Tur - QURANİ KƏRİM - Harun Yəhya
-
1. And olsun dağa!
-
2. And olsun yazılmış Kitaba –
-
3. nazik dəri üzərində olan Kitaba!
-
4. And olsun Beytulməmura!
-
5. And olsun yüksək tavana!
-
6. And olsun alovlanan dənizə!
-
7. Rəbbinin əzabı hökmən vaqe olacaqdır.
-
8. Heç nə onun qarşısını ala bilməz.
-
9. O gün göy şiddətlə sarsılacaq,
-
10. dağlar da hərəkətə gələcəkdir.
-
11. O gün vay halına haqqı yalan sayanların!
-
12. O kəslər ki, yalan bataqlığında əylənirlər.
-
13. O gün onlar amansızcasına sürüdülərək Cəhənnəm oduna atılacaqlar.
-
14. Onlara deyiləcək: “Bu sizin yalan saydığınız Cəhənnəm odudur!
-
15. Bəlkə bu da sehrdir, siz görmürsünüz?
-
16. Yanın orada! Dözsəniz də, dözməsəniz də sizin üçün eynidir. Sizə ancaq etdiyiniz əməllərin cəzası verilir”.
-
17. Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və nemət içində yaşayacaqlar.
-
18. Rəbbinin onlara bəxş etdiyinə sevinəcəklər. Rəbbi onları Cəhənnəm əzabından xilas etmişdir.
-
19. Onlara deyiləcək: “Xeyirxah əməllərinizin əvəzi olaraq nuşcanlıqla yeyin, için!”
-
20. Onlar səflərlə salınmış mütəkkələrə dirsəklənəcəklər. Biz onları iri qaragözlü hurilərlə evləndirəcəyik.
-
21. Möminlərin imanda onların arxasınca gedən nəsillərini də Cənnətdə özlərinə qovuşduracağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs qazandığının girovudur.
-
22. Onlara istədikləri meyvədən və ətdən bol-bol verəcəyik.
-
23. Onlar orada bir-birinə şərab dolu badə uzadacaqlar. Bu şərab onları nə boşboğazlığa, nə də günaha təhrik etməz.
-
24. Onların ətrafında xidmətlərinə verilmiş, qorunub saxlanılan mirvari kimi yeniyetmə oğlanlar dolanacaqlar.
-
25. Onlar bir-birinə üz tutub soruşacaqlar.
-
26. Onlar deyəcəklər: “Biz əvvəllər ailəmiz içində olarkən Allahdan qorxurduq.
-
27. Allah da bizə mərhəmət göstərdi və bizi qızmar yel əzabından qorudu.
-
28. Biz əvvəllər Ona dua edirdik. Həqiqətən, O, yaxşılıq edəndir, Rəhmlidir!”
-
29. Onlara xatırlat! Sən öz Rəbbinin neməti sayəsində nə kahinsən, nə də dəli!
-
30. Yoxsa onlar: “O bir şairdir. Biz onun ölümünü gözləyirik!” – deyirlər.
-
31. De: “Gözləyin, mən də sizinlə birlikdə gözləyənlərdənəm!”
-
32. Yoxsa onların ağılları bunu onlara əmr edir? Yaxud onlar azğın adamlardır?
-
33. Yoxsa onlar: “Bunu özündən uydurdun!” – deyirlər. Xeyr, onlar iman gətirmirlər.
-
34. Əgər doğru söyləyirlərsə, qoy ona (Qurana) bənzər bir kəlam gətirsinlər.
-
35. Bəlkə onlar öz-özünə yaranıblar? Yaxud onlar yaradanlardır?
-
36. Yoxsa onlar göyləri və yeri yaradıblar? Xeyr, onlar qətiyyən inanmırlar.
-
37. Yoxsa sənin Rəbbinin xəzinələri onlardadır? Yaxud onlar hökm sahibidirlər?
-
38. Yoxsa onların, üstünə çıxıb mələklərin söhbətlərini dinlədikləri bir nərdivanı vardır? Onda qoy onların mələkləri dinləyənləri anlaşıqlı bir dəlil gətirsinlər!
-
39. Yoxsa qızlar Onun, oğlanlar isə sizindir?
-
40. Yoxsa sən onlardan bir mükafat istəyirsən və onlar da borclu qaldıqlarına görə ağır yük altındadırlar?
-
41. Yoxsa onlar qeybi bilir və onu yazırlar?
-
42. Yoxsa bir hiylə qurmaq istəyirlər? Amma kafirlər özləri o hiylənin qurbanı olacaqlar.
-
43. Yoxsa onların Allahdan başqa bir məbudu var? Allah onların qoşduqları şəriklərdən uzaqdır.
-
44. Əgər onlar göy parçalarının düşdüyünü görsələr: “Bulud topasıdır!” – deyərlər.
-
45. Sən onları sarsılacaqları günə qovuşana qədər tərk et!
-
46. O gün hiylələri onlara heç bir fayda verməyəcək və onlara kömək göstərilməyəcəkdir.
-
47. Həqiqətən, zalımlar üçün bundan başqa əzab da hazırlanmışdır. Lakin onların çoxu bunu bilmir.
-
48. Sən öz Rəbbinin hökmünə səbir et! Həqiqətən, sən Bizim Gözlərimiz önündəsən. Yuxudan qalxdıqda Rəbbini həmd ilə zikr et!
-
49. Gecənin bir vaxtında, bir də ulduzlar batandan sonra Onun şəninə təriflər de!
PAYLAŞIN
1
Fatihə
2
Bəqərə surəsi
3
Ali-İmran
4
Nisa
5
Maidə
6
Ənam
7
Əraf
8
Ənfal
9
Tövbə
10
Yunus
11
Hud
12
Yusif
13
Rəd
14
İbrahim
15
Hicr
16
Nəhl
17
İsra
18
Kəhf
19
Məryəm
20
Taha
21
Ənbiya
22
Həcc
23
Muminun
24
Nur
25
Furqan
26
Şuəra
27
Nəml
28
Qəsəs
29
Ənkəbut
30
Rum
31
Loğman
32
Səcdə
33
Əhzab
34
Səba
35
Fatir
36
Yasin
37
Saffat surəsi
38
Sad surəsi
39
Zumər
40
Mumin
41
Fussilət
42
Şura
43
Zuxruf
44
Duxan surəsi
45
Casiyə surəsi
46
Əhqaf
47
Məhəmməd
48
Fəth
49
Hucurat
50
Qaf
51
Zariyat surəsi
52
Tur
53
Nəcm
54
Qəmər
55
Rəhman
56
Vaqiə
57
Hədid
58
Mucadələ
59
Həşr
60
Mumtəhinə
61
Səff
62
Cumuə
63
Munafiqun
64
Təğabun
65
Talaq
66
Təhrim
67
Mulk
68
Nun
69
Haqqə
70
Məaric
71
Nuh
72
Cinn
73
Muzzəmmil
74
Muddəssir
75
Qiyamə
76
İnsan
77
Mursəlat
78
Nəbə
79
Naziat
80
Əbəsə
81
Təkvir
82
İnfitar
83
Mutəffifin
84
İnşiqaq
85
Buruc
86
Tariq
87
Əla
88
Ğaşiyə
89
Fəcr
90
Bələd
91
Şəms
92
Leyl surəsi
93
Zuha
94
İnşirah
95
Tin
96
Ələq
97
Qədr
98
Bəyyinə
99
Zilzal
100
Adiyat
101
Qariə
102
Təkasur
103
Əsr
104
Huməzə
105
Fil
106
Qureyş
107
Maun
108
Kovsər
109
Kafirun
110
Nəsr
111
Əbu Ləhəb
112
İxlas
113
Fələq
114
Nas surəsi