logo HARUN YƏHYA

Fəcr - QURANİ KƏRİM - Harun Yəhya

  • 1. And olsun dan yerinə!
  • 2. And olsun on gecəyə!
  • 3. And olsun cütə və təkə!
  • 4. And olsun keçib getməkdə olan gecəyə!
  • 5. Məgər bu andlar ağıl sahibi üçün kifayət deyilmi?
  • 6. Məgər görmədinmi ki, Rəbbin nələr etdi Ad qövmünə,
  • 7. sütunlar sahibi İrəm qəbiləsinə –
  • 8. halbuki, yer üzündə onlar kimisi xəlq edilməmişdi.
  • 9. Habelə vadidə qayaları yonan Səmud qövmünə?
  • 10. Eləcə də sütunlar sahibi Firona?
  • 11. Onlar o kəslər idi ki, ölkələrində həddi aşmış,
  • 12. çoxlu fitnə-fəsad törətmişdilər.
  • 13. Rəbbin də onları əzabla qamçıladı.
  • 14. Həqiqətən, sənin Rəbbin nəzarət edir.
  • 15. İnsana gəlincə, Rəbbi onu sınayıb ehtiram göstərəndə və ona nemət verəndə: “Rəbbim mənə ehtiram göstərdi!” – deyər.
  • 16. Amma onu sınamaq üçün ruzisini azaldanda: “Rəbbim məni alçaltdı!” – deyər.
  • 17. Xeyr! Əslində siz yetimə ehtiram göstərmirsiniz,
  • 18. kasıbı yedirməyə bir-birinizi təhrik etmirsiniz,
  • 19. mirası hərisliklə yeyirsiniz,
  • 20. var-dövləti də hərisliklə sevirsiniz.
  • 21. Xeyr! Elə ki yer lərzəyə gəlib parça-parça olacaq,
  • 22. sənin Rəbbin və səf-səf düzülmüş mələklər gələcək
  • 23. və o gün Cəhənnəm gətiriləcək. O gün insan günahlarını xatırlayacaqdır. Lakin bu xatırlamanın ona nə faydası?
  • 24. O: “Kaş axirət həyatım üçün əvvəlcədən hazırlıq görəydim!” – deyəcəkdir.
  • 25. O gün heç kəs Allahın verdiyi əzab kimi əzab verə bilməz
  • 26. və heç kəs Onun buxovladığı kimi buxovlaya bilməz.
  • 27. O gün möminə deyiləcəkdir: “Ey arxayın olan kəs!
  • 28. Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön!
  • 29. Mənim qullarımın cərgəsinə keç!
  • 30. Cənnətimə daxil ol!
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code