logo HARUN YƏHYA

Təkvir - QURANİ KƏRİM - Harun Yəhya

  • 1. Günəş sarınacağı zaman,
  • 2. ulduzlar soluxub sönəcəyi zaman,
  • 3. dağlar hərəkətə gətiriləcəyi zaman,
  • 4. boğaz dəvələr başlı-başına qalacaqları zaman,
  • 5. vəhşi heyvanlar bir yerə toplanılacağı zaman,
  • 6. dənizlər alovlanacağı zaman,
  • 7. hər kəs öz tayına qovuşdurulacağı zaman,
  • 8. diri-diri torpağa basdırılmış qız uşağı soruşulacağı zaman –
  • 9. hansı günaha görə öldürülmüşdür;
  • 10. səhifələr açılacağı zaman,
  • 11. göy qopardılacağı zaman,
  • 12. Cəhənnəm alovlandırılacağı zaman
  • 13. və Cənnət möminlərə yaxınlaşdırılacağı zaman,
  • 14. hər kəs bu gün üçün özünə nə tədarük etdiyini biləcəkdir.
  • 15. And içirəm gecə çıxıb gündüz batan ulduzlara,
  • 16. seyrə çıxıb gizlənən səyyarələrə,
  • 17. qaralmaqda olan gecəyə,
  • 18. və açılmaqda olan səhərə!
  • 19. Həqiqətən, bu, möhtərəm Elçimizin sözüdür.
  • 20. O elçi ki, qüvvətlidir, Ərşin sahibi yanında böyük hörmət sahibidir,
  • 21. orada itaət ediləndir, etibarlıdır.
  • 22. Sizin dostunuz Muhəmməd divanə deyildir.
  • 23. O, Cəbraili aydın üfüqdə gördü.
  • 24. O, qeybdən də xəsislik edən deyildir.
  • 25. Bu Quran daşqalaq olunmuş şeytanın sözü də deyildir.
  • 26. Elə isə ondan üz döndərib hara gedirsiniz?
  • 27. Bu, aləmlərə yalnız bir nəsihətdir –
  • 28. sizlərdən doğru yolda olmaq istəyənlər üçün.
  • 29. Aləmlərin Rəbbi Allah istəməyincə, siz istəyə bilməzsiniz!
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code