Hicr - QURANİ KƏRİM - Harun Yəhya
-
1. Əlif. Ləm. Ra. Bunlar Kitabın və açıq-aydın Quranın ayələridir.
-
2. Kafirlər mütləq müsəlman olmalarını arzulayacaqlar.
-
3. Qoy onlar bir müddət yeyib-içsinlər, əylənsinlər və xam xəyallar onların başlarını qatsın. Tezliklə biləcəklər.
-
4. Məhv etdiyimiz hər bir diyarın məlum bir yazısı var idi (həlak olacaqları vaxt əvvəlcədən müəyyən edilmişdi).
-
5. Heç bir ümmət öz əcəlini nə qabaqlaya bilər, nə də yubada bilər.
-
6. Kafirlər dedilər: “Ey özünə Zikr nazil edilən kəs! Doğrudan da, sən dəlisən.
-
7. Əgər doğru danışanlardansansa, nəyə görə dediyinə şahidlik edə bilən mələkləri bizə gətirmirsən?”
-
8. Biz mələkləri ancaq haqqı bərqərar etmək üçün endiririk. O zaman kafirlərə möhlət verilməz.
-
9. Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq.
-
10. Biz səndən öncə də əvvəlki millətlərə elçilər göndərmişdik.
-
11. Onlara elə bir elçi gəlməzdi ki, ona istehza etməsinlər.
-
12. Beləcə, Biz küfrü günahkarların qəlbinə yeridirik.
-
13. Onlar hələ də ona (Qurana) inanmırlar. Halbuki əvvəlkilərin başına gələnlər onlara bəllidir.
-
14. Əgər onlara göydən bir qapı açsaydıq və onlar dayanmadan oraya qalxsaydılar,
-
15. yenə də inanmayıb: “Gözlərimiz dumanlanmış, daha doğrusu biz sehrlənmişik” – deyərdilər.
-
16. Biz səmada bürclər yaratdıq və onu baxanlar üçün bəzədik.
-
17. Onları qovulmuş hər bir şeytandan qoruduq.
-
18. Ancaq şeytanlardan kim göy əhlinin danışıqlarına xəlvətcə qulaq assa, onu yandırıb yaxan alov təqib edər.
-
19. Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və orada hər şeydən lazım olduğu qədər yetişdirdik.
-
20. Orada həm sizin üçün, həm də sizin ruzi vermədikləriniz üçün dolanışıq vasitələri yaratdıq.
-
21. Elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Biz onu ancaq müəyyən ölçüdə endiririk.
-
22. Biz küləkləri dölləndirici (buludlarda su əmələ gətirən, bitkiləri tozlandıran bir vasitə) kimi göndərdik, göydən yağmur yağdırıb onu sizə içirtdik. Belə olmasaydı, siz onu yığıb saxlaya bilməzdiniz.
-
23. Şübhəsiz ki, Biz həm dirildir, həm də öldürürük və hər şeyə varis olan da Bizik.
-
24. Həqiqətən, sizdən əvvəl gəlib-gedənləri də bilirik, sonra kimlərin gələcəyini də bilirik.
-
25. Həqiqətən, Rəbbin onları bir yerə toplayacaq. Çünki O, Müdrikdir, Biləndir.
-
26. Biz insanı başqa şəklə düşmüş qara palçıqdan, toxunduqda saxsı kimi səs çıxaran quru gildən yaratdıq.
-
27. Cinləri isə daha öncə qızmar alovdan yaratmışdıq.
-
28. Bir zaman Rəbbin mələklərə dedi: “Mən başqa şəklə düşmüş qara palçıqdan, toxunduqda saxsı kimi səs çıxaran quru gildən insan yaradacağam!
-
29. Mən ona biçim verib Öz ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!”
-
30. Mələklərin hamısı ona səcdə etdilər.
-
31. Yalnız İblisdən başqa. O, səcdə edənlər arasında olmaqdan imtina etdi.
-
32. Allah dedi: “Ey İblis! Nə üçün sən səcdə edənlər arasında deyilsən?”
-
33. İblis dedi: “Sənin, başqa şəklə düşmüş qara palçıqdan, toxunduqda saxsı kimi səs çıxaran quru gildən yaratdığın insana səcdə etmək mənə yaraşmaz!”
-
34. Allah dedi: “Oradan çıx! Artıq sən qovuldun.
-
35. Haqq-hesab gününə qədər sənə lənət olacaqdır”.
-
36. İblis dedi: “Ey Rəbbim! Onların dirildiləcəkləri günə qədər mənə möhlət ver”.
-
37. Allah dedi: “Sən möhlət verilənlərdənsən.
-
38. Ancaq məlum vaxtın gününə qədər”.
-
39. İblis dedi: “Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə onlara pis işləri gözəl göstərib onların hamısını azdıracağam.
-
40. Yalnız Sənin seçilmiş, ixlaslı qullarından başqa”.
-
41. Allah dedi: “Bu, Mənə tərəf gətirib çıxaran düz yoldur.
-
42. Şübhəsiz ki, qullarım üzərində sənin heç bir hökmün yoxdur. Yalnız sənə uyan azğınlardan başqa”.
-
43. Həqiqətən, Cəhənnəm onların hamısına vəd olunmuş yerdir.
-
44. Onun yeddi qapısı vardır. Hər qapı üçün onlardan müəyyən bir dəstə təyin olunmuşdur.
-
45. Sözsüz ki, müttəqilər Cənnət bağlarında və çeşmələr başında olacaqlar.
-
46. Onlara deyiləcək: “Oraya sağ-salamat və xatircəmliklə daxil olun!”
-
47. Biz onların köksündəki kin-küdurəti çıxarıb kənar etdik. Onlar taxtlar üzərində qarşı-qarşıya əyləşən qardaşlar olacaqlar.
-
48. Onlara orada heç bir yorğunluq toxunmayacaq və onlar oradan çıxarılmayacaqlar.
-
49. Qullarıma xəbər ver ki, Mən Bağışlayanam, Rəhmliyəm.
-
50. Əzabım isə ağrılı-acılı əzabdır.
-
51. Onlara İbrahimin qonaqları barəsində də xəbər ver.
-
52. O zaman onlar İbrahimin yanına daxil olub: “Salam!” – dedilər. İbrahim: “Biz sizdən ehtiyat edirik!” – dedi.
-
53. Mələklər: “Qorxma! Həqiqətən, biz səni bilikli bir oğulla müjdələyirik!” – dedilər.
-
54. İbrahim dedi: “Qocalıq məni haqladığı bir vaxtda mənə müjdə verirsiniz? Məni nə ilə müjdələyirsiniz?”
-
55. Onlar dedilər: “Biz sənə həqiqətlə müjdə veririk. Sən ümidini üzənlərdən olma!”
-
56. İbrahim dedi: “Doğru yoldan azanlardan başqa Rəbbinin mərhəmətindən kim ümidini üzər?”
-
57. İbrahim dedi: “Ey elçilər! Vəzifəniz nədir?”
-
58. Onlar dedilər: “Biz günahkar adamları məhv etməyə göndərilmişik;
-
59. yalniz Lutun ailəsindən başqa. Biz onların hamısını xilas edəcəyik.
-
60. Lutun arvadından başqa. Biz onun geridə qalanlardan olmasına qərar verdik”.
-
61. Elçilər Lut əhlinin yanına gəldikdə
-
62. o dedi: “Siz yad adamlarsınız!”
-
63. Onlar dedilər: “Xeyr, biz sənin yanına onların şübhə etdiyi əzab ilə gəlmişik.
-
64. Biz sənin yanına doğru xəbərlə gəlmişik. Həqiqətən də, biz doğru danışanlarıq.
-
65. Gecənin bir vaxtı ailəni yola çıxart və özün də onların arxasınca get. Sizdən heç kəs çevrilib arxaya baxmasın. Sizə əmr olunan yerə yollanın”.
-
66. Biz ona vəhy etdik ki, sübh çağı onların kökü kəsiləcək.
-
67. Şəhər əhalisi bir-birini muştuluqlayaraq onun yanına gəldilər.
-
68. Lut dedi: “Bunlar mənim qonaqlarımdır. Məni biabır etməyin!
-
69. Allahdan qorxun və məni hörmətdən salmayın!”
-
70. Onlar dedilər: “Məgər biz sənə bura gələn adamları qonaq saxlamağı qadağan etməmişik?”
-
71. O dedi: “Bunlar mənim qızlarımdır! Əgər istəyirsinizsə, onlarla evlənin!”
-
72. (Ey Muhəmməd!) Sənin canına and olsun ki, onlar sərxoşluqları içində veyl-veyl gəzirdilər.
-
73. Günəş doğanda qorxunc səs onları yaxaladı.
-
74. Oranın altını üstünə çevirdik və onların üzərinə odda bişmiş gil daşlar yağdırdıq.
-
75. Şübhəsiz ki, bunda başa düşənlər üçün dəlillər vardır.
-
76. Həqiqətən, onlar Məkkədən Şama gedən yolun üstündə yaşayırdılar.
-
77. Şübhəsiz ki, bunda möminlər üçün dəlillər vardır.
-
78. Əykə əhli də zalım idi.
-
79. Onlardan da intiqam aldıq. Hər iki kənd aydın görünən yol üzərində yerləşirdi.
-
80. Hicr əhli də elçiləri yalançı saydı.
-
81. Biz onlara ayələrimizi göndərdik, lakin onlar bu ayələrdən üz döndərdilər.
-
82. Onlar təhlükəsizlikdə qalmaq üçün dağlarda evlər yonurdular.
-
83. Onları sübh çağı qorxunc səs yaxaladı.
-
84. Qazandıqları dünya malı isə onlara heç bir fayda vermədi.
-
85. Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq yaratdıq. O Saat mütləq gələcəkdir. Odur ki, Sən onları gözəl tərzdə bağışla.
-
86. Həqiqətən, Rəbbin Yaradandır, Biləndir.
-
87. Biz sənə təkrarlanan yeddi ayəni və əzəmətli Quranı verdik.
-
88. Onların bəzi təbəqələrinə verdiyimiz fani dünya malına gözünü dikmə, onlara görə kədərlənmə, möminlərlə yumşaq davran
-
89. və de: “Şübhəsiz ki, mən açıq-aşkar bir xəbərdar edənəm!”
-
90. Biz Quranı bölənlərə də beləcə əzab endirmişdik.
-
91. Onlar Quranı hissələrə böldülər (bir qisminə inanıb, digər qismini inkar etdilər).
-
92. Rəbbinə and olsun ki, Biz onların hamısından soruşacağıq –
-
93. törətdikləri əməllər barəsində.
-
94. Sənə buyurulanı açıq-aşkar bəyan et və müşriklərdən üz çevir.
-
95. Sözsüz ki, istehza edənlərə qarşı Biz sənə yetərik.
-
96. O kəslər ki, Allaha başqa məbudu şərik qoşurlar. Onlar tezliklə biləcəklər.
-
97. Biz onların dediklərindən sənin qəlbinin daraldığını bilirik.
-
98. Sən həmd-səna ilə Rəbbini təriflə və səcdə edənlərdən ol!
-
99. Sənə ölüm gələnədək Rəbbinə ibadət et.
PAYLAŞIN
1
Fatihə
2
Bəqərə surəsi
3
Ali-İmran
4
Nisa
5
Maidə
6
Ənam
7
Əraf
8
Ənfal
9
Tövbə
10
Yunus
11
Hud
12
Yusif
13
Rəd
14
İbrahim
15
Hicr
16
Nəhl
17
İsra
18
Kəhf
19
Məryəm
20
Taha
21
Ənbiya
22
Həcc
23
Muminun
24
Nur
25
Furqan
26
Şuəra
27
Nəml
28
Qəsəs
29
Ənkəbut
30
Rum
31
Loğman
32
Səcdə
33
Əhzab
34
Səba
35
Fatir
36
Yasin
37
Saffat surəsi
38
Sad surəsi
39
Zumər
40
Mumin
41
Fussilət
42
Şura
43
Zuxruf
44
Duxan surəsi
45
Casiyə surəsi
46
Əhqaf
47
Məhəmməd
48
Fəth
49
Hucurat
50
Qaf
51
Zariyat surəsi
52
Tur
53
Nəcm
54
Qəmər
55
Rəhman
56
Vaqiə
57
Hədid
58
Mucadələ
59
Həşr
60
Mumtəhinə
61
Səff
62
Cumuə
63
Munafiqun
64
Təğabun
65
Talaq
66
Təhrim
67
Mulk
68
Nun
69
Haqqə
70
Məaric
71
Nuh
72
Cinn
73
Muzzəmmil
74
Muddəssir
75
Qiyamə
76
İnsan
77
Mursəlat
78
Nəbə
79
Naziat
80
Əbəsə
81
Təkvir
82
İnfitar
83
Mutəffifin
84
İnşiqaq
85
Buruc
86
Tariq
87
Əla
88
Ğaşiyə
89
Fəcr
90
Bələd
91
Şəms
92
Leyl surəsi
93
Zuha
94
İnşirah
95
Tin
96
Ələq
97
Qədr
98
Bəyyinə
99
Zilzal
100
Adiyat
101
Qariə
102
Təkasur
103
Əsr
104
Huməzə
105
Fil
106
Qureyş
107
Maun
108
Kovsər
109
Kafirun
110
Nəsr
111
Əbu Ləhəb
112
İxlas
113
Fələq
114
Nas surəsi