi yoxdur və onlardan Allaha yardımçı olanı da yoxdur. (Səba surəsi, 22)
Dövrümüzdə Yaponiyada isə din, yalnız yeni ildə məbədlərə axın edib bütlərə müvəffəqiyyət və xoşbəxtlik üçün dua etməkdən ibarətdir. Ancaq Yaponiyada, Şintoizm və Buddizm xaricində və ya onların yan qolları halında törədilmiş (Edissona tapınan elektrik dinindən (Denshinkyo)) cinsi orqana, ya da dağlara tapınan axınlara qədər 180.000 qədər irili-kiçikli azğın təriqət vardır.131
Bunların ən diqqət çəkənləri Tendai, Shinpon, Jodo Shin, Nichiren, Tenrikyo, Konkokyo, Secho No le və Omotoleyodur. İslam, bu müşrik birliklərin hər cür azğın anlayışlarını rədd edər və kainatın tək sahibi, Rəhman və Rəhm olan Rəbbimizə qulluq etməyi əmr edər. Allah Bəqərə surəsində bu şəkildə buyurur:
Onlar, doğru yolu verib azğınlığı satın almış kimsələrdir. Amma onların ticarəti qazanc gətirmədi və özləri də doğru yola yönəlmədilər (Bəqərə surəsi, 16)