logo HARUN YƏHYA

Ələq - QURANİ KƏRİM - Harun Yəhya

  • 1. Yaradan Rəbbinin adı ilə oxu!
  • 2. O, insanı qan laxtasından yaratdı.
  • 3. Oxu! Sənin Rəbbin müqayisəsiz səxavətə malikdir.
  • 4. O, qələmlə yazmağı öyrətdi.
  • 5. İnsana bilmədiklərini öyrətdi.
  • 6. Xeyr! İnsan, doğrudan da, həddini aşır –
  • 7. özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə.
  • 8. Axı son dönüşün Rəbbinədir!
  • 9. Gördünmü o kəsi ki, mane olur –
  • 10. bir bəndəyə namaz qıldığı zaman?
  • 11. Söylə görək, əgər o bəndə doğru yoldadırsa,
  • 12. yaxud Allahdan qorxmağı əmr edirsə, onda necə olsun?
  • 13. Söylə görək, əgər o kafir haqqı yalan sayıb üz döndəribsə, onda necə olsun?
  • 14. Məgər o bilmir ki, Allah görür?
  • 15. Xeyr! Əgər yaramaz əməlinə son qoymasa, Biz onun kəkilindən tutacağıq –
  • 16. yalançı, günahkar kəkilindən.
  • 17. Qoy öz yığnağını çağırsın.
  • 18. Biz də əzab mələklərini çağıracağıq.
  • 19. Xeyr, sən ona qulaq asma! Səcdə qıl və Allaha yaxınlaş!
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code