Caynist birliklər bütpərəst inanışlarını 2500 ildir qoruyurlar. Ancaq İslam dininin Hindistan torpaqlarına girməsiylə birlikdə bu inanışlarda da böyük dəyişikliklər olmuşdur.
Müsəlman Moğol İmperatoru Əkbər Şahın dövründə, daha əvvəl hindu təzyiqi altında əzilən bütün caynistlər çox rahat dövr yaşamışlar. İslam əxlaqının gətirdiyi ədalət, tolerantlıq və sülh mühiti sayəsində caynistlər öz dinlərini istədikləri kimi yaşamışlar, istədikləri kimi ibadət etmə imkanı əldə etmişlər.118
Müsəlmanlarla bir yerdə yaşamaq, İslam dinini yaxından tanımaq isə onların inanışlarında çox köklü dəyişikliklər meydana gəlməsinə vəsilə olmuşdur. Məsələn İslam dininin təməlini meydana gətirən tövhid inancından təsirlənən bir çox caynist təriqət meydana gəlmiş, bu təriqətlər caynizmin bütpərəst inanışlarını tərk edərək, tövhid inancına yönəlmişlər. “Jainism and Other Religions” (Caynizm və digər dinlər) adlı əsərdə bu təsir aşağıdakı şəkildə təsvir edilir:
İslam dininin caynalar üzərindəki təsirli və uzun nəfəsli təsiri xüsusilə də bütlərə tapınma mövzusunda olmuşdur... Lonka Shah kimi cayna liderlərini İslam dinindəki tövhid inancına yönəltmişdir. Bunun nəticəsində də Hindistanın müsəlman rəhbərliyindəki orta və qərb hissələrində, Caynizmin Svetambara məzhəbinin bütpərəstliyi rədd edən bir alt qolu olan Sthanakvasis təriqəti və Digambara məzhəbində isə Taranpatha təriqəti ortaya çıxmışdır.119
Dövrümüzdə da caynistlər müsəlmanlarla bir yerdə yaşamaqda və İslam dini ilə şərəflənən bu insanların nə qədər zadəgan, dinc, etibarlı həyata sahib olduqlarına yaxından şahid olurlar. Bu səbəblə də batil inanışların təsiri altında olub, cahil şəkildə özlərinə zülm edən, həyatın bütün həqiqətlərindən uzaqlaşıb melanxolik kabusun içində yaşayan bütün caynistlərin nə qədər böyük yanılma içində olduqlarını bir an əvvəl fərq etmələri lazımdır. İslamın çağırışı yanlarındadır və bu çağırışları mütləq dinləməlidirlər. Allah Quranda bəzi insanların bu çağırışa bu şəkildə cavab verəcəklərini xəbər verir:
Onlara: “Allahın nazil etdiyinə və göndərdiyi Elçiyə tərəf gəlin” – deyildikdə: “Atalarımızın tutduğu yol bizə bəsdir” – deyirlər. Əgər ataları bir şey bilməyib, doğru yola yönəlməyiblərsə onda necə olsun? (Maidə surəsi, 104)
Caynistlər bu səhvə yol verməməli, ənənələrini deyil həqiqəti seçməlidirlər. Bilməlidirlər ki, atalarının axmaq bir inanışla əyləndiyini fərq edənlər, bütpərəstliyin böyük azğınlıq olduğunu anlayanlar, vicdanlarının səsini dinləyərək Allaha iman edənlər və əvvəlki həyatlarından peşman olub tövbə edənlər, Rəbbimizi “tövbələri qəbul edən və qullarına mərhəmət edən” olaraq tapacaqlar. Allah Şura surəsində bu şəkildə bildirər:
... Allah batili silib yox edər və haqqı Öz sözləri ilə bərqərar edər. Şübhəsiz ki, O, kökslərdə olanları Biləndir. Qullarının tövbəsini qəbul edən, günahları bağışlayan və sizin nə etdiyinizi bilən Odur. (Şura surəsi, 24-25)