111. Əbu Ləhəb - Quran
- 1. Əbu Ləhəbin əlləri qurusun, qurudu da!
- 2. Nə var-dövləti, nə də qazandıqları onu qurtara bilməyəcək.
- 3. O, alovlanan oda atılacaqdır.
- 4. Onun odun şələsi daşıyan arvadı da.
- 5. Arvadının boynunda xurma liflərindən kəndir olacaqdır.
