Səff - QURANİ KƏRİM - Harun Yəhya
-
1. Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir.
-
2. Ey iman gətirənlər! Nə üçün siz etməyəcəyiniz şeyləri danışırsınız?
-
3. Etməyəcəyiniz şeylərdən danışmağınız Allah tərəfindən böyük nifrətlə qarşılanır.
-
4. Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir.
-
5. Bir zaman Musa öz qövmünə demişdi: “Ey qövmüm! Nə üçün mənə əziyyət verirsiniz? Axı siz bilirsiniz ki, mən Allahın sizə göndərdiyi elçisiyəm!” Onlar doğru yoldan sapdıqda, Allah da onların qəlbini sapdırdı. Allah fasiqləri doğru yola yönəltməz.
-
6. Bir zaman Məryəm oğlu İsa demişdi: “Ey İsrail oğulları! Həqiqətən, mən Allahın sizə göndərdiyi, məndən əvvəl nazil edilmiş Tövratı təsdiqləyən və məndən sonra gələcək Əhməd adlı peyğəmbərlə sizi müjdələyən bir elçisiyəm!” Allahın elçisi onlara açıq-aydın dəlillər gətirdikdə onlar: “Bu, aşkar bir sehrdir!” – dedilər.
-
7. İslama dəvət edildiyi halda, Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər? Allah zalım adamları doğru yola yönəltməz.
-
8. Onlar Allahın nurunu öz ağızlarından çıxanlarla söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır.
-
9. Müşriklərin xoşuna gəlməsə də, İslam dinini bütün dinlərdən üstün etmək məqsədilə Öz Elçisini hidayət və haqq dinlə göndərən Odur.
-
10. Ey iman gətirənlər! Sizi ağrılı-acılı əzabdan xilas edəcək bir ticarəti sizə bildirimmi?
-
11. Allaha və Onun Elçisinə iman gətirin, Allah yolunda malınız və canınızla cihad edin. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir.
-
12. Bu təqdirdə O sizin günahlarınızı bağışlayar və sizi ağacları altından çaylar axan Cənnət bağlarına və Ədn bağlarındakı gözəl məskənlərə daxil edər. Bu, böyük müvəffəqiyyətdir.
-
13. Sevdiyiniz başqa şey də vardır: Allah tərəfindən kömək və yaxın qələbə. Möminləri bununla müjdələ.
-
14. Ey iman gətirənlər! Allahın köməkçiləri olun. Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda kimlər mənə köməkçi olacaq?” – demiş, həvarilər də: “Bizik Allahın köməkçiləri!” – demişdilər. İsrail oğullarından bir zümrə iman gətirdi, digər bir zümrə isə kafir oldu. Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar üstün gəldilər.
PAYLAŞIN
1
Fatihə
2
Bəqərə surəsi
3
Ali-İmran
4
Nisa
5
Maidə
6
Ənam
7
Əraf
8
Ənfal
9
Tövbə
10
Yunus
11
Hud
12
Yusif
13
Rəd
14
İbrahim
15
Hicr
16
Nəhl
17
İsra
18
Kəhf
19
Məryəm
20
Taha
21
Ənbiya
22
Həcc
23
Muminun
24
Nur
25
Furqan
26
Şuəra
27
Nəml
28
Qəsəs
29
Ənkəbut
30
Rum
31
Loğman
32
Səcdə
33
Əhzab
34
Səba
35
Fatir
36
Yasin
37
Saffat surəsi
38
Sad surəsi
39
Zumər
40
Mumin
41
Fussilət
42
Şura
43
Zuxruf
44
Duxan surəsi
45
Casiyə surəsi
46
Əhqaf
47
Məhəmməd
48
Fəth
49
Hucurat
50
Qaf
51
Zariyat surəsi
52
Tur
53
Nəcm
54
Qəmər
55
Rəhman
56
Vaqiə
57
Hədid
58
Mucadələ
59
Həşr
60
Mumtəhinə
61
Səff
62
Cumuə
63
Munafiqun
64
Təğabun
65
Talaq
66
Təhrim
67
Mulk
68
Nun
69
Haqqə
70
Məaric
71
Nuh
72
Cinn
73
Muzzəmmil
74
Muddəssir
75
Qiyamə
76
İnsan
77
Mursəlat
78
Nəbə
79
Naziat
80
Əbəsə
81
Təkvir
82
İnfitar
83
Mutəffifin
84
İnşiqaq
85
Buruc
86
Tariq
87
Əla
88
Ğaşiyə
89
Fəcr
90
Bələd
91
Şəms
92
Leyl surəsi
93
Zuha
94
İnşirah
95
Tin
96
Ələq
97
Qədr
98
Bəyyinə
99
Zilzal
100
Adiyat
101
Qariə
102
Təkasur
103
Əsr
104
Huməzə
105
Fil
106
Qureyş
107
Maun
108
Kovsər
109
Kafirun
110
Nəsr
111
Əbu Ləhəb
112
İxlas
113
Fələq
114
Nas surəsi