Zariyat surəsi - QURANİ KƏRİM - Harun Yəhya
-
1. And olsun toz-torpağı ətrafa səpələyənlərə!
-
2. And olsun yağmur yükü daşıyanlara!
-
3. And olsun asanlıqla üzüb gedənlərə!
-
4. And olsun işləri paylaşdıranlara!
-
5. Sizə vəd olunanlar həqiqətdir.
-
6. Haqq-hesab da mütləq çəkiləcəkdir.
-
7. And olsun gözəl görünüşü olan səmaya!
-
8. Sizin sözləriniz ziddiyyətlidir.
-
9. Ondan (Qurandan və Peyğəmbərdən) dönən kimsə döndərilər.
-
10. Məhv olsun yalançılar!
-
11. O kəslər ki, cəhalət içində olan qafillərdir.
-
12. Onlar Haqq-hesab gününün nə vaxt olacağını soruşurlar.
-
13. O gün onlara odda əzab veriləcəkdir.
-
14. Onlara deyiləcək: “Dadın əzabınızı! Sizin tez-tələsik gəlməsini istədiyiniz şey budur!”
-
15. Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və bulaqlar başında olacaqlar,
-
16. öz Rəbbinin onlara verdiyini alacaqlar. Həqiqətən, onlar bundan əvvəl yaxşı iş görən adamlar olmuşdular.
-
17. Onlar gecələr ibadət edib az yatırdılar.
-
18. Sübh çağı isə bağışlanma diləyirdilər.
-
19. Onların mal-dövlətində dilənçinin və yoxsulun payı vardır.
-
20. Qəti inananlar üçün yer üzündə dəlillər vardır.
-
21. Sizin özünüzdə də dəlillər vardır. Məgər görmürsünüz?
-
22. Sizin ruziniz və sizə vəd olunan şeylər göydədir.
-
23. Göyün və yerin Rəbbinə and olsun ki, bu vəd sizin danışmağa qüdrətiniz olduğu kimi həqiqətdir.
-
24. İbrahimin möhtərəm qonaqlarının əhvalatı sənə gəlib çatdımı?
-
25. Onlar onun yanına daxil olub: “Sənə salam olsun!” – dedilər. İbrahim: “Sizə də salam olsun! Siz yad adamlara oxşayırsınız!” – dedi.
-
26. O, təşviş içində ailəsinin yanına getdi və kök bir buzov qızardıb gətirdi.
-
27. Onu qabaqlarına qoyub: “Yemək yeməyəcəksinizmi?” – dedi.
-
28. O, qonaqların yemədiklərini görüb onlardan qorxuya düşdü. Onlar: “Qorxma!” – dedilər və ona elmli bir oğlan uşağı ilə müjdə verdilər.
-
29. Zövcəsi qışqırıb üz-gözünə vura-vura dedi: “Axı mən sonsuz qoca qarıyam!”
-
30. Onlar dedilər: “Sənin Rəbbin belə demişdir. Həqiqətən, O, Müdrikdir, Biləndir!”
-
31. İbrahim dedi: “Sizin işiniz nədir, ey elçilər?”
-
32. Onlar dedilər: “Biz günahkar bir qövmə göndərilmişik ki,
-
33. onların üstünə gildən daşlar yağdıraq –
-
34. həddi aşanlar üçün sənin Rəbbinin yanında nişan qoyulmuş daşlar!”
-
35. Biz orada olan möminləri o kənddən çıxartdıq.
-
36. Amma orada bir evdən başqa müsəlman tapmadıq.
-
37. Ağrılı-acılı əzabdan qorxanlar üçün orada bir əlamət qoyduq.
-
38. Musanın əhvalatında da ibrət vardır. O zaman Biz onu Fironun yanına aydın bir dəlillə göndərmişdik.
-
39. O, öz camaatı ilə birlikdə üz çevirib: “Bu sehrbazdır, ya da dəlidir!” – dedi.
-
40. Biz Fironu və əsgərlərini yaxalayıb dənizə atdıq. O, qınanmağa layiq idi.
-
41. Ad qövmünün hekayətində də ibrət vardır. O zaman Biz onların üstünə xeyir-bərəkətsiz bir külək göndərmişdik.
-
42. O külək üstündən keçdiyi hər bir şeyi sovurub külə döndərirdi.
-
43. Səmud qövmünün hekayətində də ibrət vardır. O zaman onlara: “Müəyyən vaxtadək dolanıb-keçinin!” – deyilmişdi.
-
44. Onlar öz Rəbbinin əmrindən çıxdılar və onları gözləri baxa-baxa ildırım vurdu.
-
45. Onlar ayağa qalxa bilmədilər və onlara kömək edən də olmadı.
-
46. Daha əvvəl Nuh qövmünü məhv etdik. Çünki onlar fasiq adamlar idilər.
-
47. Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk.
-
48. Yeri də Biz döşədik. Nə gözəl döşəyənlərik Biz!
-
49. Biz hər şeydən erkək və dişi olmaqla cütlər yaratdıq ki, bəlkə, düşünüb ibrət alasınız.
-
50. De: “Allaha tərəf qaçın! Mən sizi Onunla açıq-aşkar qorxudub xəbərdar edənəm!
-
51. Allahla yanaşı başqa bir məbud qəbul etməyin. Mən sizi Onunla açıq-aşkar qorxudub xəbərdar edənəm!”
-
52. Beləcə, onlardan əvvəlkilərə də elə bir elçi gəlmədi ki, onun barəsində: “Sehrbazdır, ya da dəlidir!” – deməsinlər.
-
53. Onlar bunu bir-birinə vəsiyyətmi etmişlər? Xeyr, onlar həddi aşan adamlardır.
-
54. Artıq onlardan üz döndər! Sən buna görə qınanmazsan.
-
55. Sən xatırlat! Çünki xatırlatmaq möminlərə fayda verir.
-
56. Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım.
-
57. Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrini də istəmirəm.
-
58. Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir.
-
59. Şübhəsiz ki, zülm edənləri həmtaylarının qisməti kimi bir qismət gözləyir. Qoy onlar Məni tələsdirməsinlər!
-
60. Onlara vəd olunmuş Gündən ötrü vay kafirlərin halına!
PAYLAŞIN
1
Fatihə
2
Bəqərə surəsi
3
Ali-İmran
4
Nisa
5
Maidə
6
Ənam
7
Əraf
8
Ənfal
9
Tövbə
10
Yunus
11
Hud
12
Yusif
13
Rəd
14
İbrahim
15
Hicr
16
Nəhl
17
İsra
18
Kəhf
19
Məryəm
20
Taha
21
Ənbiya
22
Həcc
23
Muminun
24
Nur
25
Furqan
26
Şuəra
27
Nəml
28
Qəsəs
29
Ənkəbut
30
Rum
31
Loğman
32
Səcdə
33
Əhzab
34
Səba
35
Fatir
36
Yasin
37
Saffat surəsi
38
Sad surəsi
39
Zumər
40
Mumin
41
Fussilət
42
Şura
43
Zuxruf
44
Duxan surəsi
45
Casiyə surəsi
46
Əhqaf
47
Məhəmməd
48
Fəth
49
Hucurat
50
Qaf
51
Zariyat surəsi
52
Tur
53
Nəcm
54
Qəmər
55
Rəhman
56
Vaqiə
57
Hədid
58
Mucadələ
59
Həşr
60
Mumtəhinə
61
Səff
62
Cumuə
63
Munafiqun
64
Təğabun
65
Talaq
66
Təhrim
67
Mulk
68
Nun
69
Haqqə
70
Məaric
71
Nuh
72
Cinn
73
Muzzəmmil
74
Muddəssir
75
Qiyamə
76
İnsan
77
Mursəlat
78
Nəbə
79
Naziat
80
Əbəsə
81
Təkvir
82
İnfitar
83
Mutəffifin
84
İnşiqaq
85
Buruc
86
Tariq
87
Əla
88
Ğaşiyə
89
Fəcr
90
Bələd
91
Şəms
92
Leyl surəsi
93
Zuha
94
İnşirah
95
Tin
96
Ələq
97
Qədr
98
Bəyyinə
99
Zilzal
100
Adiyat
101
Qariə
102
Təkasur
103
Əsr
104
Huməzə
105
Fil
106
Qureyş
107
Maun
108
Kovsər
109
Kafirun
110
Nəsr
111
Əbu Ləhəb
112
İxlas
113
Fələq
114
Nas surəsi